Ksefokam 8 mq N10 tablet

Təsiredici maddə: LORNOXICAM
Təsiredici maddəLORNOXICAM
Dərman formasıTablet
Farmakoloji təsirQeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP). Oksikamlar
İstehsal ölkəsiAlmaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

7,00 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

KSEFOKAM örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Lornoxicam

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 8,0 mq lornoksikam vardır. Köməkçi maddələr: maqnezium stearat, povidon K30, natrium kroskarmelloza, mikrokristallik sellüloza, laktoza monohidrat. Örtük: makroqol 6000, titanum dioksid, talk, hipromelloza 5.

Təsviri

“LO8” (8 mq doza) yazısı olan ağ rəngdən sarımtıl ağ rəngə qədər uzunsov qabıq örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP). Oksikamlar. ATC kodu: M01AC05.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Lornoksikam qeyri-steroid iltihabəleyhinə maddə olub, klinik əhəmiyyətli ağrıkəsici və iltihabəleyhinə təsirə malikdir, oksikamlar sinfinə aiddir. Təsir mexanizminin əsasında iltihabın qarşısını alan prostaqlandinlərin sintezinin ləngiməsi (siklooksigenaza fermentinin inhibisiyası) dayanır. Lornoksikam orqanizmin əsas göstəricilərinə (bədən hərarəti, ürək döyüntülərinin tezliyi (ÜDT), arterial təzyiq (AT), elektrokardioqramma göstəriciləri (EKQ), spirometriya) təsir göstərmir. Təsir mexanizminin əsasında iltihabın qarşısını alan prostaqlandinlərin sintezinin ləngiməsi (siklooksigenaza fermentinin inhibisiyası) dayanır. Lornoksikam orqanizmin əsas göstəricilərinə (bədən hərarəti, ürək döyüntülərinin tezliyi (ÜDT), arterial təzyiq (AT), elektrokardioqramma göstəriciləri (EKQ), spirometriya) təsir göstərmir. Prostaqlandinlərin sintezinin ləngiməsi ilə əlaqəli olan mədə-bağırsaq traktına yerli qıcıqlandırıcı təsiri və sistemli ulserogen təsiri nəticəsində QSİƏP ilə müalicə zamanı MBT tərəfindən fəsadlara tez-tez rast gəlinir. Farmakokinetikası Sorulması Lornoksikam sürətlə və demək olar ki, tam şəkildə mədə-bağırsaq traktından sorulur. Plazmada maksimal konsentrasiyası təxminən 1-2 saatdan sonra əldə edilir. Mütləq biomənimsənilməsi təxminən 90-100% təşkil edir. Preparatın qaraciyərdən ilkin keçid effektləri aşkarlanmamışdır. Preparatın orta yarımxaricolma dövrü 3-4 saat təşkil edir. Lornoksikamın qoda ilə yanaşı qəbulu zamanı C təxminən 30% azalır və T 1,5 saatdan 2,3max max saatadək yüksəlir. Lornoksikamın absorbsiyası (AUC əsasında hesablanmış) 20%-ə qədər azala bilər. Paylanması Lornoksikam plazmada dəyişilməz şəkildə və hidroksilləşdirilmiş metabolit şəkilində aşkarlanır. Lornoksikamın plazma zülalları ilə birləşməsinin dərəcəsi təxminən 99% təşkil edir və konsentrasiyadan asılı deyil. Biotransformasiyası Lornoksikam əhəmiyyətli dərəcədə qaraciyərdə metabolizə olunur, xüsusilə də qeyri-aktiv 5- hidroksilornoksikama qədər hidroksilləşdirilmə yolu ilə. Lornoksikamın biotransformasiyası CYP2C9 izofermenti vasitəsi ilə həyata keçirilir. Həmin fermenti kodlaşdıran genin polimorfizmi nəticəsi olaraq preparatın ləng və sürətli metabolizmi ilə şəxslər mövcuddur ki, bu da ləng metabolizm ilə şəxslərdə lornoksikamın plazmada səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb ola bilər. Hidroksilləşdirilmiş metabolit farmakoloji aktivliyə malik deyil. Lornoksikam tam olaraq metabolizə olunur: preparatın təxminən 2/3 hissəsi qaraciyər, 1/3 hissəsi isə böyrəklər vasitəsi ilə ixrac edilir. Xaric olması Lornoksikamın yarımxaricolma dövrü təxminən 3-4 saat təşkil edir. Daxilə qəbuldan sonra preparatın təxminən 50%-i nəcis, 42%-i isə böyrəklər vasitəsilə, əsasən də 5-hidroksilornoksikam şəkilində xaric edilir. Parenteral yeridilmədən (gündə 1-2 dəfə) sonra 5- hidroksilornoksikamın yarımxaricolma dövrü təxminən 9 saat təşkil edir. Ahıl yaşlı şəxslərdə (65 yaşdan yuxarı) preparatın klirensi 30-40% aşağıdır. Qaraciyər və ya böyrək funksiyasının pozulması olan pasiyentlərdə lornoksikamın kinetikasının əhəmiyyətli dəyişiklikləri qeyd olunmur, xroniki qaraciyər xəstəlikləri olan pasiyentlərdə 12 mq və ya 16 mq gündəlik doza ilə 7 günlük müalicədən sonra kumulyasiya istisna olmaqla.

