L-tiroksin 50 mkq N50 tablet
| Təsiredici maddə | LEVOTHYROXINE SODIUM |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Hormon preparatları. Qalxanabənzər vəzinin hormon preparatı |
| İstehsal ölkəsi | Almaniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
2,96 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
L-TİROKSİN 50 Berlin-Hemi tabletlər L-TİROXİN 50 Berlın-Hemi Beynəlxalq patentləşdirilməmiş adı: Levotiroxin-sodium
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 53,2-56,8 mikroqram levotiroksin- natrium x H O (50 mikroqram levotiroksin-natriuma2 müvafiq) vardır. Köməkçi maddələr: kalsium hidrofosfat dihidrat, mikrokristallik sellüloza, nişasta qlikolyatın natrium duzu (A tipi), dekstrin, uzunzəncirli parsial qliseridlər.
Təsviri
L-Tiroksin 50 Berlin-Hemi preparatı girdə, hər iki tərəfi yüngül qabarıq, bir tərəfi bölün- mək üçün çərtilmiş, digər tərəfində “50” həkk edilmiş, rəngi ağdan solğun bejə (tabletlərin rəngi RAL 9001-ə müvafiq olaraq krem ağ rəngdən intensiv deyil) qədər olan tabletlər. Tableti iki eyni dozalı hissəyə bölmək olar.
Farmakoterapevtik qrupu
Hormon preparatları. Qalxanabənzər vəzinin hormon preparatı. ATC kodu: H03AA01.
Farmakoloji xüsusiyyətləri
L-Tiroksin 50 Berlin-Hemi preparatının təsiredici maddəsi tireoid hormon Levotiroksindir. Preparat təbii hormonun təsirinə bənzər təsirə malikdir. L-Tiroksin 100 Berlin–Hemi preparatı orqanizmdə tireoid hormon olmadıqda onu əvəz etmək üçün və/və ya qalxanabənzər vəzinin üzərinə düşən yükün azaldılması üçün istifadə olunur.
İstifadəsinə göstərişlər
L-Tiroksin 50 Berlin-Hemi preparatı aşağıdakı hallarda istifadə olunur: – qalxanabənzər vəzinin hipofunksiyasının bütün formalarında tireoid hormon olmadıqda onu əvəz etmək üçün; – qalxanabənzər vəzidə aparılan zobun cərrahi əməliyyat vasitəsilə xaric olmasından sonra qalxanabənzər vəzinin normal funksional fəaliyyəti olduqda zob xəstəliyinin (qalxanabənzər vəzinin böyüməsi) təkrarlanmasının profilaktikası üçün; – qalxanabənzər vəzinin normal funksional fəaliyyəti fonunda xoşxassəli zob xəstəliyinin müalicəsi; – qalxanabənzər vəzinin yüksəlmiş funksiyalarının tireostatiklərlə (qalxanabənzər vəzinin yüksəlmiş funksiyalarını tormozlayan dərman preparatları) müalicəsi fonunda, normal metabolizm vəziyyətinə çatdıqdan sonra köməkçi terapiya vasitəsi kimi; L-Tiroksin 50 Berlin-Hemi preparatı bütün yaş qruplarından olan pasiyentlər üçün istifadə oluna bilər.
Əks göstərişlər
– Levotiroksin-natriuma və ya preparatın tərkibində olan hər hansı komponentə qarşı yük- sək həssaslıq; – aşağıda sadalanan xəstəlik və vəziyyətlər: qalxanabənzər vəzinin müalicə olunmayan hipertireozu, müalicə olunmayan adrenokortikal çatışmazlıq, müalicə tələb edən adrenokorti- kal çatışmazlığa səbəb olan müalicə olunmayan hipofizar çatışmazlıq, yaxın zamanlarda keçirilmiş miokard infarktı, ürək əzələsinin kəskin iltihabı (miokardit), ürək divarının bütün qatlarının kəskin iltihabı (pankardit). Hamiləlik dövründə qalxanabənzər vəzinin hiperfunksiyasının müalicəsi üçün dərman preparatları (tireostatiklər) qəbul edildikdə L-Tiroksin 50 Berlin-Hemi preparatından istifadə etmək olmaz. L-Tiroksin 50 Berlin-Hemi preparatını istifadə etməzdən əvvəl aşağıda göstərilən xəstəlik və vəziyyətləri istisna etmək və ya onları müalicə etmək lazımdır: – ürəyin işemik xəstəliyi; – ürək nahiyəsində ağrı və sinədə sıxılma hissi (stenokardiya); – yüksək arterial təzyiq; – hipofiz çatışmazlığı və/və ya böyrəküstü vəzilərin qabıq maddəsinin çatışmazlığı; – qalxanabənzər vəzidə nəzarət olunmayan tireoid hormon ifraz edən sahələrin mövcud olması (qalxanabənzər vəzinin avtonomiyası); Qalxanabənzər vəzinin funksional vəziyyətinin müayinəsi üçün qalxanabənzər vəzinin supressiyası ilə aparılan testi həyata keçirməzdən əvvəl yuxarıda sadalanan xəstəlik və ya vəziyyətləri istisna etmək və ya onların müalicəsini aparmaq lazımdır. Bununla belə, qalxanabənzər vəzinin avtonomiyasını istisna etmək tələb olunmur, çünki digər məsələlərlə yanaşı, qalxanabənzər vəzinin supressiyası ilə aparılan test qalxanabənzər vəzinin avtonomiyasının da aşkarlanmaşı üçün istifadə edilir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
– Pasiyent miokard infarktı keçiribsə və ya pasiyentdə ürəyin işemik xəstəliyi, ürək əzələsinin zəifliyi, ritm pozğunluğu (aritmiyalar), ürək çatışmazlığı, kəskinləşmə olmadan ürək əzələsinin iltihabı və ya qalxanabənzər vəzinin uzunmüddətli hipofunksiyası mövcud- dursa, qanda hormonların həddən artıq yüksəlməsinə yol vermək olmaz. Bu səbəbdən qanda qalxanabənzər vəzinin hormonlarının miqdarına nəzarət etmək lazımdır. L-Tiroksin 50 Berlin-Hemi preparatının qəbulu ilə əlaqədar olan qalxanabənzər vəzinin hiperfunksi- yasının lap cüzi əlamətləri belə meydana çıxdıqda həkimə məlumat vermək lazımdır. – Qalxanabənzər vəzinin hipofunksiyası hipofizin patologiyası nəticəsində meydana çıxıbsa. Ola bilsin ki, bu vəziyyət böyrəküstü vəzilərin qabıq maddəsinin çatışmazlığı ilə əlaqədar- dır və tireoid hormonla müalicəyə başlamazdan əvvəl (hidrokortizon müalicəsi) aradan qal- dırılmalıdır. – Qalxanabənzər vəzidə nəzarət olunmayan tireoid hormonlar ifraz edən sahələrin olmasına şübhə olduqda, müalicəyə başlamazdan əvvəl qalxanabənzər vəzinin müayinəsi aparılmalı- dır. – Qadınlarda menopauzadan sonra, osteoporoz xəstəliyinin inkişaf riskinin artmasını nəzərə alaraq, qanda tireoid hormonun miqdarının artmasının qarşısını almaq məqsədilə, qalxana- bənzər vəzinin funksional vəziyyətinə tez-tez nəzarət etmək lazımdır. – Şəkərli diabetdən əziyyət çəkən pasiyentlərə və ya müəyyən antikoaquulyantlar (məsələn, dikumarol) qəbul edən pasiyentlərə ciddi nəzarət etmək lazımdır. – Qanda fosfatların miqdarının yüksəlməsinə görə, məsələn, “Sevalamer” dərman preparatı proseduraları qəbul edən pasiyentlərə, Levotiroksinin effektivliyinitəyin olunan dializ müəyyən etmək məqsədilə qanın bəzi parametrlərinə nəzarət etmək tələb oluna bilər. L-Tiroksin 50 Berlin-Hemi preparatının qəbuluna başlamazdan əvvəl həkim və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Yanlış olan istifadə L-Tiroksin 50 Berlin-Hemi preparatını bədən kütləsini aşağı salmaq məqsədilə istifadə etmək olmaz. Qanda tireoid hormonların miqdarı normaya uyğun səviyyədə olduqda, tireoid hormonların əlavə qəbulu bədən kütləsinin aşağı düşməsinə səbəb ola bilməz. Preparatın əlavə qəbulu, xüsusən də bədən kütləsini azaldan bəzi preparatlarla birlikdə, ciddi və ya hətta həyat üçün təhlükəli əlavə təsirlərin meydana çıxmasına səbəb ola bilər. Müalicənin dəyişdirilməsi L-Tiroksin 50 Berlin-Hemi preparatını qəbul edən pasiyentlərdə, bu preparatın tərkibində tireoid hormonlar olan hər hansı digər preparatla əvəz edilməsi, yalnız həkim nəzarəti altında və qanın parametrlərinə nəzarət etməklə həyata keçirilə bilər. Yaşlı pasiyentlər Yaşlı pasiyentlər üçün preparatı ehtiyatla dozalamaq (xüsusən, ürək xəstəlikləri mövcud olduqda) və pasiyentin vəziyyətinə tez-tez nəzarət etmək lazımdır. L-Tiroksin 50 Berlin-Hemi preparatını qida ilə birlikdə, xüsusilə də kalsiumla zəngin qida ilə (məsələn, süd və süd məhsulları) qəbul etmək lazım deyil, çünki bu zaman Levotiroksi-nin sorulması nəzərəçarpacaq dərəcədə aşağı düşə bilər. Soya tərkibli qida qəbul etdikdə qanda tireoid hormonların miqdarına tez-tez nəzarət etmək lazımdır. Soya pəhrizi zamanı və pəhrizin sonunda preparatın dozasının korreksiyası (preparatın həddən artıq yüksək do- zalarına ehtiyac yarana bilər) tələb oluna bilər, çünki soya tərkibli məhsullar, Levotiroksinin bağırsaqda sorulmasını pozaraq, preparatın effektivliyini aşağı sala bilər. Digər dərman vasitələrilə qarşılıqlı təsiri Hal-hazırda istifadə edilən dərman vasitələri barədə və ya bir müddət əvvəl istifadə edilmiş preparatlar barədə və ya istifadəsi planlaşdırılan dərman preparatları barədə həkimi və ya əczaçını məlumatlandırmaq lazımdır. L-Tiroksin 50 Berlin-Hemi preparatı aşagıda göstərilən dərman maddələrinə və dərman preparatları qruplarına təsir göstərə bilər: – Antidiabetik preparatlar (qanda şəkərin miqdarını aşağı salan dərman preparatları). Şəkərli diabetdən əziyyət çəkən pasiyentlər müntəzəm olaraq qanda şəkərin miqdarına nəzarət etməlidilər, xüsusən tireoid hormonlarla müalicənin əvvəlində. Levotiroksin preparatının qanda şəkərin miqdarını aşağı salan dərman maddələrinin effektini zəiflətməsinə görə, bu dərman preparatlarının dozasının korreksiyası tələb oluna bilər. – Kumarin törəmələri (antikoaqulyantlar). L-Tiroksin 50 Berlin-Hemi preparatını kumarin törəmələri ilə (məsələn, dikumarol) birlikdə istifadə etdikdə qanın laxtalanma sisteminin göstəricilərinə müntəzəm olaraq nəzarət etmək lazımdır. Levotiroksin preparatının antikoaqulyantların təsirini gücləndirməsinə görə, bu dərman preparatlarının dozalarının aşağı salınması tələb oluna bilər. L-Tiroksin 50 Berlin-Hemi preparatının təsirinə aşagıdakı dərman preparatlar ı təsir göstərə bilər: – Qanda lipidlərin miqdarını aşağı salan dərman preparatları, qanda kaliumun konsentrasiyasını aşağı salan dərman preparatları (ion mübadiləsinə təsir edən qatranlar) dərman preparatlarını (məsələn, kolestiramin, kolesti-Qanda lipidlərin miqdarını aşağı salan pol və kolesevilam) və ya qanda kaliumun konsentrasiyasını aşağı salan dərman preparat- larını (polistiren sulfon turşusunun kalsium və natrium duzları) L-Tiroksin 100 Berlin–Hemi tabletlərinin qəbulundan, yalnız 4-5 saat sonra istifadə etmək olar. Bu dərman preparatları Levotiroksinin bağırsaqdan daxil olmasını tormozlayaraq, preparatın effektivliyinin aşağı düşməsinə səbəb olurlar. – Sevelamer və ya lantan karbonat Sevelamer və lantan karbonat (dializ proseduraları qəbul edən pasiyentlərin qanında fosfatların miqdarını aşağı salmaq üçün istifadə olunan preparatlar) Levotiroksinin sorulmasını ləngidir və effektivliyini aşağı salırlar. Bu zaman, qalxanabənzər vəzinin funksiyalarını daha tez-tez müayinə etmək lazımdır. – Alüminium tərkibli antasid preparatlar, həmçinin dəmir və kalsium tərkibli preparatlar. L-Tiroksin 50 Berlin-Hemi tabletlərini alüminium tərkibli antasid preparatlardan (antasidlər, sukralfat), həmçinin dəmir və kalsium tərkibli preparatlardan ən azı 2 saat əvvəl qəbul et- mək lazımdır. Bu dərman preparatları Levotiroksinin bağırsaqdan daxil olmasını tormozla- yaraq, preparatın effektivliyinin aşağı düşməsinə səbəb olurlar. – Propiltiourasil, qlükokortikoidlər, beta-blokatorlar Propiltiourasil (qalxanabənzər vəzinin hiperfunksiyasının müalicəsi üçün istifadə olunan preparat), qlükokortikoidlər (böyrəküstü vəzilərin qabıq maddəsinin hormonları, “kortizon”) və β-blokatorlar (ürək yığılmasının tezliyini azaldan və arterial təzyiqi aşağı salan prepa- ratlar) Levotiroksinin daha effektiv formaya – liotironinə çevrilməsini tormozlayaraq, L- Tiroksin 50 Berlin-Hemi preparatının effektivliyinin aşağı düşməsinə səbəb ola bilərlər. – Amiodaron, yodlaşdırılmış rentgen-kontrast maddələr Yüksək yod tərkibli amiodaron (ürək ritminin pozulmalarının müalicəsində istifadə olunan preparat) və yodlaşdırılmış rentgen-kontrast maddələr (rengenoloji diaqnostika üçün istifadə olunan bəzi preparatlar) qalxanabənzər vəzinin fəallığının həm artmasına, həm də aşağı düşməsinə səbəb ola bilərlər. Qalxanabənzər vəzidə nəzarət olunmayan tireoid hormonlar ifraz edən sahələrin olması ehtimal edilən düyünlü zob xəstəliyində, xüsusilə ehtiyatlı ol- maq lazımdır. Tələb olunduqda L-Tiroksin 50 Berlin-Hemi preparatının dozasını korreksiya etmək lazımdır. Aşağıdakı dərman preparatları L-Tiroksin 50 Berlin-Hemi tabletlərinin təsirini gücləndirə bilər: – salisilatlar (qızdırmasalıcı və ağrıkəsici dərman preparatları); – dikumarol (qanda tromb əmələ gəlməsini tormozlayan preparat); – furosemidin (sidikqovucu maddə) yüksək dozalarda (250 mq) təyin olunması; – klofibrat (qanda lipidlərin miqdarını aşağı salan preparat); – fenitoin (qıcolmaların müalicəsində və ürək ritminin pozulmalarında istifadə olunan preparat). Kontraseptivlər və ya əvəzedici hormonal müalicə üçün olan preparatlar Kontraseptiv hormonal preparatların (“tabletlər”) qəbulu zamanı və ya menopauzadan sonrakı dövrdə hormonəvəzedici müalicə zamanı Levotiroksin preparatının istifadəsinə ehtiyac yüksələ bilər. – Sertralin, xlorokin/proquanil Sertralin (depressiyaların müalicəsi üçün istifadə olunan preparat) və xlorokin/proquanil (malyariya və revmatoid xəstəliklərin müalicəsi üçün preparatlar) Levotiroksin preparatının effektivliyini aşağı salırlar. – Barbituratlar, rifampisin, karbamazepin Barbituratlar (qıcolmaların müalicəsi və anesteziya üçün istifadə olunan preparatlar, yuxugətirici preparatların müəyyən növləri), rifampisin (antibiotik) və karbamazepin (qıcolmaların müalicəsi üçün istifadə olunan preparat) Levotiroksin preparatının effektivliyini aşağı sala bilər. – Proteaza fermentinin inhibitorları (HİV-infeksiyasının müalicəsi üçün istifadə olunan preparatlar) Levotiroksin preparatını proteaza fermentinin inhibitorları (lopinavir, ritonavir) ilə birlikdə istifadə etdikdə xəstəliyin simptomlarına və qalxanabənzər vəzinin funksiyasına ciddi nəzarət etmək lazımdır. Lopinavir/ritonavirlə birlikdə istifadə edildikdə Levotiroksin prepa- ratının effektivliyini aşağı düşə bilər. – Tirozinkinaza fermentinin inhibitorları (imatinib və sunitinib) İmatinib və sunitinib preparatları (xroniki miyeloid leykozun müalicəsi üçün istifadə olunan preparatlar) ilə müalicə zamanı hipotireozu olan pasiyentlərdə Levotiroksin preparatının istifadəsinə ehtiyac yüksələ bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Müalicəyə başlamazdan əvvəl hamiləlik, laktasiya, ehtimal edilən hamiləlik və ya hamiləli- yin planlaşdırılması barədə həkimi və ya əczaçını məlumatlandırmaq lazımdır. Hamiləlik və laktasiya dövründə tireoid preparatlarla lazımi müalicə xüsusilə vacibdir. Bu səbəbdən fasiləsiz həkim nəzarətində olmaq lazımdır. L-Tiroksin 50 Berlin-Hemi prepara- tının hamiləlik dövründə geniş istifadə olunmasına baxmayaraq, Levotiroksin preparatının hamiləliyin gedişinə və dölün və ya yenidoğulmuş körpənin sağlamlığına arzuolunmaz təsiri indiyə qədər aşkarlanmayıb. Hamiləlik dövründə və hamiləllikdən sonra qalxanabənzər vəzin funksiyasına nəzarət etmək lazımdır. Hamiləlik dövründə qanda estrogenin (qadın cinsiyyət hormonu) miqdarı yüksək olduğuna görə, Levotiroksin preparatının dozasının korreksiyası tələb oluna bilər. Hamiləlik dövründə L-Tiroksin 50 Berlin-Hemi preparatını qalxanabənzər vəzinin hiper- funksiyasının müalicəsi üçün istifadə olunan preparatlarla (tireostatiklər) eyni zamanda istifadə etmək olmaz, çünki bu zaman tireostatiklərin daha yüksək dozalarda istifadəsi tələb oluna bilər. Tireostatiklər (Levotiroksindən fərqli olaraq) plasentar səddən keçib dölün qan dövranına daxil olaraq dölün qalxanabənzər vəzinin hipofunksiyasına səbəb ola bilərlər. Bu səbəbdən, hamiləlik dövründə qalxanabənzər vəzinin hiperfunksiyasını, tireostatiklərin, yalnız aşağı dozaları ilə müalicə etmək lazımdır. Levotiroksin preparatının, hətta yüksək dozalarından istifadə etdikdə belə, ana südünə nüfuz edən tireotrop hormonun miqdarı, əhəmiyyətsiz dərəcədə az olduğundan, preparatın laktasi- ya dövründə istifadəsi təhlükə törətmir. Preparatın, kişilərin və qadınların reproduktiv funksiyasına təsiri barədə heç bir elmi sübut yoxdur. Hər hansı bir şübhə və ya buna işarə edən dəlil mövcud deyil. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri L-Tiroksin 50 Berlin-Hemi preparatının nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsirinin öyrənilməsi istiqamətində xüsusi tədqiqatlar aparılmayıb.
İstifadə qaydası və dozası
Preparatı həkim və ya əczaçının təyinatına müvafiq olaraq istifadə etmək lazımdır. Preparatın istifadəsilə bağlı suallar yarandıqda həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Müayinələrin nəticələrinə əsasən, preparatın fərdi sutkalıq dozası həkim tərəfindən müəyyən olunur. Dozalanması Fərdi müalicə üçün, məsələn, müalicəni başlamaq, yetkin pasiyentlərdə dozanı artırılmaq, həmçinin uşaqların müalicəsi üçün təsiredici maddənin müxtəlif dozalı bölünən tabletlər mövcuddur. Əldə olan simptomatikadan asılı olaraq, aşağıdakı məsləhətlərə əməl etmək lazımdır: – qalxanabənzər vəzinin hipofunksiyasının müalicəsi üçün yetkin pasiyentlərə sutkada 25-50 mkq Levotiroksin-natrium təyin olunur (1/2 -1 tablat L-Tiroksin 50 Berlin-Hemi preparatına müvafiqdir). Həkimi təyinatına əsasən doza 2-4 həftə intervalı ilə 25-50 mkq artırılaraq sutkada 100-200 mkq Levotiroksin-natriuma (2-4 tablet L-Tiroksin 50 Berlin-Hemi preparatına müvafiqdir) çatdırıla bilər. – qalxanabənzər vəzidə aparılan urun cərrahi əməliyyat vasitəsilə xaric olmasından sonra zobun təkrarlanmasının profilaktikası üçün və xoşxassəli zob xəstəliyinin müalicəsi üçün sutkada 75-200 mkq Levotiroksin-natrium təyin olunur (1 ½ – 4 tabletə qədər L-Tiroksin 50 Berlin-Hemi preparatına müvafiqdir). – qalxanabənzər vəzinin yüksəlmiş funksiyalarının tireostatiklərlə müalicəsi fonunda köməkçi (əlavə, birlikdə aparılan) terapiya vasitəsi kimi sutkada 50-100 mkq Levotiroksin- natrium təyin olunur (1-2 tablet L-Tiroksin 50 Berlin-Hemi preparatına müvafiqdir). – Qalxanabənzər vəzinin bədxassəli şişi zəminində qalxanabənzər vəziyə cərrahi müdaxilə Levotiroksin-natrium təyin olunur (3-6 tablet L-Tiroksin 50olduqda sutkada 150-300 mkq Berlin-Hemi preparatına müvafiqdir). Tireoid hormonun daha aşağı dozalarının istifadəsi də kifayət edə bilər. Qalxanabənzər vəzinin funksiyasının azalmasından əziyyət çəkən uşaqlar (anadangəlmə və qazanıl-mış hipotireoz) – Qalxanabənzər vəzinin funksiyasının aşağı düşməsinin uzunmüddətli müalicəsində (anadangəlmə və qazanılmış hipotireoz), Levotiroksinin dəstəkləyici dozası, adətən, bədən səthinin hər kvadrat metri hesabına sutkada 100-150 mkq təşkil edir. – Orqanizmdə Levotiroksinin tez bərpa olması vacib olan, psixi və fiziki inkişaf üçün xüsusi əhəmiyyət kəsb edən yenidogulmuş və körpə uşaqlarda qalxanabənzər vəzinin anadangəlmə hipofunksiyasının müalicəsi üçün məsləhət görülən başlanğıc doza ilk 3 ay müddətində bədən kütləsinin hər kiloqramına sutkada 10-15 mkq təşkil edir. Sonra doza klinik göstəricilərdən (xüsusən, qanda qalxanabənzər vəzinin hormonunun miqdarından) asılı olaraq, fərdi qaydada seçilir. – Qalxanabənzər vəzinin qazanılmış hipofunksiyasının müalicəsi üçün məsləhət görülən başlanğıc doza sutkada 12,5-50 mkq Levotiroksinin təşkil edir. Hər 2-4 həftədən bir doza tədricən artırılaraq, hormonun əvəz olunması tamamlanana qədər, tam dozaya çatdırılmalıdır. Bu zaman, qanda qalxanabənzər vəzinin hormonunun miqdarı əhəmiyyət kəsb edir. Yaşlı pasiyentlər, ürəyin işemik xəstəliyindən və qalxanabənzər vəzinin hipofunksiyasından əziyyət çəkən pasiyentlər Yaşlı pasiyentlərdə, ürəyin işemik xəstəliyindən əziyyət çəkən pasiyentlərdə və qalxanabən- zər vəzinin ağır və ya uzunmüddətli hipofunksiyasından əziyyət çəkən pasiyentlərdə qalxanabənzər vəzinin hormon preparatları ilə müalicəni ehtiyatla başlamaq lazımdır. Bu o deməkdir ki, preparatla müalicəni ən aşağı dozadan başlamaq və dozanı tədricən, uzun- müddətli intervallarla, qanda qalxanabənzər vəzinin hormonlarının səviyyəsinə tez-tez nəza- rət etməklə artırmaq lazımdır. Bədən kütləsi aşağı olan pasiyentlər və böyük ölçülü düyünlü zob olan pasiyentlər Toplanan təcrübəyə göstərir ki, bədən kütləsi aşağı olan və böyük ölçülü düyünlü zobu olan pasiyentlərin müalicəsi üçün preparatın kiçik dozalarının istifadəsi kifayət edir. Tabletin bölünməsi Tabletləri iki eyni hissəyə bölmək olar. Tableti, düz və möhkəm müstəviyə, bölünmə üçün çərtmə olan tərəfini yuxarı tutaraq yerləşdirmək lazımdır. Tabletin üzərindən sıxdıqda, tablet iki hissəyə bölünür. İstifadə qaydası Tabletin tam sutkalıq dozasını bütöv, kifayət qədər su ilə (bir stakan) qəbul etmək lazımdır. Preparatı səhər acqarına, səhər yeməyindən ən azı 30 dəqiqə əvvəl qəbul etmək lazımdır. Preparatın acqarına qəbulu, yeməkdən əvvəl və ya yeməkdən sonra qəbulundan daha yaxşıdır. Körpə uşaqlara tam sutkalıq doza, ilk yemək qəbulundan ən azı yarım saat əvvəl, verilmə- lidir. Bu zaman, tableti az miqdar suda (10-15 ml) həll etmək və əmələ gələn suspenziyanı (hər dəfə istifadədən əvvəl təzəsi hazırlanmalıdır!) əlavə miqdar su ilə (5-10 ml) içirtmək lazımdır. Müalicənin müddəti Qalxanabənzər vəzinin hipofunksiyasında və qalxanabənzər vəzinin bədxassəli şişi zəminində qalxanabənzər vəziyə cərrahi müdaxilə olunduqdan sonra L-Tiroksin 50 Berlin- Hemi preparatı, adətən pasiyentin həyatı boyu qəbul edilr. Xoşxassəli zobda və zobun təkrarlanmasının profilaktikası məqsədilə preparatın istifadəsi bir neçə aydan və ya ildən başlayaraq, pasiyentin həyatı boyu istifadə oluna bilər. Qalxanabənzər vəzinin yüksəlmiş funksiyalarının müalicəsi fonunda köməkçi (əlavə, birlikdə aparılan) terapiya vasitəsi kimi L- Tiroksin 50 Berlin-Hemi preparatı, tireostatiklər (qalxanabənzər vəzinin yüksəlmiş funksiya- sını tormozlayan dərman preparatları) təyin olunana qədər istifadə olunur. Qalxanabənzər vəzinin normal funksiyasional fəaliyyəti fonunda xoşxassəli zob xəstəliyinin müalicəsi za- manı L-Tiroksin 50 Berlin-Hemi preparatı ilə müalicə müddəti 6 aydan iki ilə qədərdir. L- Tiroksin 50 Berlin-Hemi preparatı ilə müalicə müddətində gözlənilən nəticə alınmadıqda, həkim digər müalicə vasitələrindən istifadəyə keçməlidir. Preparatı aşağı dozada qəbul etdikdə və ya preparatın qəbulu ötürüldükdə ötürülən dozanı bərpa etmək üçün ikiqat doza qəbul etmək olmaz. Belə hallarda, preparatı növbəti qəbul vaxtı təyin edilən dozada qəbul etmək lazımdır. Müalicənin müvəffəqiyyətli olması üçün L-Tiroksin 50 Berlin-Hemi preparatını müntəzəm olaraq təyin olunan dozalarda istifadə etmək lazımdır. Xəstəliyin simptomlarının yenidən meydana çıxmasının qarşısını almaq məqsədilə, dərman preparatının qəbulunu heç bir halda özbaşına dəyişdirmək, yarımçıq saxlamaq və ya da- yandırmaq olmaz. Preparatın istifadəsilə bağlı suallar yarandıqda həkimə və ya əczaçıya müraciət etmək lazımdır.
