Karsil 22,5 mq N80 tablet
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Hepatoprotektor vasitə |
| İstehsal ölkəsi | Bolqarıstan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
10,70 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu preparatın qəbuluna başlamazdan əvvəl vaçib məlumatı daşıyan bu içlik vərəqəni diqqətlə oxuyun. Bu preparat aptekdən reseptsiz buraxılır. Buna baxmayaraq, müalicənin yaxşı nəticəsini əldə etmək
üçün dərman vasitəsinin istifadəsi üzrə təlimata diqqətlə riayət etmək lazımdır.
Bu içlik vərəqəni atmayın. Sizə onu yenidən oxumaq lazım gələ bilər. Hər hansı əlavə suallar meydana çıxdıqda, həkiminizə müraciət edin. Əgər simptomlarınız pisləşirsə və ya onların yaxşılaşması müşahidə olunmursa həkiminizə müraciət etmək lazımdır. Əlavə təsirlərdən hər hansı biri ciddi xarakter alarsa və ya bu içlik vərəqədə qeyd edilməyən digər əlavə təsirlər hiss etdikdə həkiminizə məlumat verməyiniz xahiş olunur. KARSİL 22,5 mq örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Silymarin
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində silibinin formasında 22,5 mq silimarina ekvivalent 40,9-56,3 mq ala qanqal bitkisinin meyvələrinin quru ekstraktı vardır. Köməkçi maddələr: laktoza monohidrat, buğda nişastası, povidon, mikrokristalik (tip 101) sellüloza, maqnezium stearat, talk, mannitol (krospovidon, polisorbat 80, natrium hidrokarbonat). Örtük: sellüloza ftalat asetat, dietilftalat, saxaroza, akasiya kitrəsi, jelatin, talk, titan dioksid, makroqol 6000, qliserol, qəhvəyi opalyuks AS 26586 (quru formada) (saxaroza, qırmızı dəmir oksidi, qara dəmir oksidi, metilparaqidroksibenzoat propilparaqidroksibenzoat).
Təsviri
Düzgün yumru formalı, qəhvəyi rəngli örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Hepatoprotektor vasitə. ATC kodu: A05BA03.
Farmakoloji xüsusiyyətləri
Karsil dərman vasitəsidir, tərkibindəki təsiredici maddə silimarin ala qanqal bitkisinin meyvələrinin quru ekstraktından alınmışdır. Silimarin zədələnmiş qaraciyər hüceyrələrində zülalların və fosfolipidlərin sintezini aktivləşdirir, onların hüceyrə membranlarını stabilləşdirir, sərbəst radikalları birləşdirir (antioksidant təsiri). Onun əsas təsiri qaraciyər hüceyrələrini alkoqol, dərman preparatları, virus infeksiyaları, sənaye çirkləndiriciləri kimi müxtəlif amillərin zərərli təsirlərindən qorumaqdır. Qaraciyər hüceyrələrinin zədələnməsi zamanı onların daha tez bərpasına kömək edir.
İstifadəsinə göstərişlər
• Alkoqolun, dərmanların uzunmüddət qəbulu, xroniki intoksikasiyalar nəticəsində qaraciyərin toksik zədələnmələrinin simptomatik müalicəsi. • Qaraciyərin xroniki iltihabı xəstəliklərinin və qaraciyər sirrozunun kompleks müalicəsi.
Əks göstərişlər
• Təsiredici maddəyə və ya Karsil preparatının köməkçi maddələrindən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq). • 12 yaşdan kiçik uşaqlar (istifadəsinin kifayət qədər klinik təcrübəsi olmadığına görə).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Əgər Sizdə hormonal pozğunluqlarla (uşaqlığın, yumurtalıqların və ya süd vəzisinin şiş törəmələri, prostat vəzinin şişləri kimi) müşayiət olunan xəstəliklər varsa Karsil tabletlərini qəbul etməzdən əvvəl müalicə həkimi ilə məsləhətləşmək lazımdır. Karsil tabletlərinin istifadəsi qaraciyərin zədələnmə vaxtı pəhrizi və ya alkoqoldan çəkinməni əvəz edə bilməz. Karsil preparatının bəzi tərkib hissələri haqqında vacib məlumatlar − Preparatın tərkibində köməkçi maddə kimi buğda nişastası vardır. Seliakiyası olan insanlar üçün təhlükəli deyildir. Buğdaya allergiyası olan pasiyentlər (seliakiyadan fərqlənən) bu dərmanı qəbul etməməlidir. − Karsil tabletlərinin tərkibində laktoza monohidrat vardır. Həkiminiz Sizdə bəzi şəkərlərə qarşı dözümsüzlüyün olduğunu bildirmişdirsə, bu dərman preparatını qəbul etməzdən əvvəl məsləhət üçün ona müraciət edin. − Tabletin örtüyünün tərkibində metilparahidroksibenzoat və propilparahidroksibenzoat vardır. Onlar allergik reaksiyalar (ola bilər ki, ləng gedişli) törədə bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Hal-hazırda və yaxın zamanlarda qəbul etdiyiniz digər dərman preparatları haqqında (o cümlədən reseptsiz buraxılan) həkiminizə və ya əczaçıya məlumat verməyiniz xahiş olunur. Karsil hamiləliyin qarşısını alan peroral vasitələrin və əvəzedici hormonal müalicəsi vaxtı istifadə olunan dərman preparatlarının effektivliyini azalda bilər. Diazepam, alprazol, ketokonazol, lovastatin, vinblastin preparatlarının eyni zamanda qəbulu preparatın təsirini gücləndirə bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
