Ketotifen 1 mq 100 ml sirop Hasco

Təsiredici maddə: KETOTIFEN
Təsiredici maddəKETOTIFEN
Dərman formasıSirop
Farmakoloji təsirSistem istifadə üçün antihistamin maddələr

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

4,79 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Dərmanı qəbul etməzdən öncə içlik vərəqəni diqqətlə oxuyun Bu içlik vərəqəni saxlayın. Siz onu yenidən oxumalı ola bilərsiniz. Daha geniş məlumat və ya məsləhət əldə etmək istədiyiniz halda həkiminizə müraciət edin. Bu dərman sizə fərdi olaraq təyin edilmişdir. Onu başqalarına verməyin. Hətta onların simptomları Sizin simptomlarla eyni olsabelə, o, digərlərini zəhərləyə bilər. KETOTİFEN HASKO 1 mq/5 ml şərbət Beynəlxalq patentləşdirilməmiş adı: Ketotifen

Tərkibi

Təsiredici maddə: 5 ml şərbətin tərkibində 1 mq ketotifen (ketotifen hidrofumarat şəklində) vardır. Köməkçi maddələr: propilparahidroksibenzoat, metilparahidroksibenzoat, susuz limon turşusu, dinatrium fosfat dodekahidrat, saxaroza, kristallaşmayan maye sorbitol, propilenqlikol, çiyələk tamı AR 0012/F, təmizlənmiş su.

Təsviri

Şəffaf, rəngsiz, şirin dadlı, çiyələk qoxulu şərbətdir.

Farmakoterapevtik qrupu

Sistem istifadə üçün antihistamin maddələr. ATC kodu: R06AX17.

Farmakoloji xüsusiyyətləri

KETOTİFEN HASKO ketotifen tərkibli antiallergik (antihistamin) təsirə malik şərbətdir. O, -histaminallergik mediatorların yaranmasını inhibə edir. Ketotifen qeyri-rəqabətli şəkildə H1 reseptorlarını blokada edir. O, bronxial hiperaktivliyin inkişafını ləngitməklə təkrar və kəskin astmatik tutmaların azalmasına gətirib çıxarır. Bronxial astmanın qarşısının alınmasında ketotifenin terapevtik təsirinin tam aydınlaşdırılması üçün bir neçə həftə müalicə tələb olunur.

İstifadəsinə göstərişlər

KETOTİFEN HASKO bronxial astmanın qarşısının alınması, burnun selikli qişasının allergik iltihabının simptomatik müalicəsi və konyunktivanın allergik (mövsümi və çoxillik) iltihabı zamanı istifadə edilir.

Əks göstərişlər

Ketotifenə və ya preparatın inqrediyentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq. Eyni zamanda oral antidiabetik vasitələrin istifadə edilməsi. Epilepsiya.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Aşağıdakı hallarda KETOTİFEN HASKO ilə xüsusi olaraq diqqətli olmaq lazımdır. Bronxial astmanın qarşısının alınmasında ketotifenin terapevtik təsirinin tam aydınlaşdırılması üçün bir neçə həftə müalicə tələb olunur, Müalicənin əvvəlində, adrenal zədələnmələrin yaranma təhlükəsinə görə Siz digər antiastmatik dərmanların, xüsusilə də steroidlərin (sistem kortikosteroidlər) və adrenokortikotrop hormonların qəbulunu saxlamayın; əks halda hipofiz-adrenal cavabların normallaşması 1 ilə yaxın çəkə bilər. Konvulsiyanın yaranma təhlükəsinə görə, xüsusilə epilepsiya hallarında KETOTİFENdən istifadə edərkən diqqətli olun. KETOTİFEN HASKO-dan istifadəni dayandırmaq istədiyiniz halda onu 2-4-cü həftədə edin, astmatik simptomların geri qayıtma ehtimalının olduğunu unutmayın. KETOTİFEN HASKO ilə müalicə zamanı allergiyaya dair testlərin yanlış cavabını ala bilərsiniz, buna görə də bu testlərə başlamazdan 3-4 gün qabaq Siz bu dərmanın qəbulunu dayandırmalısınız. KETOTİFEN alkoqolun (spirtin) təsirini artırdığına görə müalicə müddətində spirtli içkilər qəbul etməyin. KETOTİFEN HASKO-nun bəzi inqrediyentləri haqqında vacib məlumat − Tərkibində saxaroza olduğuna görə fruktoza intolerantlığı, qlükoza-qalaktoza malabsorbsiya sindromu və ya saxaraza-izomaltaza çatışmazlığı kimi nadir rast gələn irsi xəstəliklərə malik pasiyentlər bu preparatdan istifadə etməməlidirlər. − Tərkibindəki sorbitola görə nadir rast gələn irsi intolerantlığı olan pasiyentlər preparatdan istifadə etməməlidirlər. − Preparat hiperhəssaslıq reaksiyasına, mədənin qıcıqlanmasına və ya diareyaya səbəb ola bilər. − Tərkibindəki propil- və metil-parahidroksibenzoat allergik reaksiyalara səbəb ola bilər (mümkün ləng gedişli allergik reaksiyalar).

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

KETOTİFEN mərkəzi sinir sistemini tormozlayan dərman vasitələrinin (trankvilizatorlar, yuxugətirici dərmanlar) və antihistamin (bəzi antiallergik dərmanlar) preparatların təsirini gücləndirə bilər. Daxilə qəbul edilən antidiabetik dərmanlarla yanaşı istifadəsi, qan hüceyrələrinin sayının azalmasına səbəb ola bilər. Lütfən, yuxarıda qeyd edilməyən cari və ya son zamanlarda qəbul etdiyiniz dərmanlar barədə həkiminizi məlumatlandırın.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatı qəbul etməzdən öncə həkiminizlə məsləhətləşin. Yalnız zəruri olduğu halda hamiləlik zamanı KETOTİFEN HASKO qəbul edilə bilər. Ana südünə keçdiyinə görə laktasiya dövründə preparat qəbul edilməməlidir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Müalicənin ilk bir neçə günü ərzində Siz reaksiyalarınızın zəiflədiyini hiss edə bilərsiniz, buna görə preparata olan fərdi reaksiyalar tam təyin edilməyənə qədər nəqliyyat vasitələrinin idarə edilməsi və ya cihazların istifadəsi dayandırılmalıdır.

İstifadə qaydası və dozası

KETOTİFEN HASKO-nu həkiminizin təyin etdiyi qaydada qəbul edin. Əmin olmadığınız halda həkiminizlə məsləhətləşin. Şərbət daxilə qəbul üçün nəzərdə tutulub. Qablaşdırmaya doza ölçən fincan daxil edilmişdir. KETOTİFEN HASKO-un qəbul edilən adi dozası: 7 aylıqdan 3 yaşa kimi uşaqlar – 0,25 ml şərbət/kq bədən kütləsi, gündə iki dəfə səhər və axşam yemək zamanı. Gün ərzində 2,5 ml-dən artıq şərbət qəbul etməyin. 3 yaşdan yuxarı uşaqlar və böyüklər – 5 m l şərbət (1 mq KETOTİFEN), gündə 2 dəfə səhər və ax- şam yemək zamanı. KETOTİFENin sakitləşdirici təsirinə həssas olan pasiyentlərdə həkim gün ərzində 2 dəfə 2,5 ml olmaqla bir həftə ərzində dozanı tədricən artırmağı məsləhət görə bilər, sonra isə tam terapevtik dozaya qədər dozanı artırın. KETOTİFEN HASKO-nun təsiri Sizə həddindən artıq güclü və ya zəif gələrsə, o halda həkiminizlə məsləhətləşin. KETOTİFEN HASKO-nun qəbulu unudulduqda Unudulmuş dozam əvəz etmək üçün ikiqat doza qəbul etməyin. KETOTİFEN HASKO-nun qəbulunu dayandırdıqda meydana çıxa bilən hallar KETOTİFEN-dən istifadənin qəfil dayandırılması astma simptomlarının qayıtması ilə nəticələnə bilər. Əgər preparatın qəbulunu dayandırmaq istəyirsinizsə, bunu tədricən, 2-4 həftə ərzində həyata keçirin, lakin ilk olaraq həkiminizlə məsləhətləşin.

Əlavə təsirləri

Digər dərman maddələri kimi, KETOTİFEN HASKO da əlavə təsirlərə malikdir. Tez-tez baş verən əlavə təsirlər: oyanıqlıq, qıcıqlanma, yuxululuq, əsəbilik; bu simptomlar xüsusi olaraq uşaqlarda müşahidə edilir. Bəzən baş verən əlavə təsirlər: sidik kisəsinin iltihabı, başgicəllənmə, ağızda quruluq. Nadir hallarda baş verən əlavə təsirlər: bədən kütləsinin artması, dərmanın təsirindən yaranan sakitlilik. Çox nadir hallarda baş verən əlavə təsirlər: multiformalı eritema, Stivens-Conson sindromu (multiformalı eritemanın kəskin forması), kəskin dəri reaksiyaları, konvulsiyalar, qaraciyərin iltihabı, qaraciyər fermentlərinin aktivliyinin artması. Müalicənin əvvəlində dərmanın təsirindən sakitlilik, ağızda quruluq və başgicəllənmə ola bilər, lakin müalicənin davam etdiyi müddətdə bunlar azalmağa başlayır. KETOTİFEN HASKO-dan istifadə zamanı bəzi şəxslər digər əlavə təsirlərlə qarşılaşa bilərlər. İçlik vərəqəda qeyd edilməmiş hər hansı yeni əlavə təsirlər müşahidə etdiyiniz halda həkiminizə məlumat verin.

Doza həddinin aşılması

Doza həddinin aşılması zamanı müşahidə edilən simptomlara başgicəllənmə, ifrat sakitləşmə və yuxululuq, konfuziya və dezorientasiya, ürək fəaliyyətinin artması, arterial hipertenziya, kardio- pulmonar kollaps, koma və xüsusilə uşaqlarda hiperoyanıqlıq və ya konvulsiya daxildir. Bu zaman simptomatik müalicə tətbiq edilməlidir. Əgər preparat son bir neçə saat ərzində qəbul edilmişdirsə, qusma törədilə bilər və bu zaman mədənin yuyulması həyata keçirilməlidir. Aktivləşdirilmiş kömürün istifadəsi faydalı ola bilər. Qıcıqlanma və ya konvulsiya zamanı qısamüddətli təsirə malik barbituratlar və ya benzodiazepinlər tətbiq edilə bilər. Koma zamanı nəzarət edilən respirasiyadan və qan dövranı sistemin funksiyasını təmin edən dərmanlardan istifadə edin. Zəruri olduqda simptomatik müalicə və qan dövranı sisteminin yoxlanması məsləhət görülür. Məsləhət görülən dozadan artıq KETOTİFEN HASKO qabul etdiyiniz halda dərhal həkiminizlə məsləhətləşin.

Buraxılış forması

100 ml şərbət şüşə flakonda. 1 flakon doza ölçən fincan və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən aşağı temperaturda, işıq şüalarından uzaq, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinini sahibi PPF Hasko-Lek S.A. 51-131 Wrocław, ul. Zmigrodka 242 E, Poland. Dərman İnformasiyası Departamenti Tel.: +48 22 742 00 22. [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Ketotifen 1 mq 100 ml sirop Hasco” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar