Klostilbegit 50 mq N10 tablet
| Təsiredici maddə | CLOMIFENE CITRATE |
|---|---|
| Dərman forması | Tablet |
| İstehsal ölkəsi | Macarıstan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
8,96 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu dərman preparatının istifadəsinə başlamazdan əvvəl içlik vərəqəni diqqətlə və sona qədər oxumaq lazımdır, çünki burada pasiyent üçün mühüm məlumat vardır. Bu içlik vərəqəni saxlayın. Onu təkrar oxumağınız lazım gələ bilər. Əlavə suallar meydana çıxarsa, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Bu dərman preparatı hər bir pasiyentə fərdi olaraq təyin olunur və onu digər şəxslərə vermək olmaz. Digər şəxslərdə xəstəliyin eyni simptomlarının olmasınaə baxmayaraq, preparat onlar üçün zərərli ola bilər. Hər hansı əlavə təsir meydana çıxarsa və ya bu içlik vərəqədə qeyd olunmayan əlavə effektlər müşahidə olunarsa, həkimi və ya əczaçını məlumatlandırmaq lazımdır (“Əlavə təsirləri” bölməsinə bax). KLOSTİLBEGİT 50 mq tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Clomiphene
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 50 mq klomifen sitrat vardır. Köməkçi maddələr: laktoza monohidrat, kartof nişastası, talk, jelatin, maqnezium stearat, stearin | turşusu.
Təsviri
Girdə, yastı, iti qıraqlı, bir tərəfində “CLO” həkk edilmiş, qoxusuz və ya demək olar ki, qoxusuz, ağ, sarımtıl-ağ və ya bozumtul-ağ rəngli tabletlərdir.
Farmakoloji xüsusiyyətləri
Klostilbegit preparatının təsiredici maddəsi olan, klomifen sitrat, ovulyasiyanı yəni, yumurta hüceyrəsinin yumurtalıqdan çıxmasını stimullaşdırır.
İstifadəsinə göstərişlər
Qadınlarda istifadəsi Preparat, yumurtalıqların və ya hipofizin bəzi xəstəlikləri zamanı və həmçinin, mayalanmaəley- hinə preparatların uzunmüddətli qəbulundan sonra, yumurta hüceyrələrinin yetişməsinin stimul- laşdırılması üçün istifadə olunur. Preparat həmçinin, hamiləlikdən sonra ana südünün qeyri- normal yüksək ifraz olunmasının (qalaktoreyanın) qarşısını almaq üçün istifadə olunur. Kişilərdə istifadəsi Klostilbegit preparatını həmçinin, oliqospermiyanın (spermanın miqdarının aşağı düşməsi) müalicəsi üçün istifadə etmək olar.
Əks göstərişlər
Aşağıdakı hallarda Klostilbegit preparatından istifadə etmək olmaz: – pasiyentdə təsiredici maddəyə və ya preparatın “Tərkibi” bölməsində qeyd olunmuş hər hansı köməkçi maddəyə qarşı allergiya olduqda; – pasiyent hamilə olduğu zaman. Klostilbegit preparatının tabletləri ilə müalicəyə başlamazdan əvvəl hamiləliyi istisna etmək məqsədi ilə, hamiləliyin müəyyən edilməsi üçün test aparmaq lazımdır; – pasiyentdə qaraciyər xəstəliyi və ya qaraciyər funksiyalarının pozulması olduqda; – pasiyentdə yumurtalıq kistası olduğu halda (yumurtalıq polikistozu istisna olmaqla); – hipofizin funksiyaları aşağı olan pasiyentlərdə; – qalxanabənzər vəzinin və ya böyrəküstü vəzilərin funksiyalarının pozulması müşahidə olunan pasiyentlərdə; – pasiyentdə mənşəyi məlum olmayan uşaqlıq qanaxması və ya diaqnozu təsdiq olunmayan qanaxma müşahidə olunduqda; – görmə qabiliyyətinin pozulması (az müddət əvvəl inkişaf edən və ya əvvəllər qeyd olunan) müşahidə olunan pasiyentlərdə; – pasiyentdə hormon-asılı şiş olduqda (hormonların təsiri altında xəstəliyin gedişinin pisləşməsi baş verdiyi halda); – erkən menopauza və ya sonsuzluq müşahidə olunan pasiyentlərdə.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Klostilbegit preparatının istifadəsinə başlamazdan əvvəl, aşağıda göstərilən risk faktorlarını həkimlə birlikdə müzakirə etmək lazımdır: – preparatla aparılan müalicə, çoxdöllü hamiləliyin baş verməsinə səbəb ola bilər; – uşaqlıqdan kənar hamiləliyin baş verməsinin yüksək riski; – yumurtalıq şişinin yüksək inkişaf etmə riski; – yumurtalıqların hiperstimulyasiyası sindromu (yumurtalıqların aktivliyinin yüksəlməsi); – görmə qabiliyyətinin pozulması. Hamiləlik dövründə istifadə etdikdə, döldə anadangəlmə qüsurların inkişaf etməsi və ya hamiləliyin tələf olması baş verə bilər; lakin, Klostilbegit preparatından istifadə etmədikdə belə, göstərilən vəziyyətlər müşahidə oluna bilər. Aşağıdakı hallarda, Klostilbegit preparatı tabletlərinin istifadəsinə başlamazdan əvvəl, həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır: – pasiyenti bədən kütləsinin aşağı olması ilə əlaqəli, menstrual sikl pozulduqda və ya kəsildiyi halda; – pasiyentdə əvvəllər, qıcolmalarla müşayiət olunan xəstəliklər mövcud olduqda; – uşaqlıq fibroidi mövcud olan pasiyentlərdə; – yumurtalıq polikistozu müşahidə olunan pasiyentlərdə; – yumurtalıqların ölçülərinin böyüməsi müşahidə olunan pasiyentlərdə; – pasiyentdə hipertriqliseridemiya (qanda müəyyən növ yağların miqdarının həddindən artıq yüksəlməsi) aşkar olunduqda və ya pasiyentin ailəsində və qohumlarında göstərilən vəziyyət olduğu halda. Sonsuzluğun səbəbinin aşkar edilməsi məqsədi ilə, Klostilbegit preparatını təyin etməzdən əvvəl həkim, hərtərəfli tibbi müayinənin aparılmasını təyin edə bilər. Klostilbegit preparatının hər bir tabletinin tərkibində 100 mq laktoza vardır. Həkim pasiyentdə bəzi şəkər növlərinə qarşı dözümsüzlüyün olmasını bildirdikdə, göstərilən prepartın istifadəsinə başlamazdan əvvəl həkimlə məsləhətləşmək lazımdır. Uşaqlar və 18 yaşa qədər yeniyetmələr Uşaqlarda və yeniyetmələrdə Klostilbegit tabletlərinin istifadəsi əks göstərişdir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Hal-hazırda və ya bir müddət əvvəl istifadə edilən dərman preparatları barədə və ya istifadəsi planlaşdırılan, o cümlədən, istifadəyə reseptsiz buraxılan istənilən dərman preparatları barədə həkimi və ya əczaçını məlumatlandırmaq lazımdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu preparatın istifadəsinə başlamazdan əvvəl pasiyent, hamilə olması, körpəsini ana südü ilə qidalandırması, hamiləliyini ehtimal etməsi və ya hamiləliyinin planlaşdırılması barədə həkimi və ya əczaçını məlumatlandırmalıdır. Hamiləlik dövrü Hamiləlik baş verdikdən sonra, Klostilbegit preparatının istifadəsi əks gösərişdir. Laktasiya dövrü Klomifenin istifadəsinə başlamazdan əvvəl pasiyent, körpəsini ana südü ilə qidalandırması və ya ana südü ilə qidalandırmanı planlaşdırması barədə həkimlə məsləhətləşməlidir. Klostilbegit preparatı ana südünün miqdarını aşağı sala bilər. Hamiləlik və ya laktasiya dövründə istənilən dərman preparatının istifadəsinə başlamazdan əvvəl, həkimlə məsləhətləşmək lazımdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Müalicə kursunun əvvəlində görmə qabiliyytinin pisləşməsi ehtimalını nəzərə alaraq, pasiyentə nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarə etmək tövsiyə olunmur.
