Karipazim 350 IU

Təsiredici maddə: PAPAYA FRUITS (DRIED LATEX)
Təsiredici maddəPAPAYA FRUITS (DRIED LATEX)
Dərman formasıİnyeksiya məhlulu üçün toz
Farmakoloji təsirProteolitik vasitə
İstehsal ölkəsiGürcüstan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

6,00 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

KARİPAZİM 350 PV xaricə istifadə üçün məhlul hazırlamaq üçün liofilizə olunmuş toz

Tərkibi

Təsiredici maddə: 1 flakonda 350 PV proteolitik aktivliyi olan fermentlər vardır: papain, ximopapain A, ximopapain B, peptidaza A və B, mukolitik ferment lizosim (qurudulmuş südlü Papaya şirəsi (CaricaPapayaL., Papayev ailəsi – Caricaceae)

Təsviri

Ağ, sarımtıl rəngli liofilizə edilmiş toz və ya spesifik qoxulu məsaməli kütlədir. Farmakoterapevtik qrup Proteolitik vasitə. ATC kodu: D03B.

Farmakoloji xüsusiyyətləri

Proteolitik vasitə xaricə istifadə üçündür, nekrotik toxumaları parçalayır, qatı sekresiyaları, ekssudatı, qan laxtalarını duruldur. Təsir xüsusiyyətinə görə ximotripsin və tripsinə yaxındır.

İstifadəsinə göstərişlər

Cərrahi, travmatoloji-ortopedik, neyrocərrahiyyə və nevroloji praktikada; onurğa sütununun osteoxondrozunda, o cümlədən, onurğanın disklərarası yırtıqlarında və diskogen radikulitdə, Şmorl yırtığında, barmaqların bükücü əzələlərinin posttravmatik vəziyyətində, müxtəlif mənşəli keloid çapıqlarda, böyük oynaqların artroz-artritlərində, kürək sümüklərinin periartritlərində, serebral (optoxiazmal daxil olmaqdla) və onurğa araxnoditində, üz sinirinin nevritlərində, tunel sindromlarında istifadə olunur.

Əks göstərişlər

Preparata qarşı fərdi yüksək həssaslığın artması. Hamiləlik və laktasiya dövründə. İstifadə etmək olmaz: dərialtı, əzələdaxili və venadaxili; toxumalarda kəskin iltihabi proseslərdə; disk yırtıqlarının sekvestrasiyası və sekvestrin foramenal yeri ilə.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preaparat nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizimlərlə idarəetmə qabiliyyətinə mənfi təsir göstərmir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Karipazimin digər dərman vasitəri ilə klinik cəhətdən qarşılıqlı təsiri müəyyən edilməmişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir. Nəqliyyat vasitələrini və digər potenisal təhlükəli mexanizimləri idarəetmə qabiliyyatinə təsiri Preaparat nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizimlərlə idarəetmə qabiliyyətinə mənfi təsir göstərmir.

İstifadə qaydası və dozası

Dayaq hərəkət sisteminin yuxarıda göstərilən patalogiyası, keloid çapıqlar, nervitlər və s. zamanı xaricə tətbiq olunur. Karipazim elektroforetik metodla yeridilir. Preparat stasionar və ambulator şəraitlərdə istifadə edilir.

Əlavə təsirləri

Allergik reaksiyalar. Qaşınma və qızdırma ilə özünü göstərən artan həssaslığın yüksək olduğu hallarda antihistamin terapiyası aparılır.

Doza həddinin aşılması

Doza həddinin aşılması əlavə təsirləri artıra bilər. Bu halda desensibilizasiya aparılır (tavegil, diazolin və s.).

Buraxılış forması

350 PV xaricə istifadə üçün məhlulun hazırlanması üçün liofilizə edilmiş toz. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

º 2-8 C-yə qədər temperaturda, quru, günəş şüası düşməyən yerdə və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi IHHŞ Tbilisi Dövlət Tibb Universitetinin Yovel Kutateladze adına Farmakokimya Institutu Gürcüstan,Tbilisi şəhəri 0159, P. Saradjişvili küçəsi № 36. Tel.: (+995 32) 2531494, (995 32)2521904; E-mail: [email protected]; web: www.ikip.tsmu.edu

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Karipazim 350 IU” üçün ilk rəyi siz yazın.