Hidroperit 1,5 q N8 tablet

Dərman formasıTablet
Farmakoloji təsirDəri xəstəliklərinin müalicəsi üçün preparatlar. Antiseptiklər və dezinfeksiyaedici preparatlar. Antiseptiklər və digər dezinfeksiyaedici preparatlar. Hidrogen peroksid
İstehsal ölkəsiRusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

1,09 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

HİDROPERİT yerli istifadə edilən məhlul hazırlamaq üçün tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Carbamide peroxide

Tərkibi

Təsiredici maddə:1 tabletin tərkibində 1,5 q sidik cövhəri peroksid (hidroperit) vardır.

Təsviri

Dairəvi, yastı silindrşəkilli, ağ rəngli, azacıq görünən şəffaf çilləri olan, iti kənarlı tabletlərdir.

Farmakoterapevtik qrupu

Dəri xəstəliklərinin müalicəsi üçün preparatlar. Antiseptiklər və dezinfeksiyaedici preparatlar. Antiseptiklər və digər dezinfeksiyaedici preparatlar. Hidrogen peroksid. ATC kodu: D08AX01.

Farmakoloji xüsusiyyətləri

Hidroperit antiseptik vasitələr-oksidləşdiricilər qrupuna aid olub, hidrogen peroksidin sidik cövhəri ilə kompleks birləşməsindən ibarətdir. Hidroperitin orqanizmin katalaza və peroksidaza kimi fermentləri ilə qarşılıqlı təsiri zamanı, hemostatik və antimikrob təsir göstərən oksigen xaric olur, bu səbəbə görə preparat həll edildikdən sonra hazır hidrogen peroksid məhlulunun əvəzinə istifadə edilə bilər. Onun istifadəsi zamanı mikroorqanizmlərin miqdarının, yalnız müvəqqəti azalması baş verir, bu səbəbə görə preparatdan sterilləşdirici vasitə kimi istifadə etmək məqəsədəuyğun deyil.

İstifadəsinə göstərişlər

Hidroperit sulu məhlul şəklində stomatit, tonzillit, ginekoloji xəstəliklər; səthi yaralardan kapilyar qanaxmaları, burun qanaxmaları zamanı yuma və qarqara üçün istifadə edilir.

Əks göstərişlər

Preparata qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Antiseptik təsir sterilizəedici hesab edilmir, mikroorqanizmlərin müvəqqəti olaraq miqdarının azalması baş verir. Okklüziv sarğılardan istifadə etmək olmaz. Boşluqlara çiləmə şəklində istifadə etmək olmaz, gözlərə düşməsindən çəkinmək lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Qələvi metallar, mürəkkəb radikallar, oksidantlar, işıq, isti mühitdə qeyri-stabildir. Pasiyent yuxarıda qeyd edilən vasitələri Hidroperit preparatından əvvəl istifadə etdikdə, həkimlə məsləhətləşməlidir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi, yalnız həkim məsləhətilə mümkündür. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Müalicə dövründə nəqliyyat idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinmək lazımdır.

İstifadə qaydası və dozası

Hidroperit yeni hazırlanmış sulu məhlul şəklində istifadə edilir. Ağız boşluğunu qarqara etmək üçün 1 tablet 1 stəkan (200 ml) qaynanmış suda həll edilir ki, bu da, 0,25%-li hidrogen peroksid məhluluna müvafiqdir. Yaraları yumaq üçün 4 tablet 1 stəkan (200 ml) qaynanmış suda həll edilir ki, bu da, 1%-li hidrogen peroksid məhluluna müvafiqdir. Yaralı səthləri işləmək, qanaxmanın dayanması (kapilyar) üçün zədələnmiş səthi hidrogen peroksid məhlulu hopdurulmuş tamponla işləmək lazımdır.

Əlavə təsirləri

– Yaranın işlənməsi anında yanma hissi; – allergik reaksiyalar; – dilin məməciklərinin hipertrofiyası (ağız boşluğunun uzun müddət qarqarası zamanı). İçlik vərəqədə qeyd edilən əlavə təsirlər yarandıqda və ya onlar daha da dərinləşdikdə və ya pasiyent təlimatda qeyd edilməyən əlavə təsirlər müşahidə etdikdə, həkimə məlumat verməlidir.

Doza həddinin aşılması

Preparatın doza həddinin aşılması barədə məlumat yoxdur.

Buraxılış forması

Yerli istifadə edilən məhlul hazırlamaq üçün 1,5q-lıq tabletlər. 8 tablet, konturlu-yuvasız qablaşdırmada. Konturlu-yuvasız qablaşdırmalar, bərabər sayda içlik vərəqə ilə birlikdə qrup qutusuna qablaşdırılır. 8 tablet konturlu-yuvasız qablaşdırmada. 2 konturlu-yuvasız qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

20°C-dən yuxarı olmayan temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı/Ünvan/İradları qəbul edən təşkilat “Tatximfarmpreparatı” SC, Rusiya. 420091, Rusiya, Tatarıstan Rüspublikası, Kazan ş., Belomorskaya k., ev 260. Tel.: (843) 571-85-58; faks: (843) 571-85-38. e-mail: [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Hidroperit 1,5 q N8 tablet” üçün ilk rəyi siz yazın.