İstifadə qaydası və dozası
Klostilbegit preparatının tabletlərini hər zaman, həkim təyinatına ciddi riayət edərək, qəbul etmək lazımdır. Hər hansı şübhə meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Əlavə reaksiyaların baş vermə ehtimalını nəzərə alaraq, müalicəyə başlamazdan əvvəl qadınları hərtərəfli ginekoloji müayinədən keçirmək lazımdır. Klostilbegit preparatı ilə müalicə, mütəxəssis-həkim tərəfindən təyin olunur; preparatı yalnız, ginekoloqun daimi nəzarəti altında istifadə etmək lazımdır. Dozalanma rejimi Sonsuzluq zamanı, hər bir pasiyent üçün preparatın dozasını, yumurtalıqların həssaslığından (reaktivliyindən) asılı olraq, fərdi seçmək lazımdır. Müntəzəm siklik qanaxmalar zamanı müalicəni, siklin 5-ci günündən (və ya 12 gündən az davam edən erkən ovulyator/follikulyar mərhələnin 3-cü günündən) başlamaq tövsiyə olunur. Menstruasiya müşahidə olunmadıqda, müalicəni istənilən gün başlamaq olar. Sxem I. Klinik və laborator müayinə üsulları ilə yumurtalıqların reaksiyalarına nəzarət aparmaqla, 5 gün müddətində, gündə 50 mq dozada. Adətən ovulyasiya siklin 11-ci və 15-ci günləri arasında baş verir. Sxem II. 1-ci sxem müvəffəqiyyətsiz olduqda, bu sxemdən istifadə etmək lazımdır. Növbəti siklin 5-ci günündən başlayaraq, preparatı 5 gün müddətində, gündə 100 mq dozada təyin etmək lazımdır. Ovulyasiyanın induksiyası müşahidə olunmadıqda, eyni kursu (bir daha 100 mq/sutkada) təkrar etmək olar. Əvvəlki kimi, ovulyasiya baş vermədiyi halda, 3-aylıq fasilədən sonra, əlavə 3-aylıq müalicə kursunun aparılması mümkündür. Bundan sonra, preparatın gələcəkdə istifadəsinin heç bir əhəmiyyəti yoxdur. Preparatın 5 gün müddətində 100 mq/sutkada dozasını və müalicənin davametmə müddətini aşmaq olmaz. Yumurtalıqların polikistozu sindromu zamanı, başlanğıc dozanı aşağı salmaq (25 mq sutkada) lazımdır. Kontraseptivlərin qəbulundan sonra müşahidə olunan amenoreya zamanı, sutkada 50 mq dozadan istifadə etmək lazımdır; adətən, hətta 1-ci sxemdən istifadə etdikdə belə, beşgünlük müalicə kursu müvəffəqiyyətli olur. Oliqospermiya zamanı, kişilərə 6 həftə müddətində gündə 50 mq dozada təyin etmək lazımdır. Uşaqlara, yeniyetmələrə və postmenopauza dövründə olan qadınlara Klostilbegit preparatının istifadəsi əks göstərişdir. İstifadə qaydası Klostilbegit preparatının tabletlərini gündə 1 dəfə yeməkdən əvvəl qəbul etmək lazımdır. Klostilbegit preparatı tabletlərinin qida və içkilərlə birlikdə istifadəsi Tabletləri gündə 1 dəfə, yeməkdən əvvəl qəbul etmək lazımdır. Klostilbegit tabletlərinin istifadəsi ötürüldükdə Klostilbegit preparatı tabletlərinin qəbulu ötürüldükdə, həkimə müraciət etmək lazımdır, çünki, müalicə kursunun dəyişdirilməsi tələb oluna bilər. Növbəti tabletin qəbul vaxtı yaxınlaşdığı halda, ötürülən dozaları bərpa etmək məqsədi ilə preparatı ikiqat dozada qəbul etmək olmaz; çünki bununla, pasiyent ötürülən dozanı bərpa etmir, lakin, doza həddinin aşılması riskini yüksəldir. Preparatı müntəzəm qəbul etmədikdə, gözlənilən terapevtik effekt (yumurta hüceyrəsinin yetişməsi) baş verməyə bilər. Klostilbegit preparatı tabletlərinin istifadəsinin dayandırılması Bir siklin gedişində qadınlarda Klostilbegit preparatının istifadə müddəti 5 gün təşkil edir. Preparatın istifadəsini vaxtından əvvəl dayandırdıqda, gözlənilən terapevtik effekt baş verməyə bilər. Göstərilən dərman preparatının istifadəsi barədə əlavə suallar meydana çıxarsa, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.