İstifadəsinə göstərişlər

Yüngül və ya orta ağırlıq dərəcəli ağrı sindromunun qısamüddətli müalicəsi. Osteoartrit fonunda yaranan ağrı və iltihabın simptomatik müalicəsi. Revmatoid artrit fonunda yaranan ağrı və iltihabın simptomatik müalicəsi.

Əks göstərişlər

− Lornoksikama və ya istənilən köməkçi maddəyə qarşı yüksək həssaslıq; − Bronxial astma, residivləşən burun və ya burun ətrafı ciblərin polipozu, rinit, angionevrotik ödem, övrə və asetilsalisil turşusu və digər QSİƏP-a qarşı yüksək həssaslıq (həmçinin anamnezdə); − Trombositopeniya; − Hemorragik diatez və ya qanın laxtalanmasının pozulmaları, həmçinin, qanaxma və ya natamam hemostaz riski ilə müşayiət olunan əməliyyatlar keçirmiş pasiyentlər; − Aortokoronar şuntlamanın aparılmasından sonrakı dövr; − Ağır ürək çatışmazlığı; − Mədə və ya onikibarmaq bağırsaq selikli qişasının eroziv-xoralı dəyişiklikləri, aktiv mədə- bağırsaq qanaxması; − Serebrovaskulyar və ya digər qanaxma; − Anamnezdə QSİƏP qəbulu ilə bağlı mədə-bağırsaq qanaxmaları və ya xora perforasiyaları; − Aktiv peptik xora və ya anamnezdə residivləşən peptik xora; − Bağırsağın iltihabi xəstəlikləri (Kron xəstəliyi, xoralı kolit) kəskinləşmə fazasında; Ağır qaraciyər çatışmazlığı; − Klinik əhəmiyyətli böyrək çatışmazlığı (zərdab kreatininin səviyyəsi 700 mkmol/l-dən yüksək), proqressivləşən böyrək xəstəlikləri, təsdiq edilmiş hiperkaliyemiya; − Hamiləlik və laktasiya dövrü; − Laktozaya qarşı dözümsüzlük, laktaza çatışmazlığı və qlükozo-qalaktoz malabsorbsiya; − 18 yaşa qədər pasiyentlər (klinik təcrübənin məhdud olduğu səbəbdən).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparatın digər QSİƏP ilə yanaşı istifadəsi tövsiyə olunmur. Qaraciyər zədələnməsinin əlamətləri (dəridə qaşınma, dəri örtüklərinin saralması, ürəkbulanma, qusma, qarın nahiyəsində ağrılar, sidiyin tündləşməsi, “qaraciyər transaminalazalarının” səviyyəsinin yüksəlməsi) meydana çıxdığı halda preparatın qəbulu dayandırılmalı və müalicə həkiminə müraciət olunmalıdır. Preparat trombositlərin xüsusiyyətlərini dəyişə bilər, lakin ürək-damar xəstəlikləri zamanı asetilsalisil turşusunun profilaktik təsirini əvəz etmir. Ehtiyatla Aşağıda sadalanan pozulmalar zamanı Ksefokam yalnız müalicənin gözlənilən faydasının və mümkün olan riskinin ciddi qiymətləndirilməsindən sonra təyin olunmalıdır: − Böyrək funksiyasının pozulması: yüngül dərəcəli (zərdab kreatinini – 150-300 mkmol/l) və orta ağırlıq dərəcəli (zərdab kreatinini – 300-700 mkmol/l), çünki böyrək qan dövranının dəstəklənməsi böyrək prostaqlandinlərin səviyyəsindən asılıdır. Müalicə zamanı böyrək funksiyasının pisləşməsi qeyd olunduğu halda Lornoksikamın qəbulu dayandırılmalıdır. − Geniş cərrahi müdaxilə icra olunmuş pasiyentlərdə, ürək çatışmazlığı olan, diuretiklər qəbul edən pasiyentlərdə, həmçinin, sübut edilmiş və ya ehtimal edilən nefrotoksikliyi olan preparatların qəbulu zamanı böyrəklərin funksiyasının nəzarəti aparılmalıdır. − Qanın laxtalanma sistemi pozğunluqları: ciddi klinik nəzarətin və laborator göstəricilərin (məsələn, aktivləşdirilmiş parsial trombin zamanı (APTZ)) qiymətləndirilməsinin aparılması tövsiyə olunur. − Qaraciyər funksiyasının pozulması (qaraciyər sirrozu): lornoksikam ilə 12-16 mq gündəlik dozada müalicə zamanı preparatın kumulyasiyası mümkün olduğu üçün müntəzəm klinik nəzarətin və laboRator göstəricilərin qiymətləndirilməsinin aparılması tövsiyə olunur. − Uzunmüddətli müalicə (3 aydan artıq): qanın (hemoqlobin), böyrək funksiyasının (kreatinin) və qaraciyər fermentlərinin laborator göstəricilərinin müntəzəm qiymətləndirilməsi tövsiyə olunur. − 65 yaşdan yuxarı pasiyentlər: qaraciyər və böyrək funksiyasının nəzarətinin aparılması tövsiyə olunur. Ahıl yaşlı pasiyentlərdə əməliyyatdan sonrakı dövrdə ehtiyat ilə istifadə olunmalıdır. Digər QSİƏP (siklooksigenaza-2 inhibitorları daxil olmaqla) ilə yanaşı istifadəsindən çəkinmək lazımdır. Simptomların nəzarəti üçün kifayət olan qısa müddətdə preparatın minimal effektiv dozasını istifadə edərək arzuolunmaz effektləri minimuma endirmək olar. Əvvəl hər bir QSİƏP qəbulu fonunda müalicənin istənilən mərhələsində müşahidə olunan və ölüm ilə nəticələnə bilən mədə-bağırsaq qanaxması, xora, perforasiya. Helicobacter pylori mövcudluğu. Anamnezdə mədə-bağırsaq toksikliyinin əlamətləri, xüsusilə də ahıl yaşda. Peroral qlükokortikosteroidlər (məsələn, prednizolon), antikoaqulyantlar (məsələn, varfarin), serotoninin geri tutulmasının selektiv inhibitorları (məsələn, sitalopram, fluoksetin, paroksetin, sertralin) və antitrombositar preparatlar (məsələn, asetilsalisil turşusu, klopidoqrel) kimi dərman maddələrin yanaşı istifadəsi zamanı. Spinal və epidural anesteziyanın aparılması zamanı QSİƏP və heparinin yanaşı istifadəsi zamanı hematomanın inkişafı riski yüksəlir. Anamnezdə mədə-bağırsaq traktı patologiyası (xoralı kolit, Kron xəstəliyi), çünki pasiyentin vəziyyəti pisləşə bilər. Anamnezdə arterial hipertenziya və/və ya ürək çatışmazlığı, çünki QSİƏP istifadəsi zamanı mayenin ləngiməsi və ödemlərin inkişafı müşahidə olunmuşdur. Periferik arteriyaların xəstəliklərinin və ya serebrovaksulyar xəstəliklərin inkişafının risk