KETILEPT 100 MG N60 TB
| Təsiredici maddə | QUETIAPINE |
|---|---|
| Resept | Reseptlə satılır |
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Ketilept preparatının təsiredici maddəsi olan kvetiapin, antipsixotik adlandırılan preparatlar sinfinə aiddir |
| İstehsal ölkəsi | Macarıstan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
20,70 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu dərman preparatını istifadə etməzdən əvvəl, bu içlik vərəqəni sona qədər və diqqətlə oxumaq lazımdır, çünki burada pasiyent üçün mühüm məlumatlar vardır. Bu içlik vərəqəni saxlamaq lazımdır. Onun təkrar oxunması tələb oluna bilər. Əlavə suallar meydana çıxarsa, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Bu dərman preparatı hər bir pasiyentə fərdi olaraq təyin olunur. Onu digər şəxslərə vermək olmaz. Digər şəxslərdə eyni xəstəlik simptomlarının olmasına baxmayaraq, preparat onlar üçün zərərli ola bilər. Hər hansı əlavə təsirin meydana çıxması və ya bu içlik vərəqədə qeyd olunmayan əlavə effektlərin aşkar olunması barədə həkimi və ya əczaçını məlumatlandırmaq vacibdir. KETİLEPT 25 mq, 100 mq, 150 mq, 200 mq, 300 mq örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Kvetiapin
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 25 mq, 100 mq, 150 mq, 200 mq və 300 mq kvetiapin (müvafiq olaraq, 28,78 mq, 115,13 mq, 172,70 mq, 230,26 mq və 345,40 mq kvetiapin fumarat şəklində) vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza, laktoza monohidrat, natrium nişastaqlikolyatı (A tipi), povidon K-90, maqnezium stearat, susuz kolloid silisium. Örtük: 25 mq, 100 mq və 300 mq tabletlər – ağ Opadry II 33G28523: hipromelloza, titan dioksid (E171), laktoza monohidrat, makroqol 3350, triasetin. 150 mq və 200 mq tabletlər – ağ Opadry II 33G28523 və çəhrayı Opadry II 33G24283: hipromelloza, titan dioksid (E171), laktoza monohidrat, makroqol 3350, triasetin, qırmızı dəmir oksid (E172), sarı dəmir oksid (E172).
Təsviri
25 mq: dairəvi, hər iki tərəfi qabarıq, bir tərəfində üslublu E hərfi və digər tərəfində 201 rəqəmi həkk edilmiş, qoxusuz və ya demək olar ki, qoxusuz, ağ və ya demək olar ki, ağ rəngli örtüklü tabletlərdir. 100 mq: dairəvi, hər iki tərəfi qabarıq, bir tərəfində üslublu E hərfi və digər tərəfində 202 rəqəmi həkk edilmiş, qoxusuz və ya demək olar ki, qoxusuz, ağ və ya demək olar ki, ağ rəngli örtüklü tabletlərdir. 150 mq: dairəvi, hər iki tərəfi qabarıq, bir tərəfində üslublu E hərfi və digər tərəfində 203 rəqəmi həkk edilmiş, qoxusuz və ya demək olar ki, qoxusuz, çəhrayı rəngli örtüklü tabletlərdir. 200 mq: dairəvi, hər iki tərəfi qabarıq, bir tərəfində üslublu E hərfi və digər tərəfində 204 rəqəmi həkk edilmiş, qoxusuz və ya demək olar ki, qoxusuz, tünd-çəhrayı rəngli örtüklü tabletlərdir. 300 mq: dairəvi, hər iki tərəfi qabarıq, bir tərəfində üslublu E hərfi və digər tərəfində 205 rəqəmi həkk edilmiş, qoxusuz və ya demək olar ki, qoxusuz, ağ və ya demək olar ki, ağ rəngli örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Ketilept preparatının təsiredici maddəsi olan kvetiapin, antipsixotik adlandırılan preparatlar sinfinə aiddir.
İstifadəsinə göstərişlər
Ketilept preparatının örtüklü tabletləri aşağıda göstərilən xəstəliklərin müalicəsi üçün istifadə olunur: – bipolyar depressiya: əhval-ruhiyyə düşkünlüyü, enerjinin olmaması, günahkar olma hissi, iştahanın itməsi və ya yuxusuzluqla xarakterizə olunan vəziyyət; – maniya: pasiyentin özünü həddindən artıq “gümrah”, oyanıqlı, həyəcanla dolu hiss edən, hiperaktiv olan vəziyyət və ya aqressiya və dağıdıcı (destruktiv) davranış daxil olmaqla, vəziyyəti yanlış qiymətləndirməsi; – şizofreniya: hallüsinasiyalarla müşayiət olunan xəstəlik (pasiyent mövcud olmayan səslər eşidir və ya mövcud olmayan vəziyyəti hiss edir, mövcud olmayan hadisənin reallığına inanır və ya həddindən artıq şübhəli, narahat olur, sinir gərginliyi hiss edir, depressiya vəziyyətinə düşür, günah hissi və şüurun dumanlanması hissi keçirir). Pasiyentin vəziyyəti yaxşılaşdığı halda belə, xəstəlik simptomlarının residivlərinin (geri qayıtmasının) qarşısının alınması məqsədi ilə, həkim pasiyentə Ketilept preparatının təyin olunmasını davam etdirə bilər. Ehtimal var ki, pasiyent qohumuna və ya yaxın dostuna göstərilən simptomlardan əziyyət çəkdiyini bildirsə və onlardan, həmin içlik vərəqənin oxunmasını xahiş etsə, onlar hər hansı yardım göstərə bilərlər. Həmin şəxslər, pasiyentdə müşahidə olunan sipmtomların pisləşməsi və ya pasiyentin davranışının dəyişməsinin aşkar edilməsi barədə pasiyenti məlumatlandırmalıdırlar. Ketilept preparatının örtüklü tabletlərinin təsiri və ya preparatın pasiyentə hansı məqsədlə təyin olunması barədə suallar meydana çıxdığı halda, həkimlə məsləhətləşmək vacibdir.
Əks göstərişlər
Aşağıda göstərilən hallarda Ketilept preparatının örtüklü tabletlərindən istifadə etmək olmaz Pasiyentdə kvetiapinə və ya preparatın tərkibinə daxil olan, həmin içlik vərəqənin “Tərkibi” bölməsində göstərilən hər hansı digər köməkçi maddələrə qarşı yüksək həssaslıq. Pasiyent aşağıda göstərilən preparatlardan hər hansı birindən istifadə etdiyi halda: – İİV infeksiyasının müalicəsi üçün istifadə olunan preparatlar; – azol-tərkibli preparatlar (göbələk infeksiyalarının müalicəsi üçün preparatlar); – eritromisin, klaritromisin (infeksiyaların müalicəsi üçün istifadə olunan antibiotiklər); – nefazodon (depressiyanın müalicəsi üçün istifadə olunan preparat). Yuxarıda göstərilən məlumatlardan hər hansı biri pasiyentə aid olduğu halda, Ketilept preparatından istifadə etmək olmaz. Hər hansı şübhə olduğu halda, həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aşağıda göstərilən hallarda, Ketilept preparatının örtüklü tabletlərinin istifadəsinə başlamazdan əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək vacibdir: – əvvəllər və ya hal-hazırda pasiyentdə və ya pasiyentin ailə üzvlərində ürək xəstəlikləri (məsələn, ürək ritminin dəyişməsi, ürək əzələsinin zəifliyi və ya ürək iltihabı) müşahidə olunduqda və ya pasiyent ürək ritminə təsir göstərən istənilən tibbi vasitələrdən istifadə etdiyi halda; – pasiyentdə qan təzyiqinin aşağı düşməsi qeyd olunduqda; – pasiyentdə insult olduqda, xüsusilə, pasiyent yaşlı insan olduğu halda; – pasiyentdə qaraciyər xəstəliyi mövcud olduqda; – pasiyentdə əvvəllər epilepsiya tutması qeyd olunduqda; – pasiyent diabetdən əziyyət çəkdiyi halda və ya pasiyentdə diabetin inkişaf etməsi üçün risk faktorları mövcud olduğu halda (ailədə diabet mövcud olduqda və ya hamiləlik dövründə qanda şəkərin səviyyəsi qalxdığı halda). Belə hallarda, Ketilept preparatından istifadə etdikdə, həkim qanda şəkərin səviyyəsinə nəzarət etməlidir; – pasiyentdə pankreatit (mədəaltı vəzinin iltihabı) inkişaf etdikdə və ya pankreatitin inkişaf etməsi üçün risk faktorları, məsələn, öd daşları və ya triqliseridlərin (qanda müəyyən yağ növü) səviyyəsinin yüksəlməsi qeyd olunduğu halda; – pasiyentdə əvvəllər digər dərman preparatlarının istifadəsi ilə əlaqəli və ya ondan asılı olmayan, ağ qan hüceyrələrinin miqdarının aşağı düşməsi müşahidə olunduğu halda; – pasiyent demensiyadan (beyin funksiyasının pozğunluğundan) əziyyət çəkən yaşlı inşan olduqda. Göstərilən vəziyyətdə, Ketilept preparatının insultun inkişaf etmə riskini və ya bəzi hallarda, demensiyadan əziyyət çəkən pasiyentlərdə ölümün baş vermə riskini yüksəldə bilən dərman preparatları sinfinə aid olmasını nəzərə alaraq, pasiyent Ketilept preparatından istifadə etməməlidir; – pasiyent Parkinson xəstəliyindən və ya parkinsonizmdən əziyyət çəkən yaşlı insan olduğu halda; – pasiyentdə və ya pasiyentin ailə üzvlərində tromboz (damarlarda qan laxtalarının əmələ gəlməsi) qeyd olunduqda – bu zaman nəzərə almaq lazımdır ki, həmin sinifdən olan dərman preparatları damarlarda qan laxtalarının formalaşmasına səbəb ola bilərlər; – əvvəllər pasiyentdə adi gecə yuxusu zamanı tənəffüsün qısamüddətli dayanması (yuxuda apnoe) baş verdikdə və ya pasiyent baş beyinin aktivliyinin tormozlanmasına səbəb olan dərman preparatlarından (“depressantlardan”) istifadə etdiyi halda; – pasiyent hal-hazırda və ya əvvəllər sidik kisəsini tam boşalda bilmədikdə (sidik ifrazının ləngiməsi), pasiyentdə prostat vəzinin böyüməsi müşahidə olunduqda, pasiyentdə bağırsaq keçməməzliyi və ya gözdaxili təzyiqin yüksəlməsi qeyd olunduğu halda. Göstərilən vəziyyətlər adətən, “antixolinergik” adlandırılan preparatların istifadəsi nəticəsində meydana çıxırlar. Həmin preparatlar, bəzi xəstəliklərin müalicəsi