İstənilən preparatı qəbul etməzdən əvvəl məsləhət üçün həkiminizə və ya əczaçıya müraciət edin. Hamiləlik və laktasiya dövründə Karsil preparatını yalnız tibbi göstərişlərə görə və ana üçün fayda döl üçün preparatdan istifadə riskindən yüksək olduqda qəbul etmək olar. Nəqliyyat vasitələrini və digər təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Karsil nəqliyyat vasitələrini idarə etmək və maşınlarla işləmək qabiliyyətinə mənfi təsir göstərmir. İstifadə qaydası Karsil dərman vasitəsini hər zaman içlik vərəqədə olan təlimatlara tam əsaslanaraq qəbul edin. Karsil tabletlərini kifayət qədər maye ilə içərək daxilə qəbul edirlər. Böyüklər: ağır hallarda ilk doza gündə 3 dəfə – 6 tablet. Yüngül hallarda və dəstəkləyici doza kimi – gündə 2-3 dəfə 2 tablet. 12 yaşdan kiçik uşaqlarda istifadəsi: bu dərman preparatının bu yaşda istifadəsi haqqında kifayət qədər məlumat olmadığına görə 12 yaşdan aşağı uşaqlarda onun istifadəsi tövsiyə olunmur. Əgər Sizin şikayətləriniz qalarsa, məsləhət üçün həkiminizə müraciət edin. Müalicə kursunun müddəti Sizin həkiminiz tərəfindən müəyyən edilir. Karsilin qəbulunu unutduqda Bir dozanın qəbulunu buraxdıqda onu mümkün qədər tez qəbul edin. Növbəti dozanı qəbul etmək üçün vaxt demək olar ki, çatdıqda, onu adi doza kimi qəbul edin. Buraxılan dozanı kompensasiya etmək üçün ikiqat doza qəbul etməyin. Dərman preparatının qəbulunu müalicə həkiminizin təyinatı üzrə davam etdirin. Bu dərman preparatının qəbulu ilə bağlı istənilən əlavə suallar meydana çıxdıqda, həkiminizə və ya əczaçıya müraciət etməyiniz xahiş olunur.
Əlavə təsirləri
Bütün dərman preparatları kimi, Karsil preparatı da, hamıda olmasa da, əlavə təsirlərə səbəb ola bilər. Karsil tabletləri yaxşı həzm olunur. Çox nadir hallarda (hər 10000 haldan birindən azında) qaşınma və səpmələr kimi dərinin allergik reaksiyaları və ya anafilaktik şok mümkündür (tənəffüsün çətinləşməsi və başgicəllənmə ilə müşayiət olunan ağır allergik reaksiya). Nadir hallarda (hər 10000 haldan 1-dən 10-a qədərində) mövcud vestibulyar pozğunluqların güclənməsini və ishal müşahidə etmək olar. Naməlum hallarda (mövcud məlumatlar əsasında tezliklərə qiymət vermək mümkün deyil) anafilaktik şok müşahidə olunur (kəskin allergik reaksiya çətin nəfəs alma və başgicəllənmə ilə), ürəkbulanma, qusma, qaz yaranmasıyla dispeptik pozğunluqların meydana çıxması, iştahanın itməsi mümkündür. Əlavə təsirlərdən istənilən biri ciddiləşərsə və ya bu içlik vərəqədə təsvir edilməyən hər hansı digər əlavə təsir meydana çıxarsa, lütfən, bu haqda həkiminizi və ya əczaçını məlumatlandırın.
Doza həddinin aşılması
Lazım olduğundan yüksək doza qəbul etdikdə həkiminizə müraciət edin. Doza həddinin aşılması zamanı mədə yuyulması, aktivləşdirilmiş kömürün qəbulu, simptomatik terapiya həyata keçirilə bilər.
Buraxılış forması
10 örtüklü tablet, PVX plyonka/alüminium folqa blisterdə. 8 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°С-dən aşağı temperaturda, orijinal qablaşdırmasında, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dərman vasitələrini çirkab sularına və ya məişət tullantıları üçün konteynerə atmaq olmaz. Lazım olmayan preparatları necə məhv etmək lazım olduğunu əczaçıdan soruşun. Bu tədbirlər ətraf mühitin mühafizəsinə şərait yaradacaqdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddəti göstərilən ayın sonuncu gününə müvafiq gəlir.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi “SOFARMA” AC. Sofiya 1220, İlienski şossesi küç.,16, Bolqarıstan.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.