faktorları (məsələn, arterial hipertenziya, hiperlipidemiya, şəkərli diabet, siqaret çəkmə) mövcud olduğu halda, Ksefokam yalnız müalicənin gözlənilən faydasının və mümkün olan riskinin ciddi qiymətləndirilməsindən sonra təyin oluna bilər. Lornoksikam, digər QSİƏP olduğu kimi, arterial tromboembolik fəsadların (məsələn, miokard infarktı və ya insultun) inkişafı riskini yüksəldə bilər. Anamnezdə və ya aktiv fazada bronxial astması olan pasiyentlərdə preparat ehtiyatla təyin olunmalıdır, çünki həmin qrup pasiyentlərdə QSİƏP bronxospazmın inkişafına səbəb ola bilər. Çox nadir hallarda ölüm ilə nəticələnən ağır dəri reaksiyaların (həmçinin, eksfoliativ dermatit, Stivens-Conson sindromu, toksiki epidermal nekroliz) inkişafı mümkündür. Prostaqlandinlərin sintezini zəiflədən istənilən digər preparatın qəbulu olduğu kimi, Lornoksikamın qəbulu mayalanma qabiliyyətinin pozulmasına səbəb ola bilər, buna görə hamiləliyi planlaşdıran qadınlarda Ksefokam preparatının istifadəsi tövsiyə olunmur. Sistemli qırmızı qurdeşənəyi (SQQE) və birləşdirici toxumanın qarışıq xəstəlikləri olan pasiyentlərdə aseptik meninqitin inkişafı riski yüksək ola bilər. Lornoksikam trombositlərin aqreqasiyasının ləngidir və qanaxma müddətini uzadır, bu səbəbdən qanaxmalara yüksək meylliliyi olan pasiyentlərdə preparat ehtiyat ilə istifadə olunmalıdır. QSİƏP və takrolimusun yanaşı istifadəsi zamanı böyrəklərdə prostasiklin sintezinin ləngiməsi nəticəsində nefrotoksik təsirin güclənməsi qeyd oluna bilər. Əksər QSİƏP-larda olduğu kimi plazma transaminazaların və bilirubin səviyyəsində artım və ya digər qaraciyər funksiyası parametrlərində, plazma kreatininin və qanda sidik cövhəri səviyyələrində artımların olduğu digər laboratoriya anomaliyaları da bildirilmişdir. Hər hansı bir anormallıq aşkarlandıqda və ya davam edərsə, lornoksikamın tətbiqi dayandırılmalıdır. Su çiçəyi virusu tərəfindən törədilən infeksiyalar zamanı istifadəsindən çəkinmək lazımdır. Digər dərman maddələri ilə qarşılıqlı təsiri Ksefokam preparatının aşağıdakı preparatlar ilə yanaşı istifadəsi zamanı qeyd olunan qarşılıqlı təsirlər: Simetidin ilə – lornoksikamın qanda konsentrasiyasının yüksəlməsi. Ranitidin və antasid preparatlar ilə qarşılıqlı təsiri aşkarlanmamışdır. Antikoqulyantlar və ya trombositlərin aqreqasiyasının inhibitorları ilə – qanaxma müddətinin uzanması mümkündür (yüksək qanaxma riski, beynəlxalq normallaşdırılmış nisbətin (BNN) nəzarəti tələb olunur)); Fenprokumon ilə – fenprokumon ilə müalicənin effektivliyi azalır; Heparin ilə – spinal və ya epidural anesteziyanın aparılması zamanı QSİƏP heparin ilə yanaşı istifadə olunduğu halda spinal/epidural hematomanın inkişafı riski yüksəlir; β-adrenoblokatorlar ilə yanaşı – angiotenzin II reseptorlarının blokatorlarının hipotenziv effektivliyini azaldır; Diuretiklər ilə – ilgək tiazid və kaliumqoruyucu diuretiklərinin hipotenziv təsirini azaldır; Diqoksin ilə – diqoksinin böyrək klirensini azaldır; Xinolon antibiotiklər ilə – qıcolma sindromunun inkişafı riskini yüksəldir; Antiaqreqantlar ilə – mədə-bağırsaq qanaxmalarının riskini yüksəldir; Digər QSİƏP və ya qlükokortikoid ilə – mədə-bağırsaq traktı xoralarının və ya qanaxmalarının inkişafı riskini yüksəldir;Metotreksat ilə – metotreksatın zərdab konsentrasiyasının yüksəldir; toksikliyini artırır, yanaşı istifadə zamanı monitorinq tələb olunur. Selektiv serotoninin geriudulmasının inhibitorları (məsələn, sitalopram, fluoksetin, paroksetin, sertralin) ilə – mədə-bağırsaq traktı qanaxmalarının riskinin yüksəlməsinə səbəb olur; Litium duzları – plazmada litiumun pik konsentrasiyalarının yüksəlməsinə səbəb ola bilər ki, bu da litiumun əlavə təsirlərinin güclənməsi ilə nəticələnir; litiumun plazma səviyyələrinin monitorinqi tələb olunur-xüsusilə müalicənin başlanğıcı, doza tənzimlənməsi və müalicənin dayandırılması zamanı. Siklosporin ilə – siklosporinin nefrotoksikliyinin yüksəlməsinə səbəb olur; Sulfonil sidik cövhəri törəmələri ilə – həmin maddələrin hipoqlikemik effektinin güclənməsinə səbəb ola bilər; Sefamandol, sefoperazon, sefotetan, valproy turşusu qanaxma riskinin yüksəlmsinə səbəb olur; Sitoxrom P 2C9 izofermentinin induktorları və ihibitorları olan maddələr ilə: lornoksikam450 (sitoxrom P 2C9 izofermenti ilə metabolizə olunan digər QSİƏP olduğu kimi) ilə – onun450 induktorları və inhibitorları ilə qarşılqlı təsir göstərir; Takrolimus ilə – böyrəklərdə prostasiklin sintezinin ləngitməsi nəticəsində nefrotoksik effektin riskini yüksəldir; müalicə zamanı böyrək funksiyalarının monitorinqi tövsiyə edilir. Pemetreksed ilə – QSİƏP pemetreksedin böyrək klirensini azalda bilər ki, bu da preparatın nefrotoksikliyinin və mədə-bağırsaq toksikliyinin yüksəlməsinə, həmçinin hemopoezin ləngiməsinə səbəb ola bilər. Ksefokam, qabıq örtüklü tabletlər, preparatının qida ilə qəbulu zamanı lornoksikamın sorulması ləngiyir. Bu səbəbdən, preparatın təsirinin tez bir zamanda baş verməsi tələb olunduğu halda (ağrı sindromunun aradan qaldırılması) Ksefokam, qabıq örtüklü tabletlər, preparatı qida ilə qəbul edilməməlidir. Qida ilə qəbul edildiyi zaman lornoksikamın sorulması 20% azalır, T isə yüksəlir.max

Hamiləlik və laktasiya dövründə istifadəsi

Ksefokam preparatının hamiləlik zamanı və ya laktasiya dövründə istifadəsinə dair məlumat mövcud olmadığı üçün preparatın həmin dövrlərdə qəbulu tövsiyə olunmur. Prostaqlandinlərin sintezinin inhibisiyası hamiləliyin gedişinə və/və ya dölün inkişafına mənfi təsir göstərə bilər. Prostaqlandilərin sintezinin inhibitorlarının hamiləliyin erkən mərhələlərində qəbulu düşük təhlükəsi və ya ürək qüsurlarının inkişafı riskinin yüksəlməsinə səbəb olur. Hesab olunur ki, risk doza və müalicə müddəti ilə düz mütənasib əlaqədədir. Hamiləliyin üçüncü trimestrində prostaqlandinlərin sintezinin inhibitorlarının təyini dölün ürəyinə və ağciyərinə toksiki təsir (arterial axarın vaxtından əvvəl bağlanması və ağciyər hipertenziyanın inkişafı) göstərə bilər, həmçinin, böyrək funksiyasının pozulmasına və, nəticədə, amniotik mayenin azalmasına səbəb ola bilər. Preparatın hamiləliyin sonuncu trimestrində istifadəsi ana və döldə qanaxma müddətinin uzanmasına, həmçinin uşaqlığın yığılma aktivliyinin zəifləməsinə səbəb ola bilər ki, bu da doğuşun vaxtını uzada bilər. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Lornoksikamla müalicə alan başgicəllənmə və/və ya yuxululuq müşahidə olunan pasiyentlər nəqliyyat vasitələri və digər potensial təhlükəli mexanizmləri idarə etməkdən çəkinməlidirlər.

İstifadə qaydası və dozası

Ksefokam qabıq örtüklü tabletlər preparatı daxilə qəbul üçün nəzərdə tutulmuşdur və kifayət qədər su ilə qəbul edilməlidir. Dozalar Dozalar və qəbul rejimi pasiyentlərin preparata olan fərdi reaksiyalar əsasında müəyyən edilir. Ağrı Doza 8-16 mq/gün 2-3 qəbula bölünür. Tövsiyə edilən gündəlik maksimal doza 16 mq təşkil edir. Osteoartrit və revmatoid artrit Başlanğıc tövsiyə edilən doza 12 mq təşkil edir və 2-3 qəbula bölünür. Dəstəkləyici doza gündə 16 mq-dan artıq olmamalıdır. Xüsusi pasiyentlər qrupları üçün əlavə məlumat Uşaqlar və yeniyetmələr Lornoksikam 18 yaşdan aşağı uşaqlarda istifadəsi üçün nəzərdə tutulmamışdır, çünki preparatın təhlükəsizliyi və effektivliyinə dair kifayət qədər məlumat mövcud deyil. Ahıl yaşlı pasiyentlər Ahıl yaşlı (65 yaşdan yuxarı) pasiyentlərdə dozanın tənzimlənməsi tələb olunmur, lakin preparat ehtiyat ilə təyin olunmalıdır, çünki qeyd olunan yaş qrupunda mədə-bağırsaq traktında arzuolunmaz effektlər daha ağır keçirilir. Böyrək funksiyasının pozulması Böyrək funksiyasının yüngül və ya orta dərəcəli pozulması olan pasiyentlərdə maksimal tövsiyə edilən doza 12 mq təşkil edir və 2-3 qəbula bölünə bilər. Qaraciyər funksiyasının pozulması Qaraciyər funksiyasının orta ağır dərəcəli pozulması olan pasiyentlərdə maksimal tövsiyə edilən doza 12 mq təşkil edir və 2-3 qəbula bölünə bilər. Arzuolunmaz effektlər simptomların nəzarəti üçün kifayət olan minimal müddətdə preparatın minimal effektiv dozasının istifadəsi yolu ilə minimuma endirilə bilər.

