Glibenklamid 5 mq N30 tablet
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | İnsulinlər istisna olmaqla, hipoqlikemik preparatlar. Sulfonamidlər, sulfonilkarbamid törəmələri. Qlibenklamid |
| İstehsal ölkəsi | Ukrayna |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
1,08 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
QLİBENKLAMİD tabletlər
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq qlibenklamid vardır. Köməkçi maddələr:laktoza monohidrat, kartof nişastası, natrium kroskarmelloza, povidon, maqnezium stearat, susuz kolloid silisium dioksid, indiqokarmin (E 132).
Təsviri
Girdə, birqatlı, üst və alt səthləri yastı, kənarları kəsik və ştrixli, açıq-mavidən maviyə qədər rəngli tabletlərdir. Tabletlərin üzərində xalların olması mümkündür. Lupa altında bölünmə yerində nisbətən bircinsli struktur görünür.
Farmakoterapevtik qrupu
İnsulinlər istisna olmaqla, hipoqlikemik preparatlar. Sulfonamidlər, sulfonilkarbamid törəmələri. Qlibenklamid. ATC kodu: A10BB01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Qlibenklamid, mədəaltı vəzinin β-hüceyrələrinin stimullaşdırılması hesabına insulin sekresiyasını yüksəldərək, həm II-ci tip şəkərli diabetdən əziyyət çəkən pasiyentlərə, həm də sağlam insanlara hipoqlikemik təsir göstərir. Qlükozanın təsiri altında bu effekt güclənir. Farmakokinetikası Peroral qəbul edildikdən sonra, həzm traktında qlibenklamidin sürətli və demək olar ki, tam sorulması baş verir. İn vitro şəraitdə aparılan azadolma testləri onu göstərir ki, glibenklamidin təsiredici maddəsində aktiv maddənin miqdarının təxminən 63 %-nin azadolması 15 dəqiqə müddətində baş verir, 72 %-i isə 60 dəqiqə ərzində azad olur. Acqarına istifadə ilə müqayisədə, eyni zamanda qida qəbulu preparatın qan plazmasında konsentrasiyasının aşağı düşməsinə gətirib çıxara bilər. Qlibenklamidin qan plazmasının albumini ilə birləşməsi 98 %-dən çox təşkil edir. Qaraciyərdə qlibenklamid, demək olar ki, tamamilə iki əsas metabolitinə çevrilir: 4-trans- hidroksi-qlibenklamid və 3-sis-hidroksi-qlibenklamid. Hər iki metabolit orqanizmdən eyni dərəcədə qaraciyər və böyrəklər vasitəsi ilə xaric olur. Qlibenklamidin qan plazmasından orta yarımxaricolma dövrü 1,5-3,5 saat təşkil edir. Lakin, preparatın təsirinin müddəti, onun qan plazmasından yarımxaricolma dövrünə müvafiq deyil. Qaraciyər funksiyaları aşağı olan pasiyentlərdə, preparatın qan plazmasından xaricolması aşağı düşür. Orta dərəcəli böyrək çatışmazlığı olduqda (kreatinin klirensi ≥ 30 ml/dəq), qlibenklamidin və onun əsas iki metabolitinin orqanizmdən xaricolması dəyişilməmiş qalır; ağır dərəcəli böyrək çatışmazlığında kumulyasiya baş verə bilər.
İstifadəsinə göstərişlər
Müvafiq pəhriz və fiziki aktivlik nəticəsində maddələr mübadiləsi kompensasiya olunmadıqda və insulin müalicəsinin aparılması üçün zərurət olmadığı halda, insulindən asılı olmayan II-ci tip şəkərli diabet (böyüklərin diabeti) zamanı istifadə olunur.
