Gerbion sarmaşıq (plyuşa) 150 ml sirop
| Dərman forması | Sirop |
|---|---|
| Farmakoloji təsir | Soyuqdəymə xəstəliklərində və öskürək zamanı istifadə edilən preparatlar. Bəlğəmgətirici preparatlar (öskürəkəleyhinə preparatlar ilə kombinasiyalar istisna olmaqla) |
| İstehsal ölkəsi | Sloveniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
7,27 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
HERBİON sarmaşıq şərbəti HERBION ivy syrup Beynəlxalq patentləşdirilməmiş adı: Ivy leaf dry extract (sarmaşıq yarpaqlarının quru ekstraktı)
Tərkibi
Təsiredici maddə: 1 ml şərbətin tərkibində 7 mq sarmaşıq yarpaqlarının (Hedera helix L., folium) (5–7,5:1) quru ekstraktı vardır. Ekstragent: etanol 30% (m/m) Köməkçi maddələr: duru sorbitol (kristallaşmamış) (E420), qliserin (E422), natrium benzoat (E211), limon turşusunun monohidrat (E330), bədrənc ətirli ətirverici (tərkibində propilenqlikol, etanol, sitronell yağı, sitral ex. Litsea cubeba, limon yağı və keşniş yağı vardır), təmizlənmiş su.
Təsviri
Sarımtıl-qəhvəyi rəngli, spesifik ətri və dadı olan şərbətdir. Təbii mənşəli substansiyalara xas olan cüzi çöküntü mümkündür.
Farmakoterapevtik qrupu
Soyuqdəymə xəstəliklərində və öskürək zamanı istifadə edilən preparatlar. Bəlğəmgətirici preparatlar (öskürəkəleyhinə preparatlar ilə kombinasiyalar istisna olmaqla). ATC kodu: R05CА12
Farmakoloji xüsusiyyətləri
Herbion sarmaşıq şərbətinin tərkibindəki adi sarmaşıq yarpaqlarının quru ekstraktı mukolitik və bronxospazmolitik vasitə kimi təsir göstərir. Preparat bəlğəmin qatılığının azalmasına səbəb olur, bəlğəmin xaric olmasını asanlaşdırır və öskürəyi sakitləşdirir.
İstifadəsinə göstərişlər
Herbion sarmaşıq şərbəti nəmli öskürək zamanı bəlğəmgətirici vasitə kimi istifadə edilir.
Əks göstərişlər
Təsiredici substansiyaya, araliya fəsiləsindən digər bitkilərə və ya preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək fərdi həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
4 yaşa qədər uşaqlarda davamedici və ya şiddətli öskürək müalicəyə başlamaz-dan əvvəl diaqnozun müəyyən olunmasını tələb edir. Əgər müalicədən 7 gün sonra xəstənin vəziyyəti yaxşılaşmırsa və ya tənəffüsün çətinləşməsi, irinli bəlğəm əmələ gələrsə və ya temperatur yüksələrsə, həkimə müraciət etmək lazımdır. Kodein və ya dekstrometorfan kimi öskürəkəleyhinə vasitələr ilə birgə istifadəsi mütəxəssisin məsləhəti olmadıqda tövsiyə olunmur. Mədə-bağırsaq traktının şiddətli fazasında xəstəlikləri olan pasiyentlər ehtiyatlı olmalıdır. Preparatın bəzi inqrediyentləri barədə önəmli məlumat Herbion sarmaşıq şərbətinin tərkibində sorbitol (E420) vardır. Fruktozaya qarşı nadir irsi dözümsüzlüyü olan xəstələr bu preparatı qəbul etməməlidir. Preparatın tərkibində bir qədər etanol (spirt) vardır – 1 dozaya – 100mq-dan az.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Bu preparatı istifadə etməyə başlamazdan əvvəl Siz qəbul etdiyiniz və ya yaxın keçmişdə qəbul edilmiş dərman vasitələr barədə həkimə xəbər verməlisiniz. Digər dərman vasitələri və qida məhsulları ilə qarşılıqlı təsiri barədə məlumat yoxdur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hər bir preparatın qəbulundan əvvəl həkimlə məsləhətləşmək lazımdır. Hamiləlik və laktasiya dövründə istifadəsinin təhlükəsizliyi üzrə məlumat az olduğu üçün preparatı bu qrup xəstələrdə istifadə etmək məsləhət görülmür. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın nəqliyyat vasitələrini və digər mexanizmləri idarəetmə qabiliyyətinə təsiri barədə məlumat yoxdur.
İstifadə qaydası və dozası
Böyüklər: sutkada üç dəfə 5 ml (1 dozalayıcı qaşıq) şərbət Məktəbli və yeniyetmə yaşlarında uşaqlar: sutkada iki dəfə 5 ml (bir dozalayıcı qaşıq) şərbət Məktəbəqədər uşaqlar (1-6 yaş arası): sutkada 2 dəfə 2,5 ml (bir dozalayıcı qaşığın yarısı) şərbət. 1 yaşa qədər uşaqlar: sutkada iki dəfə 2,5 ml (bir dozalayıcı qaşığın yarısı) şərbət (yalnız həkim təyinatı ilə). Herbion sarmaşıq şərbəti qida qəbulundan asılı olmayaraq istifadə edilir. Dərmanın üstündən kifayət qədər ilıq su və ya çay içmək lazımdır. Müalicə müddəti – 1 həftədən az olmayaraq. Əgər şərbətin qəbulundan sonra 1 həftə ərzində simptomlar saxlanılarsa, həkimlə məsləhətləşmək lazımdır. Doza qəbulu unudularsa Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza qəbul etmək olmaz. Müalicə növbəti dozanı vaxtında qəbul etməklə davam etdirilir. Əlavə təsiri Digər dərman vasitələr kimi ,Herbion sarmaşıq şərbəti tək-tək hallarda əlavə təsirlərin meydana çıxmasına səbəb ola bilər. Tez-tez (1/100 – <1/10): – ürəkbulanma, qusma, diareya. Bəzən (1/1000 – <1/100): -övrə, dəri səpgisi, kuperoz və ya tənəffüsün çətinləşməsi şəklində özünü büruzə verən allergik reaksiyalar, anafilaktik reaksiyalar. Allergik reaksiyalar əmələ gələrsə, preparatın qəbulunu ləğv edib, həkimlə məsləhətləşmək lazımdır. Bu içlik vərəqədə qeyd olunmayan əlavə təsirlər meydana çıxarsa, lütfən, müalicə həkiminizə bu barədə məlumat verin.
Doza həddinin aşılması
Tövsiyə olunduğundan artıq doza qəbul etmək olmaz. Simptomları: sutkalıq dozadan 2 dəfə artıq doza qəbul etdikdə ürəkbulanma, qusma, diareya, oyanıqlıq halları mümkündür. Müalicəsi: simptomatik.
Buraxılış forması
150 ml şərbət, plastik qapaqlı şüşə flakonda. 1 flakon dozalayıcı qaşıqla və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
Xüsusi saxlanma şəraiti tələb olunmur. Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Flakon açıldıqdan sonra şərbəti 3 ay ərzində istifadə etmək lazımdır. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
KRKA, d.d., Novo mesto, Sloveniya. Azərbaycanda Nümayəndəlik Xocalı Prospekti 55, AGA Biznes Mərkəzi Tel.: (+99412) 464 40 22/23; (+99450) 264 29 27
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.