Ixtiol 20 % 25 q məlhəm

Dərman formasıMəlhəm
Farmakoloji təsirDigər antiseptiklər və dezinfektantlar
İstehsal ölkəsiBelarusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

1,50 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

İXTİOL 200 mq/q xaricə istifadə üçün məlhəm Beynəlxalq patentləşdirilməmiş adı: yoxdur.

Tərkibi

Təsiredici maddə: 1 tubda (25 q məlhəm) 5 q ixtiol vardır. Köməkçi maddələr:emulqator T-2, sarı yumşaq parafin.

Təsviri

Tünd qonur rəngli, xarakterik qoxulu, bircins konsistensiyalı məlhəmdir.

Farmakoterapevtik qrupu

Digər antiseptiklər və dezinfektantlar ATC kodu: D08AX.

İstifadəsinə göstərişlər

Qızılyel iltihabı, ekzema, dərinin irinli zədələnmələri, furunkulöz xəstəliklərinin kompleks terapiyası.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Məlhəmin selikli qişalara düşməsindən çəkinmək lazımdır. Məlhəm qalıqlarının gözlərə, buruna, ağız boşluğuna düşməsinin qarşısını almaq üçün məlhəmi istifadə etdikdən sonra əlləri yaxşıca yumaq lazımdır. Dərman vasitəsini infeksiyalaşmış dərin yaraların, II və III dərəcəli yanıqların müalicəsində istifadə etmək məsləhət görülmür. Effekt əldə edilmədikdə, aparılan terapiyanı nəzərdən keçirmək lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Dərman vasitəsi yodlu duz məhlulları ilə, alkaloidlərlə, ağır metal duzları ilə uyuşmur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə İxtiolun istifadəsinə dair məlumat yoxdur. Dərman vasitəsinin istifadəsi, yalnız fayda/risk nisbətinin qiymətləndirilməsindən sonra mümkündür. Laktasiya dövründə dərman vasitəsini süd vəziləri nahiyəsinə və ya gilələrə sürtmək olmaz. Pediatriyada istifadəsi Uşaqlarda istifadə təcrübəsi yoxdur. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

qeyd edilməyib.

İstifadə qaydası və dozası

Xaricə istifadə edilir, zədələnmiş nahiyəyə gündə 1-2 dəfə sürtülür. Ehtiyac olduqda, sarğı istifadə edilir. Müalicənin müddəti xəstəliyin xarakteri ilə əlaqədardır. Müxtəlif pasiyent qrupları Qaraciyər və böyrək çatışmazlığı olan 65 yaşdan yuxarı pasiyentlərdə dozanın korreksiyasının vacibliyi barədə məlumat yoxdur. Uşaqlar 12 yaşa qədər uşaqlarda istifadə etmək olmaz.

Əlavə təsirləri

Allergik reaksiyalar mümkündür, dərinin qıcıqlanması baş verə bilər, xüsusilə müalicənin əvvəlində və uzun müddət istifadəsi zamanı. Dərinin güclü qıcıqlanması və ya digər qeyri-adi reaksiyalar baş verdikdə, məlhəmdən istifadəni dayandırmaq lazımdır.

Doza həddinin aşılması

Tövsiyələrə riayət edildiyi halda doza həddinin aşılması mümkün deyil. Dərinin qıcıqlanması mümkündür. Bu halda məlhəmi dərinin zədələnmiş nahiyəsinin üzərindən təmizləmək lazımdır.

Buraxılış forması

25 q məlhəm, alüminium tubda. 1tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

20º C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçının “Borisov Dərman Preparatları Müəssisəsi” ASC. Belarus Respublikası, Minsk vilayəti, Borisov ş., Çapayev k., 64. Tel.: +375 (177) 735612,731156.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Ixtiol 20 % 25 q məlhəm” üçün ilk rəyi siz yazın.