zamanı sinir hüceyrələrinin funksiyalarına təsir göstərirlər; – pasiyent hal-hazırda və ya əvvəllər alkoqoldan və ya narkotik maddələrdən sui-istifadə etdiyi hallarda. Pasiyenti xəstəxanaya yerləşdirdikdə, pasiyentin Ketilept preparatından istifadə etməsi barədə tibb işçilərini məlumatlandırmaq vacibdir. Ketilept preparatının istifadəsi ilə aparılan müalicə müddətində, pasiyentdə aşağıda göstərilən vəziyyətlərdən hər hansı biri meydana çıxdığı halda, dərhal həkimi məlumatlandırmaq lazımdır: – qızdırmanın, ağır dərəcəli əzələ gərginliyinin, tər ifrazının yüksəlməsinin və şüurun dumanlanmasının eyni zamanda inkişaf etməsi (göstərilən vəziyyət – “bədxassəli neyroleptik sindrom” adlandırılır). Bu zaman, pasiyentə təcili tibbi yardımın göstərilməsi tələb olunur; – ilk növbədə, üz nahiyəsinin və dilin nəzarətolunmayan hərəkətləri; – başgicəllənmə və ya həddindən artıq yuxuya meyllilik hissi. Bu halın yaşlı pasiyentlərdə inkişaf etməsi, yıxılmalara gətirib çıxara bilər; – qıcolma tutmaları; – uzunmüddətli, ağrılı ereksiya (priapizm). Yuxarıda göstərilən vəziyyətlər, oxşar tipli dərman preparatlarının istifadəsi nəticəsində meydana çıxa bilərlər. Ketilept preparatının istifadəsi ilə aparılan müalicə müddətində, pasiyentdə aşağıda göstərilən vəziyyətlərdən hər hansı biri meydana çıxdığı halda, həkimi mümkün qədər tez məlumatlandırmaq lazımdır: – qızdırmanın, qripəbənzər vəziyyətin, boğaz ağrısının və ya hər hansı digər infeksiyanın eyni zamanda inkişaf etməsi – çünki bu, ağ qan hüceyrələrinin aşağı düşməsi nəticəsində meydana çıxa bilər və bu zaman, Ketilept preparatının istifadəsinin dayandırılması və/və ya müalicənin təyin olunması tələb oluna bilər; – qarın nahiyəsində daimi ağrı ilə müşayiət olunan qəbizlik və ya müalicəyə heç bir cavab verməyən qəbizlik – çünki bu, bağırsaq keçməməzliyinin inkişaf etməsinə gətirib çıxara bilər. İntihar barədə düşüncələr və depressiyanın pisləşməsi Pasiyentdə depressiya və/və ya həyəcanlılıq vəziyyəti müşahidə olunduqda, onda özünə zərər yetirmə barədə düşüncələr meydana çıxa bilər. Qeyd olunan dərman preparatlarının dərhal təsir göstərməməsini və onların təsirlərinin başlanmasına qədər iki-üç həftə və daha uzun müddət tələb olunmasını nəzərə alaraq, həmin vəziyyət, antidepressantların istifadəsi ilə aparılan müalicənin əvvəlində daha şiddətli ola bilər. Aşağıda göstərilən hallarda, özünə zərər yetirmə barədə düşüncələrin meydana çıxması daha çox ehtimal edilir: – pasiyentdə əvvəllər intihar və ya özünə zərər yetirmə barədə düşüncələr qeyd olunduğu halda; – pasiyent yetkin yaşlı insan olduqda. Klinik tədqiqatların nəticələri, psixiatrik xəstəliklərdən əziyyət çəkən yaşı 25-dən aşağı olan yetkin yaşlı pasiyentlərdə intiharla əlaqəli davranış riskinin yüksəlməsini aşkar etmişdir. Pasiyentdə intihar və ya özünə zərər yetirmə barədə düşüncələr meydana çıxdıqda, dərhal həkimi məlumatlandırmaq və ya xəstəxanaya müraciət etmək lazımdır. Ehtimal var ki, pasiyent qohumuna və ya yaxın dostuna göstərilən simptomlardan əziyyət çəkdiyini bildirsə və onlardan, həmin içlik vərəqənin oxunmasını xahiş etsə, onlar hər hansı yardım göstərə bilərlər. Həmin şəxslər, pasiyentdə müşahidə olunan sipmtomların pisləşməsi və ya pasiyentin davranışının dəyişməsinin aşkar edilməsi barədə pasiyenti məlumatlandırmalıdırlar. Bədən kütləsinin artması Ketilept preparatından istifadə edən pasiyentlərdə bədən kütləsinin artması müşahidə olunmuşdur. Bu səbəbdən, həm pasiyent özü, həm də həkim pasiyentin bədən kütləsinə müntəzəm nəzarət etməlidirlər. Ketilept preparatının örtüklü tabletlərinin tərkibində laktoza vardır Laktozaya qarşı dözümsüzlük qeyd olunan pasiyentlərə pəhriz təşkil edildikdə, nəzərə almaq lazımdır ki, Ketilept preparatının 