GALAVIT 100MG N10 SUPP
| Dərman forması | Rektal şam |
|---|---|
| Farmakoloji təsir | İmmunmodulyatorlar və iltihabəleyhinə vasitələr |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
37,62 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
SELVİRİN rektal şamlar Beynəlxalq patentləşdirilməmiş adı: Sodium aminodihydrophthalasindione
Tərkibi
Təsiredici maddə: 1 şamin tərkibində 100 mq natrium aminodihidroftalazindion vardır. Köməkçi maddələr: vitepsol W-35 (yağ turşusu) , vitepsol H-15 (yağ turşusu).
Təsviri
Ağ rəngdən sarımtıl ağ rəngə malik şamlardır.
Farmakoterapevtik qrupu
İmmunmodulyatorlar və iltihabəleyhinə vasitələr. ATC kodu: L03G02.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Preparatın təsir mexanizmi makrofaqların funksional metabolik aktivliyinə təsir göstərməsi ilə əlaqədardır. Preparat iltihabi xəstəliklər zamanı şiş hüceyrələrinin nekroz faktorunun həddən artıq sintezini, interleykin-1 və digər iltihabəleyhinə sitokinləri inhibə edir. İngibəedici təsir müddəti 6-8 saat ərzində davam edir. İltihabi xəstəliklər zamanı preparat makrofaqlar tərəfindən hiperaktivləşdirilən və iltihabi reaksiyaların gücünü, toksiklikliyini və intoksikasiya əlamətlərini müəyyən edən TNF, IL – 1, aktiv oksigen atomları ve digər iltihabi sitokinlerin həddən artıq sintez olunmasını 6 – 8 saat müddətində geriyə dönə bilən inhibə edir. Normal funksional vəziyyətin əldə edilməsi makrofaqların antigen təmin edən və tənzimləyici funksiyalarının bərpasına və autoaqressiyanın səviyyəsinin azalmasına səbəb olur. Faqositozu və orqanizmin infeksion xəstəliklərə qarşı qeyri-spesifik rezistentliyini artıraraq neytrofil qaranulositlərin bakteriosid aktivliyini stimulə edir. Farmakokinetikası Orqanizmdən əsasən böyrəklər vasitəsilə xaric olunur. Rektal istifadə olunduqdan sonra yarımparçalanma dövrü 40-60 dəqiqə təşkil edir. Əsas farmakoloji effekti 72 saat ərzində müşahidə olunur.
İstifadəsinə göstərişlər
Böyüklərdə və 12 yaşdan yuxarı uşaqlarda immunmodulyatorlar və iltihabəleyhinə vasitələr kimi kompleks müalicədə istifadə edilir. • Bağırsağın intoksikasiya və ya ishal ilə müşayiət olunan infeksion xəstəlikləri. • Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi. • Virus hepatiti. • Herpes virusunun törətdiyi xroniki residiv xəstəliklər. • Papilloma virusunun törətdiyi xəstəliklər. • Sidik-cinsiyyət sisteminin infeksion-iltihabi xəstəlikləri (xlamidiya və trixomonad etiologiyalı uretrit, xlamidiyalı prostatit, kəskin və xroniki salpinqooforit, endometrit). • Kiçik çanaq orqanlarının irinli-iltihabi xəstəlikləri. • Uşaqlığın mioması olan xəstələrdə cərrahi əməliyyatdan sonra reabilitasiya dövrü. • Reproduktiv yaşda olan qadınlarda cərrahi əməliyyatdan sonrakı fəsadlar. • Cərrahi əməliyyatdan sonra irinli-septik fəsadlar və onların profilaktikası (o cümlədən onkoloji xəstələrdə). • Хroniki residiv furunkulyoz, qızılyel xəstəliyi. • Astenik vəziyyət, nevrotik və somatoform pozğunluqlar, fiziki iş qabiliyyətinin aşağı düşməsi (o cümlədən idmançılarda). • Narkotik və alkohol asılılıqdan əziyyət çəkən şəxslərdə psixi,davranış pozğunluqları və postabstinent sindrom. • Ağız və boğazın selikli qişasının iltihabi xəstəlikləri, paradont xəstəliyi. • Tənəffüs yolları və LOR orqanların bakteriya və virus mənşəli tez-tez residivləşən xəstəlikləri (KRVİ, bronxit, pnevmoniya, xroniki tonzillit, xroniki otit, xroniki adenoidit). • Kəskin respirator infeksiyaların və qripin profilaktikası.
Əks göstərişlər
• Fərdi həssaslıq. • Hamiləlik. • Laktasiya.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Antibiotiklərlə paralel qəbulu zamanı antibiotiklərin terapevtik dozalarını azaltmaq olar. Digər dərman vasitələri ilə nəzərəçarpacaq qarşılıqlı təsiri qeyd olunmayıb.
İstifadə qaydası və dozası
Rektal şamlar qutudan çıxarılır, sonra düz bağırsağa yeridilir. Düz bağırsaq boş olmalıdır. Preparatın istifadəsi və dozası xəstəliyin xarakteri, ağırlığı və davametmə müddətindən asılıdır. İntoksikasiya və ya ishal ilə müşayiət olunan bağırsağın infeksion xəstəlikləri İlkin birdəfəlik doza 2 şam, daha sonra intoksikasiya əlamətləri aradan qalxana qədər gündə 2 dəfə 1 şam. Müalicə kursu hər 72 saatdan bir 1 şam təyin edilməklə davam etdirilə bilər (cəmi 20-25 şam). Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi Gündə 1 dəfə 2 şam – 2 gün, daha sonra hər 72 saatdan bir 1 şam. Müalicə kursu 20-25 şam. Xroniki hallarda: gündə 1 dəfə 1 şam – 5 gün, daha sonra hər 72 saatdan bir 1 şam. Müalicə kursu 20 şam. Viruslu hepatit İlkin birdəfəlik doza 2 şam, daha sonra iltihab və intoksikasiya əlamətləri aradan qalxana qədər gündə 2 dəfə 1 şam. Müalicə kursu hər 72 saatdan bir 1 şam təyin edilməklə davam etdirilə bilər (cəmi 20-25 şam). Herpes virusunun törətdiyi xroniki residiv xəstəliklər Hər gün 1 şam olmaqla – 5 şam, daha sonra günaşırı 1 şam, cəmi 15 şam. Papilloma virusunun törətdiyi xəstəliklər Gündə 1 dəfə 1 şam – 5 gün, daha sonra günaşırı 1 şam. Müalicə kursu 20 şam. Sidik-cinsiyyət sisteminin iltihabi infeksion xəstəlikləri(xlamidiya və trixomonad mənşəli uretrit, xlamidiyalı prostatit zamanı) İlk gün 2 dəfə 1 şam, daha sonra günaşırı 1 şam. Müalicə kursu 20 şam (patoloji prosesin ağırlığından asılı olaraq). Salpinqooforit və endometritin kəskin dövründə Gündə 2 dəfə 1 şam – 2 gün, daha sonra hər 72 saatdan bir 1 şam. Xroniki hallarda: gündə 1 dəfə 1 şam – 5 gün, sonra hər 72 saatdan bir 1 şam. Müalicə kursu 20 şam. Kiçik çanaq orqanlarının irinli-iltihabi xəstəlikləri Kəskin dövrdə – ilk gün birdəfəlik 2 şam, daha sonra gündə 1 dəfə 1 şam – 3 gün, daha sonra günaşırı 1 şam – 5 gün. Müalicə kursu 10 şam. Xroniki hallarda: gündə 1 dəfə 1 şam – 5 gün, daha sonra hər 72 saatdan bir 1 şam. Müalicə kursu 20 şam. Uşaqlığın mioması olan xəstələrdə cərrahi əməliyyatdan sonra reabilitasiya və reproduktiv yaşda olan qadınlarda cərrahi əməliyyatdan sonrakı dövrdə fəsadlar Gündə 1 dəfə 1 şam – 5 gün, daha sonra günaşırı 1 şam. Müalicə kursu 15 şam. Cərrahi əməliyyata qədər və sonra baş verən irinli-septiki fəsadlar və onların profilaktikası (o cümlədən onkoloji xəstələrdə) Əməliyata qədər – gündə 1 dəfə 1 şam – cəmi 5 şam. Əməliyyatdan sonra – günaşırı 1 şam olmaqla cəmi 5 şam, daha sonra hər 72 saatdan bir 1 şam olmaqla cəmi 5 şam. Xəstəliyin ağır gedişində – ilkin birdəfəlik doza 2 şam və ya gündə 2 dəfə 1 şam. Müalicə kursu 20 şam. Хroniki residiv furunkulyoz, qızıl yel xəstəliyi Gündə 1 dəfə 1 şam – 5 gün, daha sonra günaşırı 1 şam. Müalicə kursu 20 şam. Astenik vəziyyət, nevrotik və somatoform pozğunluqlar, psixi, davranış pozğunluqları və postabstinent sindrom, narkotik və alkohol asılılıq zamanı Gündə 1 dəfə 1 şam – 5 gün, daha sonra hər 72 saatdan bir 1 şam. Müalicə kursu 15-20 şam. Fiziki iş qabiliyyətinin yüksəlməsi üçün Günaşırı 1 şam – cəmi 5 şam, daha sonra hər 72 saatdan bir 1 şam. Müalicə kursu 20 şama qədər. Ağız və boğazın selikli qişasının iltihabi xəstəlikləri, paradont xəstəliyi Ilkin doza gündə 1 dəfə – cəmi 5 şam, daha sonra hər 72 saatdan bir 1 şam. Müalicə kursu 15 şam. Tənəffüs yolları və LOR orqanların bakteriya və virus mənşəli tez-tez residivləşən xəstəlikləri (KRVİ, bronxit, pnevmoniya, xroniki tonzillit, xroniki otit, xroniki adenoidit) Gündə 1 dəfə – 5 gün, daha sonra günaşırı 1 şam – 10-15 gün. Müalicə kursu 10-15 şam. Kəskin respirator infeksiyaların və qripin profilaktikası Gündə 1 dəfə 1 şam. Müalicə kursu 5 gün. Əlavə təsirlər Nadir hallarda allergik reaksiyalar.
Doza həddinin aşılması
Qeyd olunmayıb.
Buraxılış forması
5 ədəd şam, blisterdə. 1 və ya 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 C-dən yuxarı olmayan temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
«SELVİM» ММС. Rusiya, 123290, Moskva şəh., 1-ci Magistralnaya dalan, ev 5A, otaq 91. Tel.:/Faks: +7 (495) 269-03-43, 269-03-44.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.