GEPATROMBIN G N10 SUPP
| Dərman forması | Rektal şam |
|---|---|
| Farmakoloji təsir | Yerli istifadə üçün birbaşa təsirli antikoaqulyant vasitə, digər preparatlar. |
| İstehsal ölkəsi | Serbiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
6,40 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
HEPATROMBİN H rektal suppozitoriyalar HEPATROMBIN H Beynəlxalq patentləşdirilməmiş adı: Heparin sodium + Lauromacrogol 400 + Prednisolone
Tərkibi
Təsiredici maddə: 1 suppozitoriyanın tərkibində 120 BV (0,667 mq heparin natrium aktivliyi zaman 180 BV/mq təşkil edir), 1,675 mq prednizolon asetat, 30,00 mq lauromakroqol 400 vardır. Köməkçi maddələr:ortazəncirli triqliseridlər, kolloidal silisium dioksid, bərk yağ (Novata B), qliseril tristearat.
Təsviri
Konus formalı, ağ rəngli, homogen suppozitoriyalardır. Kəsikdə hava boşluğunun və qıfabənzər dərinliyin olması yolveriləndir.
Farmakoterapevtik qrupu
Yerli istifadə üçün birbaşa təsirli antikoaqulyant vasitə, digər preparatlar. АТC kodu: С05ВА53. Farmakoloji xüsusiyyətlər Farmakodinamikası Proktologiyada yerli istifadə üçün trombəleyhinə, iltihabəleyhinə və venasklerozlaşdırıcı təsirə malik kombinəolunmuş preparatdır. Heparin birbaşa təsirli antikoaqulyantdır. Xaricə istifadə edildikdə trombəleyhinə, ekssudasiya- əleyhinə və mülayim iltihabəleyhinə təsir göstərir; birləşdirici toxumanın regenerasiyasına səbəb olur; hemorroidal düyünlərdə qanın koaqulyasiyasının qarşısını alır. Prednizolon qlükokortikosteroid olub iltihabəleyhinə, ekssudasiyaəleyhinə və allergiyaəleyhinə təsir göstərir, anorektal nahiyədə qaşınmanı, yanma hissini, ağrını azaldır. Lauromakroqol 400 yerli anesteziyaedici təsir göstərir və hemorroidal düyünlərini sklerozlaşmasını təmin edir. Farmakokinetikası Heparin Adsorbsiyadan sonra plazma zülalları ilə birləşməsi 95% təşkil edir. Təqribən 1 saat yarımxaricolma dövrü ilə toxumalardan yavaş-yavaş xaric olunur. İstifadədən sonra 50% təsiredici maddə dəridə qalır. Xaricolma sürəti dozadan asılıdır. Absorbsiyadan sonra qaraciyərdə (qismən qaraciyər heparinaza fermentilə) və retikuloendotelial sistemdə metabolizmə uğrayır. 20-50%-i sidiklə dəyişilməmiş şəkildə və qismən zəif antikoaqulyant təsirə malik uroheparin kimi xaric olunur. Xaricolma dərəcəsi dozadan asılıdır (daha kiçik dozalar plazmada daha qısa yarımxaricolma dövrünə malikdir). Prednizolon Prednizolon absorbsiyadan sonra qaraciyərdə metabolizmə uğrayır. Təqribən 1%-i sidiklə dəyişməz şəkildə xaric olunur. Bioloji yarımxaricolma dövrü (T1/2) 18-36 saat, plazmadan isə T1/2 isə 115-212 dəqiqə təşkil edir.
İstifadəsinə göstərişlər
– Xarici və daxili babasil; – arxa keçəcəyin hemorroidal venalarının tromboflebiti; – arxa keçəcək nahiyəsində fistula, ekzema və qaşınma; – arxa keçəcək çatı; – anorektal nahiyədə cərrahi müdaxiləyə hazırlıq; – tromblaşmış və ya əməliyyat olunmuş babasilin kompleks terapiyasının tərkibində.
Əks göstərişlər
– Preparatın komponentlərinə qarşı yüksək həssaslıq; – dərinin bakterial, virus, göbələk zədələnməsi; – vərəm; – sifilis; – dəri şişi (anorektal zonanın); – qanaxmaya meyllik; – vaksinasiyaya qarşı reaksiya; – hamiləliyin I trimestri; – 12 yaşa qədər uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ehtiyatla Hamiləliyin II və III trimestri, laktasiya dövrü. Bütün digər kortikosteroidlərlə müalicə zamanı olduğu kimi ehtiyatlı olmaq, preparatı böyük miqdarda və ya uzun müddət istifadə etmək olmaz.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman vasitələrilə qarşılıqlı təsiri aşkar edilməyib. Rektal istifadə üçün digər preparatlarla eyni vaxtda istifadəsi məsləhət görülmür.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləliyin I trimestrində istifadəsi əks göstərişdir. Hamiləliyin II və III trimestrində və laktasiya dövründə ana üçün gözlənilən faydanın döl və südəmər körpə üçün mümkün riskdən üstün olduğu halda ehtiyatla istifadə edilir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparat avtonəqliyyat və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.
İstifadə qaydası və dozası
Rektal istifadə edilir. Suppozitoriyalar sutkada 1-2 dəfə defekasiyadan sonra birbaşa bağırsaq boşluğuna yeridilir.
Əlavə təsirləri
Sistem reaksiyalar: allergik reaksiyalar, dəri hiperemiyası. Uzun müddətli istifadəsi zamanı və/və ya böyük səthlərə çəkildikdə sistem əlavə effektlər: çatların regenerasiya proseslərinin ləngiməsi, ödem.
Doza həddinin aşılması
Aşkar edilməyib.
Buraxılış forması
Rektal suppozitoriyalar 120 BV+30 mq+1,675 mq. 5 suppozitoriya polietilenlə laminatlaşdırılmış polivinilxlorid örtüklü blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
15-25°С temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Aptekdən buraxılma şərtləri Reseptsiz buraxılır. İstehsalçı/Qablaşdırıcı Hemofarm A.D. Vrşas, Şabas istehsalat sahəsi bölməsi, Serbiya 15000, Şabas ş., Hayduk Velkov bb k. Qeydiyyat vəsiqəsinin sahibi/Keyfiyyətə nəzarət Hemofarm A.D., Serbiya. 26300, Vrşas ş., Beoqrad yolu bb. İstehlakçılardan iradları qəbul edən təşkilat “Nijfarm” SC, Rusiya. 603950, Nijniy Novqorod ş., Salqanskaya k., ev 7. Tel.: (831) 278-80-88. Faks: (831) 430-72-28. E-mail: [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.