GEPA-MERC 10 ML 10 AMP.

Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirHipoazotemik dərman vasitəsi
İstehsal ölkəsiAlmaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

129,89 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

HEPA-MERZ infuziya məhlulu hazırlamaq üçün konsentrat

Tərkibi

Təsiredici maddə: 1 ampulda (10 ml) 5 q L-ornitin –L-aspartat vardır. Köməkçi maddə: inyeksiya üçün su.

Təsviri

Rəngsizdən, solğun-sarı rəngə qədər şəffaf məhluldur.

Farmakoterapevtik qrupu

Hipoazotemik dərman vasitəsi. ATC kodu: A05BA.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Plazmada, xüsusilə qaraciyər xəstəlikləri zamanı ammonyakın yüksəlmiş səviyyəsini aşağı salır. Preparatın təsiri onun sidik cövhərinin əmələ gəlməsində (sidik cövhərinin ammonyakdan əmələ gəlməsində) ornitin siklində iştirak etməsi ilə bağlıdır. Parenteral qidalanma tələb edən xəstəliklər zamanı zülal mübadiləsini yaxşılaşdırır. Farmakokinetikası Ornitin aspartat tərkib hissələrinə – ornitin amin turşusuna və aspartata dissosiasiya edir. Onlar isə nazik bağırsaqda bağırsaq epitelisi vasitəsilə aktiv nəqlolunma yolu ilə sorulur. Böyrəklər vasitəsilə xaric olur.

İstifadəsinə göstərişlər

Qaraciyərin kəskin və xroniki xəstəlikləri. Qaraciyər ensefalopatiyası (gizli və aşkar).

Əks göstərişlər

L-ornitin-L-aspartata və ya preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək fərdi həssaslıq. Kreatinin göstəricisinin 3mq/100ml-dən çox olan aşkar böyrək çatışmazlıqlı pasiyentlər- də.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olan pasiyentlərə ehtiyatla təyin olunmalıdır. Preparatın yüksək dozalarından istifadə edərkən (infuziya üçün konsentrat) zərdabda və sidikdə sidik cövhərinin səviyyəsinə nəzarət etmək lazımdır. Əgər qaraciyərin funksiyaları əhəmiyyətli dərəcədə pozulmuşdursa, ürəkbulanma və qusmanın qarşısını almaq üçün preparatın yeridilmə sürətini pasiyentin vəziyyətini nəzərə almaqla korrektə etmək lazımdır. Uşaqlarda preparatın istifadəsinə dair məlumat yoxdur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri müəyyən edilməmişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadəsi tövsiyə olunmur. Belə ki, preparatın dölə təsiri barədə kifayət qədər məlumat yoxdur. Laktasiya dövründə preparatın istifadəsindən çəkinmək lazımdır, belə ki, təsiredici maddənin ana südünə nüfuz edib etməməsi məlum deyildir.Əgər preparatla müalicə zəruridirsə o zaman müalicə ciddi həkim nəzarəti altında aparılmalıdır.

İstifadə qaydası və dozası

Gündə 4 ampulun möhtəviyyatı 500ml infuziya üçün məhlulda həll edilərək vena daxilinə yeridilir. Qaraciyər ensefalopatiyası zamanı xəstənin vəziyyətinin ağırlıq dərəcəsindən asılı olaraq gündə 8-ə qədər ampulun möhtəviyyatı yeridilir. İnfuziyanın müddəti tezliyi və müalicənin davametmə müddəti fərdi olaraq müəyyən olunur. Venadaxili yeritmənin maksimal sürəti 5q/saat-dır. 500ml infuziya üçün məhlulda 6-dan çox ampulun möhtəviyyatını həll etmək olmaz. Arteriya daxilinə yeritmək olmaz.

Əlavə təsirləri

Nadir hallarda- ürəkbulanma və qusma. Göstərilmiş əlavə təsirlər adətən keçicidir və preparatdan istifadənin dayandırılmasını tələb etmir. Onlar meydana çıxdıqda dozanı və preparatın yeridilmə sürətini optimallaşdırmaq lazımdır.

Doza həddinin aşılması

Doza həddinin aşılması zamanı intoksikasiya əlamətləri təsvir edilməmişdir. Doza həddinin aşılması zamanı simptomatik müalicə aparmaq lazımdır.

Buraxılış forması

10 ml məhlul, ampulda. 10 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30°C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Merz Pharma GmbH & Co. KgaA, Almaniya. Hüquqi ünvan: Eckenheimer Landstraβe 100, 60318 Frankfurt/Main, Almaniya. Faktiki ünvan: Ludwigstrabe 22, 64354 Reinheim, Almaniya.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“GEPA-MERC 10 ML 10 AMP.” üçün ilk rəyi siz yazın.