Qekiskon 16 mq N10 vaginal şam

Təsiredici maddə: CHLORHEXIDINE
Təsiredici maddəCHLORHEXIDINE
Dərman formasıVaginal şam
Farmakoloji təsirAntiseptik vasitə.
İstehsal ölkəsiRusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

10,30 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

HEKSİKON vaginal suppozitoriyalar  HEXICON Beynəlxalq patentləşdirilməmiş adı: Chlorhexidine

Tərkibi

Təsiredici maddə: 1 suppozitoriyanın tərkibində 20%-li 85,2 mq (16 mq xlorheksidin biqlükonat hesabı ilə) xlorheksidin biqlükonat məhlul vardır. Köməkçi maddələr:makroqol qarışığı (makroqol 1500, makroqol 400).

Təsviri

Torpedoyabənzər ağ və ya ağımtıl sarı çaıarlı suppozitoriyadır. Səthin mərmərə oxşaması və qıfşəkilli dərinliyin olması yolveriləndir.

Farmakoterapevtik qrupu

Antiseptik vasitə. АТС kodu: G01АХ.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası  Heksikon yerli istifadə üçün antiseptik preparat olub, birhüceyrəlilər, qrammüsbət və qrammənfi bakteriyalara, viruslara, o cümlədən: Treponema pallidum, Chlamidia spp., Ureaplasma spp., Neisseria gonorrhoeae, Trichomonas vaginalis, Gardnerella vaginalis, Bacteroides fragilis, Herpes-viruslarına münasibətdə aktivdir. Bəzi Pseudomonas spp., Proteus spp. ştamları preparata qarşı az həssasdır, eləcə də bakteriyaların, bakteriya sporlarının turşuyadavamlı formaları,  göbələklər preparata qarşı davamlıdır. Heksikon laktobasillərin funksional aktivliyini pozmur. Qanın, irinin olduğu halda aktivliyini (bir qədər zəif olsa da) saxlayır. Farmakokinetikası İntravaginal istifadə zamanı praktik olaraq sorulmur, sistem təsir göstərmir.

İstifadəsinə göstərişlər

Cinsi yolla ötürülən infeksiyaların (xlamidoz, ureaplazmoz, trixomoniaz, süzənək, sifilis, genital herpes və s.) profilaktikası. Mama-ginekologiyada infeksion-iltihabi ağırlaşmaların profilaktikası (ginekoloji xəstəliklərin cərrahi müalicəsindən əvvəl, doğuş və abortdan əvvəl, uşaqlıqdaxili spiralın (UDS) qoyulmasından əvvəl və sonra, uşaqlıq boynunun diatermokoaqulyasiyasından əvvəl və sonra, uşaqlıqdaxili tədqiqatlardan əvvəl). Bakterial vaginozun, kolpitlərin (o cümlədən qeyri-spesifik, qarışıq, trixomonad) müalicəsi.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Suppozitoriyanın yeridilməsindən sonra xoşagəlməyən hissiyyat (qaşınma, yanma) yarandııqda, preparatın istifadəsini dayandırmaq lazımdır. Preparatın istifadəsi zamanı uşaqlıq yolundan ifrazatın miqdarının artması mümkündür. Bir qayda olaraq, az miqdarda şəffaf ifrazat zamanı preparatla müalicəni dayandırmamaq olar. Zərdaba bənzər ifrazatın təzahürü zamanı preparatın istifadəsini dayandırmaq və həkimlə məsləhətləşmək tövsiyə edilir. Preparatla kontaktdan sonra xlorheksidinin gözlərə mümkün düşməsinin qarşısını almaq məqsədilə əlləri yumaq lazımdır. Xarici cinsiyyət orqanlarının geyimi (tualeti) suppozitoriyanın effektivliyinə və pasiyent tərəfindən keçirilməsinə təsir etmir, belə ki, preparat intravaginal istifadə edilir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Yodla eyni zamanda istifadə etmək məsləhət görülmür.  Heksikon tərkibinə anion qrupu (saponinlər, natrium laurilsulfat, natrium karboksimetilsellüloza) detergentlərlə və intravaginal daxil edilən sabunlar ilə uyuşmur. Xarici cinsiyyət orqanlarının tualeti  Heksikon vaginal suppozitoriyalarının effektivliyinə və onlara qarşı dözümlülüyünə təsir etmir, çünki preparat intravaginal istifadə edilir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadəsi mümkündür. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın istifadəsi nəqliyyat vasitələrini və mexanizmləri idarə etmək qabiliyyətinə təsir etmir.

İstifadə qaydası və dozası

İntravaginal istifadə edilir. Suppozitoriyanı istifadədən əvvəl konturlu-yuvalı qablaşdırmadan azad edilir. Müalicə üçün: 7-10 gün ərzində sutkada 2 dəfə 1 suppozitoriya. Cinsi yolla ötürülən infeksiyaların profilaktikası üçün: qorunmayan cinsi aktdan sonra 2 saatdan gec olmayaraq 1 suppozitoriya.

Əlavə təsirləri

Allergik reaksiyalar (səpgi, qaşınma), yanma mümkündür. Xlorheksidin çox nadir hallarda (<0,0001%) ağır reaksiyalar və anafilaksiya daxil olmaqla, yüksək həssaslıq reaksiyalarına səbəb ola bilər. Ayrı-ayrı hallarda uşaqlıq yolundan zərdaba bənzər ifrazatın gəlməsi mümkündür (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax. Qeyd edilən əlavə təsirlərdən istənilən biri ağırlaşdırda və ya pasiyent təlimatda qeyd edilməyən istənilən digər əlavə təsir aşkar etdikdə, bu barədə həkimə məlumat verməlidir.

Doza həddinin aşılması

Hazırkı dövrə qədər preparatın doza həddinin aşılması halları barədə məlumat verilməmişdir.

Buraxılış forması

Vaginal suppozitoriyalar 16 mq. 1 və ya 5 suppozitoriya polietilenlə laminatlaşdırılmış polivinilxlorid örtüklü konturlu-yuvalı qablaşdırmada.1 suppozitoriya və 2 barmaqlıq olan, 1 və ya 2 konturlu-yuvalı qablaşdırma, 5 suppozitoriya olan 1 və ya 2 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

“Nijfarm” SC, Rusiya. 603950, Nijniy Novqorod ş., Salqanskaya k., ev 7. Tel.: (831) 278-80-88 Faks: (831) 430-72-28. E-mail: [email protected] Qeydiyyat vəsiqəsinin sahibi/İstehlakçılardan iradları qəbul edən təşkilat “Nijfarm” SC, Rusiya. 603950, Nijniy Novqorod ş., Salqanskaya k., ev 7. Tel.: (831) 278-80-88 Faks: (831) 430-72-28. E-mail: [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Qekiskon 16 mq N10 vaginal şam” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar