Immunal N20 tablet

Təsiredici maddə: ECHINACEA PURPUREA
Təsiredici maddəECHINACEA PURPUREA
Dərman formasıTablet
Farmakoloji təsirTənəffüs sisteminin xəstəliklərində istifadə olunan öskürək və soyuqdəyməəleyhinə preparatlar. Digər soyuqdəyməəleyhinə preparatlar
İstehsal ölkəsiSloveniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

5,81 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

İMMUNAL tabletlər

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində təzə yığılmış gül açmış Echinacea purpurea bitki- sindən alınmış 80 mq qurudulmuş şirə (Echinacea purpurea (L.) Moench herba, succus siccum, 31-60 : 1) vardır. Köməkçi maddələr:maqnezium stearat, laktoza monohidrat, susuz kolloidal silisium dioksid, natrium saxarinat, vanilin, albalı ətirvericisi.

Təsviri

Yumru, hər iki tərəfdən yastı, açıq-qəhvəyi rəngli, xalları olan tabletlərdir. Fаrmаkоterapevtik qrupu Tənəffüs sisteminin xəstəliklərində istifadə olunan öskürək və soyuqdəyməəleyhinə preparatlar. Digər soyuqdəyməəleyhinə preparatlar. ATC-kodu: R05X. Fаrmakоlоji xüsusiyyətləri İmmunal preparatının təsir mexanizmi məlum deyil. Farmakokinetik xüsusiyyətlərinə dair məlumat yoxdur. Klinikayaqədərki təhlükəsizlik məlumatları Echinaceae purpureae bitkisindən alınan şirənin birdəfəlik-doza toksikliyi (gəmiricilərdə), təkrar dozanın toksikliyi (4 həftə, gəmiricilər) və in vitro və in vivo genotoksikliyi tədqiqatları zamanı toksiklik nümayiş olunmamışdır. İstifаdəsinə göstərişlər İmmunal® bitki mənşəli preparat olub, soyuqdəymənin qısamüddətli profilaktikası və müalicəsi üçün tövsiyə olunur

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı, Echinacea və mürəkkəbçiçəklilər fəsiləsindən olan bitkilərə (çobanyastığı, həmişəbahar, boymadərən, öküzgözü) qarşı yüksək həssaslıq; Echinacea-nın immunostimullaşdırıcı təsirinə görə aşağıdakı hallarda istifadəsi əks göstərişdir: – Şiddətlənən sistem xəstəlikləri, məsələn, vərəm və sarkoidoz; – Kollagenoz və dağınıq skleroz kimi autoimmun xəstəlikəri; – İmmun çatışmazlığı (QİÇS, İİV-infeksiya); – İmmun sistemini zəiflədən müalicə, məsələn, xərçəngin sitostatiklər ilə müalicəsi və ya orqanların, sümük iliyin transplantasiyası ilə əlaqədar müalicə; – Leykositlərin zədələnməsi ilə müşayiət olunan müxtəlif qan xəstəlikləri (məsələn, aqranulositoz, leykoz). – Allergik diatez (övrə, atopik dermatit, bronxial astma) – 1 yaşa qədər uşaqlarda

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Şiddətlənən sistem xəstəliklər, autoimmun xəstəliklər, immun çatışmazlığı, immunosupressiya və limfatik sistemin xəstəlikləri zamanı istifadəsi tövsiyyə olunmur. Preparatla müalicə zamanı xəstəlik simptomlarının ağırlaşması müşahidə olunduqda və ya yüksək bədən temperaturu qeyd olunduqda həkimlə məsləhətləşmək lazımdır. Allergik xəstələrdə ağır hiperhəssaslıq reaksiyaların yaranması riski ola bilər. Allergik xəstələr İmmunal®ın istifadəsindən öncə həkimlə məsləhətləşməlidir. Bu dərman vasitəsinin 4 yaşdan kiçik uşaqlarda istifadəsi məsləhət görülmür. 4 yaşdan 12 yaşa qədər uşaqlarda istifadəsinə dair kifayət qədər məlumat olmadığı üçün həkimlə məsləhətləşmək lazımdır. Preparatın bəzi komponentləri haqqında məlumat İmmunal tabletlərinin tərkibinə laktoza daxildir. Əgər Sizdə bəzi şəkərlərə qarşı dözümsüzlük varsa, o zaman tabletlərin istifadəsindən öncə həkimlə məsləhətləşin.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri təsvir olunmayıb.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə İmmunal preparatının dölə/yenidoğulmuşa mənfi təsiri haqqında kifayət qədər məlumat əldə olunmamışdır. Digər müvafiq epidemioloji məlumatlar yoxdur. Həkim məsləhəti olmadan hamiləlik və laktasiya dövründə qəbul edilməməlidir. Fertilliyə təsiri barədə məlumatlar əldə olunmayıb. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli digər mexanizmlərini idarəetmə qabiliyyətinə təsiri Tədqiq olunmayıb.

İstifadə qaydası və dozası

Tabletlər müəyyən miqdar su ilə (bir stakan su ilə) qida qəbulundan asılı olmayaraq daxilə qəbul olunur. Böyüklər və 12 yaşdan yuxarı yeniyetmələr, həmçinin yaşlı xəstələr: gündə 3-4 dəfə 1 tablet (80mq). 4 yaşdan 6 yaşa qədər uşaqlar: həkim məsləhətindən sonra gündə iki dəfə 1 tablet (80mq). 6 yaşdan 12 yaşa qədər uşaqlar: həkim məsləhətindən sonra gündə üç dəfə 1 tablet (80mq). 1 yaşdan kiçik uşaqlarda preparatın istifadəsi əks göstərişdir. Preparatla müalicə xəstəliyin ilk əlamətləri meydana çıxan kimi başlanılmalıdır. Qısamüddətli profilaktika və müalicə üçün preparatı 10 gün müddətində fasiləsiz qəbul etmək tövsiyə olunur. Kurs 14-günlük fasilədən az olmayaraq təkrarlana bilər. Əgər 10 gündən sonra yaxşılaşma olmasa və ya xəstəliyin simptomları ağırlaşarsa xəstə həkimə müraciət etməlidir.

Əlavə təsirləri

Ayrı-ayrı hallarda üzdə şişkinlik, səpgi, övrə, qaşınma kimi hiperhəsasslıq reaksiyaları baş verə bilər. Stivens-Conson sindromu, dərinin angionevrotik ödemi, Kvinke ödemi, tənəffüs yollarının obstruksiyası ilə bronxospazm, astma və anafilaktik şok kimi ağır hiperhəssaslıq reaksiyaları barədə məlumat verilmişdir. Tezliyi məlum deyil. Atopik xəstələrdə allergik reaksiyaların təkanı ola bilər. Autoimmun xəstəliklərlə əlaqəsi istisna olunmur. Ürəkbulanma, qusma, diareya, başgicəllənmə halları qeyd olunmuşdur. Əgər, hər hansı əlavə təsir ciddiləşərsə və ya Siz bu içlik vərəqədə qeyd olunmayan əlavə təsir müşahidə edərsinizsə, bu barədə həkimə məlumat verin.

Doza həddinin aşılması

Qeyd olunmayıb.

Buraxılış forması

10 tablet, blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºC-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Göstərilən ayın son günü yararlılıq müddətinin bitdiyi gündür.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsаlçı/Qeydiyyat vəsiqəsinin sahibi Lek d.d. Verоvşkоvа 57, Lyublyаnа, Slоveniyа. Bu dərman vasitəsinin qəbulu ilə əlaqədar hər-hansı şikayətiniz yaranan zaman aşağıdakı yazılan nömrələrə müraciət etməyiniz xahiş olunur. Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza 75 Winter Park Plaza business center, mərt.5. Tel.: +994 12 599-83-89 +994 12 599-83-90

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Immunal N20 tablet” üçün ilk rəyi siz yazın.