Hedeliks 100 ml sirop

Dərman formasıSirop
Farmakoloji təsirBitki mənşəli bəlğəmgətirici vasitə
İstehsal ölkəsiAlmaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

10,43 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

İstifadə üzrə bütün təlimatı diqqətlə oxuyun, belə ki, onda Sizin üçün mühüm məlumat vardır. Bu dərman vasitəsi reseptsiz buraxılır. Lakin, maksimal müalicəvi effekt əldə etmək üçün Hedeliks® şərbəti bu təlimata uyğun olaraq istifadə etmək lazımdır. – Bu təlimatı saxlayın, ola bilsin ki, Siz onu yenidən oxumalı olarsınız. – Əgər Sizə əlavə məlumat və ya məsləhət lazım olarsa, əczaçıya müraciət edin. – Əgər Sizin vəziyyətiniz pisləşərsə və ya yaxşılaşma baş verməzsə, həkimə müraciət edin. – Əgər əlavə təsirlərdən hər hansı biri ciddi xarakter alarsa və ya bu içlik vərəqədə qeyd edilməyən hər hansı digər əlavə təsir meydana çıxarsa, bu barədə həkimə və ya əczaçıya məlumat vermək lazımdır. HEDELİKS şərbət

Tərkibi

Təsiredici maddə: 100 ml şərbətin tərkibində 0,8 q sarmaşıq yarpaqlarının ekstraktı (2,2 – 2,9:1) vardır. Ekstraksiya mühiti: etanol 50 % (v/v), propilen qlikol (98: 2). Köməkçi maddələr: makroqol qliserilhidroksistearat, ulduzşəkilli cirə yağı, hidroksietilsellüloza, 70%-li sorbit məhlulu (kristallaşmayan), propilenqlikol, qliserin, təmizlənmiş su.

Təsviri

Hedeliks® şərbət – sarıdan sarı-qəhvəyi rəngə qədər özlü mayedir, bulanması və çöküntü verməsi mümkündür ki, bu preparatın keyfiyyətinə təsir etmir.

Farmakoterapevtik qrupu

Bitki mənşəli bəlğəmgətirici vasitə. ATC kodu: R05СA.

Farmakoloji xüsusiyyətləri

Preparat bitki mənşəli olub, tərkibindəki saponinlərin təsiri nəticəsində, bəlğəmgətirici, mukolitik və spazmolitik effektə malikdir.

İstifadəsinə göstərişlər

Hedeliks® şərbət – bitki mənşəli preparatdır, tənəffüs yollarının soyuqdəymə xəstəliklərinin müalicəsi üçün və bronxların xronik iltihabi xəstəliklərinin simptomatik müalicəsi üçün istifadə edilir. Əgər şikayətlər uzun müddət saxlanılarsa və ya təngnəfəslik, temperaturun yüksəlməsi baş verərsə, həmçinin irinli seliyin və ya qanlı seliyin baş verməsi zamanı dərhal həkimə müraciət etmək lazımdır.

Əks göstərişlər

– Sarmaşıq yarpaqlarına və Hedeliks® şərbət preparatının digər komponentlərinə qarşı yüksək həssaslıq (allergiya); – Argininsuksinatsintetaza fermentinin çatışmazlığı (sidik cövhəri mübadiləsinin pozulması). – İrsi fruktoza dözümsüzlüyü zamanı istifadəsi – Hamiləlik və laktasiya dövründə istifadəsi.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Öskürək əleyhinə Hedeliks şərbətini qəbul etməzdən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşin. Həkimin təyinatı olmadan digər öskürək əleyhinə preparatlarla, məsələn, kodeinlə və ya dekstrometorfanla birlikdə qəbul etmək tövsiyə olunmur. Əlavə məlumat Hedeliks® şərbətinin tərkibində şəkər və alkoqol yoxdur və ona görə də şəkərli diabeti olan və alkoqol qəbulundan qaçmalı olan xəstələr üçün yararlıdır. 5 ml şərbətin tərkibində 1,75 q sorbit vardır ki, bu da təqribən 0,15 çörək vahidi (ÇV) təşkil edir. 1 çörək vahidi tərkibində 12 q karbohidrat olan qida məhsulunun miqdarına müvafiq gəlir. Tərkibində bitki mənşəli ekstraktiv maddələr olduğuna görə məhlulun bulanması, çöküntü əmələ gəlməsi və/və ya bir qədər dadının dəyişməsi mümkündür ki, bu da preparatın keyfiyyətinə təsir göstərmir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Вu vaxta qədər digər dərman vasitələri ilə qarşılıqlı təsiri məlum deyil. Bununla belə, əgər Siz reseptsiz buraxılan dərman preparatları da daxil olmaqla hər hansı digər preparat qəbul edirsinizsə və ya yaxın zamanlarda qəbul etmisinizsə, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Kifayət qədər klinik məlumat olmadığı üçün Hedeliks® şərbəti hamiləlik və laktasiya dövründə istifadə edilməməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Heç bir xüsusi xəbərdarlıq tədbirləri tələb olunmur.

