Indometasin 50 mq N6 rektal şam Sopharma
| Dərman forması | Rektal şam |
|---|---|
| Farmakoloji təsir | Qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP) |
| İstehsal ölkəsi | Bolqarıstan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
4,00 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Dərman preparatının qəbuluna başlamazdan əvvəl bu içlik vərəqəni, Sizin üçün vacib məlumat daşıdığına görə, diqqətlə oxuyun. Müalicədən daha yaxşı nəticə əldə etmək üçün, içlik vərəqədə dərman preparatının istifadəsi üzrə təlimatlara diqqətlə riayət etmək lazımdır. Bu içlik-vərəqəni atmayın. Sizə onu yenidən oxumaq lazım gələ bilər. Hər hansı əlavə suallar meydana çıxdıqda, həkiminizə müraciət edin. Əgər simptomlarınız pisləşərsə və ya 3-5 gün ərzində onların yaxşılaşması müşahidə olunmazsa, həkiminizə müraciət edin. Əlavə təsirlərdən hər hansı biri ciddi xarakter alarsa və ya bu içlik-vərəqədə qeyd edilməyən digər əlavə təsirlər meydana çıxarsa , bu barədə həkiminizə və ya əczaçıya məlumat verməniz xahiş olunur. İNDOMETASİN SOFARMA 50 mq şamlar Beynəlxalq patentləşdirilməmiş adı: Indometacin
Tərkibi
Тəsiredici maddələr: 1 şamın tərkibində 50 mq. indometasin vardır Кöməkçi maddələr: I tipli bərk yağ, II tipli bərk yağ.
Təsviri
Düzgün torpedaya oxşar, hamar səthi olan (uzunluğu 3,2 sm, maksimal diametri 1,5 sm-dir), ağ və ya bir qədər solğun-sarı rəngdə, qoxusuz şamlardır.
Farmakoterapevtik qrupu
Qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP). ATC kodu: М01АБ01.
Farmakoloji xüsusiyyətləri
İndometasin qeyri -steroid iltihabəleyhinə preparatdır (QSİƏP), eyni zamanda antirevmatik təsirə malikdir. Güclü iltihabəleyhinə, ağrıkəsici və qızdırmasalıcı təsirə malikdir. Əsas təsir mexanizmi iltihab, ağrı və qızdırma proseslərində mühüm rol oynayan prostaqlandinlərin sintezini tormozlama- sından ibarətdir.
İstifadəsinə göstərişlər
İndometasin Sofarma dayaq-hərəkət aparatının iltihabi və degenerativ xəstəlikləri zamanı kəskin və xroniki ağrıların simptomatik, qısamüddətli müalicəsi üçün qəbul edilir: revmatoid artrii; kəskin və kəskinləşmiş yuvenil artrit; kəskin və kəskinləşmiş xroniki ankilozlaşdırıcı spondiloartrit (Bexterev xəstəliyi); podaqra və podaqra artritinin tutmaları; psoriatik artrit; Reyter xəstəliyi; oynaqətrafı xəstəliklər: tendinitlər, bursitlər, tendobursitlər, tendovaginitlər, idmançılarda travmalar; diskopatiya, pleksitlər, radikulonevritlər; dismenoreya.
Əks göstərişlər
Aşağıdakı hallarda İndometasin Sofarma qəbul etmək olmaz – Preparatın təsiredici maddəsinə və ya istənilən köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq; – Asetilsalisil turşusuna və ya digər qeyri-steroid iltihabəleyhinə preparatlara qarşı yüksək həssaslıq və əgər onlar əvvəllər astma tutmasına, allergik zökəmə və ya övrəyə səbəb olmuşsa; – Mədə və onikibarmaq bağırsağın peptik xorası və / və ya anamnezdə həzm yolunda xora və ya qanaxmalar haqqında məlumatlar; – Anamnezdə qeyri-steroid iltihabəleyhinə preparatların qəbulu nəticəsində mədə-bağırsaq qan axmaları; – Ağır ürək çatışmazlığı; – Ağır qaraciyər və böyrək çatışmazlığı; – Hamiləliyin son üç ayı və laktasiya dövrü; – Yaşı 14-dən aşağı olan uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aşağıdakı hallarda preparatdan ehtiyatla istifadə etmək lazımdır – İndometasin istənilən vaxt həzm yoluna qıcıqlandırıcı təsir göstərə bilər (xəbərdarlıq simptomları ilə və ya simptomsuz). – Aşağıda göstərilən xəstələrdə mədə-bağırsaq traktı tərəfindən ağırlaşmaların meydana çıxma riski yüksəkdir: anamnezində mədə və 12-barmaq bağırsaq xorası, qanaxma olan xəstələrdə, yaşı 65-dən yuxarı olan, çoxlu alkoqol qəbul edən, siqaret çəkən xəstələrdə. – Bu cür ağırlaşmaların meydana çıxma riski paralel olaraq peroral kortikosteroidləri (hormonlar), antikoaqulyantları qəbul edən xəstələrdə mövcuddur. – Mədə-bağırsaq traktında ulseroz koliti və Kron xəstəliyi olan xəstələrdə yüksək ehtiyatla istifadə olunmalıdır. – İndometasin Sofarma kimi dərman preparatlarının qəbulunu miokard infarktının və ya insultun baş vermə riskiylə əlaqələndirirlər. Bu təhlükəli amillərdən istəniləni yüksək dozaların qəbulu və uzun müddətli müalicə vaxtı daha çox ehtimal olunur. Məsləhət görülən dozaları və müalicə müddətini artırmayın. – Əgər Sizdə ürəklə bağlı problemlər varsa, insult keçirmisinizsə və ya düşünürsünüz ki, onların xəstəliyiyaranma riski var (məsələn, qan təzyiqiniz, xolesterinin səviyyəsi yüksəkdir, diabet və ya siqaret çəkirsiniz), müalicəni həkiminizlə və ya əczaçıyla müzakirə etmək lazımdır. – Qida və dərmanlara qarşı yüksək həssaslıq, allergik xəstəlikləri – allergik rinit, bronxial astma, nazal pollinozu olan xəstələrdə yüksək ehtiyatla istifadə olunmalıdır. – Böyrəklərin zədələnmə ehtimalı olduğuna görə böyrək xəstəlikləri olan xəstələrdə İndometasin ehtiyatla istifadə olunmalıdır. – Psixiki pozğunluğu, depressiya, epilepsiya, parkinsonizm olan xəstələrdə ehtiyatla istifadə olunur, belə ki, əsas xəstəliyin pisləşməsinə gətirib çıxara bilər. – Anamnezində koaqulyasiya pozğunluğu olan xəstələrdə, dərman preparatıyla uzunmüddətli müalicə vaxtı, laxtalanma göstəricilərinə nəzarət etmək lazımdır. – QSİƏP qrupundan olan digər preparatlar kimi indometasinlə uzunmüddətli müalicə qaraciyərin funksiyasında dəyişiklik törədə bilər, buna görə də qaraciyər fermentlərinin dövri olaraq yoxlanması tələb olunur. – İndometasin nadir hallarda, ciddi dəri reaksiyalarına səbəb ola bilər. Belə hallarda hiperhəssaslığın ilk dəri simptomları vaxtı müalicəni dayandırmaq lazımdır. – Yaşlı pasientlərə və həmçinin qan təzyiqini aşağı salan, ürək ritminin müalicəsi üçün dərman preparatlarını və diuretikləri (sidikqovucu) qəbul edən pasiyentlərə ehtiyatla qəbul etmək lazımdır. – Dərman maddəsi iltihabəleyhinə təsir nəticəsində kəskin iltihabın simptomlarını gizlədə bilər və buna görə də onun təyin edilməsi zamanı bakterial infeksiyanın olması istisna edilməlidir. – Qadınların reproduktiv dövründə preparatdan istifadə edərkən fertilliyin ləngiməsi ehtimalı mümkündür.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Hal-hazırda və yaxın zamanlarda qəbul etdiyiniz digər dərman preparatları haqqında (o cümlədən reseptsiz buraxılan) həkiminizə və ya əczaçıya məlumat verməyiniz xahiş olunur. Bu çox vacibdir, çünki indometasin bəzi dərman preparatlarının fəallığını dəyişdirə bilər və ya, əksinə, bəzi dərman preparatları onun təsirini dəyişdirə bilər. – İndometasini digər QSİƏP – lərlə (aspirin) və kortikosteroidlərlə (hormonlar) eyni vaxtda qəbul etdikdə mədə-bağırsaq traktı, böyrək və qaraciyər tərəfindən ağırlaşmaların meydana çıxma riski yüksəlir. – Kəskin mədə-bağırsaq qanaxması təhlükəsinə görə diflunizalla eyni zamanda qəbul etmək tövsiyə olunmur (QSİƏP). – İndometasinin diqoksinlə (ürək çatışmamazlığı vaxtı istifadə olunur), litium duzları ilə (psixiki xəstəliklərin müalicəsi üçün istifadə olunur), immunosupressorlarla (metotreksat və siklosporin) eyni vaxtda qəbulu onların toksikliyinin artmasına gətirib çıxarır. – İndometasin, digər QSİƏP -lər kimi, diuretiklərin (sidikqovucu) və arterial təzyiqi aşağı salan dərman preparatlarının terapevtik təsirini azaldır. – Probenesid (podaqranın müalicəsi üçün) indometasinin toksikliyini gücləndirə bilər. – Antikoaqulyantlar, antiaqreqantlar və QSİƏP eyni zamanda istifadə olunduqda xora və qanaxmanın əmələ gəlmə təhlükəsi yüksəlir. – Xinolon qrupundan antibakterial preparatları (məsələn, siprofloksasin) qəbul edən xəstələrdə ehtiyatla istifadə olunmalıdır. – İndometasin antidiabetik dərman preparatlarına təsir etmir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
İstənilən dərman preparatını qəbul etməzdən əvvəl məsləhət üçün həkiminizə və ya əczaçıya müraciət edin. Hamiləlik (xüsusilə son 3 ayda) və laktasiya dövründə İndometasin Sofarma preparatının qəbulu əks göstərişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
İndometasin Sofarma qulaqlarda küy, başgicəllənmə, yuxululuq, görmə və eşitmə pozğunluqları kimi əlavə təsirləri törədə bilər və buna görə də sürücülər və avadanlıqların operatorları preparatı ehtiyatla qəbul etməlidirlər.
