Kokarbaksilaza 50 mq 2 ml N10 inyeksiya Biofarma

Təsiredici maddə: COCARBOXYLASE HCL
Təsiredici maddəCOCARBOXYLASE HCL
Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirВ vitamininin sadə preparatları.1
İstehsal ölkəsiUkrayna

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

5,94 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

KOKARBOKSİLAZA HİDROXLORİD inyeksiya üçün məhlul COCARBOXYLASE HYDROCHLORIDE Beynəlxalq patentləşdirilməmiş adı: Cocarboxylase hydrochloride

Tərkibi

Тəsiredici maddə: 1 ampulda (2 ml) 50 mq kokarboksilaza hidroxlorid vardır. Köməkçi maddələr: natrium sitrat, dinatrium edetat, malein turşusu, inyeksiya üçün su.

Təsviri

Şəffaf, rəngsiz və ya demək olar ki, rəngsiz mayedir.

Farmakoterapevtik qrupu

В vitamininin sadə preparatları.1 ATC kodu: А11DA.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Kokarboksilaza mübadilə proseslərini tənzimləyən fermentlərin qeyri-zülal hissəsidir (kofermentidir). Orqanizmdə tiamindən fosforlaşması nəticəsində yaranır. Əsasən, karbohidrat mübadiləsində vacib rol oynayır, xüsusilə də ketoturşuların (piroüzüm turşusu, α-ketoqlütar turşusu) oksidləşmə dekarboksilləşmə prosesində və qlükozanın pentozofosfat yolu ilə parçalanmasında. Orqanizmdə süd və piroüzüm turşularının səviyyəsini azaldır, qlükozanın mənimsənilməsini və sinir hüceyrələrinin trofikasını yaxşılaşdırır, ürək-damar sisteminin fəaliyyətini normallaşdırır. В vitamininin hipovitaminozunun və avitaminozunun müalicəsi məqsədilə, kokarboksilaza istifadə1 edilmir, belə ki, onun bioloji xüsusiyyətləri tiaminin xüsusiyyətləri ilə tam uyğun deyil. Farmakokinetikası Orqanizmdə toplanmır. Sidiklə xaric olur.

İstifadəsinə göstərişlər

Kompleks müalicənin tərkibində: − karbohidrat mübadiləsinin pozulması ilə patolojı proseslər; − şəkərli diabet nəticəsində törənən ağırlaşmalar; − ritm pozulmaları (ekstrasistoliya) ilə müşayiət edilən ürək xəstəlikləri; − periferik nevrit.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Kompleks müalicənin aparılması zamanı kokarboksilazanın ürək qlikozidlərinin kardiotonik təsirini gücləndirmə xüsusiyyətini nəzərə almaq lazımdır. Bu dərman vasitəsinin tərkibində 1 mmol (23 mq)/dozadan az natrium var, yəni, demək olar ki, onun tərkibində natrium yoxdur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Kokarboksilaza ürək qlikozidlərinin kardiotonik təsirini gücləndirir və onlara qarşı dözümlülüyü yaxşılaşdırır. Uyuşmazlığı Preparatın məhlulunu “İstifadə qaydası və dozası” bölməsində qeyd edilən dərman vasitələrindən başqa digər preparatlarla birlikdə istifadə etmək olmaz.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə kokarboksilaza hidroxloridin istifadəsinin effektivliyi və təhlükəsizliyi müəyyən edilməmişdir, bu səbəbə görə bu dövrlərdə preparat təyin edilməməlidir. Pediatriya istifadəsi Həyatın ilk günündən istifadə etmək olar. Venadaxili istifadə etmək olmaz.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Bəzi xəstələrdə dərman zəifliyə, şüurun dumanlanmasına, tormozlanmaya səbəb ola biləcəyi üçün avtomobil idarə edərkən və ya digər mexanizmlərlə işləyərkən istifadəsi tövsiyə edilmir.

İstifadə qaydası və dozası

Adətən kompleks müalicənin komponenti kimi istifadə edilir. Preparat, əzələdaxili, nadir hallarda dərialtı və ya venadaxili təyin edilir. Venadaxili şırnaq üsulu ilə yeridildikdə, məhlulun həcmini 10-20 ml-ə qədər artırmaq, damcı üsulu ilə yeridildikdə 0,9%-li natrium xlorid və ya 5%-li qlükoza məhlulu əlavə edərək məhlulun həcmini 200-400 ml-ə qədər artırmaq lazımdır. Doza, xəstəliyin xarakteri və pasiyentin vəziyyətinin ağırlığı nəzərə alınmaqla, fərdi təyin edilir. Böyüklərə 50-100 mq/sutka dozada 1 dəfə yeritmək lazımdır. Müalicə kursu 15-30 gün təşkil edir. Ehtiyac olduqda, qeyd edilən doza 1-2 saatdan sonra təkrar edilə bilər. Sonradan sutkada 1 dəfə 50 mq dozada dəstəkləyici terapiyaya keçmək lazımdır. Uşaqlara dərialtına və ya əzələdaxilinə yeritmək lazımdır: həyatın ilk günündən 3 aya qədər körpələrə sutkada 1 dəfə 25 mq; 4 ay-7 yaşlı uşaqlara sutkada 1 dəfə 25-50 mq; 8-18 yaşlı uşaqlara sutkada 1 dəfə 50-100 mq təyin etmək lazımdır. Ehtiyac olduqda, qeyd edilən sutkalıq dozaları iki dəfəyə yeritmək olar.

Əlavə təsirləri

İmmun sistemdə baş verən pozulmalar: qaşınma, övrə, angionevrotik ödem, təngnəfəslik, göz qapaqlarının ödemi, dərinin hiperemiyası, akrosianoz, anafilaktik şok daxil olmaqla hiperhəssaslıq reaksiyaları. Ürək-damar sistemində baş verən pozulmalar: arterial hipertenziya, arterial hipotenziya. Yerli reaksiyalar: qaşınma, yeridilmə nahiyəsində ödem daxil olmaqla yeridilmə nahiyəsində reaksiya. Ümumi pozulmalar: zəiflik, titrəmə, hipertermiya, şüurun dumanlanması, tormozlanma, beldə ağrı.

Doza həddinin aşılması

Doza həddinin aşılması əlavə təsirlərin daha ifadə olunmuş şəkildə təzahür etməsi kimi özünü büruzə verir. Preparatın istifadəsinin dayandırılması, tənəffüs və ürək-damar sisteminin fəaliyyətinin normallaşması istiqamətinə yönəldilmiş simptomatik müalicə təyin etmək məsləhət görülür.

Buraxılış forması

2 ml məhlul, ampulda. 5 ampul blisterdə. 1 və ya 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

2-8°C temperaturda, işıqdan qorunmaq məqsədilə orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi MMC «ƏZ «BİOFARMA», Ukrayna. Ukrayna, 09100, Kiyev vilayəti, Belaya Serkov şəhəri, Kiyevskaya küç. 37.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Kokarbaksilaza 50 mq 2 ml N10 inyeksiya Biofarma” üçün ilk rəyi siz yazın.