Əks göstərişlər
İnsulindənasılı I-ci tip şəkərli diabet zamanı; prekoma və ya diabetik koma zamanı; infeksion xəstəliklər və əməliyyatlar, həmçinin mədəaltı vəzinin rezeksiyası zamanı diabetin dekompen- sasiyası; qaraciyər və böyrəklərin ağır dərəcəli funksional pozğunluqları; kreatinin klirensinin dəqiqədə 30 ml-dən aşağı düşməsi ilə müşayiət olunan böyrək funksiyalarının aşağı düşməsi; qlibenklamidə və ya preparatın tərkibində olan hər hansı digər komponentə qarşı məlum yüksək həssaslıq. Digər sulfonilkarbamid preparatlarına, sulfonamidlərə, diuretiklərə, sulfonamid törəmələrinə və probenesidə qarşı yüksək həssaslıq. II-ci tip şəkərli diabet zamanı qlibenklamid ilə müalicənin tam ikincili qeyri-effektivliyi, asidoza meylli metabolizm. Bozentan preparatı ilə birlikdə istifadə.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Qlibenklamnid ilə müalicə zamanı müntəzəm tibbi nəzarət tələb olunur. Preparatı yüksək dozalarda istifadə etdikdə və ya qısa fasilələrlə təkrar qəbul etdikdə, preparatın aşağı dozalarının istifadəsi ilə nisbətən daha uzunmüddətli təsirini nəzərə almaq lazımdır. Serebral skleroz əlamətləri və ümumi ünsiyyət çətinliyi olan şəkərli diabetdən əziyyət çəkən xəstələr, hipoqlikemiyanın inkişaf etmə təhlükəsinə daha çox meyllidirlər. Qida qəbulu arasında əhəmiyyətli fasilələr, karbohidratların kifayət qədər istifadə olunmaması, adət olunmayan fiziki yüklənmə, diareya və ya qusma hipoqlikemiyanın inkişaf etmə riskini yüksldə bilər. Yaşlı pasiyentlərdə hipoqlikemiyanın inkişaf etmə riskinin çox yüksək olmasını nəzərə alaraq, bu pasiyentlərə qlibenklamidi aşağı dozalarda təyin etmək lazımdır. müalicə müddətində gün işığı ilə təması məhdudlaşdırmaq lazımdır. Alkoqolun dəfələrlə əhəmiyyətli miqdarda istifadəsi və onun müntəzəm qəbulu, preparatın təsirinin gözlənilmədən güclənməsinə və ya zəifləməsinə səbəb ola bilər. İşlədici preparatların müntəzəm sui-istifadə olunması, maddələr mübadiləsinin vəziyyətinin pisləşməsinə gətirib çıxara bilər. Müalicə sxeminə riayət etmədikdə, preparatın şəkərin miqdarını aşağı salan təsiri kifayət qədər olmadıqda və ya stress vəziyyətləri zamanı qanda şəkərin miqdarı yüksələ bilər. Hiperqlikemiyanın simptomlarına güclü susuzluq hissi, ağızda quruluq, sidik ifrazının tezləşməsi, qaşınma, dəridə quruluq, dərinin göbələk və ya infeksion xəstəlikləri və iş qabiliyyətinin aşağı düşməsi aid ola bilər. Stress vəziyyətləri meydana çıxdıqda (travma, ağır dərəcəli ürək-damar patologiyası, əməliyyat, bədən temperaturunun yüksəlməsi ilə müşayiət olunan infeksion xəstəlik), maddələr mübadiləsi pisləşə bilər və bu da bəzən, o dərəcədə əhəmiyyətli hiperqlikemiyaya gətirib çıxara bilər ki, pasiyentin müvəqqəti insulin müalicəsinə keçirilməsi tələb oluna bilər. Pasiyenti əvvəlcədən xəbərdar etmək lazımdır ki, preparatla müalicə müddətində digər xəstəliklər meydana çıxdıqda, dərhal həkimə müraciət etmək vacibdir. Orqanizmdə qlükoza-6-fosfatdehidrogenaza fermentinin çatışmazlığı olan pasiyentlərdə, sulfonilkarbamid preparatları, o cümlədən qlibenklamid ilə müalicə, hemolitik anemiyanın meydana çıxmasına səbəb ola bilər; bu səbəbdən, pasiyentlərin sulfonilkarbamid törəmələrinə alternativ preparatlar ilə müalicəyə keçirilməsi məsələsini nəzərdən keçirmək lazımdır. Preparatın tərkibində laktoza var, bu səbəbdən, qalaktozaya qarşı anadangəlmə dözümsüzlük, laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiya sindromu kimi, nadir irsi xəstəlikləri olan pasiyentlərdə preparatı istifadə etmək olmaz. Qanda qlükozanın səviyyəsinin aşağı düşməsinin həyəcan simptomlarının qavranılması, avtonom nevropatiyadan əziyyət çəkən pasiyentlərdə zəifləyə