25 mq, 100 mq, 150 mq, 200 mq və 300 mq dozada hər bir tabletinin tərkibində müvafiq olaraq, 4,0 mq, 16,0 mq, 24,0 mq, 32,0 mq və 48,0 mq laktoza vardır. Həkim pasiyentdə bəzi şəkər növlərinə qarşı dözümsüzlüyün mövcudluğunu müəyyən etdiyi halda, göstərilən dərman preparatının istifadəsinə başlamazdan əvvəl məsləhət almaq üçün həkimə müraciət etmək lazımdır. Uşaqlar və 18 yaşa qədər yeniyetmələr Uşaqlarda və yeniyetmələrdə Ketilept preparatının təhlükəsizliyi və effektivliyi üzrə tədqiqatlarda müəyyən olmuşdur ki, qalxanabənzər vəzinin funksiyalarına təsir edir. Ketilept preparatı uşaqların və 18 yaşdan aşağı yeniyetmələrin müalicəsi üçün nəzərdə tutulmamışdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Hal-hazırda istifadə edilən və ya bir müddət əvvəl istifadə edilən və ya istifadəsi planlaşdırılan, o cümlədən aptekdən reseptsiz buraxılan istənilən dərman preparatları barədə həkimi və ya əczaçını məlumatlandırmaq lazımdır. Aşağıda göstərilən dərman preparatlarından istifadə etdikdə, pasiyent Ketilept preparatından istifadə etməməlidir: – İİV infeksiyasının müalicəsi üçün istifadə olunan bəzi preparatlar; – göbələk infeksiyalarının müalicəsi üçün istifadə olunan preparatlar (azollar); – eritromisin və ya klaritromisin (infeksiyaların müalicəsi üçün istifadə olunan preparatlar); – nefadozon (depressiyanın müalicəsi üçün istifadə olunan preparat). Aşağıda göstərilən dərman preparatlarından istifadə etdikdə, həkimi məlumatlandırmaq lazımdır: – epilepsiyanın müalicəsi üçün istifadə olunan preparatlar (fenitoin, karbamazepin); – yüksək arterial təzyiqin müalicəsi üçün istifadə edilən preparatlar; – barbituratlar (yuxusuzluq zamanı istifadə olunan preparat); – tioridazin və ya litium (antipsixotik preparat); – ürəyə təsir göstərən preparatlar, məsələn, elektrolit balansı dəyişə bilən preparatlar (kaliumin və ya maqneziumun səviyyəsinin aşağı düşməsi), məsələn, sidikqovucu preparatlar və ya bəzi antibiotiklər (infeksiyaların müalicəsi üçün istifadə edilən preparatlar); – qəbizliyə səbəb ola bilən preparatlar; – bəzi xəstəliklərin müalicəsi zamanı sinir sisteminin funksiyalarına təsir göstərən, antixolinergik adlandırılan preparatlar. İstənilən dərman preparatının istifadəsini dayandırmazdan əvvəl, həkimlə məsləhətləşmək vacibdir. Ketilept preparatı tabletlərinin qida, içkilər və alkoqol ilə birlikdə istifadəsi Ketilept preparatını qida qəbulundan asılı olmayaraq istifadə etmək olar. Ketilept preparatından istifadə müddətində alkoqollu içkilərdən ehtiyatla istifadə etmək lazımdır; bu zaman nəzərə almaq lazımdır ki, spirtli içkilərin Ketilept preparatı ilə birlikdə istifadəsi, yuxuya meylliliyin meydana çıxmasına səbəb ola bilər. Ketilept preparatının istifadəsi ilə aparılan müddət ərzində qreypfrut şırəsindən istifadə etmək olmaz, çünki qreypfrut şirəsi göstərilən preparatın effektivliyini dəyişə bilər. Ketilept preparatının dərman testlərinə təsiri Pasiyentin sidiyində dərmanların səviyyələrini müəyyən etdikdə, Ketilept preparatının istifadəsi, hətta pasiyent metadondan və ya trisiklik antidepressantlardan (TSA) istifadə etmədiyi halda belə, metadona və ya TSA-ya yanlış-müsbət nəticə göstərə bilər. Həmin analizlərin nəticələrini daha spesifik testlərlə təsdiq etmək lazımdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövrü Pasiyent hamilə olması, körpəsini ana südü ilə qidalandırması, hamiləliyini ehtimal etməsi və ya hamilə olmağı planlaşdırması barədə həkimi məlumatlandırmalıdır. Hamiləlik dövründə, əvvəlcədən həkimlə məsləhətləşməmiş, Ketilept preparatından istifadə etmək olmaz. Hamiləliyin üçüncü trimestrində (hamiləlik dövrünün son üç ayı) Ketilept preparatından istifadə edən anaların dünyaya gətirdikləri yenidoğulmuşlarda aşağıda göstərilən simptomlar müşahidə oluna bilər: titrəmə, əzələ gərginliyi və/və ya əzələ zəifliyi, yuxuya meyllilik, oyanıqlıq, hiper- və hipotenziya, tənəffüs pozğunluğu və qidalanmada çətinliklər. Uşaqda yuxarıda göstərilən simptomlardan hər hansı biri inkişaf etdiyi halda, həkimlə məsləhətləşmək lazımdır. Laktasiya dövrü Laktasiya dövründə Ketilept preparatından istifadə etmək olmaz. Hər hansı dərman preparatının istifadəsinə başlamazdan əvvəl həkimlə məsləhətləşmək vacibdir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri ® ® Ketilept preparatı yuxuya meylliliyin meydana çıxmasına səbəb ola bilər. Ketilept preparatının pasiyentə hansı təsir göstərməsini müəyyən etməyənə qədər, nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarə etmək olmaz.
İstifadə qaydası və dozası
Göstərilən preparatı hər zaman yalnız həkim təyinatına müvafiq istifadə etmək vacibdir. Hər hansı şübhə meydana çıxdığı halda, mütləq həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Dozalanma rejimi Ketilept preparatının istifadə qaydası həkim tərəfindən müəyyən edilir. Həkim pasiyentə preparatın müvafiq başlanğıc dozasını təyin etməlidir; gələcəkdə həmin dozanın həkim tərəfindən artırılması mümkündür. Müxtəlif göstərişlərdə müxtəlif fərdi dozalanma rejimlərinin istifadəsi tövsiyə olunur. Pasiyentə adətən tövsiyə olunan doza təyin edilərsə, xəstəlikdən və müalicəyə fərdi tələbatlardan asılı olaraq, preparatın gündə 150 mq-dan 800 mq-a qədər dozası təyin oluna bilər. İstifadə qaydası Pasiyentin xəstəliyindən asılı olaraq, tabletləri gündə 1 dəfə, yuxuya getməzdən əvvəl və ya gündə 2 dəfə qəbul etmək lazımdır. Ketilept preparatının tabletlərini bütöv, çeynəmədən, su ilə birlikdə qəbul etmək lazımdır. Ketilept preparatını qida qəbulundan asılı olmayaraq, istifadə etmək olar. Ketilept preparatının istifadəsi ilə aparılan müalicə müddətində qreypfrut şırəsindən istifadə etmək olmaz, çünki qreypfrut şirəsi göstərilən preparatın effektivliyini dəyişə bilər. Həkim preparatın istifadəsini dayandırmayana qədər, hətta pasiyent özünü yaxşı hiss etdikdə belə, Ketilept preparatının tabletlərinin istifadəsini dayandırmaq olmaz. Uşaqlar və 18 yaşa qədər yeniyetmələr Ketilept preparatının örtüklü tabletlərini uşaqlara və 18 yaşdan aşağı yeniyetmələrə təyin etmək olmaz. Qaraciyər funksiyalarının pozulması Qaraciyər funksiyalarının pozulması müşahidə olunan pasiyentlərdə həkim preparatın dozasını dəyişə bilər. Yaşlı pasiyentlər Yaşlı pasiyentlərdə həkim preparatın dozasını dəyişə bilər. Ketilept preparatının bir və ya bir neçə dozasının istifadəsinin ötürülməsi Preparatın dozasının istifadəsi ötürüldükdə, onu mümkün qədər tez qəbul etmək lazımdır. İstifadəsi ötürülən dozanı növbəti doza ilə birlikdə və ya ondan az müddət əvvəl qəbul etmək olmaz. Bundan sonra, preparatın istifadəsini həkim tərəfindən təyin olunan rejimdə və dozalarda davam etdirmək lazımdır. Ötürülən dozanı bərpa etmək məqsədi ilə preparatın ikiqat dozasını qəbul etmək olmaz. Ketilept preparatı tabletlərinin istifadəsinin dayandırılması Həkim preparatın istifadəsini dayandırmayana qədər, hətta pasiyent özünü yaxşı hiss etdikdə belə, Ketilept preparatının istifadəsini dayandırmaq olmaz. Ketilept preparatının istifadəsini qəflətən dayandırdıqda, ürəkbulanma, qusma, yuxusuzluq, başgicəllənmə, baş ağrısı, ishal və ya qıcıqlanma kimi simptomlar təkrar meydana çıxa bilər; pasiyentdə xəstəlik simptomları həmçinin, yenidən təkrarlana bilər. Preparatın istifadəsini dayandırmaqdan əvvəl, həkim pasiyentə preparatın dozasının aşağı salınmasını tövsiyə edə bilər. Gələcəkdə, göstərilən dərman preparatının istifadəsi barədə hər hansı sual meydana çıxdığı halda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.
Əlavə təsirləri
Bütün dərman vasitələri kimi, bu preparat da əlavə effektlərin meydana çıxmasına səbəb ola bilər, lakin bu effektlər hər pasiyentdə müşahidə olunmur. Çox tez-tez (10 pasiyentdən 1-dən çoxunda meydana çıxır): – başgicəllənmə (yıxılmalara gətirib çıxara bilər), baş ağrısı, ağızda quruluq; – yuxuya meyllilik (Ketilept preparatının tabletlərinin istifadəsini davam etdirdikdə, bu vəziyyət aradan qalxa bilər) (yıxılmalara gətirib çıxara bilər); – bədən kütləsinin artması; – ürəkbulanma, qusma, yuxusuzluq, başgicəllənmə, baş ağrısı, qıcıqlanma və diareya daxil olmaqla, ləğvetmə simptomları (Ketilept preparatının istifadəsini dayandırdıqda, pasiyentdə inkişaf edən simptomlar). Ketilept preparatının istifadəsini tədricən, 1-2 həftə müddətində dayandırmaq lazımdır; – hərəkətə başlamazdan əvvəl çətinlik, titrəmə daxil olmaqla qeyri-normal əzələ hərəkətləri, hərəki narahatlıq hissi və ya ağrı ilə müşayiət olunmayan əzələ gərginliyi; – qanda bəzi yağların (triqliseridlərin və ümumi xolesterinin) miqdarının dəyişməsi. Tez-tez (100 pasiyentdən 1-10-da meydana çıxır): – ürək çırpınmasının tezləşməsi; – güclü, həddindən artıq sürətli ürək çırpınması hissi və ya ürək yığılmalarının ötürülməsi; – qəbizlik, həzm pozğunluğu; – zəiflik (yıxılmalara gətirib çıxara bilər); – əllərin və ayaqların ödemi; – ayaq üstə olduğu vəziyyətdə qan təzyiqinin aşağı düşməsi – bu, başgicəllənmənin və ya bayğınlıq vəziyyətinin meydana çıxmasına səbəb ola bilər (yıxılmalara gətirib çıxara bilər); – qanda şəkərin miqdarının yüksəlməsi; – görmə itiliyinin pisləşməsi; – gecələr dəhşətli yuxugörmələr və qeyri-normal yuxugörmələr; – aclıq hissinin güclənməsi; – qıcıqlanma hissi; – nitq pozğunluqları; – intiharla əlaqəli düşüncələr və depressiya vəziyyətinin pisləşməsi. Bu barədə dərhal həkimi məlumatlandırmaq və ya xəstəxanaya müraciət etmək vacibdir; – təngnəfəslik; – qusma (əsasən, yaşlı pasiyentlərdə); – qızdırma; – qanda qalxanabənzər vəzinin hormonunun səviyyəsinin dəyişməsi; – qan hüceyrələrinin bəzi növlərinin miqdarının aşağı düşməsi; – qaraciyər fermentlərinin aktivliyinin yüksəlməsi (qan analizinin nəticələrinə əsasən); – qanda prolaktin hormonunun səviyyəsinin yüksəlməsi (nadir hallarda, süd vəzilərinin şişməsinə, kişilərdə və qadınlarda gözlənilmədən süd vəzilərindən südün ifraz olunmasına və həmçinin, menstrual siklin pozulmasına səbəb ola bilər). Bəzən (1000 pasiyentdən 1-10-da meydana çıxır): – qıcolma tutmaları; – dəri üzərində qabaran ləkələrin əmələ gəlməsi ilə müşayiət olunan allergik reaksiyalar, dəridə şişkinlik, ağız ətrafında olan nahiyədə şişkinlik; – aşağı ətraflarda xoşagəlməyən hərəki narahatlıq hissi (ətrafların qarşısıalınmayan hərəkətdə olması tələbatı); – udma qabiliyyətinin pisləşməsi; – əsasən, üz nahiyəsinin və dilin nəzarətolunmayan hərəkətləri; – cinsi funksiyanın pozulması; – şəkərli diabetin inkişaf etməsi; – ürəyə elektrik impulslarının qeyri-normal ötürülməsi (EKQ-də QT intervalının uzanması); – ürək yığılmaları ritminin normaya nisbətən ləngiməsi – müalicənin əvvəlində inkişaf edə bilər ki, bu da qan təzyiqinin aşağı düşməsinə və bayğınlıq vəziyyətinə gətirib çıxara bilər; – sidik ifrazının çətinləşməsi; – bayğınlıq (yıxılmalara gətirib çıxara bilər); – burun tutulması; – qırmızı qan hüceyrələrinin miqdarının aşağı düşməsi; – qanda natriumun miqdarının aşağı düşməsi; – mövcud şəkərli diabetin gedişinin pisləşməsi. Nadir (10000 pasiyentdən 1-10-da meydana çıxır): – tər ifrazının yüksəlməsi, əzələ gərginliyi, yuxuya güclü meyllilik və bayğınlıq ilə müşayiət olunan qızdırma (“bədxassəli neyroleptik sindrom” adlandırılan vəziyyət); – dərinin və gözün skleralarının sarı rəngə boyanması (sarılıq); – qaraciyər iltihabı (hepatit); – uzunmüddətli, ağrılı ereksiya (priapizm); – kişilərdə və qadınlarda süd vəzilərindən südün gözlənilmədən ifraz olunması (qalaktoreya) ilə müşayiət olunan, süd vəzilərinin şişməsi; – menstrual siklin pozulması; – venalarda, əsasən, aşağı ətrafların venalarında qan laxtalarının əmələ gəlməsi (simptomlara ətraflarda şişkinlik, ağrı və qızarma aiddir) – həmin qan laxtaları qan damarları ilə ağciyərlərə düşə bilərlər və döş qəfəsində ağrıya və tənəffüsün çətinləşməsinə səbəb ola bilərlər. Pasiyentdə qeyd olunan simptomlardan hər hansı biri müşahidə olunduqda, dərhal həkimə müraciət etmək lazımdır; – yuxu müddətində gəzmə, söhbət, qida qəbulu və digər aktivlik növləri; – bədən temperaturunun aşağı düşməsi (hipotermiya); – qarın və bel nahiyəsində kəskin ağrıya səbəb olan, mədəaltı vəzinin iltihabı; – “metabolik sindrom” adlandırılan vəziyyət – bu zaman, pasiyentdə aşağıda göstərilən üç və ya üçdən çox dəyişiklik inkişaf edə bilər: qarın ətrafı nahiyədə piy toxumasının artması, qanda “faydalı xolesterinin” (yüksək sıxlıqlı lipoproteinlərin (YSLP)) səviyyəsinin aşağı düşməsi, triqliseridlərin (yağların) səviyyəsinin yüksəlməsi, arterial təzyiqin yüksəlməsi və qanda şəkərin səviyyəsinin yüksəlməsi; – ağ qan hüceyrələrinin miqdarının çox aşağı düşməsi fonunda (bu vəziyyət aqranulositoz adlanır) qızdırmanın, qripəbənzər vəziyyətin, boğaz ağrısının və ya istənilən digər infeksiyanın eyni zamanda inkişaf etməsi; – bağırsaq keçməməzliyi; – kreatinfosfokinaza fermentinin (əzələlərin tərkib elementi) səviyyəsinin yüksəlməsi. Çox nadir (10000 pasiyentdən 1-dən azında meydana çıxır): – dəri səpgilərinin, suluqların/qovuqcuqların və ya dəri üzərində qırmızı ləkələrin əmələ gəlməsi; – ağır dərəcəli allergik reaksiya (anafilaksiya) – tənəffüsün çətinləşməsinə və ya şokun meydana çıxmasına səbəb ola bilər; – sürətlə inkişaf edən dəri ödemi, adətən, göz və ya dodaqların ətrafında və ya boğazda (angionevrotik ödem); – dəri üzərində, ağız boşluğunda, göz ətrafında və cinsiyyət üzvlərinin ətrafında suluqların əmələ gəlməsi ilə müşayiət olunan ağır vəziyyət (Stivens-Conson sindromu); – sidik həcminə nəzarət edən hormonun qeyri-normal hasilatı; – əzələ liflərinin parçalanması və əzələ ağrıları (rabdomioliz). Məkum deyil (əldə olunan məlumatlar əsasında tezliyi müəyyən etmək mümkün deyil): – dəri üzərində qeyri-düzgün formalı qırmızı nöqtələr şəklində səpgilərin əmələ gəlməsi (multiform eritema); – qızdırma, suluqların əmələ gəlməsi və dərinin qabıqlanması kimi simptomlarla müşayiət olunan, qəflətən inkişaf edən ağır dərəcəli allergik reaksiya (toksik epidermal nekroliz); – eozinofiliya və sistem simptomlarla (DRESS) müşayiət olunan dərman reaksiyası – ağır dərəcəli, bədən səthinin əhəmiyyətli hissəsini örtən dəri səpgiləri, qızdırma, qaraciyər fermentlərinin səviyyəsinin yüksəlməsi, qanda baş verən pozğunluqlar (eozinofillərin – qan hüceyrələrinin müəyyən növünün miqdarının artması), limfa düyünlərinin böyüməsi və digər daxili orqanların zədələnməsi qeyd olunur; – hamiləlik dövründə Ketilept preparatından istifadə edən anaların dünyaya gətirdikləri yenidoğulmuşlarda ləğvetmə simptomları inkişaf edə bilər; – insult. Kvetiapin aid olan sinfin preparatları ağır dərəcəli, bəzi hallarda isə ölümlə nəticələnə bilən ürək ritminin pozğunluqlarına gətirib çıxara bilərlər. Aşağıda göstərilən əlavə effektlər yalnız, qan analizi aparıldıqdan sonra aşkar olunurlar: – qanda bəzi yağların səviyyələrinin dəyişməsi (lipid səviyyələrinin yüksəlməsi – triqliseridlərin və ümumi xolesterinin); – qanda şəkərin səviyyəsinin dəyişməsi; – qanda qalxanabənzər vəzi hormonunun səviyyəsinin dəyişməsi; – qaraciyər fermentlərinin səviyyəsinin dəyişməsi; – qan hüceyrələrinin (məsələn, ağ və qırmızı qan çisimciklərinin) müəyyən növlərinin miqdarının aşağı düşməsi; – kreatinfosfokinaza fermentinin (əzələlərin tərkib elementi) səviyyəsinin yüksəlməsi; – qanda natriumun səviyyəsinin aşağı düşməsi; – qanda prolaktin hormonunun səviyyəsinin yüksəlməsi (nadir hallarda, süd vəzilərinin şişməsinə, kişilərdə və qadınlarda gözlənilmədən süd vəzilərindən südün ifraz olunmasına və həmçinin, menstrual siklin pozulmasına səbəb ola bilər). Həkim pasiyentin qan analizlərinə müntəzəm nəzarətin aparılmasını təyin edə bilər. Uşaqlarda və yeniyetmələrdə əlavə arzuolunmayan reaksiyalar Böyüklərdə qeyd olunan əlavə effektlər həmçinin, uşaqlarda və yeniyetmələrdə müşahidə oluna bilərlər. Aşağıda göstərilən əlavə effektlər uşaqlarda və yeniyetmələrdə daha tez-tez müşahidə olunmuşdur: Çox tez-tez (10 pasiyentdən 1-dən çoxunda meydana çıxır): – qanda prolaktin adlandırılan hormonun səviyyəsinin yüksəlməsi – nadir hallarda, süd vəzilərinin şişməsinə, oğlanlarda və qızlarda gözlənilmədən süd vəzilərindən südün ifraz olunmasına və həmçinin, menstrual siklin pozulmasına (menstruasiyanın olmaması və ya qeyri- müntəzəm menstruasiyalar) səbəb ola bilər; – iştahanın yüksəlməsi; – qusma; – əzələ hərəkətlərinə başlamazdan əvvəl çətinlik, titrəmə daxil olmaqla qeyri-normal əzələ hərəkətləri, hərəki narahatlıq hissi və ya ağrı ilə müşayiət olunmayan əzələ gərginliyi; – arterial təzyiqin yüksəlməsi. Tez-tez (100 pasiyentdən 1-10-da meydana çıxır): – zəiflik hissi, bayğınlıq (yıxılmalara gətirib çıxara bilər); – burunun tutulması; – qıcıqlanma. Əlavə təsirlər barədə məlumatın verilməsi Yuxarıda sadalanan əlavə təsirlər aşkar edildikdə və ya göstərilən içlik vərəqədə qeyd olunmayan əlavə təsirlər meydana çıxdığı halda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Əlavə təsirlər barədə həmçinin, bilavasitə əlavə təsirlərin Milli qeydiyyat sisteminə məlumat vermək olar. Əlavə təsirlər barədə məlumat verməklə, göstərilən dərman preparatının təhlükəsizliyi barədə əlavə məlumat əldə etmək mümkündür.
Doza həddinin aşılması
Ketilept preparatı tabletlərini həkim tərəfindən təyin olunandan yüksək dozada qəbul etdikdə, mümkün qədər tez həkimə və ya ən yaxında yerləşən xəstəxanaya müraciət etmək lazımdır. Həkimə göstərmək məqsədi ilə pasiyent, göstərilən içlik vərəqəni və qalan tabletləri özü ilə götürməlidir. Doza həddinin aşılmasının simptomları: adətən, yuxuya meyillilik, başgicəllənmə, epileptik tutma, təngnəfəslik, sidiyəgetmənin çətinləşməsi, koma və ölüm, ürək yığılmalarının tezliyinin dəyişməsi müşahidə olunur.
Buraxılış forması
10 tablet, blisterdə. 3 və ya 6 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25° C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Dərman preparatlarını məişət tullantılarına və ya axar sulara tullamaq olmaz. Lazım olmayan dərman preparatının qalıqlarının ləğv olunması tələb olunduğu halda, əczaçı ilə məsləhətləşmək lazımdır. Bu tədbirlər ətraf mühitin çirklənməsinin qarşısının alınmasına kömək edir.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalat sahəsi “EGİS əczaçılıq zavodu” QSC. 1165 Budapeşt, Bökenföldi küç., 118-120. Macarıstan. Marketinq lisenziyasının sahibi “EGİS əczaçılıq zavodu” QSC. 1106 Budapeşt, Keresturi küç., 30-38. Macarıstan.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.