Əlavə təsirləri

Hər bir qrupda qeyd olunan əlavə təsirlər sistem və orqanlar üzrə təsnif edilmiş və rast gəlinmə tezliyinin azalması qaydasında təqdim edilmişdir: çox tez-tez (> 1/10); tez-tez (> 1/100 – < 1/10); bəzən (> 1/1000 – < 1/100); nadir (> 1/10 000 – < 1/1000); çox nadir (< 1/10 000), tezliyi məlum olmayan (əldə olan məlumatlara əsasən qiymətləndirilməsi mümkün deyil). İnfeksiyalar və invaziyalar Nadir: farinqit. Qan və limfatik sistemə Nadir: anemiya, trombositopeniya, leykopeniya, qanaxma müddətinin uzanması. Çox nadir: ekximozlar. İmmun sistemə Nadir: hiperhəssaslıq, anafilaktoid və anafilaktik reaksiyalar. Metabolizmə və qidalanmaya Bəzən: anoreksiya, bədən çəkisi dəyişiklikləri. Psixikanın pozulmaları Bəzən: yuxu pozulması, depressiya. Nadir: huşun dumanlanması, əsəbilik, həyəcan. Sinir sisteminə Tez-tez: qısamüddətli yüngül dərəcəli baş ağrıları, başgicəllənmə. Nadir hallarda: yuxululuq, paresteziyalar, dadbilmənin pozulması, tremor, miqren. Çox nadir hallarda: SQQE və birləşdirici toxumanın qarışıq xəstəlikləri olan pasiyentlərdə aseptik meninqit. Görmə orqanına Bəzən: konyunktivit. Nadir: görmə pozulmaları. Eşitmə orqanına və labirintə Tez-tez: başgicəllənmə, qulaqlarda küy. Kardioloji pozulmalar Bəzən: ürək döyüntüləri, taxikardiya, ödemlər, ürək çatışmazlığı. Damar pozulmaları Bəzən: istilik hissi, ödemlər. Nadir hallarda: arterial hipertenziya, qanaxma, hematoma. Tənəffüs sisteminə, döş qəfəsi və divaralığı orqanlarına Bəzən: rinit. Nadir hallarda: dispnoe, öskürək, bronxospazm. Mədə-bağırsaq sisteminə Tez-tez: ürəkbulanma, dispeptik əlamətlər, ishal, qusma. Bəzən: qəbizlik, meteorizm, gəyirmə, ağızda quruluq, qastrit, mədənin xora xəstəliyi, epiqastral nahiyədə ağrı, onikibarmaq bağırsağın xora xəstəliyi, ağız boşluğunda yaralar. Nadir: melena, qan ilə qusma, stomatit, ezofaqit, qastroezofaqeal reflüks, disfaqiya, aftoz stomatit, qlossit, perforativ peptik xora, mədə-bağırsaq qanaxması. Hepatobiliar sistemə Bəzən: qaraciyər funksiyasının göstəricilərinin (qlutamat-piruvat-transaminaza (QPT) və ya qlutamat-oksaloasetat-transaminaza (AST)) yüksəlməsi. Qaraciyər fermentlərinin (alaninaminotransferaza (AlAT) və aspartataminotransferaza (AsAT)) aktivliyinin yüksəlməsi. Nadir: qaraciyər funksiyasının pozulması. Çox nadir: hepatositlərin zədələnməsi. Qaraciyər çatışmazlğının, hepatitin, sarılığın və xolestazın inkişafına səbəb ola bilən hepatotoksiklik. Dəriyə və dərialtı toxumalara Bəzən: səpgi, qaşınma, tərləmə, eritematoz səpgi, Kvinke ödemi, alopesiya. Nadir: dermatit və ekzema, purpura. Çox nadir: ödemler, bullyoz reaksiyalar, Stivens-Conson sindromu, toksiki epidermal nekroliz. Skelet-əzələ sisteminə və birləşdirici toxumaya Bəzən: artralgiya. Nadir: sümüklərdə ağrılar, əzələ spazmları, mialqiya. Böyrəklərə və sidik yollara Nadir: nikturiya, sidik ifrazının pozulması, qanda sidik cövhəri və kreatinin səviyyəsinin yüksəlməsi. Çox nadir: böyrək funksiyasının pozulması olan və böyrək qan axınının dəstəklənməsi üçün böyrək prostaqlandinlərinə ehtiyacı olan pasiyentlərdə lornoksikam kəskin böyrək çatışmazlıının inkişafına səbəb ola bilər. Müxtəlif formalarda təzahür edən nefrotoksiklik (nefrit və nefrotik sindrom daxil olmaqla) QSİƏP-ın sinif səciyyəvi effektidir. Ümumi pozulmalar və preparatın yeridilməsi yerində pozulmalar Tez-tez: ümumi halsızlıq, üzün ödemi. Nadir: asteniya.

