GLYUKOZA 5 200 ML (RASTVOR) (YURIYA FARM) (UKRAINA
| Dərman forması | İnfüziya məhlulu |
|---|---|
| Farmakoloji təsir | Qanəvəzedicilər və perfuzion məhlullar |
| İstehsal ölkəsi | Ukrayna |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
1,52 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
QLÜKOZA infuziya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Glucose
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 50 mq qlükoza monohidrat (100 % maddə hesabı ilə) vardır. Köməkçi maddələr: inyeksiya üçün su.
Təsviri
Şəffaf, rəngsiz və ya açıq-sarımtıl rəngli mayedir.
Farmakoterapevtik qrupu
Qanəvəzedicilər və perfuzion məhlullar. ATC kodu: B05CX01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası 5 %-li qlükoza məhlulu qan plazmasına izotonikdir və vena daxilinə yeridildikdə, dövr edən qan həcmini bərpa edir, qan itirilməsi baş verdiyi halda, qida maddələrinin mənbəyidir və eləcədə, orqanizmdən toksinlərin xaricolmasına səbəb olur. Qlükoza enerji sərfiyyatının bərpa olunmasını təmin edir. Vena daxilinə inyeksiya şəklində yeridildikdə, qlükoza metabolik prosesləri aktivləşdirir, qaraciyərin antitoksik funksiyalarını yaxşılaşdırır, miokardın yığılma qabiliyyətini gücləndirir, damarları genişləndirir, diurezi artırır. Farmakokinetikası Orqanizmə yeridildikdən sonra, orqanizmin toxumalarında sürətlə paylanır. Böyrəklər vasitəsi ilə ekskresiya olunur.
İstifadəsinə göstərişlər
– Hiper- və izotonik dehidratasiya; – uşaqlarda operativ müdaxilələr zamanı su-elektrolit balans pozğunluqlarının qarşısının alınması; – intoksikasiya; – hipoqlikemiya; – digər uyğun dərman preparatları məhlullarının həlledicisi şəklində istifadə edilir.
Əks göstərişlər
Aşağıda göstərilən vəziyyətlərdə 5 %-li qlükoza məhlulunun istifadəsi əks göstərişdir: – hiperqlikemiyalı pasiyentlərdə; – dekstrozaya qarşı hiperhəssaslıq qeyd olunan pasiyentlərdə. Preparatı qan preparatları ilə eyni zamanda istifadə etmək olmaz.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Kəllədaxili və intraspinal (onurğa beyin daxili) qansızmalar qeyd olunan pasiyentlərdə preparat çox ehtiyatla istifadə edilməlidir. Preparatı uzun müddət ərzində istifadə etdikdə, qanda şəkərin səviyyəsinə nəzarət etmək lazımdır. Plazmanın hipoosmolyarlığının meydana çıxmasının qarşısını almaq məqsədi ilə 5 %-li qlükoza məhlulunu natrium xloridin izotonik məhlulunun yeridilməsi ilə kombinə etmək olar. Yüksək dozalarda istifadə edildikdə, zərurət yarandığı halda, dəri altına insulin – 4-5 qram qlükozaya 1 TV insulin hesabı ilə təyin edilməlidir. Flakonun möhtəviyyatı yalnız bir pasiyentin istifadəsi üçün nəzərdə tutulmuşdur. Flakonun hermetikliyi pozulduqdan sonra, preparatın istifadə edilməmiş hissəsini utilizasiya etmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Tiazid diuretiklərlə və furosemidlə eyni zamanda istifadə edildikdə, bu preparatların qan zərdabında qlükoza səviyyəsinə təsir göstərmə qabiliyyətini nəzərə almaq lazımdır. Qlükoza məhlulu pirazinamidin qaraciyərə toksik təsirini aşağı salır. Qlükoza məhlulunun böyük həcminin orqanizmə yeridilməsi, hipokaliumemiyanın inkişaf etməsinə səbəb olur ki, bu da eyni zamanda istifadə edilən üskükotu preparatlarının toksikliyini yüksəldir. Qlükoza məhlulunun aminofillinlə, həll olunan barbituratlarla, hidrokortizonla, kanamisinlə, həll olunan sulfanilamidlərlə, sianokobalaminlə birlikdə istifadəsi uyğun deyil. Uyuşmazlığı Qlükoza məhlulunun aminofillinlə, həll olunan barbituratlarla, eritromisinlə, hidrokortizonla, varfarinlə, kanamisinlə, həll olunan sulfanilamidlərlə, sianokobalaminlə birlikdə istifadəsi uyğun deyil. Psevdoaqqlüsinasiyanın meydana çıxma ehtimalını nəzərə alaraq, preparat hemotransfuziya ilə eyni zamanda və ya hemotransfuziyadan əvvəl və ya sonra, eyni sistemdə istifadə edilə bilməz.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparat, göstərişlərə müvafiq istifadə edilə bilər. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparat müstəsna olaraq, stasionar şəraitdə istifadə edilir və bu səbəbdən, onun nəqliyyat vasitəsini və ya digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri barədə heç bir məlumat yoxdur.
İstifadə qaydası və dozası
Preparat vena daxilinə damcı üsulu ilə yeritmək üçün nəzərdə tutulmuşdur. Böyüklər Böyüklər üçün preparatın dozası sutkada 1500 ml təşkil edir. Böyüklər üçün preparatın maksimal sutkalıq dozası 2000 ml təşkil edir. Zərurət yarandığı halda, böyüklər üçün preparatın maksimal yeridilmə sürəti – dəqiqədə 150 damcı (500 ml/saatda) təşkil edir. Uşaqlar Uşaqlar üçün preparatın dozası yaşdan, bədən kütləsindən, pasiyentin vəziyyətindən və laborator göstəricilərdən asılıdır.
Əlavə təsirləri
Massiv infuziyalar aparıldıqda, elektrolit balans pozğunluqları və orqanizmin ümumi reaksiyaları meydana çıxa bilər: – hipokaliumemiya; – hipofosfatemiya; – hipomaqneziumemiya; – hiponatriumemiya; – hipervolemiya; – hiperqlikemiya; – allergik reaksiyalar (hipertermiya, dəri üzərində səpgilər, angionevrotik ödem, şok). Mədə-bağırsaq traktında baş verən pozğunluqlar: çox nadir hallarda – mərkəzi mənşəli ürəkbulanma. Əlavə reaksiyalar meydana çıxdığı halda, məhlulun yeridilməsini dayandırmaq, pasiyentin vəziyyətini qiymətləndirmək və yardım etmək lazımdır.
Doza həddinin aşılması
Əlavə reaksiyalar təzahürlərinin güclənməsi. Hiperqlikemiyanın və hipotonik hiperhidratasiyanın inkişaf etməsi mümkündür. Preparatın istifadəsi nəticəsində doza həddinin aşılması baş verdiyi halda, simptomatik müalicə təyin edilməli və adi insulin preparatları yeridilməlidir.
Buraxılış forması
200 ml və 400 ml şüşə flakonlarda.
Saxlanma şəraiti
25° C-dən yuxarı olmayan temperaturda, orijinal qablaşmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Yuriya-Farm” MMC. Ünvan Ukrayna, 18030, Çerkassk vilayəti, Çerkassı şəh., Kobzarskaya küç., 108. Tel.: +38 (044) 281-01-01.
Qeydiyyat vəsiqəsinin sahibi
“Yuriya-Farm” MMC. Ünvan Ukrayna, 03680, Kiyev şəh., N. Amosov küç., 10.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.