Gynomix N12 vaginal şam
| Təsiredici maddə | NEOMYCIN SULFATE + NYSTATIN + POLYMYXIN B SULFATE |
|---|---|
| Dərman forması | Vaginal kapsul |
| Farmakoloji təsir | Nistatin digər preparatlarla kombinasiyada |
| İstehsal ölkəsi | Koreya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
10,72 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
GİNOMİKS vaginal kapsullar GYNOMIX Beynəlxalq patentləşdirilməmiş adı: Neomycin sulfate + Nystatin + Polymyxin B sulfate
Tərkibi
Təsiredici maddələr: 1 kapsulda 50,2 mq neomisin sulfat (35 mq (35000 BV) neomisin şəklində), 100 000 BV nistatin, 35000 BV polimiksin B sulfat vardır. Köməkçi maddələr: sarı arı mumu, hidrogenizəedilmiş kokos yağı, dimetikon 1000, orta zəncirli triqliseridlər, jelatin, qatılaşdırılmış qliserin, metilparaben, propilparaben, xinolin sarısı, titan oksidi.
Təsviri
Tərkibində açıq-sarı rəngli maye olan ağ-süd rəngli oval vaginal kapsullardır.
Farmakoterapevtik qrupu
Nistatin digər preparatlarla kombinasiyada. ATC kodu: G01AA51.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Antibakterial, bakterisid və antifunqal təsirə malik kombinəolunmuş preparatdır. Neomisin və polimiksin B qrammüsbət (Staphylococcus aureus və s.) və qrammənfi (Enterobacter aerogenes, Escherichia coli, Haemophilus influenzae, Ureaplasma urealyticum, Proteus vulgaris və s.) mikroorqanizmlərə qarşı bakterisid təsir göstərir. Nistatin patogen göbələklərə (Candida albicans, Cryptococcus və s.) qarşı funqisid təsir göstərir. Uşaqlıq yolunun selikli qişasında trofik prosesləri yaxşılaşdırır. Farmakokinetikası Yerli bakterisid və funqisid təsir göstərərək, uşaqlıq yolunun selikli qışasında bərabər paylanır. Uşaqlıq yolunun selikli qışasından praktiki olaraq sorulmur.
İstifadəsinə göstərişlər
Həssas mikroorqanizmlər tərəfindən törədilən vaginal infeksion- iltihabi xəstəliklər: Vaginal kandidoz Qeyri-spesifik vaginit Vulvovaginit.
Əks göstərişlər
Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Qısa müddətli müalicə kursu tövsiyə ounur, çünki ototoksik və nefrotoksik təsir müşahidə oluna bilər. Böyrək çatışmazlığı və ya sistem toksikliyi müşahidə edilə bilən xəstələr üçün tövsiyə edilmir. Yalnız müalicə effektinin faydaları riskdən üstün olduqda istifadə edin. Antibiotiklərə və ya analoji dərmanlara qarşı həssaslıq əlamətləri müşahidə edilərsə bu dərmanı istifadə edərkən diqqətli olun. Bakteriyalara qarşı rezistentliyin yaranmaması üçün preparatla müalicə müddəti qısa olmalı və mikroblara qarşı həssaslıq yoxlanılmalıdır. Ehtiyatlı olun, çünki bu dərman lateksdən hazırlanan qoruyucu vasitələrinin təsirini azalda bilər. Vaginal istifadə üçün nəzərdə tutulur (per oral istifadə etməyin). Menstruasiya müddətində preparatın istifadəsini dayandırmayın.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Spermisidlərlə eyni vaxtda istifadəsi tövsiyə edilmir çünki, birlikdə istifadə zamanı dərmanın aktivliyi azala bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparat hamiləlik və laktasiya dövründə istifadə edilməməlidir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın nəqliyyat vasitələrini və digər mexanizmləri idarəetmə qabiliyyətinə təsiri barədə məlumat yoxdur.
İstifadə qaydası və dozası
Qadınlarda bir kapsul gündə 1 dəfə yatmazdan əvvəl uşaqlıq yoluna dərinə yeridilir. Müalicə kursu 6 gün təşkil edir. Xroniki infeksiyalar zamanı gündə 1 kapsul (axşam) 12 gün müddətində.
Əlavə təsirləri
Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥1/10); tez-tez (≥1/100 – <1/10), bəzən (≥1/1 000 – <1/100); nadir hallarda (≥1/10 000 – <1/1000); çox nadir hallarda (<1/10 000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). Allergik simptomlar. Uzun müddət istifadə zamanı allergik ekzematoz kontakt dermatit müşahidə oluna bilər. Yerli reaksiyalar: yanma hissi, qaşınma, qıcıqlanma, qızartı, ödem.
Doza həddinin aşılması
Doza həddinin aşılması haqqında məlumat yoxdur. Xüsusilə böyrək çatışmazlığı olan pasiyentlərdə sistem effektlər (oto- və nefrotoksiklik yarana bilər).
Buraxılış forması
6 vaginal kapsul, blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30° C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Kolmar Pharma Co., Ltd. 93, Biovalley 2-ro, Jecheon-si, Chungcheongbuk-do, Koreya Respublikası.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.