Doza həddinin aşılması

Hazırda doza həddinin aşılmasına dair məlumatlar mövcud deyil, bu səbəbdən doza həddinin aşılmasının fəsadlarının qiymətləndirilməsi və ya xüsusi müalicəsinin təklifi mümkün deyil. Ksefokam preparatının doza həddinin aşılması zamanı aşağıdakı simptomlar qeyd olunur: ürəkbulanma və qusma, serebral simptomlar (başgicəllənmə, görmənin pozulması, komaya keçən ataksiya, qıcolmalar). Qaraciyər və böyrək funksiyasının dəyişikliyi və qan laxtalanmasının pozğunluqları mümkündür. Doza həddinin aşılması zamanı və ya doza həddinin aşılmasına şübhə olduğu halda preparatın qəbulu dayandırılmalıdır. Yarımxaricolma dövrü qısa olduğu üçün lornoksikam tez bir zamanda orqanizmdən xaric edilir. Dializ qeyri-effektivdir. Bu günə qədər xüsusi antidotun movcudluğuna dair məlumat yoxdur. Mədənin yuyulması daxil olmaqla təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsi nəzərə alınmalıdır. Ümumi prinsiplərə əsasən, aktivləşdirilmiş kömürün istifadəsi preparatın sorulmasının azalmasına səbəb ola bilər. Aktivləşdirilmiş kömür Ksefokam preparatının qəbulundan dərhal sonra istifadə olunmalıdır. Mədə-bağırsaq pozulmaların müalicəsi üçün prostaqlandinin analoqları və ya ranitidin istifadə oluna bilər.

Buraxılış forması

4 mq və ya 8 mq-lıq örtüklü tabletlər. 10 tablet, alüminium folqalı və PVX örtüklü blisterdə. 1, 2, 3, 5 və ya 10 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadəsi yolverilməzdir. Saxlanılma şəraiti 25C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Aptekdən buraxılma şərtləri Resept əsasında buraxılır.

İstehsalçı

Takeda GmbH, Almaniya Leninsştrasse 70-98, 16515, Oranienburq, Almaniya Takeda GmbH, Germany Lehnitzstrasse 70-98, 16515, Oranienburg, Germany Qeydiyyat vəsiqəsi verilmiş hüquqi şəxsin adı Takeda Avstriya GmbH, Avstirya St.Peter-Ştrasse 25, 4020 Lins, Avstriya Takeda Austria GmbH, Austria St. Peter-Strasse 25, 4020 Linz, Austria Qablaşdırıcı (birincili və ikincili (istehlakçı) qablaşdırma)/Keyfiyyət nəzarəti Takeda GmbH, Almaniya Leninsştrasse 70-98, 16515, Oranienburq, Almaniya Takeda GmbH, Germany Lehnitzstrasse 70-98, 16515, Oranienburg, Germany Və ya “FarmFirma “Soteks” QSC 141345, Rusiya, Moskva vilayəti, Serqiyevo-Posadskiy munisipal rayon, Bereznyakovskoe kənd yaşayış massivi, Belikovo qəs., ev 11. İstehlakçılardan iradları qəbul edən təşkilat “Takeda Osteuropa Holding GmbH” şirkətinin Azərbaycan nümajjəndəliyi AZ 1141, Bakı şəh., Azərbaycan, Ə.Cəmil küç. 64/66. Tel.:/Faks: (994 12) 447 39 22; 510 14 80.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Ksefokam 8 mq N10 tablet” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar