Liposom forte 2 ml N5 inyeksiya

Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirSinir sistemi xəstəliklərinin müalicəsi üçün preparatlar. Psixostimulyatorlar və digər nootroplar
İstehsal ölkəsiİtaliya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

28,50 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

LİPOSOM FORTE əzələdaxili və venadaxili inyeksiya üçün 2 ml məhlul LIPOSOM FORTE Beynəlxalq patentləşdirilməmiş adı: yoxdur

Tərkibi

Təsiredici maddə: 2 ml məhlulun tərkibində 28 mq hipotalamus fosfolipidləri vardır. Köməkçi maddələr: mannitol, natrium hidrofosfat dodekahidrat, natrium dihidrofosfat dihidrat, metil p-hidroksibenzoy turşusu, propil p-hidroksibenzoy turşusu, inyeksiya üçün su.

Təsviri

Rəng çaları ağdan krem rənginə qədər olan, xarakterik qoxulu opalessent məhluldur.

Farmakoterapevtik qrupu

Sinir sistemi xəstəliklərinin müalicəsi üçün preparatlar. Psixostimulyatorlar və digər nootroplar. ATC kodu: N07XX.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Hipotalamus fosfolipidlərinin parenteral yeridilməsi dofamin, tirozin hidrosiklaza və adenilatsiklaza dövranını artıraraq hipotalamus metabolizmini aktivləşdirir, nəticədə siklik AMF toplanır. Bu farmakoloji xüsusiyyət xüsusilə hipotalamo-hipofizar sistemin fəaliyyətində öz əksini tapır. Tədqiqatların nəticəsində hipotalamus fosfolipidlərinin neyron membranlarının kimyəvi-fiziki xüsusiyyətlərinə təsir göstərərək mərkəzi aminergik neyronların antidepressantlarla müalicəyə reseptor adaptasiyasını dəyişdiyi müəyyən edilmişdir. Farmakokinetikası İkiqat nişanlanmış fosfolipidlər parenteral yeridildikdən sonra beyində ümumi radioaktivlik cəhətdən və hüceyrə səviyyəsində metabolik proseslər qiymətləndirilmişdir. Bu tədqiqatlar göstərmişdir ki, fosfolipidlər həm qanda, həm də beyində stabil konsentrasiya toplayır.

İstifadəsinə göstərişlər

Neyroendokrin pozğunluqlar səbəbindən beyin metabolizminin dəyişməsi zamanı dəstəkləyici müalicə kimi.

Əks göstərişlər

Preparatın tərkibindəki komponentlərə və ya kimyəvi cəhətdən eyni olan digər maddələrə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Yoxdur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Preparatı digər farmasevtik məhsullarla, xüsusilə neyroleptiklərlə (preparat neyroleptiklərin səbəb olduğu hiperprolaktinemiyaya antaqonist təsir göstərir), trisiklik antidepressantlarla (preparat antidepressantların effektivliyini yüksəldir) və kardioloji preparatlarla bir yerdə istifadə etmək olar.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparat həkimin ciddi nəzarəti altında istifadə oluna bilər. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idərəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idərəetmə qabiliyyətinə təsir göstərmir.

İstifadə qaydası və dozası

Həkimin təyinatına əsasən, gündə 1 ampul əzələdaxilinə və ya venadaxilinə yeridilir.

Əlavə təsirləri

Preparatın hər hansı bir əlavə təsiri məlum deyil.

Doza həddinin aşılması

Doza həddinin aşılması halları müşahidə olunmayıb.

Buraxılış forması

Kəhrəba rəngli I tip şüşədən ampulda 2 ml məhlul. 5 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºC-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

FIDIA Farmaceutici S.p.A. – Via Ponte della Fabbrica, 3/A – 35031 Abano Terme (Padua)-İtaliya.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Liposom forte 2 ml N5 inyeksiya” üçün ilk rəyi siz yazın.