İstifadə qaydası və dozası

Hedeliks® şərbətini həmişə bu təlimata tam uyğun olaraq qəbul etmək lazımdır. Əgər Sizdə hər hansı şübhə yaranarsa, həkiminizə və ya əczaçıya müraciət edin. Tövsiyə olunan dozalanma (əgər həkim başqa cür təyin etməmişdirsə): Вöyüklər və 10 yaşdan böyük uşaqlar: gündə 3 dəfə 1 ölçü qaşığı (5 ml) şərbət (gündə 300 mq dərman bitki xammalına uyğun gəlir) 4 yaşdan 10 yaşa qədər uşaqlar: gündə 4 dəfə ½ ölçü qaşığı (2,5 ml) şərbət (gündə 200 mq dərman bitki xammalına uyğun gəlir) 1 yaşdan 4 yaşa qədər uşaqlar: gündə 3 dəfə ½ ölçü qaşığı (2,5 ml) şərbət (gündə 150 mq dərman bitki xammalına uyğun gəlir) 0-dan 1 yaşa qədər uşaqlar: gündə 1 dəfə ½ ölçü qaşığı (2,5 ml) şərbət (gündə 50 mq dərman bitki xammalına uyğun gəlir) İstifadə qaydası Daxilə qəbul üçün. Hedeliks® şərbəti durulaşdırılmamış şəkildə kifayət qədər maye ilə (yaxşı olar ki, su ilə) içərək qəbul etmək lazımdır. Qəbul müddəti Həkim məsləhəti olmadan Hedeliks® şərbəti bir neçə gündən artıq qəbul edilməməlidir. Əgər Siz düşünürsünüzsə ki, preparatın təsiri həddindən artıq güclüdür və ya həddindən artıq zəifdir, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin. Əgər Siz Hedeliks® şərbətin qəbulunu unutmusunuzsa Əgər Siz Hedeliks® şərbətin qəbulunu unutmusunuzsa, növbəti dəfə Siz preparatın ikiqat dozasını qəbul etməməlisiniz. Preparatı həkimin təyinatına və ya bu təlimata uyğun olaraq qəbul etməyi davam etdirin.

Əlavə təsirləri

Bütün dərman vasitələri kimi, Hedeliks® şərbəti də əlavə təsirlərə səbəb ola bilər, lakin onlar hər pasiyentdə meydana çıxmır. Aşağıda sadalanan və tez-tez meydana çıxan əlavə təsirlər aşağıdakı kimi qiymətləndirilir: Çox tez-tez: 10 pasiyentdən 1-dən çoxunda rast gələ bilər Tez-tez: 10 pasiyentdən 1-dən azında, lakin, 100 pasiyentdən 1-dən çoxunda Bəzən: 100 pasiyentdən 1-dən azında, lakin 1000 pasiyentdən 1-dən çoxunda Nadir: 1000 pasiyentdən 1-dən azında, lakin 10000 pasiyentdən 1-dən çoxunda Çox nadir: 10000 pasiyentdən 1-dən azında Məlum deyil: mövcud məlumatlara görə əlavə təsirin rastgəlmə tezliyini təyin etmək mümkün deyil. İmmun sistemdə baş verən pozğunluqlar Çox nadir hallarda sarmaşıq əsasında preparatların qəbulundan sonra allergik reaksiyalar (təngnəfəslik, ödemlər, dərinin qızarması, qaşınma) müşahidə edilmişdir. Mədə-bağırsaq sistemində baş verən pozğunluqlar Bəzən yüksək həssaslığa malik şəxslərdə mədə-bağırsaq traktının pozğunluqları (ürəkbulanma, qusma, ishal) baş verə bilər. Qeyd edilən əlavə təsirlərdən hər hansı biri ciddi xarakter alarsa və ya bu içlik vərəqədə qeyd edilməyən hər hansı digər əlavə təsir meydana çıxarsa, bu barədə həkimə və ya əczaçıya məlumat vermək lazımdır.

Doza həddinin aşılması

Əgər Siz səhvən lazım olduğundan bir və ya iki doza artıq qəbul etmisinizsə (məsələn, böyüklər üçün bir və ya iki ölçü qaşığı (5ml və ya 10 ml)), bu, adətən, heç bir arzuolunmaz təsirə səbəb olmayacaq. Bir qədər çox dozanın qəbulu zamanı ürəkbulanma, qusma və ishal baş verə bilər. Bu halda həkimə müraciət etmək lazımdır.

Buraxılış forması

100 ml şərbət, şüşə flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

15-25°С-yə qədər temperaturda işıqdan qorumaqla və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Flakonun açılmasından sonra yararlılıq müddəti – 6 ay. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Krewel Meuselbach GmbH, Almaniya. Кrevelştrasse 2, D-53783 Аytorf, Almaniya. Теl.: + 49 (0) 2243 – 87-0, Faks: + 49 (0) 2243 – 87-175, e-mail: [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Hedeliks 100 ml sirop” üçün ilk rəyi siz yazın.