Əlavə təsirləri
Bütün dərman vasitələri kimi L-Tiroksin 50 Berlin-Hemi preparatının da əlavə təsirləri mövcuddur. Lakin bu təsirlər hər zaman və hər pasiyentdə meydana çıxmır. Dozaya dözümsüzlük, doza həddinin aşılması Bəzi hallarda, dozaya pasiyent tərəfindən dözümsüzlük və ya doza həddinin aşılması qeyd olunan hallarda, xüsusilə də müalicənin əvvəlində dozanı həddən artıq sürətlə artırdıqda, qalxanabənzər vəzinin hiperaktivliyinin tipik əlamətləri meydana çıxa bilər: – ürək çırpınması; – ürək ritminin pozulması, əsasən ürək yığılmalarının tezliyinin artması (taxikardiya); – sinədə sıxıntı hissi ilə müşayiət olunan, ağrılar (stenokardiya); – əzələ zəifliyi və əzələlərdə qıcolmalar; – istilik hissi, həddən artıq tər ifrazı; – əsmə (tremor); – narahatlıq, yuxusuzluq; – diareya, bədən kütləsinin aşağı düşməsi; – baş ağrıları; – menstrual pozğunluqlar. Həmçinin, üşütmə, qusma, beyindaxili təzyiqin yüksəlməsi (xüsusən, uşaqlarda) kimi atipik əlamətlər meydana çıxa bilər. ya preparatın tərkibində olanL-Tiroksin 50 Berlin-Hemi preparatının təsiredici maddəsinə və hər hansı komponentə qarşı yüksək həssaslıq olduqda dəridə və tənəffüs yollarında allergik reaksiyalar meydana çıxa bilər. Hiperhəssaslıq reaksiyaları qeydə alındıqda prepa-ratın qəbulunu dayandırmaq və dərhal həkimə müraciət etmək lazımdır. Əlavə təsirlər meydana çıxdıqda həkimə müraciət etmək lazımdır. Həkim, preparatın sutkalıq dozasını aşağı salmağı və ya bir neçə gün fasilə verməyi müəyyən etməlidir. Əlavə təsirin əlamətləri aradan qalxan kimi müalicəni yenidən başlamaq məsləhət görülür, bu zaman preparatın dozası ehtiyatla seçilir. Əlavə təsirlər aşkar edildikdə, o cümlədən bu içlik vərəqədə qeyd olunmayan əlavə təsir- lər, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Əlavə təsirlər barədə, məlumat verməklə dərmanın təhlükəsizliyi barədə daha çox informasiya əldə etmək mümkündür.
Doza həddinin aşılması
Yuxarıda qeyd olunan doza həddinin aşılması simptomları meydana çıxdıqda preparatın qəbulunu dayandırmaq və dərhal həkimə müraciət etmək lazımdır.
Buraxılış forması
25, 50 və 100 tablet olan orijinal qablaşdırma içlik vərəqə ilə birlikə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırmanın üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Son yararlılıq müddətinin bitmə tarixi qeyd edilən ayın son günüdür.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi (MENARİNİ QRUP). Qliniker Veq 125 , 12489 Berlin, Almaniya.
İstehsalçı
dərman forması (toplam məhsul). seriyalara nəzarət (toplam məhsul) . Berlin-Hemi AQ. Tempelxover Veq 83, 12347 Berlin, Almaniya. Birincili qablaşma/ikincili qablaşma/seriyalara nəzarət/seriyaların buraxılması Berlin-Hemi AQ. Qliniker Veq 125. 12489 Berlin. Almaniya.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.