Ketotifen 1 mq N30 tablet Borisov

Təsiredici maddə: KETOTIFEN
Təsiredici maddəKETOTIFEN
Dərman formasıTablet
Farmakoloji təsirSistem istifadə üçün antihistamin vasitələr
İstehsal ölkəsiBelarusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

0,95 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

KETOTİFEN 1 mq tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Ketotifen

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 1 mq ketotifen (ketotifen fumarat şəklində) vardır. Köməkçi maddələr:kartof nişastası, kalsium hidrofosfat dihidrat, maqnezium stearat.

Təsviri

Ağ rəngli, iysiz və ya zəif qoxulu, yastısilindrik, iti kənarlı tabletlərdir.

Farmakoterapevtik qrupu

Sistem istifadə üçün antihistamin vasitələr. ATC kodu: R06AX17.

İstifadəsinə göstərişlər

Multisistem allergik reaksiyaların profilaktikası və müalicəsi: – xroniki idiopatik övrə (məsələn, soyuqdan yaranan övrə); – bronxial astma ilə müşayiət olunan və ya onsuz allergik rinit; – allergik konyunktivit; – atopik dermatit. Bronxial astmanın müalicəsi üçün kortikosteroidlər göstəriş olduqda, Ketotifenin istifadəsi kortikosteroidlərlə (inhalyasion və ya sistem) müalicəni əvəz etmir.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, hamiləlik, laktasiya dövrü, 3 yaşa qədər uşaqlar, anamnezdə epilepsiya.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ehtiyatla Epilepsiya, qaraciyər çatışmazlığı. Ketotifenin terapevtik effekti tədricən, 1-2 ay ərzində inkişaf edir. Aparılan antiastmatik terapiyanı ketotifenin qəbuluna başladıqdan sonra ən azı 2 həftə ərzində dozanı tədricən artırmaqla davam etdirmək lazımdır. Müalicə tədricən, 2-4 həftə ərzində dayandırılır (“astmatik simptomların” residivi mümkündür). Bronxial astma tutmalarının blokadaya alınması üçün nəzərdə tutulmayıb. Eyni vaxtda peroral hipoqlikemik dərman vasitələri qəbul edən pasiyentlərdə periferik qanda trombositlərin sayına nəzarət etmək lazımdır. Ketotifenin bronxodilatatorlarla eyni vaxtda istifadəsi zamanı sonuncuların dozası bəzi hallarda azaldıla bilər. Ketotifenlə müalicə zamanı çox nadir hallarda qıcolmanın yaranması mümkündür. Ketotifen qıcolmaya hazırlıq hüdudunu azaltdığı üçün preparat epilepsiyalı pasiyentlərə (“Əks göstərişlər” bölməsinə bax) əks göstərişdir. Xroniki idiopatik övrəsi olan pasiyentlərdə ketotifenin uzun müddətli (4 həftədən artıq) istifadəsinin effektivliyinin tədqiqatları aparılmayıb. Tabletin udulmasında çətinlik çəkən 6 yaşa qədər uşaqlarda dərman vasitəsini ehtiyatla istifadə etmək lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Ketotifen sedativ, yuxugətirici, antihistamin vasitələrin və etanolun effektlərini gücləndirə bilər. Ketotifenin peroral hipoqlikemik dərman vasitələri ilə eyni vaxtda istifadəsi zamanı trombositopeniyanın inkişaf ehtimalı artır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə, xüsusilə I trimestrdə preparatın istifadəsi, yalnız o zaman mümkündür ki, ana üçün gözlənilən fayda dölə olan potensial riskdən üstün olsun. Ketotifen ana südünə nüfuz edir, bu səbəbə görə onun laktasiya dövründə istifadəsinə ehtiyac olduqda, ana südü ilə qidalandırmanın dayandırılması məsələsini həll etmək lazımdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Ketotifen qəbul edən pasiyentlər, yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olmaqdan çəkinməlidirlər.

İstifadə qaydası və dozası

Böyüklər Adətən gündəlik doza 2 mq (1 tablet gündə 2 dəfə, səhər və şam yeməyi zamanı) təşkil edir. Sedasiyaya meyilli pasiyentlərdə ilk həftə ərzində dozanın tədricən artırılması məsləhət görülür. Qəbulu gündə 1 tablet 1 dəfə axşam istifadə etməklə başlamaq və 5 gün ərzində tam sutkalıq dozaya qədər artırmaq məsləhət görülür. Ehtiyac olduqda, sutkalıq dozanı 4 mq-a qədər artırmaq olar, daha doğrusu gündə 2 dəfə 2 tablet. Daha yüksək dozaların istifadəsi zamanı effektin daha tez baş verməsini gözləmək olar. Uşaqlar 3 yaşdan yuxarı uşaqlar: gündə 2 dəfə, səhər və axşam 1 tablet, yemək vaxtı qəbul edilir. Uşaqlarda optimal effekti əldə etmək məqsədilə bədən çəkisi hesabı ilə dərman vasitəsinin daha yüksək dozalarının təyini tələb edilə bilər. Bu zaman belə dozalara qarşı dözümlülük yaxşı olur. Bronxolitiklərlə eyni vaxtda istifadəsi Ketotifenin istifadəsi zamanı bronxolitik vasitələrin tezliyi azala bilər. Yaşlı şəxslərdə istifadəsi Ketotifenin yaşlı şəxslərə təyini zamanı doza rejiminin korreksiyası tələb edilmir. Terapiyanın davametmə müddəti Tam terapevtik effektin inkişafına qədər ketotifen bir neçə həftə qəbul edilməlidir. Bir neçə həftə ərzində pasiyentdə ketotifenin qəbuluna reaksiya qeyd edilmədikdə, durğun effekt əldə etmək məqsədilə onun sonrakı istifadəsini 2-3 aydan az olmamaqla, davam etdirilməlidir. Ketotifenin istifadəsinin dayandırılması 2-4 həftə ərzində tədricən aparılmalıdır, bu zaman, allergik xəstəliklərin simptomlarının kəskinləşməsi mümkündür. Dərman vasitəsinin növbəti qəbulu unudulduqda, tableti yada düşən kimi dərhal qəbul etmək lazımdır. Unudulan dozanı kompensasiya etmək üçün ikiqat doza qəbul etmək olmaz.

Əlavə təsirləri

Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). Mərkəzi sinir sistemində baş verən pozğunluqlar: bəzən – yuxululuq, yüngül başgicəllənmə, psixi reaksiyaların ləngiməsi(adətən müalicə başladıqdan bir neçə gündən sonra itir), sedativ effekt, yorğunluq hissi; nadir hallarda – narahatlıq, yuxunun pozulması, əsəbilik (xüsusilə uşaqlarda); məlum deyil – qıcolma, başağrı. İmmun sistemdə baş verən pozğunluqlar: çox nadir hallara – multiformalı eritema, Stivens- Conson sindromu, ağır dəri reaksiyaları. Həzm sistemində baş verən pozğunluqlar: bəzən – iştahanın artması, ağızda quruluq; nadir hallarda – dispeptik hallar; məlum deyil – ürəkbulanma, qusma, diareya. Qanyaradıcı sistemdə baş verən pozğunluqlar: çox nadir hallarda – trombositopeniya. Sidikçıxarıcı sistemdə baş verən pozğunluqlar: bəzən – dizuriya, sistit. Maddələr mübadiləsində baş verən pozğunluqlar: nadir hallarda – bədən çəkisinin artması. Dəridə baş verən pozğunluqlar: məlum deyil – səpgi, övrə. Digər: çox nadir hallarda – hepatit, qaraciyər fermentlərinin səviyyəsinin artması. Qeyd edilən əlavə təsirlərin baş verməsi və ya təlimatda göstərilməyən reaksiyaların yarandığı zaman həkimə müraciət etmək vacibdir.

Doza həddinin aşılması

Simptomları Şüurun itməsinə qədər yuxuyameyillilik; şüurun dumanlanması və dezorientasiya; bradi- və ya taxikardiya, arterial təzyiqin enməsi; xüsusilə uşaqlarda – yüksək oyanıqlıq, qıcolmalar; geridönən koma. Müalicəsi Mədənin yuyulması (qəbuldan az vaxt keçmiş olarsa), aktivləşdirilmiş kömür, simptomatik müalicə, ehtiyac olduqda – ürək-damar sisteminin funksional parametrlərinin monitorinqi; qıcolma sindromu inkişaf edərsə – qısamüddətli təsirə malik barbituratlar və benzodiazepinlər. Dializ effektiv deyil.

Buraxılış forması

10 tablet, konturlu-yuvalı qablaşdırmada. 3 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25 °С-dən yüksək olmayan temperaturda, rütubətdən qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

“Borisov Dərman Preparatları Müəssisəsi” ASC. Belarus Respublikası, Minsk vilayəti, Borisov ş., Çapayev k., 64. Tel.: +375 (177) 735612, 731156.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Ketotifen 1 mq N30 tablet Borisov” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar