Karsil forte 90 mq N30 kapsul

Dərman formasıKapsul
İstehsal ölkəsiBolqarıstan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

13,00 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Dərman preparatının qəbuluna başlamazdan əvvəl bu içlik-vərəqəni, Sizin üçün vacib məlumat daşıdığına görə, diqqətlə oxuyun. Müalicədən daha yaxşı nəticə əldə etmək üçün,içlik vərəqədə dərman preparatının istifadəsi üzrə təlimatlara diqqətlə riayət etmək lazımdır. Bu içlik-vərəqəni atmayın. Sizə onu yenidən oxumaq lazım gələ bilər. Hər hansı əlavə suallar meydana çıxdıqda, həkiminizə müraciət edin. Əgər simptomlarınız pisləşərsə və ya 3-5 gün ərzində onların yaxşılaşması müşahidə olunmazsa,həkiminizə müraciət edin. Əlavə təsirlərdən hər hansı biri ciddi xarakter alarsa və ya bu içlik-vərəqədə qeyd edilməyən digər əlavə təsirlər meydana çıxarsa, bu barədə həkiminizə və ya əczaçınıza məlumat verməyiniz xahiş olunur. KARSİL FORTE 90 mq bərk kapsullar Beynəlxalq patentləşdirilməmiş adı: Silybi mariani fructus extractum siccum Milk Thistle dried extract equivalent to 90,0 mg. silymarin determined as silibinin

Tərkibi

Təsiredici maddə: silibinin formasında olan (HPLC), 90 mq silimarinə bərabər, ala qanqal meyvələrinin 163,6-225,0 mq quru cövhəri (Silybi mariani fructus extractum siccum). Köməkçi maddələr: laktoza monohidrat, mikrokristallik sellüloza ( 101 tipli), buğda nişastası, povidon К25, polisorbat 80; susuz kolloidal silisium dioksid, mannitol (Е 421), krospovidon (А tipli ), natrium hidrokarbonat, maqnezium stearat; Örtük: jelatin, titan dioksid (Е171), qara dəmir oksidi (Е172), qırmızı dəmir oksidi (Е172), sarı dəmir oksidi (Е172).

Təsviri

Açıq-qəhvəyi rəngli bərk silindrik jelatin kapsullardır. Kapsulun möhtəviyyatı: aqlomeratlarla, açıq-sarıdan qəhvəyi- sarı rəngə qədər, zəif spesifik qoxulu, tozaoxşar kütlə. ATC kodu: A05BA03.

Farmakoloji xüsusiyyətləri

® _ Karsil Forte tərkibində, təsiredici maddə kimi, ala qanqal bitkisinin meyvələrindən ayrılmış, silimarin olan dərman preparatıdır. Silimarin zədələnmiş qaraciyər hüceyrələrində zülalların və fosfolipidlərin sintezini aktivləşdirir, qaraciyər hüceyrələrinin membranlarını stabilləşdirir, sərbəst radikalları birləşdirir (antioksidant təsir qöstərir). Onun əsas təsiri qaraciyər hüceyrələrini alkoqol, dərman preparatları, virus infeksiyaları, sənaye çirkləndiriciləri kimi müxtəlif amillərin zərərli təsirlərindən qorumaqdır. Qaraciyər hüceyrələrinin zədələnmə vaxtı onların daha tez bərpasına kömək edir.

İstifadəsinə göstərişlər

– Alkoqolun, dərmanların uzun müddət qəbulu zamanı, xroniki intoksikasiyalar nəticəsində qaraciyərin toksik zədələnmələrinin simptomatik müalicəsi; – Qaraciyərin xroniki iltihabi xəstəliklərinin və qaraciyərin sirrozunun kompleks müalicəsi.

Əks göstərişlər

Aşağıdakı hallarda Karsil forte kapsulunu qəbul etmək olmaz: – silimarinə və ya Karsil kapsulunun tərkib hissələrindən istənilən birinə qarşı allergiya (hiperhəssaslıq); – 12 yaşdan aşağı uşaqlarda istifadə.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Aşağıdakı hallarda preparatdan ehtiyatla istifadə etmək lazımdır Əgər Sizdə hormonal pozulmalarla (uşaqlığın, yumurtalıqların və ya süd vəzinin şiş törəmələri, prostat vəzinin şişləri kimi) müşayiət olunan xəstəliklər varsa Karsil Forteni qəbul etməzdən əvvəl müalicə edən həkimlə məsləhətləşmək lazımdır. – Karsil Fortenin istifadəsi qaraciyərin zədələnmə vaxtı pəhrizi və ya alkoqoldan imtinanı əvəz edə bilməz. Karsil Forte preparatının bəzi tərkib hissələri haqqında vacib məlumatlar – Dərman preparatının tərkibində köməkçi maddə kimi buğda nişastası vardır. Seliakiyası olan insanlar üçün təhlükəli deyildir. Buğdaya allergiyası olan pasiyentlər (seliakiyadan fərqlənən) bu dərmanı qəbul etməməlidir. – Karsil Fortenin tərkibinə laktoza monohidrat daxildir. Həkiminiz Sizi bəzi şəkərlərə qarşı dözümsüzlüyün olması barədə xəbərdar etdiyi halda, bu dərman preparatını qəbul etməzdən əvvəl məsləhət üçün ona müraciət edin.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Hazırda və yaxın zamanlarda qəbul etdiyiniz digər dərman preparatları haqqında (o cümlədən reseptsiz buraxılan) həkiminizə və ya əczaçıya məlumat verməyiniz xahiş olunur. Karsil Forte hamiləliyin qarşısını alan peroral vasitələrin və əvəzedici hormonal müalicəsi vaxtı istifadə olunan dərman preparatlarının effektivliyini azalda bilər. Diazepam, alprazolam, ketokonazol, lovastatin, vinblastin preparatlarının eyni zamanda qəbulu təsirini gücləndirə bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

İstənilən dərman preparatını qəbul etməzdən əvvəl məsləhət üçün həkiminizə və ya əczaçıya müraciət edin. Hamiləlik və laktasiya dövründə Karsil Forte preparatından yalnız tibbi göstərişlər olduqda və preparatın qəbulundan ana üçün alınacaq fayda döl üçün yarana biləcək riskdən yüksək olduqda qəbul etmək olar.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Karsil Forte nəqliyyat vasitələrini idarəetmə və maşınlarla işləmə qabiliyyətinə mənfi təsir göstərmir.

İstifadə qaydası və dozası

Həmişə Karsil Forte preparatını həkiminizin təyinatına dəqiq şəkildə əməl etməklə qəbul edin. Nəyəsə əmin olmadıqda, həkiminizdən soruşun. Karsil Forte kapsullarını kifayət qədər maye ilə içərək qəbul etmək lazımdır. Böyüklər və 12 yaşdan böyük uşaqlar: ağır hallarda ilk doza – gündə 3 dəfə 1 kapsul Yüngül hallarda və dəstəkləyici doza kimi – gündə 2 dəfə 1 kapsul . On iki yaşdan aşağı uşaqlarda istifadəsi: onlarda bu dərman preparatının istifadəsi haqqında kifayət qədər məlumatın olmadığına görə 12 yaşdan aşağı uşaqlarda onun istifadəsi tövsiyə olunmur. Əgər Sizin şikayətləriniz qalarsa, məsləhət üçün həkiminizə müraciət edin. Müalicə kursunun müddəti Sizin həkiminiz tərəfindən müəyyən edilir. Karsil Fortenin qəbulunu unutduqda Bir dozanın qəbulunu buraxdıqda onu mümkün qədər tez qəbul edin. Növbəti dozanı qəbul etmək üçün vaxt demək olar ki, çatdıqda, onu adi doza kimi qəbul edin. Buraxılan dozanı kompensasiya etmək üçün ikiqat dozanı qəbul etməyin. Dərman preparatının qəbulunu müalicə həkimizin təyinatı üzrə davam etdirin. Bu dərman preparatının qəbulu ilə bağlı istənilən əlavə suallar meydana çıxdıqda, həkiminizə və ya əczaçıya müraciət etməyiniz xahiş olunur.

Əlavə təsirləri

Bütün dərman preparatları kimi, Karsil Forte kapsulları da, hamıda olmasa da, əlavə təsirlərə səbəb ola bilər. Karsil Forte kapsulları yaxşı həzm olunur. Çox nadir hallarda qaşınma və dəri səpgisi kimi allergik reaksiyaları və ya anafilaktik şok mümkündür (çətin nəfəslə və başgicəllənməylə ağır allergik reaksiya). Nadir hallarda mövcud vestibulyar pozmaların gücləndirilməsini müşahidə etmək olar. Nadir hallarda ishalın və ya ürək bulanması, qusmalar, qazların yaranmasıyla dispepsiya pozmalarının meydana çıxması, iştahanın itməsi mümkündür. Əlavə təsirlərdən istənilən biri ciddiləşərsə və ya bu içlik-vərəqədə təsvir edilməyən digər əlavə təsirləri qeyd etdikdə, bu haqda həkiminizi və ya əczaçını məlumatlandırmağınız xahiş olunur.

Doza həddinin aşılması

Lazım olandan yüksək doza qəbul etdikdə həkiminizə müraciət edin.

Buraxılış forması

6 kapsul, bərk, rəngsiz alüminium/şəffaf PVX folqadan blisterdə; 5 blister içlik-vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°С-dən yuxarl olmayan temperaturda, orijinal qablaşdırmada, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dərman preparatlarını çirkab sularına və ya məişət tullantıları üçün konteynerə atmaq olmaz. Lazım olmayan dərman preparatlarını necə məhv etmək lazım olduğunu əczaçınızdan soruşun. Bu tədbirlər ətraf mühitin mühafizəsinə şərait yaradacaqdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz Yararlılıq müddəti göstərilən ayın sonuncu gününə şamil edilir.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Ünvanı Sofarma SC. 16, Iliensko shosse str., 1220 Sofiya, Bolqarıstan. və Sofarma SC. Bulvar 23 –cü Pexotnıy Şipcenskiy polk №110, 6100, Kazanlık, Bolqarıstan.

Qeydiyyat vəsiqəsinin sahibi

Sofarma SC. 16, Iliensko shosse str., 1220 Sofiya, Bolqarıstan.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Karsil forte 90 mq N30 kapsul” üçün ilk rəyi siz yazın.