Kavinton 5 mq N50 tablet
| Təsiredici maddə | VINPOCETINE |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Psixoanaleptiklər. Digər psixostimulyatorlar və nootroplar |
| İstehsal ölkəsi | Macarıstan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
7,69 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Dərman vasitəsini qəbul etməzdən öncə bu içlik vərəqəsini diqqətlə oxuyun. – Bu içlik vərəqəni saxlayın. Sizə onu yenidən oxumaq lazım gələ bilər. – Əgər Sizdə hər hansı sual yaranarsa, həkimə və ya əczaçıya müraciət edin. – Bu dərman vasitəsi yalnız məhz Sizə təyin edilmişdir. Onu başqa şəxslərə vermək olmaz. Çünki hətta onların şikayətləri sizinkilə eyni olsa belə, bu preparat onların sağlamlıqına mənfi təsir göstərə bilər. – Əgər Sizdə hər hansı bir ciddi əlavə təsirlər baş verərsə və ya bu içlik vərəqədə göstərilməyən əlavə təsir yarandıqda, bu barədə həkimə və ya əczaçıya məlumat verin. KAVİNTON 5 mq tabletlər KAVİNTON FORTE 10 mq tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Vinposetine
Tərkibi
Kavinton Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq vinposetin vardır. Köməkçi maddələr:maqnezium stearat, susuz kolloidal silisium dioksid, talk, qarğıdalı nişastası, laktoza monohidrat. Kavinton Forte Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq vinposetin vardır. Köməkçi maddələr:maqnezium stearat, susuz kolloidal silisium dioksid, talk, qarğıdalı nişastası, laktoza monohidrat.
Təsviri
Kavinton Ağ və ya demək olar ki, ağ rəngli, yastı, dairəvi formalı, iti kənarlı, qoxusuz, bir tərəfində”CAVINTON” yazısı olan və digər tərəfində yazı olmayan tabletlərdir. Tabletlərin diametri 9 mm-ə qədərdir. Kavinton Forte Ağ və ya demək olar ki, ağ rəngli, yastı, dairəvi formalı, iti kənarlı, bir tərəfində”10 mg” yazısı və digər tərəfində bölmə xətti olan tabletlərdir. Tabletlərin diametri 8 mm-ə qədərdir.
Farmakoterapevtik qrupu
Psixoanaleptiklər. Digər psixostimulyatorlar və nootroplar. ATC kodu: N06BX18.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Vinposetin kompleks təsir mexanizminə malik olan birləşmədir və həmin birləşmə baş beyin metabolizminə və baş beynin qanla təchizatına müsbət təsir göstərir, eləcə də qanın reoloji xüsusiyyətlərinə. Vinposetin neyroprotektiv effektə malikdir: aminturşularının törətdikləri sitotoksik reaksiyaların + 2+ zərərli təsirinin zəiflədir. Preparat potensialdan asılı Na və Ca kanallarını, eləcə də, NMDA və AMPA reseptorları blokada edir. Adenozinin neyroprotektiv effektini gücləndirir. Vinposetin baş beyinin metabolizmi stimullaşdırır: baş beyin toxuması tərəfindən qlükozanın və O -nin tutulmasını artırır və həmin maddələrin mənimsənilməsini stimullaşdırır. Preparat baş2 beynin hipoksiyaya qarşı davamlılığını artırır; baş beynin müstəsna enerji mənbəyi olan qlükozanın hematoensefalik baryerdən nəqlolunmasını sürətləndirir; qlükoza metabolizmini 2+ enerji baxımından daha əlverişli aerob yola istiqamətləndirir; Ca -kalmodulindən asılı ferment olan sQMF-fosfodiesteraza (FDE) fermentini selektiv inhibə edir; baş beyində sAMF-in və sQMF-in səviyyəsinin artırır. Baş beyində ATF-in konsentrasiyasını və ATF/AMF nisbətini yüksəldir; baş beyində noradrenalinin və serotoninin mübadiləsini gücləndirir; qalxan noradrenergik sistemi stimullaşdırır; antioksidant təsir göstərir; bütün bu effektlərin nəticəsində vinposetin serebroprotektor təsir göstərir. Vinposetin baş beyində mikrosirkulyasiyanı yaxşılaşdırır: trombositlərin aqreqasiyasını inhibə edir; qanın patoloji yüksək özlülüyünü aşağı salır; eritrositlərin deformasiyaya meylliliyini yüksəldir və onlarla adenozinin tutulmasını inhibə edir; O -nin eritrositlərə qarşı azaldılması yolu2 ilə toxumalarda onun nəqlolunmasını yaxşılaşdırır. Vinposetin baş beyində qan axınını selektiv gücləndirir: ürək atımının serebral fraksiyasını artırır; sistem qan dövranına (arterial təzyiqə, ürək atımına, nəbzin tezliyinə, ümumi periferik damar müqavimətinə) təsir göstərmədən, serebral damar müqavimətini azaldır; “oğurlanma effektinin” yaranmasına səbəb olmur. Bundan başqa preparatın istifadəsi zamanı aşağı perfuziyalı zədələnmiş (lakin hələlik nekroza məruz qalmamış) işemiya sahələrində qan təchizatını yaxşılaşır (“əks oğurlanma effekti”). Farmakokinetikası Sorulması Sürətlə sorulur və daxilə qəbulundan 1saat sonra qanda preparatın konsentrasiyası maksimuma çatır. Sorulma başlıca olaraq, həzm traktının proksimal şöbəsində baş verir. Bağırsaq divarından sorulan zaman metabolizmə uğramır. Paylanması Preparatın peroral istifadəsi ilə siçovullar üzərində aparılan tədqiqatlarda radioaktiv nişanlanmış vinposetinin ən yüksək konsentrasiyası qaraciyərdə və mədə-bağırsaq traktında aşkar edilmişdir. Toxumalarda maksimal konsentrasiyası istifadəsindən 2-4 saat sonra qeyd edilir. Baş beyində radioaktiv nişanlanmış preparatın konsentrasiyası onun qanda qeyd olunan konsentrasiyasından yüksək olmamışdır. İnsan orqanizmində vinposetin qan zülalları ilə 66% birləşir, daxilə qəbulu zamanı mütləq biomənimsənilməsi 7%-dir, paylanma həcmi 246,7±88,5 litrdir ki, bu da toxumalarla əhəmiyyətli dərəcədə birləşməsinə işarədir. Vinposetinin klirensi 66,7 l/saatdır, qarciyərin plazma həcmini aşır (50 l/saat) və vinposetinin qaraciyərdən xaric metabolizmini sübut edir. Biotransformasiyası Vinposetinin əsas metaboliti apovinkamin turşusudur (AVT) ki, bunun da insanlarda payı 25- 30% təşkil edir. Daxilə qəbulundan sonra AVT-nin “konsentrasiya-vaxt” əyrisi altındakı sahə, venadaxili yeridilməsindən sonrakı göstəricidən 2 dəfə çoxdur ki, bu da AVT-nin vinposetinin presistem metabolizmi zamanı yaranmasını işarədir. Vinposetinin digər metabolitləri: hidroksivinposetin, hidroksi-AVT, dihidroksi-AVT-qlisinat və onların qlükuronla və/və ya sulfatlarla konyuqatları. Tədqiq edilmiş növlərdə vinposetinin dəyişilməmiş şəkildə xaric olan miqdarı preparatın qəbul edilən dozasının, yalnız bir neçə faizini təşkil edir. Vinposetinin əsas və əhəmiyyətli xüsusiyyəti qaraciyər və ya böyrək xəstəlikləri olan pasiyentlərdə preparatın metabolizmi əsasında və kumulyasiyanın (toplanması) olmaması ilə əlaqəli preparatın dozasının xüsusi seçilməsinin zəruriliyinin olmamasıdır. Xaric olması Preparatı 5 mq və 10 mq dozalarda peroral yolla təkrar qəbulu zamanı vinposetinin kinetikası xətti xarakter daşıyır; qan plazmasında tarazlıq konsentrasiyaları müvafiq olaraq 1,2±0,27 nq/ml və 2,1±0,33 nq/ml təşkil edir. İnsanda yarımxaricolma dövrü 4,83±1,29 saatdır. Radioaktiv nişanlanmış preparatın istifadəsilə aparılan tədqiqatlarda aşkar edilmilşdir ki, əsas xaricolma yolu 60:40% nisbətində sidiklə və nəcislədir. Siçovullarda və itlərdə radioaktiv nişanın ən çox miqdarı öddə aşkar edilmişdir, lakin əhəmiyyətli enterohepatik sirkulyasiya qeyd edilməmişdir. Apovinkamin turşusu böyrəklər vasitəsilə sadə yumaqcıq filtrasiyası yolu ilə xaric olunur, bu maddənin yarımxaricolma dövrü vinposetinin dozasından və istifadə qaydasından asılı olaraq dəyişir. Xüsusi vəziyyətlərdə (məsələn, müəyyən yaş dövründə, yanaşı xəstəliklər olduqda) farmakokinetik xüsusiyyətlərinin dəyişməsi Vinposetinin istifadəsi əsasən, dərman preparatlarının kinetikasının dəyişiklikləri, məsələn, sorulmanın zəifləməsi, paylanmanın və metabolizmin digər istiqamətlənməsi və preparatın xaric olmasının ləngiməsi müşahidə olunan yaşlı pasiyentlərin müalicəsi üçün göstərişdir və bu səbəbdən, məhz həmin yaş qrupunda, xüsusilə, uzun müddət ərzində istifadə edildikdə, preparatın kinetikasının qiymətləndirilməsi istiqamətində tədqiqatlar aparılmalıdır. Bu tədqiqatların nəticəsi göstərmişdir ki, vinposetinin yaşlı pasiyentlərdə kinetikası vinposetinin gənc pasiyentlərin kinetikasından əhəmiyyətli dərəcədə fərqlənmir və bundan başqa preparatın akkumulyasiyası qeyd olunmur. Qaraciyər və ya böyrək funksiyalarının pozuntusu olduqda, preparatın adi dozalarının istifadəsi mümkündür, belə ki, vinposetin belə pasiyentlərin orqanizmində toplanmır və bu da preparatın uzun müddət istifadəsinə imkan verir.
İstifadəsinə göstərişlər
Nevrologiya Beyin qan dövranının müxtəlif formalı pozuntuları: insult keçirdikdən sonrakı vəziyyət, vertebrobazilyar çatışmazlıq, damar demensiyası, baş beyinin damarlarının aterozklerozu, posttravmatik və hipertonik ensefalopatiya. Baş beyinin qanla təchizatının pozulması ilə əlaqədar psixi və nevroloji pozuntuların təzahürünün azaldılması üçün. Oftalmologiya Gözün və torlu qişanın damar təbəqəsinin xroniki damar xəstəlikləri. Otorinolarinqologiya Qocalıqla bağlı perseptiv tipli ağır eşitmənin, Menyer xəstəliyinin və qulaqlarda küy.
Əks göstərişlər
Hamiləlik, laktasiya dövrü və etibarlı kontrasepsiya üsulundan istifadə etməyən doğmaq qabiliyyəti olan qadınlarda istifadəsi. Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq. Preparatın uşaqlarda istifadəsi əks göstərişdir (müvafiq klinik tədqiqat məlumatlarının olma- masına görə).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
QT intervalının uzanması sindromunun olması və QT intervalının uzanmasına səbəb olan preparatların qəbulu zamanı EKQ-nın müntəzəm yoxlanması tələb edilir. Hər Kavinton tabletinin tərkibində 140 mq, Kavinton Forte preparatında isə 83 mq laktoza vardır. Qalaktozaya qarşı dözümsüzlüyü, ümumi laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası ilə əlaqədar olan nadir irsi xəstəlikləri olan pasiyentlər bu dərman vasitəsindən istifadə etməməlidirlər. Klinikayaqədərki məlumatlar preparatın farmakoloji təhlükəsizliyinin, çoxsaylı istifadə zamanı toksikliyinin, genotoksikliyinin və kanserogen potensialının toksik təsirinin qiymətləndirilməsi üzrə standart tədqiqatların nəticələrinə əsasən insan orqanizminə zədələyici təsirinin olmadığını göstərmişdir. Toksikologiya Kəskin toksiklik Preparatın kəskin toksikliyinin öyrənilməsi üzrə tədqiqatlar siçanlar, siçovullar və itlər üzərində aparılmışdır. İtlərdə peroral orta letal dozanı (LD ) müəyyən etmək mümkün olmamışdır, belə50 ki, heyvanlarda preparatın bədən çəkisinə 400 mq/kq dozada yeridilməsindən sonra qusma qeyd edilmişdir. Yarımkəskin toksiklik Siçovullara 14 gün müddətində venadaxili yeridilmə zamanı preparatın bədən çəkisinə 8 mq/kq dozaya qədər istifadəsi, itlərdə 28 gün müddətində preparatın bədən çəkisinə 5 mq/kq dozanı aşmayan venadaxili yeridilməsi toksiklik simptomlarla müşayiət edilməmişdir. Daha yüksək dozaların yeridilməsi zamanı ağızsuyunun axması, ürək yığılmaları və tənəffüsün tezliyinin artması təzahür etmişdir. Siçovullar preparatın 28 gün ərzində bədən çəkisinə 25 mq/kq dozada peroral qəbulunu yaxşı keçirmişlər. Xroniki toksiklik Bir ildən artıq müddət ərzində istifadə zamanı xronik toksikliyin qiymətləndirilməsi üzrə aparılan tədqiqatların gedişində nə klinik məlumatlar, nə də laborator müayinələrin nəticələri patoloji kənaraçıxmalar aşkar edilməmişdir. Reproduktiv funksiyaya təsirin qiymətləndirilməsinin tədqiqatı Bu tədqiqatların nəticələrinə görə vinposetin erkək və dişi heyvanlarda fertilliyə təsir göstərməmişdir. Vinposetinin hamiləlik dövründə siçovullara peroral yeridilməsi, mq/m -də bədən səthinin sahəsindən asılı olaraq, klinik əhəmiyyətli təsiri zamanı qüsur inkişafı daxil olmaqla, embrio- və fetotoksikliyə səbəb olmuşdur. Dovşanlarda metabolik cəhətdən daha çox insanlardakında olduğuna yaxın olmuşdur, siçovullarda embrional-fetal letallıq dozanın 15 dəfə aşılması zamanı baş vermişdir (sutkda 20 mq/kq/sutka ilə müqayisədə 300 mq/kq/sutka). Bəzi hallarda vinposetinin yüksək dozalarda istifadəsi zamanı plasentar qanaxma və düşük qeyd edilmişdir, əsasən plasentar qan dövranının artması nəticəsində. Boğaz dişilərdə vinposetinin toksik effekti daha çox preparatın venadaxili yeridilməsi zamanı baş vermişdir. Peri- və postnatal toksikliyin qiymətləndirilməsi üzrə aparılan tədqiqatlarda sonrakı nəsldə toksik effektlər qeyd edilməmişdir. Mutagenlik Bir neçə üsullarla təsdiq edilmişdir ki, vinposetin mutagen təsirə malik deyil. Kanserogenlik İkiillik klinik tədqiqatlara əsasən vinposetin kanserogen təsir malik deyil.