Izofra 1,25 % 15 ml sprey

Dərman formasıSprey
Farmakoloji təsirAminoqlikozid qrupundan olan antibiotik
İstehsal ölkəsiFransa

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

7,79 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

İZOFRA nazal sprey Beynəlxalq patentləşdirilməmiş adı: Framycetin.

Tərkibi

Təsiredici maddə: 100 ml məhlulun tərkibində 1,25 q (800 000 BV) framisetin sulfat vardır. Köməkçi maddələr: metilparahidroksibenzoat, natrium xlorid, natrium sitrat, limon turşusu monohidrat, təmizlənmiş su.

Təsviri

Şəffaf rəngsiz mayedir.

Farmakoterapevtik qrupu

Aminoqlikozid qrupundan olan antibiotik. ATC kodu: R01AX08.

Farmakoloji xüsusiyyətləri

Otolarinqologiyada yerli istifadə üçün aminoqlikozid qrupundan olan antibiotikdir. Bakterisid təsir göstərir. Tənəffüs yollarının yuxarı şöbələrində infeksion prosesləri törədən bir çox qram-müsbət və qram-mənfi bakteriyalara (Staphylococcus aureus, Escherichia coli, Klebsiella рneumoniae, Haemophilus influenzae) qarşı aktivdir.

İstifadəsinə göstərişlər

Tənəffüs yollarının yuxarı şöbələrinin infeksion-iltihabi xəstəlikləri zamanı kombinəolunmuş terapiyanın tərkibində, o cümlədən: • rinitlər; • rinofaringitlər; • sinusitlər (arakəsmənin zədələnməsi olmadıqda); • operativ müdaxilələrdən sonra iltihabi proseslərin profilaktikası və müalicəsi.

Əks göstərişlər

• Framisetinə və aminoqlikozid qrupundan olan digər antibiotiklərə qarşı yüksək həssaslıq. • Hamiləlik və laktasiya dövrü. • Preparat burunətrafı ciblərin yuyulması məqsədilə istifadə edilməməlidir.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Müalicə zamanı mikroorqanizmlərin rezistent ştamlarının əmələ gəlməsi ehtimalını xatırlamaq lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərman vasitələri ilə klinik əhəmiyyətli qarşılıqlı təsiri qeyd edilməyib.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın nəqliyyat vasitələrini və avtomobili idarəetmə qabiliyyətinə mənfi təsiri barəda məlumat yoxdur.

İstifadə qaydası və dozası

Böyüklərə: hər burun dəliyinə gündə 4-6 dəfə 1 püskürtmə. Uşaqlara: hər burun dəliyinə gündə 3 dəfə 1 püskürtmə. Müalicə müddəti 7 gündən çox olmamalıdır. İstifadə zamanı flakon şaquli vəziyyətdə saxlanılmalıdır.

Əlavə təsirləri

Allergik reaksiyalar mümkündür.

Doza həddinin aşılması

Sistem qan dövranına absorbsiya dərəcəsi aşağı olduğu üçün doza həddinin aşılması az ehtimal olunur.

Buraxılış forması

1,25%-li nazal sprey. 15 ml, püskürdücü ucluğa malik, polietilen burulan qapağı olan və işıq keçirməyən polietilen flakonlarda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

21, Rue du Pressoir, 28500 Vernouillet, Fransa. Qeydiyyat şəhadətnaməsinin sahibi BUŞARA-REKORDATİ Laboratoriyaları. 70, Avenue du General de Gaulle, İmmeuble. «le Wilson», 92800 Puteaux – Fransa.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Izofra 1,25 % 15 ml sprey” üçün ilk rəyi siz yazın.