Hidrokortizon-AKOS 0,5 % 5 q göz məlhəmi Sintez
| Dərman forması | Məlhəm |
|---|---|
| Farmakoloji təsir | Yerli istifadə üçün nəzərdə tutulmuş qlükokortikosteroid |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
1,72 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
HİDROKORTİZON-AKOS 0,5 % göz məlhəmi Beynəlxalq patentləşdirilməmiş adı: Hydrocortisone
Tərkibi
Təsiredici maddə: 100 q məlhəmin tərkibində 0,5 q hidrokortizon asetat vardır. Köməkçi maddələr: metilparahidroksibenzoat (metilparaben, nipagin), ağ yumşaq parafin (vazelin).
Təsviri
Ağ, sarımtıl çalarlı ağ və ya sarı rəngli məlhəm.
Farmakoterapevtik qrupu
Yerli istifadə üçün nəzərdə tutulmuş qlükokortikosteroid. ATC kodu: S01BA02.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Hidrokortizon – təbii qlükokortikosteroiddir. Preparat iltihabəleyhinə və allergiyaəleyhinə təsir göstərir. İltihab mənşəli hüceyrə infiltratlarını kiçildir, leykositlərin və limfositlərin iltihab nahiyəsinə miqrasiyasını azaldır. Hüceyrə və subhüceyrə membranlarını, o cümlədən lizosomal membranları və tosqun hüceyrə membranlarını stabilləşdirir. Preparat immunoqlobulinlərin hüceyrələrin səthində yerləşən reseptorlarla birləşməsini azaldır və limfositlərin və makrofaqların daxilindən sitokinlərin (interleykinlərin və interferonun) sintezini və ya azadolmasını tormozlayır. Fosfolipidlərdən araxidon turşusunun azadolmasını aşağı salır və onun metabolitlərinin (prostaqlandinlərin, leykotrienlərin, tromboksanın) sintezini azaldır. Ekssudativ reaksiyanı zəiflədir, kapilyarların keçiriciliyinin azalmasına səbəb olur. Erkən immunoloji cavabın şiddətini zəiflədir. Preparat katabolik təsirə malikdir və birləşdirici toxumanın inkişafını və çapıqların əmələ gəlməsini tormozlayır. Farmakokinetikası Hidrokortizon gözün buynuz qişasından gözdaxili mayeyə pis nüfuz edir. Hidrokortizon epidermisə və selikli qişanın epiteliumuna nüfuz edir, preparatın əhəmiyyət kəsb etməyən miqdarı sistem qan dövranına sorula bilər və sistem təsir göstərə bilər. Hidrokortizon bilavasitə epidermisdə və selikli qişanın epiteliumunda metabolizmə məruz qalır; gələcəkdə absorbsiyadan sonra, preparatın əhəmiyyətsiz miqdarı ümumi qan dövranına daxil olur və qaraciyərdə biotransformasiyaya uğrayır. Qanda preparatın 80%-i transkortinlə və 10%-i albuminlərlə birləşir. Hidrokortizonun metabolitləri orqanizmdən böyrəklər və bağırsaq vasitəsi ilə xaric olunur.
İstifadəsinə göstərişlər
− Gözlərin allergik xəstəlikləri (göz qapaqlarının dermatitləri, blefaritlər, konyunktivitlər və keratokonyunktivitlər); − gözün buynuz qişa epiteliumunun tamlığı pozulmadığı hallarda, gözün ön şöbəsinin iltihabi xəstəlikləri (blefaritlər, konyunktivitlər və keratokonyunktivitlər); − termik və kimyəvi yanıqlar (gözün buynuz qişasının qüsurları tam epitelizasiya olduqdan sonra).
Əks göstərişlər
− Preparatın tərkibinə daxil olan komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq; − gözlərin irin, virus, vərəm, göbələk mənşəli xəstəlikləri; − qlaukoma; − traxoma; − vaksinasiya (peyvəndlənmə) dövrü; − göz qişalarının tamlığının pozulması; − 18 yaşa qədər uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatla aparılan müalicə müddətində kontakt linzaların istifadəsi tövsiyə olunmur. Eyni zamanda göz damcılarından istifadə edildiyi halda, onların instillyasiyası (damcıladılması) və məlhəmin istifadəsi arasında zaman intervalı 15 dəqiqədən az olmamalıdır. Gözdaxili təzyiqin yüksəlməsi və kataraktanın və ya ikincili infeksiyaların əmələ gəlməsi ehtimalını istisna etmək məqsədi ilə, müntəzəm müayinələr aparılmadan kortikosteroidlərin istifadəsi ilə müalicəni təkrarlamaq və ya müalicənin müddətini uzatmaq olmaz. Preparatın tərkibində metilparahidroksibenzoat vardır ki, bu da allergik reaksiyaların (ləng gedişli reaksiyaların) inkişaf etməsinə səbəb ola bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Hidrokortizonun uzunmüddətli istifadəsi zamanı preparatın ümumi qan dövranına rezorbsiyası qeyd olunduqda, hidrokortizon insulinin, peroral hipoqlikemik preparatların, hipotenziv preparatların, antikoaqulyantların effektivliyini azaldır, qanda salisilatların konsentrasiyasını aşağı salır, qan zərdabında prazikvantelin konsentrasiyasının azalmasına gətirib çıxarır. Aşağıda göstərilən preparatlar hidrokortizonun əlavə effektlərinin inkişaf etmə riskinin yüksəlməsinə səbəb olur: androgenlər, estrogenlər, peroral kontraseptivlər, anabolik steroidlər (hirsutizm, sızanaqlı səpgilər); antipsixotik preparatlar, karbutamid, azatioprin (katarakta); xolinoblokatorlar, antihistamin dərman preparatları, trisiklik antidepressantlar, nitratlar (qlaukoma); diuretiklər (hipokaliemiya). Preparat ürək qlikozidləri ilə eyni zamanda istifadə edildikdə, digitalis intoksikasiyasının inkişaf etməsi ehtimal edilir. Preparatın qurğuşun və gümüş preparatları ilə eyni zamanda istifadəsi, preparatların təsirlərinin qarşılıqlı inaktivləşməsinə gətirib çıxarır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hidrokortizonun hamilə qadınlarda və körpələrini ana südü ilə qidalandıran qadınlarda istifadəsinin təhlükəsizliyinin və effektivliyinin öyrənilməsi istiqamətində tədqiqatlar aparılmamışdır. Yerli istifadə zamanı qlükokortikosteroidlərin ana südünə nüfuz etməsi barədə dəqiq məlumatlar yoxdur. Bununla belə, risk tamamilə istisna edilə bilməz. Hidrokortizonun hamilə qadınlarda və körpələrini ana südü ilə qidalandıran qadınlarda istifadəsi yalnız, preparatın ana üçün gözlənilən müalicəvi effekti döl və uşaq üçün potensial riskdən üstün olduğu hallarda və yalnız həkim təyinatı əsasında yolveriləndir. Preparatın istifadə müddəti 7-10 gündən artıq olmamalıdır. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın istifadəsindən sonra pasiyentdə görmə aydınlığının müvəqqəti zəifləməsi qeyd oluna bilər və bu halda, görmə qabiliyyəti bərpa olunmayana qədər nəqliyyat vasitəsini idarə etmək və görmə aydınlığı tələb olunan digər fəaliyyət növləri ilə məşğul olmaq tövsiyə edilmir.
İstifadə qaydası və dozası
Preparat yerli istifadə üçün nəzərdə tutulmuşdur. Konyunktival kisəyə sutkada 2-3 dəfə 1 sm göz məlhəmi daxil edilməlidir. Müalicə kursu 1-2 həftə təşkil edir. Həkim tövsiyəsinə əsasən, müalicə kursunun uzadılması mümkündür.
Əlavə təsirləri
Allergik reaksiyalar, yanğı hissi, skleral infeksiya, görmənin qısamüddətli dumanlanması. Preparat uzun müddət ərzində, 10 gündən artıq istifadə edildiyi halda, aşağıda göstərilənlər müşahidə oluna bilər: − gələcəkdə görmə sinirinin zədələnməsi və görmə sahələrinin pozulması ilə müşayiət olunan steroid qlaukomanın inkişaf etmə ehtimalı ilə gözdaxili təzyiqin yüksəlməsi (bu səbəbdən, tərkibində qlükokortikosteroidlər olan preparatlardan 10 gündən artıq müddət ərzində istifadə etdikdə, gözdaxili təzyiqə müntəzəm nəzarət etmək lazımdır); − arxa subkapsulyar kataraktanın əmələ gəlməsi; − yaraların sağalması prosesinin ləngiməsi (buynuz qişanın nazilməsinə səbəb olan xəstəliklər zamanı; buynuz qişanın nazilməsi ehtimal edilir). Pasiyentin orqanizminin qoruyucu reaksiyasının tormozlanmasının nəticəsi kimi, ikincili bakterial infeksiya meydana çıxa bilər. Gözlərin kəskin irinli xəstəlikləri qeyd olunduqda, qlükokortikosteroidlər mövcud infeksion prosesin maskalanmasına və ya güclənməsinə səbəb ola bilər. Qlükokortikosteroidlərdən uzun müddət ərzində istifadə etdikdə, buynuz qişanın göbələk mənşəli zədələnməsi, xüsusilə, tez-tez meydana çıxa bilər. Qlükokortikosteroidlərin istifadəsi ilə uzunmüddətli müalicədən sonra, buynuz qişada sağalmayan xoraların meydana çıxması, göbələk mənşəli invaziyanın inkişaf etməsini təsdiq edə bilər.
Doza həddinin aşılması
Preparatın istifadəsi nəticəsində doza həddinin aşılması son dərəcədə nadir hallarda qeyd olunur. Doza həddinin aşılması simptomları: dozadan asılı yerli əlavə effektlərin meydana çıxması ehtimal edilir. Preparatın istifadəsi dayandırıldığı halda, doza həddinin aşılmasının təzahürləri özbaşına aradan qalxır.
Buraxılış forması
Göz məlhəmi 0,5%. 5 q məlhəm alüminium tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
15°C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Qablaşma açıldıqdan sonra 1 ay müddətində istifadə edilməlidir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. Qeydiyyat vəsiqəsinin sahibi/İstehsalçı/İstehlakçılardan iradları qəbul edən təşkilat “Sintez” Tibbi preparatların və ləvazimatların Kurqan Səhmdar Cəmiyyəti” İctimai Səhmdar Cəmiyyəti (“Sintez” İSC). Rusiya Federasiyası, 640008, Kurqan vilayəti, Kurqan şəh., Konstitusiya prospekti, ev 7. Tel.:/Faks: (3522) 48-16-89. Telefon: 8-800-600-00-80. e-mail: [email protected] www.ksintez.ru Azərbaycan Respublikasının ərazisində istehlakçılardan iradları qəbul edən şirkət “Pharmexpert” MMC. Ünvan: AZ1009, Azərbaycan Respublikası, Bakı şəh., 205, Nəriman Nərimanov prospekti, 26. Tel. 8-800-777-86-04; +7 (903) 799-21-86. E-mail: [email protected]; [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.