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Klinik tədqiqatlarda vinposetinin kloranolol və pindolol kimi beta-blokatorlarla, eləcə də klopamidon, qlibenklamidin, diqoksinin, asenokumarol və ya hidroxlortiazidin istifadəsi zamanı onların arasında heç bir qarşılıqlı təsir aşkar edilməmişdir. Bəzi hallarda vinposetinlə alfa- metildopanın istifadəsi zamanı müəyyən əlavə təsirlər müşahidə olunmuşdur, bu səbəbə görə bu kombinasiyanın istifadəsi fonunda arterial təzyiqə müntəzəm nəzarət etmək vacibdir. Baxmayaraq ki, klinik tədqiqatların məlumatları qarşılıqlı təsiri təsdiq etməmişdir, vinposetinin mərkəzi sinir sisteminə təsir edən dərman vasitələrilə eyni vaxtda istifadəsi zamanı ehtiyatlı olmaq məsləhət görülür, eləcə də yanaşı antiaritmik və antikoaqulyant terapiya zamanı. Uyuşmazlığı Məlum deyil.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə, eləcə də eitbarlı kontrasepsiya üsulundan istifadə etməyən doğmaq qabiliyyəti olan qadınlarda preparatın istifadəsi əks göstərişdir. Hamiləlik Vinposetin plasentar beryerdən keçir, lakin bu zaman preparatın konsentrasiyası plasentada və dölün qanında hamilə qadının qanına nisbətən az olur. Heyvanlar üzərində aparılan tədqiqatlar siçovullarda qüsur inkişafı daxil olmaqla, reproduktiv toksiklik nümayiş etdirmişdir. Heyvanlarda preparatın yüksək dozaları ilə aparılan tədqiqatlarda bəzi hallarda plasentadan qanaxma və hamiləliyin spontan kəsilməsi baş vermişdir, bunun plasentar qan təchizatının güclənməsi nəticəsində baş verməsi ehtimal edilir. Laktasiya Vinposetin ana südünə nüfuz edir. Radioaktiv izotopun istifadəsilə preklinik tədqiqatlarda ana südünün radioaktivliyi yetkin heyvanın qanına nisbətən 10 dəfə artıq olmuşdur. Vinposetinin bir dozasının qəbulundan sonra 1 saat ərzində ana südünə preparatın qəbul edilən dozasının 0,25%-i nüfuz edir. Vinposetinin ana südünə keçməsi və preparatın südəmər uşaqlar üçün təhlükəsizliyi üzrə klinik müşahidələrin kifayət qədər sayı olmadığı üçün laktasiya dövründə vinposetinin istifadəsi əks göstərişdir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Vinposetinin nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliy- yətinə hər hansı təsirinə dair məlumat yoxdur.
İstifadə qaydası və dozası
Preparatın adi dozası sutkada 3 dəfə 5-10 mq təşkil edir (sutkada 15-30 mq). Tabletləri yeməkdən sonra qəbul etmək vacibdir. Qaraciyər və böyrək xəstəlikləri olan pasiyentlər üçün heç bir xüsusi doza seçimi tələb edilmir. Uşaqlar Kavinton və Kavinton Forte preparatının uşaqlarda istifadəsi əks göstərişdir
Əlavə təsirləri
Kavinton və Kavinton Forte təhlükəsiz preparatlardır ki, bu da, preparatın on minlərlə pasiyent üzərində istifadəsinin qiymətləndirilməsinə dair aparılmış tədqiqatlar zamanı alınmış məlumatlar əsasında sübut edilmişdir və nümayiş etdirilmişdir ki, yaranan əlavə təsirlərdən heç biri bir çox hallarda əlavə təsirlərin “Tez-tez (>1/100)” kateqoriyasına, daha doğrusu daha çox baş verən əlavə təsirlər 1%-dən az qeyd edilmişdir. Bu səbəbə görə aşağıdakı cədvəldə “Tez-tez” tezlik kateqoriyası daxil deyil. Əlavə təsirlər aşağıda MedDRA üzrə beynəlxalq məlumat bazasının terminologiyasına uyğun başvermə tezliyinə bölünməklə sadalanmışdır. Orqan sistemləri Bəzən Nadir hallarda Çox nadir hallarda sinfi (≥1/1000 – <1/100) (≥1/10 000 – <1/1000) (<1/10 000) (MedDRA) Qanda və Leykopeniya Anemiya limfotik sistemdə Trombositonemiya Eritrositlərin baş verən aqqlyutinasiyası pozuntular İmmun sistemdə Hiperhəssaslıq baş verən reaksiyaları pozuntular Metaboliozmdə Hiperxolesterinemi- İştahın azalması və qidalanmada ya Anoreksiya baş verən Şəkərli diabet pozuntular Psixi pozuntular Yuxusuzluq Eyforiya Yuxunun pozulması Depressiya Narahatlıq Sinir sistemində Başağrı Baçgicəllənmə Tremor baş verən Disgevziya Qıcolma pozuntular Stupor Hemiparez Yuxululuq Amneziya Görmə orqanında Görmə siniri məməciyinin Konyunktivanın baş verən ödemi hiperemiyası pozuntular Eşitmə orqanında Vertiqo Hiperakuziya və labirintdə baş Hipoakuziya verən pozuntular Qulaqlarda küy Ürəkdə baş verən Işemiya/miokard infarktı Aritmiya pozuntular Stenokardiya Qulaqcıq Bradikardiya fibrilyasiyası Taxikardiya Ekstrasistoliya Ürəkdöyünmə hissiyyatı Qan damarlarında Hipotenziya Hipertenziya Aterial təzyiqin baş verən Qanaxını dəyişməsi pozuntular Tromboflebit Mədə-bağırsaq Qarın nahiyəsində Epiqastriyada ağrı Disfagiya sistemində baş diskomfort Qəbizlik Stomatit verən pozuntular Ağızda quruluq Diareya Ürəkbulanma Dispepsiya Qusma Dəri və dərialtı Eritema Dermatit toxumalarda baş Hiperhidroz verən pozuntular Dəri qaşınması Övrə Səpgi Ümumi və Asteniya Sinədə diskomfort yeridilmə Zəiflik Hipotermiya nahiyəsində baş İstilik hissi verən pozuntular Laborator və Arterial təzyiqin Arterial təzyiqin yükslməsi Leykositlərin instrumental enməsi Qanda triqliseridlərin miqdarının tədqiqatların səviyyəsinin artması azalması/artması nəticələri Elektrokardioqramda ST Eritrositlərin sayının seqmentinin depressiyası azalması Eozinofillərin miqarının Trombin vaxtının azalması/artması qısalması “Qaraciyər” fermentlərinin Bədən çəkisinin aktivliyinin dəyişməsi artması Şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi Dərman vasitəsinin qeydiyyatından sonra şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi böyük əhəmiyyət kəsb edir. Bu, dərman vasitəsinin fayda/risk nisbətinin monitorinqinin davam etdirilməsinə imkan verir. Tibb işçiləri istənilən şübhəli əlavə təsir barədə məlumat toplayan milli sistemə məlumat verməlidirlər.
Doza həddinin aşılması
Doza həddinin aşılması barədə məlumat yoxdur. Ədəbiyyat məlumatlarına əsasən vinposetinin uzun müddət 60 mq sutkalıq dozada istifadəsi təhlükəsizdir. Vinposetinin 360 mq birdəfəlik dozada qəbulu nə kardiovaskulyar, nə də digər əlavə təsirlərin inkişafı ilə müşayiət olunmur.
Buraxılış forması
Kavinton 25 tablet, PBX/alüminium blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Kavinton Forte 15 tablet, PVX/alüminium blisterdə. 2 və ya 6 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
15-30°С temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. İstifadəsi və utilizasiyası üzrə xüsusi göstərişlər Xüsusi göstəriş yoxdur. İstənilən istifadə edilməmiş preparat və ya onun qablaşdırması yerli normativ tələblərə uyğun utilizasiya olunmalıdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
ASC «Qedeon Rixter». H-1103 Budapeşt, Demreyi k., 19-21, Macarıstan.
Qeydiyyat vəsiqəsinin sahibi
ASC «Qedeon Rixter». H-1103 Budapeşt, Demreyi k., 19-21, Macarıstan. Qaynar xətt (zənglır ödənişsizdir): 7-800-555-00777. Elektron ünvan: [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.