İstifadə qaydası və dozası
İndometasin Sofarma preparatını həkiminizin təyinatlarına dəqiq riayət edərək qəbul edin. Əgər Siz nəyəsə əmin deyilsinizsə, həkiminizdən və ya əczaçınızdan soruşun. Doza və müalicə müddəti müalicə edən həkiminiz tərəfindən müəyyən edilir. Həkiminizlə məsləhətləşmədən önçə, dozanı dəyişməyin və ya müaliçəni dayandırmayın, özünüzü yaxşi hiss edirsinizsə belə. Çalışın hər gün eyni vaxtda dərman vasitəsini qəbul edin. Böyüklər və 14 yaşdan yuxarı uşaqlar Adi doza –gündə iki dəfə 50 mq (1 şam) rektal yolla və ya gündə bir dəfə 50 mq (2 şam) rektal yolla. Maksimal gündəlik doza 200 mq təşkil edir. 150-200 mq-dan çox olan sutkalıq dozada istifadə edildikdə, əlavə hərəkətlərin təzahürü riski artır. 65 yaşdan böyük pasiyentlər Kənar hərəkətlərin yüksək riski mövcuddur. Məsləhət görülür ən aşağı effektiv doza , ən qısa müddətdə mümkündür. Qanaxmanın müəyyənləşdirmək üçün mədə-bağırsaq traktının olan pasiyentlərin müşahidə etmək lazımdır. Uşaqlar 14 yaşından kiçik uşaqlar ücün preparatın istifadəsi əks-göstərişdir. Müalicə müddəti 7 gündən çox olmamalıdır. İstifadə qaydası: rektal. Dərmanın təsirinin çox güclü və ya çox zəif olduğunu düşünürsəniz, həkiminizə müraciət edin. İndometasin Sofarma preparatının qəbulunu unutduqda Bir dozanın qəbulunu buraxdıqda onu mümkün qədər tez qəbul edin. Növbəti dozanı qəbul etmək üçün vaxt demək olar ki, çatdıqda, onu adi doza kimi qəbul edin. Buraxılan dozanı kompensasiya etmək üçün ikiqat doza qəbul etməyin.Dərman preparatının qəbulunu müalicə həkimizin təyinatı üzrə davam etdirin. Bu dərman preparatının qəbulu ilə bağlı istənilən əlavə suallar meydana çıxdıqda, həkiminizə və ya əczaçıya müraciət etməyiniz xahiş olunur.
Əlavə təsirləri
Bütün dərman preparatları kimi, İndometasin Sofarma preparatı da, hamıda olmasa da, əlavə təsirlərə səbəb ola bilər. Ən çox əlavə təsirlər mədə-bağırsaq traktında müşahidə olunur. Xora, perforasiyalar, qanaxma əsasən yaşlı pasiyentlərdə müşahidə olunur. Əlavə təsirlərin başvermə tezliyi aşağıdakı kimi təsnif edilir: Çox tez-tez (10 pasiyentdə – 1-dən çox), tez-tez (100 pasiyentdə – 1-dən -10-a qədər), bəzən (1000 pasiyentdə – 1-dən -10-a qədər), nadir (10 000 pasiyentdə – 1-dən -10-a qədər), çox nadir (10 000 pasiyentdə 1-dən az, ayrı-ayrı məlumatlarda daxil olmaqla), məlum deyil (mövcud məlumatlara əsasən qiymətləndirmək olmur). Qan və limfa sisteminə: Bəzən: leykopeniya (qanın ağ hüceyrələrin sayının azaldılması, hansı ki, infeksiyanın yaranma ehtimalını artırır), trombositopeniya (trombositlərin sayının azalması nəticəsində qan axmanın və ya qançırların yüksək yaranma riskiylə), aqranulositoz (qanın ağ hüceyrələrinin sayının azaldılması, hansı ki, infeksiyanın yaranma ehtimalını artırır), hemolitik qanazlığı, aplastik qanazlığı (qanın qırmızı hüceyrələrinin sayının azalması, zəiflik). İmmun sistemə: : bronxospazm (tənəffüsün çətinləşməsi), astma tutmaları, allergik pasiyentlərdə allergikÇox nadir (anafilaktik və ya anafilaktoid) reaksiyalar. Maddələr mübadiləsinə və qidalanmaya: Bəzən: orqanizmdə mayenin ləngiməsi, hiperqlikemiya (qanda şəkərin səviyyəsinin artması), qlükozuriya (sidikdə şəkərin olması), hiperkaliemiya (qanda kaliumun yüksək səviyyəsi). Sinir sisteminə: Tez-tez rast gələn: başgicəllənmə, başağrısı, yuxululuq, depressiya, yorğunluq. Bəzən: həyəcanlılıq, diqqəti toplamanın pozulması, həssaslığın pozulması, paresteziyalar daxil olmaqla (keyləşmə, vicvicə hissi), koordinasiyanın itməsi, yuxusuzluq, əsəbilik, periferik nevropatiya (periferik sinirlərin funksiyasının pozulması), yaddaşın pozulması, psixotik reaksiyalar. Görmə orqanlarına: Bəzən: ikili görmə və ya zəif görmə. Eşitmə orqanına: Çox nadir: eşitmə qabiliyyətinin pozulması, qulaqlarda küy. Ürəyə: Bəzən: taxikardiya (tez-tez vuran nəbz), stenokardiya (sinədə ağrı), palpitasiyalar (ürək döyüntüsü), aritmiyalar, şişlər. Çox nadir: QSİƏP vasitələrin qəbuluylə bağlı ürək çatışmazlığının ağırlaşması. İndometasin Sofarma kimi dərman preparatlarını, miokardın infarktı və ya insultun yaranma riskiylə əlaqələndirirlər. Damarlara: Bəzən: qan təzyiqinin artması və ya aşağa düşməsi. Mədə-bağırsaq sisteminə: Tez-tez rast gələn: ürək bulanması, qusma, ishal, dispepsiya, qəbəlik, qarında ağrılar. Bəzən: meteorizm (qarının şişməsi), melena (nəcisdə qan), qematemez (qanlı qusma), yara stomatiti, yara kolitinin (qalın bağırsağın xəstəliyi) kəskinləşməsi, Kron xəstəliyi mövcud yaranın kəskinləşməsi. Qaraciyər və öd yollarına: Nadir: sarılıqla keçən və ya sarılıqsız toksiki hepatit (qaraciyərin sarılıqla və ya sarılıqsız iltihabı). Çox nadir: fulminant hepatit (qaraciyərin tez keçən iltihabı). Dəri və dərialtı toxumalara: Bəzən: səpgi, qaşınma, örə, petexiyalar (nöqtə qanaxmaları), ekximozlar (daha böyük qançırlar). Çox nadir: daha ağırdəri reaksiyaları (eksfoliativ dermatiti, purpura, düyünlü eritema, çoxformalı eritema, Stivens-Conson sindromu, toksiki epidermal nekroliz). Böyrək və sidikqovucu yollara: Bəzən: sidikdə zülalın və ya qanın mövcudluğu, nefrotik sindrom, interstisial nefriti (böyrəklərin iltihabı), kəskin böyrək çatışmazlığı, tumurcuq pozmaları (papillyar nekroz). Laborator və instrumental tədqiqatların nəticələrinə: Qaraciyər fermentlərin səviyyəsinin arması, bilirubinin dəyişkən artımı. Əlavə təsirlərdən istənilən biri ciddiləşərsə və ya bu içlik-vərəqədə təsvir edilməyən digər əlavə təsirləri qeyd etdikdə, bu haqda həkiminizi və ya əczaçını məlumatlandırmağınız xahiş olunur.
Doza həddinin aşılması
Lazım olduğundan yüksək doza qəbul etdikdə həkiminizə müraciət edin.
Buraxılış forması
6 şam, ikiqat, ağ, qeyri-şəffaf PVX/PE plyonkadan/folqadan hazırlanmış blisterdə. 1 blister içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°С-dən yüksək olmayan temperaturda, orijinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dərman preparatlarını çirkab sularına və ya məişət tullantıları üçün konteynerə atmaq olmaz. Lazım olmayan dərman preparatlarını necə məhv etmək lazım olduğunu əczaçıdan soruşun. Bu tədbirlər ətraf mühitin mühafizəsinə şərait yaradacaqdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddəti göstərilən ayın sonuncu gününə müvafiq gəlir.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Sofiya 1220, İlienski şossesi küç., 16, Bolqarıstan.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.