bilər. Böyrək, qaraciyər funksiyalarının pozulması və ya qalxanabənzər vəzinin, hipofizin və ya böyrəküstü vəzilərin funksiyalarının aşağı düşməsi qeyd olunan pasiyentlərdə, preparatın istifadəsi zamanı ehtiyat tədbirlərinə riayət etmək lazımdır. Yaşlı xəstələrdə uzunmüddətli hipoqlikemiyanın inkişaf etmə təhlükəsi var, bu səbəbdən belə pasiyentlərə qlibenklamidi xüsusi ehtiyatla təyin etmək və müalicənin əvvəlində onların vəziyyətlərinə diqqətlə nəzarət etmək lazımdır. Müəyyən şəraitdə, bu yaş qrupunda müalicənin əvvəlində daha qısamüddətli təsirə malik sulfonilkarbamid preparatları istifadə etmək məqsədəuyğundur. Həmçinin, pasiyentləri məlumatlandırmaq lazımdır ki, həkimi əvəz etdikdə (məsələn, stasionar müalicə zamanı, bədbəxt hadisə, xəstəlik və ya məzuniyyət ilə əlaqədar), yeni təyin olunan həkimin diqqətini şəkərli diabetin olmasına yönəltmək lazımdır. Bəzi pasiyentlər, onlara qulluq edən şəxslərdən, tabletlərin qəbuluna nəzarət etməyi tələb edə bilərlər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman preparatları ilə eyni zamanda istifadə etdikdə, preparatın təsiri güclənə bilər və ya zəifləyə bilər, bu səbəbdən, digər preparatların istifadəsi barədə həkimlə məsləhətləşmək lazımdır. Aşağıdakı dərman preparatları ilə eyni zamanda istifadə edildikdə qlibenklamidin təsirinin güclənməsi (hipoqlikemik reaksiyaların meydana çıxması mümkündür) baş verə bilər: digər peroral diabetəleyhinə preparatlar və insulun, angiotenzinçevirən fermentin inhibitorları, anabolik steroidlər və kişi cinsiyyət vəzilərinin hormonları, antidepressant preparatlar (fluoksetin, MAO fermentinin inhibitorları), beta-adrenoblokatorlar, xinolon törəmələri, xloramfenikol, klofibrat və onun analoqları, kumarin törəmələri, dizopiramid, fenfluramin, mikonazol, paraaminosalisil turşusu, pentoksifillin (yüksək dozada parenteral yolla yeridikdə), pergeksilin, pirazolon törəmələri, probenesid, salisilatlar, sulfonamidlər, tetrasiklin sırasından olan preparatlar, tritokvalin, siklofosfamid tipli sitostatilər. Aşağıdakı dərman preparatları ilə eyni zamanda istifadə edildikdə qlibenklamidin təsirinin zəifləməsi (hiperqlikemik reaksiyaların meydana çıxması mümkündür) baş verə bilər: asetazolamid, beta-adrenoblokatorlar, barbituratlar, diazoksid, diuretiklər, qlükaqon, izoniazid, kortikosteroidlər, nikotinatlar, fenotiazin törəmələri, fenitoin, rifampisin, qalxanabənzər vəzinin hormonları, qadın cinsiyyət hormonları (gestagenlər, estrogenlər), simpatomimetiklər. Alkoqoldan sui-itifadə, H -reseptorların blokatorları, klonidin və rezerpin preparatın şəkərin2 aşağı salınma təsirini həm zəiflədə bilər, həm də gücləndirə bilərlər. Beta-adrenoreseptorların blokatorların, klonidinin, quanetidinin və rezerpinin istifadə olunması, hipoqlikemiyanın erkən simptomlarının qavranılmasını aşağı sala bilərlər. Bəzi hallarda pentamidin ağır dərəcəli hipoqlikemiyaya və ya hiperqlikemiyaya gətirib çıxara bilər. Kumarin törəmələrinin təsiri həm güclənə bilər, həm də zəifləyə bilər. Bozentan Bozentan preparatı ilə eyni zamanda qlibenklamid qəbul edən pasiyentlərdə, qaraciyər fermentlərinin yüksəlməsinin tezliyinin artması müşahidə olunmuşdur. Həm qlibenklamid, həm də bozentan hüceyrədaxilindən öd duzlarını xaric edən nasos funksiyasını tormozlayırlar. Bu, sitotoksik effektə malik öd duzlarının hüceyrə daxilində toplanmasına gətirib çıxarır, bu səbəbdən, bu preparatların kombinasiyasını istifadə etmək olmaz.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatın hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir. Mümkün olduğu halda, hamiləliyi planlaşdırdıqdan əvvəl peroral diabetəleyhinə preparatlar ilə müalicəni dayandırmaq lazımdır. Hamiləlik və laktasiya dövründə diabetin insulin ilə idarə olunması seçim müalicəsidir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Hipoqlikemiya xəstənin diqqət konsentrasiyası qabiliyyətini və reaksiyalarını aşağı sala bilər ki, yüksək diqqət və sürətli reaksiya tələb olunan hallarda risk törədə bilər. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etdikdə, pasiyentlər hipoqlikemiyanın qarşısını almaq üçün, təhlükəsizlik tədbirləri görməlidirlər. Bu, hipoqlikemiya halları müşahidə edilən pasiyentlər və ya hipoqlikemiyanın baş verməsini xəbərdar edən simptomların qavranılması olmayan pasiyentlər üçün, xüsusilə vacibdir. Belə hallarda, nəqliyyat vasitəsini digər potensial təhlükəli mexanizmləri idarə etməyin məqsədəuyğun olması barədə qərar vermək vacibdir.
İstifadə qaydası və dozası
Preparatı yalnız həkimin göstərişi və mütləq pəhrizin korreksiyası ilə təyin etmək olar. Doza, maddələr mübadiləsinin vəziyyətinin müayinəsinin nəticələrindən asılıdır (qanda və sidikdə şəkərin səviyyəsi). İlkin və sonrakı təyinatlar Müalicəni, mümkün qədər minimal dozalardan başlamaq lazımdır; ilk öncə bu, hipoqlikemiyaya meylliliyi yüksək olan və bədən kütləsi 50 kq-dan aşağı olan pasiyentlərə aiddir. Preparatı ilk dəfə sutkada ½ və ya 1 tablet təyin etmək lazımdır (bu, 2,5-5 mq qlibenklamidə müvafiqdir). Maddələr mübadiləsinin korreksiyası kifayət qədər olmadıqda, dozanı bir neçə gündən 1 həftəyə qədər intervalla, preparatın sutkada 3 tablet (bu, 15 mq qlibenklamidə müvafiqdir) təşkil edən terapevtik dozası əldə edilənə qədər, tədricən artırmaq olar. Pasiyentin, digər diabetəleyhinə preparatların istifadəsindən qlibenklamid müalicəsinə keçirilməsi Qlibenklamid preparatının istifadəsinə pasiyenti çox ehtiyatla keçirmək və sutkada preparatın ½ və ya 1 tabletindən (bu, 2,5-5 mq qlibenklamidə müvafiqdir) başlamaq lazımdır. Dozanın seçilməsi Yaşlı, zəifləmiş və ya kifayət qədər qidalanmayan pasiyentlərdə, həmçinin, böyrək və ya qaraciyər funksiyalarının pozulması olan pasiyentlərdə hipoqlikemiyanın inkişaf etmə ehtimalını nəzərə alaraq, preparatın başlanğıc və ya dəstəkləyici dozalarını aşağı salmaq lazımdır. Pasiyentin bədən kütləsi aşağı düşdükdə və ya həyat tərzi dəyişdikdə, dozanın korreksiyası barədə qərar qəbul etmək lazımdır. Digər diabetəleyhinə preparatlar ilə kombinasiyası Bəzi hallarda, pasiyentdə metforminə qarşı dözümsüzlük olduqda, qlitazon qrupu preparatlarının (roziqlitazon, pioqlitazon) əlavə istifadəsi göstəriş ola bilər. Qlibenklamidi həmçinin, β- hüceyrələr tərəfindən endogen insulin atımını stimullaşdırmayan peroral diabetəleyhinə preparatlarla (quarmel və ya akarboza) kombinə etmək olar. Qlibenklamid müalicəsinin ikincili qeyri-effektivliyi (β-hüceyrələrin tükənməsi nəticəsində insulin hasilatının aşağı düşməsi) meydana çıxdıqda, insulin ilə kombinəolunmuş müalicəni sınaqdan keçirmək olar. Lakin, orqanizm öz insulin sekresiyasını tam dayandırdığı halda, insulin ilə monoterapiya təyin olunmalıdır. İstifadə qaydası və müalicə müddəti Tabletləri yeməkdən əvvəl, çeynəmədən, kifayət qədər su ilə (yaxşı olar ki, bir stəkanla) qəbul etmək lazımdır. Preparatın 2 tabletdən artıq olan sutkalıq dozasının bütün miqdarını, bir səhər və bir axşam qəbuluna 2:1-ə nisbətində bölmək tövsiyə olunur. Preparatı hər dəfə eyni vaxtda qəbul etmək vacibdir. Pasiyent preparatın qəbulunu bir dəfə ötürdükdə, bunu daha yüksək dozanın qəbul edilməsi ilə əlavə etmək olmaz. Müalicənin davametmə müddəti xəstəliyin gedişindən asılıdır. Müalicə müddətində maddələr mübadiləsinin vəziyyətinə müntəzəm nəzarət etmək vacibdir. Uşaqlar Pediatriya təcrübəsində preparatı istifadə etmək olmaz.
Əlavə təsirləri
Maddələr mübadiləsində və qidalanmada baş verən pozğunluqlar: həyat üçün təhlükəli hipoqlikemik koma ilə müşayiət olunan ağır dərəcəli hipoqlikemiya; bədən kütləsinin artması. Görmə orqanlarında baş verən pozğunluqlar: xüsusilə müalicənin əvvəlində, görmə qabiliyyətinin və akkomodasiyanın pozulması. Mədə-bağırsaq traktında baş verən pozğunluqlar: ürəkbulanma, qıcqırma, mədədə dolğunluq hissi, qusma, qarın nahiyəsində ağrı, qıcqırma, ağızda metallik tam. Bu şikayətlər müvəqqəti xarakter daşıyır və preparatın qəbulunun dayandırılması tələb olunmur. Qaraciyərdə və ödçıxarıcı yollarda baş verən pozğunluqlar: AsAT, AlAT və qələvi fosfataza fermentlərinin müvəqqəti artması, dərman hepatiti, qaraciyər hüceyrələrinin hiperergik tipli allergik reaksiyası nəticəsində meydana çıxması ehtimal edilən qaraciyərdaxili xolestaz. Bu dəyişikliklər müvəqqəti xarakter daşıyır, preparatın istifadəsi dayandırıldıqdan sonra aradan qalxır, lakin, həyat üçün təhlükə yaradan qaraciyər çatışmazlığına gətirib çıxara bilər. Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar: qaşınma, eksfoliativ dermatit, eritrodermiya, urtikal səpgilər, erythema nodosum, qızılcayabənzər və ya makulopapulyoz ekzantema, purpura, fotosensibilizasiya. Bu, yüksək həssaslıq reaksiyalar müvəqqəti xarakter daşıyırlar, lakin, təngnəfəslik və arterial təzyiqin, şokun inkişaf etməsinə qədər aşağı düşməsi ilə müşayiət olunan, həyat üçün təhlükəli vəziyyətlərin inkişaf etməsinə gətirib çıxara bilərlər. Həmçinin, dəri üzərində səpgilər, artralgiya, üşütmə, proteinuriya və sarılıq ilə müşayiət olunan, generalizəolunmuş yüksək həssaslıq reaksiyaları meydana çıxa bilər; həyat üçün təhlükə yaradan allergik vaskulit, ağır dərəcəli hiperhəssaslıq reaksiyaları – Stivens-Conson sindromu, Layell sindromu. Dəri reaksiyaları meydana çıxdıqda həkimə müraciət etmək lazımdır. Qan və limfa sistemində baş verən pozğunluqlar: trombositopeniya, leykopeniya, eritropeniya, aqranulositozun inkişaf etməsinə qədər qranulositopeniya, pansitopeniya, anemiya, hemolitik anemiya, aplastik anemiya, eozinofiliya, vaskulitlər. Qan tərkibində baş verən pozğunluqlar preparatın istifadəsi dayandırıldıqdan sonra müvəqqəti xarakter daşıyır, lakin həyat üçün təhlükə törədə bilərlər. Digər əlavə təsirlər: zəif diuretik təsir, müvəqqəti proteinuriya, hiponatriemiya, disulfiramabənzər reaksiya, antidiuretik hormonun qeyri-adekvat sekresiyası sindromu. Uzunmüddətli istifadə edildikdən sonra, qalxanabənzər vəzinin hipofunksiyası inkişaf edə bilər. Digər sulfonilkarbamid törəmələri, sulfonamid törəmələri və probenesid ilə çarpaz allergiyanın meydana çıxma ehtimalını nəzərə almaq lazımdır.
