Ginenorm 0,1 % 100 ml N5 vaginal duş

Dərman formasıVaginal duş
Farmakoloji təsirVaginal istifadə üçün qeyri-steroid iltihabəleyhinə preparat
İstehsal ölkəsiİtaliya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

33,10 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

GİNENORM vaginal istifadə üçün məhlul GINENORM Beynəlxalq patentləşdirilməmiş adı: Ibuprofen

Tərkibi

Təsiredici maddə: 100 ml məhlulun tərkibində 0,1 q (69,8 mq ibuprofenə ekvivalent) ibuprofen izobutanolammonium vardır. Köməkçimaddələr: metil-etil-propil-butil 2-fenoksietanol-p-hidrobenzoat, polisorbat 20, propilenqlikol, bitki essensiyası, təmizlənmiş su.

Təsviri

Vaginal istifadə üçün rəngsiz şəffaf məhluldur.

Farmakoterapevtik qrupu

Vaginal istifadə üçün qeyri-steroid iltihabəleyhinə preparat. ATC kodu: G02CC01.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Ginenorm intravaginal istifadə uçun qeyri-steroid iltihabəleyhinə preparatdır. Siklooksigenaza fermentini inhibə edərək prostaqlandinlərin sintezini pozur. Mikrosirkulyasiyanı yaxşılaşdırır, damar keçiriciliyinə təsir edir. Farmakokinetikası Ginenorm yerli istifadə olunan zaman iltihabın əlamətlərini qısa müddətdə aradan qaldırır. Uşaqlıq yolunun və uşaqlıq boynunun epitelisini bərpa edir və onun patogen mikrofloraya qarşı davamlılığını artırır. Bakteriyaların hüceyrə membranından keçərək onlara bakterisid təsir göstərməsi antiseptik effektin yaranmasına səbəb olur.

İstifadəsinə göstərişlər

• Vulvovaginitlər və servikovaginitlər (muxtəlif mənşəli və növləri) • Ginekoloji cərrahi müdaxilələrdən əvvəl və sonra müalicə.

Əks göstərişlər

Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq. Preparat pediatriyada istifadə üçün nəzərdə tutulmayıb. Yalnız kəskin ehtiyac olan hallarda həkim təyinatı ilə istifadə oluna bilər. Hamiləlik və laktasiya dövrü. Xüsusi göstərişlər və ehtiyyat tədbirləri Nadir hallarda eksfoliativ dematit, Stivens-Conson sindromu və dərinin toksik epidermal nekrolizi daxil olmaqla, bəzən ölümlə nəticələnən, QSİƏP-lərin istifadəsi ilə əlaqəli ciddi dəri reaksiyaları əmələ gələ bilər. Reaksiyalar əksər hallarda müalicənin ilk ayında baş verir. Dəri səpgisi, selikli qişanın zədələnməsi və ya yüksək həssaslığın digər ilk əlamətləri əmələ gəldikdə Ginenorm istifadəsini dayandırmaq lazımdır. Yerli preparatların xüsusilə uzun müddət istifadə olunması yüksək həssaslığın əmələ gəlməsi ilə nəticələnə bilər. Həmçinin gecikmiş allergik reaksiyalar əmələ gələ bilər. Dəri qıcıqlanmasına səbəb ola bilər. Belə hallarda müalicəni dayandırmaq və müvafiq müalicəyə başlamaq lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərmanlarla qarşılıqlı təsiri yoxdur, çünki yerli istifadə zamanı sistem təsiri yaranmır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir. Pediatriya istifadəsi Pediatriyada istifadə olunmur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Ginenorm nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.

İstifadə qaydası və dozası

Həkimin təyinatından asılı olaraq gündə 1 və ya 2 dəfə uşaqlıq yoluna istifadə olunur Məhlul otaq temperaturunda və ya ilıq şəkildə istifadə olunmalıdır (flakonu isti suyun altında saxlamaqla isitmək olar) − Kənarlarından sıxaraq qapağı açın − Steril kateteri qoruyucu paketdən çıxarın, flakona daxil edin və bərkidin. − Terapevtik təsir göstərmək üçün məhlulu bir neçə dəqiqə ərzində uşaqlıq yolunda saxlayın. Həkimin verdiyi digər məsləhətlərə riayət edin.

Əlavə təsirləri

İstifadə ilə bağlı əlavə təsirlər aşkar olunmamışdır. Çox nadir hallarda Stivens-Conson sindromu və dərinin toksik epidermal nekrozu əmələ gələ bilər. Burada qeyd olunmayan əlavə təsirlər yarandığı halda mütləq həkiminizə və ya əczaçıya məlumat verin.

Doza həddinin aşılması

Doza həddinin aşılması müşahidə edilməmişdir. Əgər Ginenorm məhlulu səhvən daxilə qəbul edilibsə, dərhal həkiminizi məlumatlandırmalı və ya yaxınlıqdakı xəstəxanaya müraciət etməlisiniz.

Buraxılış forması

Yalnız vaginal istifadə üçün 0,1% məhlul. 100 ml məhlul flakonda. 5 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Laboratorio Chimico Farmaceutico “A. Sella. Via Vicenza 67, 36015 Schio (VI) – İtaliya.

Qeydiyyat vəsiqəsinin sahibi

Aesculapius Farmaceutici S.r.l. Via Cefalonia 70, 25124 Brescia – İtaliya.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Ginenorm 0,1 % 100 ml N5 vaginal duş” üçün ilk rəyi siz yazın.