Əlavə təsirləri
Bütün dərman preparatları kimi, göstərilən dərman preparatı əlavə reaksiyaların meydana çıxmasına səbəb ola bilər, lakin, həmin reaksiaylar, hər pasiyentdə müşahidə olunmur. Aşağıda göstərilən reaksiyalar meydana çıxdıqda, Klostilbegit preparatının istifadəsini dayandırmaq və dərhal həkimə və ya xəstəxanaya müraciət etmək lazımdır: – pasiyentdə allergik reaksiya inkişaf etdiyi halda; həmin reaksiyanın simptomlarına dəri üzərində səpgilər, tənəffüsün və ya udma qabiliyyətinin çətinləşməsi, dodaqların, üz nahiyəsinin, boğazın və ya dilin ödemi (angionevrotik ödem) aiddir; – bədənin bir tərəfinin keyləşməsi, ətrafların zəifləməsi və ya iflici, qeyri-aydın nitq, görmə itiliyinin pisləşməsi, şüurun dumanlanması, qətiyyətsizlik. Bütün bunlar insultun baş verməsinin əlamətləri ola bilər; – hamiləlik dövründə, vaginal qanaxmalarda və ya qarın nahiyəsində ağrı olduqda. Bu vəziyyətlər, ektopik hamiləliyin inkişaf etməsinin əlamətləri ola bilər. Yuxarıda qeyd edilən əlavə reaksiayların tezliyi məlum deyil (əldə olunan məlumatlar əsasında, tezliyi müəyyən etmək mümkün deyil). Aşağıda göstərilən əlavə effektlər inkişaf etdikdə, təcili tibbi yardımın tələb olunmasını nəzərə alaraq, Klostilbegit preparatı tabletlərinin istifadəsini dayandırmaq və dərhal həkimə müraciət etmək lazımdır. Tez-tez (100 pasiyentdən 1-10-da müşahidə olunur): – görmə itiliyinin pisləşməsi, işartılar və ya işıqlanma hissi. Adətən, bu simptomlar müvəqqəti olur, lakin bəzi hallarda dəyişilməmiş qalır. Bu zaman həkim pasiyentə, okulistə müraciət etməsini məsləhət görməlidir. Tezlik məlum deyil (əldə olunan məlumatlar əsasında müəyyən etmək mümkün deyil): – yumurtalıqların stimulyasiyasının yüksəlməsi; bu vəziyyətin simptomlarına qarın nahiyəsinin aşağı hissəsində, mədə nahiyəsində, ayaqların baldır əzələlərində ağrı, ödemlər, qazların toplanması, sidiyin həcminin azalması, tənəffüsün çətinləşməsi, bədən kütləsinin artması aiddir. Bu zaman həkim, Klostilbegit preparatının dozasını aşağı salmalıdır; – qaraciyər funksiyalarının pozulması ilə əlaqəli, sarılıq inkişaf edə bilər ki, bu zaman, dərinin və göz ağlarının saralması müşahidə olunur; – qəflətən meydana çıxan, kəskin baş ağrısı; – psixiatrik pozğunluqlar (paranoidal psixoz). Aşağıda göstərilən əlavə effektlər pisləşdikdə və ya bir neçə gün müddətində aradan qalxmadıqda, həkimə müraciət etmək lazımdır. Çox tez-tez: – vazomotor reaksiyalar, istilik axınları; – qarın nahiyəsinin aşağı hissəsində diskomfort hissi, bədən kütləsinin artması. Bu, yumurtalıqların ölçülərinin böyüməsinin əlaməti ola bilər. Tez-tez: – ürəkbulanma; – menstruasiyalar zamanı ağrının güclənməsi, menstruasiyaların ağır gedişi və ya sikllər arasında qanaxmalar; – süd vəzilərində ağrı hissi; – baş ağrıları; – qarında gərilmə hissi və ya qazların toplanması. Bəzən: – adi vəziyyətlə müqayisədə, sinir gərginliyinin yüksəlməsi; – müvazinətin pozulması və başgicəllənmə (vertiqo); – yorğunluq hissi və yuxu pozğunluqları (yuxusuzluq); – depressiya. Nadir hallarda: – qıcolma tutmaları; – gözün büllur cisminin tutqunlaşması (katarakta); – görmə qabiliyyətinin pisləşməsi, gözlərdə ağrı, rənglərin fərqləndirilməsinin çətinləşməsi (görmə sinirinin iltihabı). Çox nadir hallarda: – saçların tökülməsi və ya saçların nazikləşməsi. Tezlik məlum deyil: – qarın nahiyəsinin aşağı hissəsində ağrı və ya diskomfort hissi, bədən kütləsinin artması, ödemlər. Bunlar, endometriozun (uşaqlıq boşluğunun daxili səthini örtən hüceyrələr uşaqlıq boşluğundan kənara çıxdıqda, məsələn, uşaqlıq əzələlərində) və ya mövcud endometriozun pisləşməsinin və ya yumurtalıq xərçənginin əlamətləri ola bilərlər; – yumurtalıqların ölçülərinin əhəmiyyətli dərəcədə böyüməsi; – çoxdöllü hamiləlik (əkizlər); – qanda yağların miqdarının yüksəlməsi (hipertriqliseridemiya); – qarın nahiyəsinin yuxarı orta və ya yuxarı sol hissəsində ağrı. Bu, qanda yağların miqdarının yüksəlməsi nəticəsində, mədəaltı vəzinin iltihabının (pankreatitin) əlaməti ola bilər; – ürək yığılmalarının tezləşməsi və ya qeyri-müntəzəm olması; – əl, ayaq, ovuc, pəncə dəricinin və həmçinin, ağız boşluğu selikli qişasının zədələnməsi (multiform eritema); – görmə qabiliyyətinin pozulması; – başgicəllənmə hissi və ya şüurun itməsi; – dezoriyentasiya hissi və nitqin pozulması; – dəri üzərində səpgilər və ya qaşınma; – qançırlar; – uz nahiyəsinin, gözətrafı nahiyənin, dodaqların və ya dilin ödemi; – qaraciyər sınaqları göstəricilərinin dəyişməsi; – estrogen hormonuna qarşı həssas və qeyri-həssas şişlər; – qanın laborator analizi əsasında, qaraciyər fermentlərinin aktivliyinin yüksəlməsi. Bu, qaraciyərin qeyri-normal funksiyasının əlaməti ola bilər; – dəridə keyləşmə və ya sancma hissi (paresteziya); – həyəcanlılıq; – əhval-ruhiyənin və ya davranışın dəyişməsi. Müalicə prosesində müşahidə olunan istilik axınları, müalicə kursu sona çatdıqdan sonra aradan qalxırlar. Həmçinin, yumurtalığın kistoz böyüməsi inkişaf edə bilər, xüsusilə, Şteyn-Levental sindromu (polikistoz yumurtalıqlar sindromu, PKYS) zamanı. Həkim pasiyentə, bədən temperaturunun müntəzəm ölçülməsini təyin edə bilər və əldə olunan məlumatlar əsasında, müalicənin dayandırılması barədə qərar qəbul edə bilər. Klomifendən istifadə etməyən qadınlarla müqayisədə, klomifenlə aparılan müalicə zamanı, əkiz hamiləliklərin tezliyi yüksələ bilər. Mayalanma klomifenlə aparılan müalicədən sonra baş verdiyi halda, ektopik hamiləliyin riski yüksələ bilər. Sonsuzluğun müalicəsi üçün preparatlardan istifadə etdikdə, nadir hallarda yumurtalıq xərçənginin inkişaf etməsi barədə məlumat verilmişdir. Bəzi tədqiqatlardan əldə olunan məlumatlara əsasən, klomifenin bu riskin yüksəlməsinə səbəb ola biləcəyini ehtimal etmək olar. Bu səbəbdən, müalicə kursunun tövsiyə olunan müddətini aşmaq olmaz. Əlavə təsirlər barədə məlumatın verilməsi Yuxarıda göstərilən əlavə effektlər aşkar olunduqda və ya bu içlik vərəqədə qeyd olunmayan effektlər meydana çıxdığı halda, həkimə və ya əczaçıya məlumat vermək lazımdır. İstənilən əlavə effektlər barədə həmçinin, dərman preparatlarının əlavə effektlərinin milli qeydiyyat sisteminə, bilavasitə məlumat vermək mümkündür. Əlavə təsirlər barədə məlumat verməklə, Siz, bu dərman preparatının təhlükəsizliyi barədə daha çox məlumatın toplanmasına kömək etmiş olursunuz.
Doza həddinin aşılması
Klostilbegit preparatı tabletlərini, həkim tərəfindən təyin olunan miqdardan artıq qəbul etdikdə, dərhal həkimə və ya xəstəxananın təcili yardım şöbəsinə müraciət etmək lazımdır. Bu içlik vərəqəni və qalan tabletləri həkimə təqdim etmək lazımdır. Pasiyentdə yumurtalıqların həddindən artıq stimullaşdırılmasının baş vermə ehtimalı mövcuddur (yuxarıda, “Əlavə təsirləri” bölməsinə bax). Doza həddinin aşılması baş verdikdə, aşağıdakı simptomlar meydana çıxa bilər: ürəkbulanma, qusma, vazomotor axınlar, tər ifrazının artması, görmə qabiliyyəti pozğunluqları (görmə itiliyinin aşağı düşməsi, sinsilyasiyaedici skotoma/işartılar, kor ləkələr), yumurtalıqların ölçülərinin böyüməsi və çanaq və ya qarın boşluğu orqanlarında ağrı. Qəbul edilmiş preparatı orqanizmdən xaric etdikdən sonra, dəstəkləyici müalicənin aparılması tövsiyə olunur. Preparatın istifadəsi zamanı, doza həddi aşıldıqda, həkimə müraciət etmək lazımdır.
Buraxılış forması
10 tablet, qonur şüşə flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25° C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dərman preparatlarını məişət tullantılarına və ya axar sulara tullamaq olmaz. İstifadə olunmamış preparatın qalıqlarının ləğv olunması tələb olunduqda, əczaçıya müraciət etmək lazımdır. Göstərilən tədbirlər, ətraf mühitin çirklənməsinin qarşısını almağa kömək edir.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırmanın üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Keyfiyyətin pisləşməsinin aşkar əlamətləri (məsələn, rəngin dəyişməsi) müşahidə olunduqda, Klostilbegit tabletlərini istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“EGİS əczaçılıq zavodu” QSC 9900 Körmend, Matyaş kiray küç., ev 65. Macarıstan. Marketinq lisenziyasının sahibi “EGİS əczaçılıq zavodu” QSC. 1106 Budapeşt, Keresturi küç., 30-38. Macarıstan.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.