Korteksin 10 mq N10 flakon
| Təsiredici maddə | CORTEXIN |
|---|---|
| Dərman forması | İnyeksiya məhlulu üçün toz |
| Farmakoloji təsir | Nootrop preparat |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
55,00 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
KORTEKSİN 10 mq əzələ daxilinə yeritmək üçün məhlul hazırlamaq üçün liofilizat
Tərkibi
Təsiredici maddə: 1 flakonda 10 mq korteksin (suda həll olunan polipeptid fraksiyaları kompleksi) vardır. Köməkçi maddələr: qlisin (stabilləşdirici).
Təsviri
Ağ rəngli və ya sarımtıl çalarlı ağ rəngli liofilizəolunmuş toz və ya məsaməli kütlə.
Farmakoterapevtik qrupu
Nootrop preparat. ATC kodu: N06BX.
Farmakoloji xüsusiyyətləri
Ümumi xarakteristikası ® ® Korteksin preparatı – quru Korteksin ekstraktından çıxarılan, molekulyar kütləsi 10000 Da-dan artıq olmayan suda həll olunan polipeptid fraksiyalar kompleksidir.
İstifadəsinə göstərişlər
Preparat beyin qan dövranı pozğunluqlarının, kəllə-beyin travmasının və onun nəticələrinin, müxtəlif mənşəli ensefalopatiyaların, koqnitiv pozğunluqların (yaddaş və təfəkkür pozğunluqlarının), kəskin və xroniki ensefalitlərin və ensefalomielitlərin, epilepsiyanın, astenik vəziyyətlərin (supraseqmentar vegetativ pozğunluqların), öyrənmə qabiliyyətinin aşağı düşməsinin, uşaqlarda psixomotor və nitq inkişafının ləngiməsinin, uşaq serebral iflicinin müxtəlif formalarının kompleks müalicəsində istifadə olunur.
Əks göstərişlər
Preparata qarşı fərdi dözümsüzlük.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Korteksin preparatını yalnız, həkim təyinatına müvafiq istifadə etmək lazımdır! Korteksin preparatı üçün həlledici vasitə şəklində 0,5%-li prokain (novokain) məhlulundan istifadə etdikdə, prokainin (novokainin) istifadəsi üzrə təlimatda qeyd olunan əks göstərişlər, xüsusi göstərişlər və ehtiyat tədbirləri və yaşla əlaqəli məhdudiyyətlər barədə məlumatlar nəzərə alınmalıdır. Korteksin dərman preparatı məhlulunun hazırlanması üçün həlledici vasitə şəklində, yerli anestetik olan Lidokain preparatının istifadəsi, tövsiyə olunmur. İçərisində həll olunmuş dərman preparatı olan flakonu saxlamaq və saxladıqdan sonra onu istifadə etmək olmaz. Korteksin preparatının məhlulunu digər məhlullarla qarışdırmaq tövsiyə olunmur. İlk dəfə istifadə edildikdə və ya istifadəsi dayandırıldığı halda, dərman preparatının təsir xüsusiyyətləri barədə heç bir məlumat yoxdur. İnyeksiyanın yeridilməsi ötürüldüyü halda preparatın ikiqat dozasını yeritmək tövsiyə olunmur və növbəti inyeksiyanı isə adətən, nəzərdə tutulan gün həyata keçirmək lazımdır. İstifadə olunmayan dərman preparatlarının qalıqlarının ləğv olunması üçün, xüsusi ehtiyat tədbirlərinin aparılması tələb olunmur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Məhlul hazırlamaq üçün həlledici vasitə şəklində, yerli anestetik olan lidokainin istifadəsi, uşaqlarda arzuolunmayan reaksiyalar təzahürlərinin ağırlıq dərəcəsinin artması ilə assosiasiya olunur və bununla əlaqəli, onun istifadəsi tövsiyə edilmir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə preparatın istifadəsi əks göstərişdir (klinik tədqiqatlardan əldə olunan məlumatların olmaması səbəbindən). Laktasiya dövründə preparatın istifadəsi üçün zərurət yarandığı halda, ana südü ilə qidalanmanı dayandırmaq lazımdır (klinik tədqiqatlardan əldə olunan məlumatların olmaması səbəbindən). Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Oyadıcı təsir simptomları meydana çıxdığı halda (“Əlavə təsirləri” bölməsinə bax) preparat, xüsusi diqqət və sürətli reaksiyalar tələb edən, potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olma qabiliyyətinə (nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə) təsir göstərə bilər.
İstifadə qaydası və dozası
Preparat əzələ daxilinə yeritmək üçün nəzərdə tutulmuşdur. İnyeksiyadan əvvəl flakonun möhtəviyyatını 1-2 ml 0,5%-li prokain (novokain) məhlulunda, inyeksiya üçün suda və ya 0,9 %-li natrium xlorid məhlulunda həll etmək (köpüklənmənin qarşısını almaq məqsədi ilə iynə flakonun divarına tərəf yönəldilməlidir) və gündə 1 dəfə yeritmək lazımdır – böyüklərə 10 gün müddətində 10 mq dozada; bədən kütləsi 20 kq-a qədər olan uşaqlara 0,5 mq/kq dozada, bədən kütləsi 20 kq-dan artıq olan uşaqlara isə 10 mq dozada 10 gün müddətində əzələ daxilinə təyin olunur. Zərurət yarandığı halda, 3-6 aydan sonra təkrar müalicə kursu aparıla bilər. Hemisferik işemik insultun kəskin və erkən bərpa dövrlərində böyüklərə 10 gün müddətində sutkada 2 dəfə (səhər və günorta) 10 mq dozada təyin etmək və 10 gündən sonra təkrar müalicə kursu aparmaq lazımdır.
Əlavə təsirləri
Preparatın klinik istifadəsi müddətində müşahidə edilən arzuolunmayan reaksiyalar, sistem-orqan təsnifatına müvafiq, baş vermə tezliyinin azalması istiqamətində aşağıdakı qaydada göstərilmişdir: çox tez-tez (≥1/10), tez-tez (≥1/100, lakin <1/10), bəzən (≥1/1000, lakin <1/100), nadir hallarda (≥1/10000, lakin <1/1000), çox nadir hallarda (<1/10000). Çox Nadir Sistem-orqan təsnifatı Tez-tez Bəzən Çox nadir hallarda tez-tez hallarda İmmun sistemdə baş Anafilaktik şok, dərman preparatına qarşı verən pozğunluqlar hiperhəssaslıq Dəridə və dərialtı Angionevrotik ödem, eritema, övrə, toxumalarda baş verən səpgilər, qaşınma, allergik dermatit pozğunluqlar Ümumi pozğunluqlar və Yeridilmə nahiyəsində hiperemiya, yeridilmə nahiyəsində hipertermiya, asteniya, titrətmə baş verən dəyişikliklər Sinir sistemində baş Psixomotor oyanıqlıq, hərəkətlərin verən pozğunluqlar koordinasiyalarının pozulması, baş ağrısı, başgicəllənmə, yuxuya meyillilik, hipesteziya Ürəkdə baş verən Taxikardiya (ürək yığılmaları tezliyinin pozğunluqlar yüksəlməsi), aritmiya Psixikada baş verən Həyəcan hissi, yuxusuzluq pozğunluqlar Laborator və Arterial təzyiqin yüksəlməsi instrumental tədqiqatların nəticələri
Doza həddinin aşılması
Hazırda preparatın istifadəsi nəticəsində doza həddinin aşılması halları barədə heç bir məlumat daxil olmamışdır.
Buraxılış forması
10 mq, əzələ daxilinə yeritmək üçün məhlul hazırlamaq üçün liofilizat. 22 mq liofilizat rezin tıxacla bağlanmış və narıncı rəngli qoparılan plastik örtüklü alüminium qapaqla sıxılmış, 5 ml həcmli rəngsiz şüşə flakonlarda; 5 flakon polivinilxlorid və ya polietilentereftalat və alüminium folqa örtüklü konturlu-yuvalı qablaşmada. 2 konturlu-yuvalı qablaşma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yuxarı olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı, ünvanı (hüquqi ünvanı) və dərman preparatının istehsalat yerinin ünvanı Hüquqi ünvanı “Gerofarm” MMC, Rusiya Federasiyası. 191119, Sankt-Peterburq şəh., Zveniqorodskaya küç., ev 9. Telefon: (812) 703-79-75 (çoxkanallı), faks: (812) 703-79-76. İstehsalat yerinin ünvanı Rusiya Federasiyası, 142279, Moskva vilayəti, Serpuxov şəhər dairəsi, Obolensk fəhlə qəsəbəsi, “Kvartal A” ərazisi, bina 5. İradları qəbul edən təşkilat “Gerofarm” MMC. Rusiya Federasiyası, 191144, Sankt-Peterburq şəh., Deqtyarnıy döngəsi, ev 11, lit. B. Telefon: (812) 703-79-75 (çoxkanallı), faks: (812) 703-79-76. Qaynar xətt telefonu: 8-800-333-4376 (Rusiya üzrə zəng ödənişsizdir). www.cortexin.ru www.geropharm.ru Arzuolunmayan reaksiyalar barədə məlumatları [email protected] elektron ünvanına və ya yuxarıda qeyd edilən “Gerofarm” MMC-nin kontakt nömrələrinə yönəltmək lazımdır.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.