Doza həddinin aşılması
Doza həddinin birdəfəlik aşılması və ya əhəmiyyət kəsb etməyən yüksək dozaların uzun müddət ərzində istifadə olunması, həyat üçün təhlükə yarada bilən ağır dərəcəli uzunmüddətli hipoqlikemiyaya gətirib çıxara bilər. Doza həddi aşıldığı halda və ya preparatdan qəsdən sui- istifadə etdikdə, bu vəziyyətin müvəffəqiyyətlə aparılmış başlanğıc müalicəsindən sonra yaxşılaşmaya meylli olan uzunmüddətli hipoqlikemiyanın inkişaf etməsi gözlənilir. Doza həddinin aşılmasının (hipoqlikemiyanın) simptomları Qəflətən tər ifrazının yüksəlməsi, ürək döyüntülərinin güclənməsi, titrəmə, baş ağrısı, yuxu pozğunluqları (yuxuya meyllilik, yuxunun pozulması), qorxaqlıq, hərəkətlərdə mütərəddidlik, müvəqqəti nevroloji pozğunluqlar (nitq və görmə qabiliyyətlərinin pozulması, iflicin meydana çıxması və ya hissiyatın pozulması). Proqressivləşən hipoqlikemiya zamanı pasiyent öz vəziyyəti üzərində nəzarəti itirə bilər və şüurunu itirə bilər (hipoqlikemik koma). Belə hallarda, dəri üzərində nəmləşmə və soyuma qeyd olunur, taxikardiya, hipertermiya, hərəki oyanıqlıq, hiperrefleksiya, parezlər və müsbət Babinski refleksi meydana çıxır, qıcolmalar baş verə bilər. Müalicəsi Yüngül və orta dərəcəli hipoqlikemiyanı pasiyent özü, şəkər və ya tərkibində şəkərin miqdarı çox olan qida və ya içkilər qəbul edərək, sərbəst aradan qaldıra bilər. Bunun üçün pasiyent özü ilə 20 q qlükoza gəzdirməlidir. Zərurət yarandıqda, pasiyent dozanın korreksiyası zamanı hipoqlikemiyanın nə vaxt baş verməsi barədə həkimi məlumatlandırmalıdır. Hipoqlikemiya ağır xarakter daşıdığı halda, dərhal həkimə müraciət etmək lazımdır. Təsadüfən baş verən zəhərlənmə zamanı, pasiyent ilə əlaqə yaratmaq mümkün olduğu halda, qusma törətmək və mədəni yumaq (qıcolmalara meyllilik olmadıqda) və daha sonra vena daxilinə qlükoza yeritmək lazımdır. Pasiyent şüurunu itirdiyi halda, vena daxilinə qlükozanın yeridilməsini dərhal başlamaq lazımdır (40-80 ml 40 %-li məhlulu inyeksiya şəklində, daha sonra 5-10 %-li qlükoza məhluluni infuziya şəklində). Zərurət yarandıqda, əlavə olaraq, əzələ daxilinə və ya vena daxilinə 1 mq qlükaqon yeritmək olar. Pasiyent özünə gəlmədikdə, bu tədbirləri yenidən təkrarlamaq lazımdır; daha sonra intensiv terapiyanın aparılması tələb oluna bilər. Uzunmüddətli hipoqlikemiya zamanı, qanda şəkərin miqdarına müntəzəm nəzarət edərək, pasiyentə bir neçə sutka ərzində müşahidə etmək və zərurət yarandıqda isə intensiv terapiyanın aparılması tələb olunur.
Buraxılış forması
30 tablet konteynerdə. 1 konteyner içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25° С-dən aşağı temperaturda, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Texnoloq” ÖSC, Ukrayna, 20300, Uman ş., Çerkasskaya vil., Staraya proreznaya k., 8.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.