Furazolidon 50 mq N10 tablet
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Digər mikrobəleyhinə və antiseptik vasitələr |
| İstehsal ölkəsi | Belarusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
0,17 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
FURAZOLİDON 50 mq tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Furazolidone Tərkibi 1 Təsiredici maddə: 1 tabletin tərkibində 50 mq furazolidon vardır. Köməkçi maddələr: laktoza monohidrat, susuz kolloidal silisium dioksid, kalsium stearat, kartof nişastası.
Təsviri
Yastısilindrik, sarı rəngdən yaşılımtıl-sarı rəngə qədər, iti kənarlı tabletlərdir.
Farmakoterapevtik qrupu
Digər mikrobəleyhinə və antiseptik vasitələr. ATC kodu: G01AX06.
İstifadəsinə göstərişlər
Dizenteriya, paratif, qida toksikoinfeksiyaları, lyambliozun və preparata qarşı həssas mikroorqanizmlərin törətdiyi digər infeksiyaların müalicəsi üçün istifadə edilir.
Əks göstərişlər
Xroniki böyrək çatışmazlığının terminal mərhələsi, qaraciyər funksiyasının pozulması, qlükozo- 6-fosfatdehidrogenaza çatışmazlığı, hamiləlik və laktasiya dövrü, 8 yaşa qədər uşaqlar, preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Sidikçıxarıcı yolların infeksiyası zamanı preparatı təyin etmək olmaz.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Qaraciyər, böyrək funksiyasının pozulması zamanı və yaşlı şəxslərdə ehtiyatla istifadə etmək lazımdır. Anemiya, şəkərli diabet, elektrolit balansının pozulması, B hipovitaminozu zamanı periferik polineyripatiya riski yüksəlir. Nevritin profilaktikası məqsədilə, Furazolidonun uzun müddət istifadəsi zamanı B qrupu vitaminlərindən istifadə etmək lazımdır. Furazolidon monoaminooksidazanın (MAO) inhibitorudur və onun istifadəsi zamanı digər MAO inhibitorlarının istifadəsində olduğu kimi, ehtiyat tədbirlərinə əməl etmək lazımdır. Arterial təzyiqin yüksəlməsi və psixi pozulmaların riskinin artması ilə əlaqədar olaraq, tiraminlə zəngin olan ərzaqları (pendir, şokolad, istiyə verilmiş qida məhsulları və s.) qida rasionundan çıxarmaq lazımdır. Öskürək və soyuqdəymənin müalicəsi üçün istifadə edilən preparatlarla Furazolidonu eyni vaxtda istifadə etmək olmaz. Preparat alkoqolun təsirinə qarşı orqanizmi sensibilizasiya etmək qabiliyyətinə malikdir. Disulfiramabənzər reaksiyaların yaranma riski ilə əlaqədar olaraq, Furazolidonla terapiya zamanı və müalicədən sonra 4 həftə ərzində alkoqol qəbul etmək olmaz. Qalaktozaya qarşı nadir anadangəlmə dözümsüzlüyü, Lapp laktaza sindromu və ya qlükoza- qalaktoza malabsorbsiyası olan pasiyentlər dərman vasitəsini qəbul etməməlidirlər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Furazolidonun monoaminooksidazanın inhibitorları, simpatomimetiklər, trisiklik antidepres- santlar və tərkibində tiramin olan qida məhsulları ilə eyni vaxtda istifadəsi zamanı hiper-tonik krizin inkişafı riski yaranır. Xloramfenikol və ristomisinlə eyni vaxtda istifadə edil-dikdə, qanyaranmanın zəifləməsi riski artır. Aminoqlikozidlər və tetrasiklin mikrobəleyhinə effektini gücləndirir. Sidiyi qələviləşdirən dərman vasitələri (natrium hidrokarbonat, aseta-zolamid və s.) Furazolidonun sidiklə xaric olmasını artıraraq onun effektini azaldır. Sidiyin turşuluğunu artıran vasitələr preparatın effektini artırır.Furazolidon xloramenikol və risto-misin fonunda qanyaranmanın zəifləməsini artırır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi əks göstərişdir. Laktasiya dövründə preparatla müalicə zamanı, ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır. Pediatriyada istifadəsi Furazolidonu 8 yaşa qədər uşaqlarda istifadə etmək olmaz. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyətinə təsiri Preparatın istifadəsi zamanı diqqəti toplama qabiliyyətinin zəifləməsi mümkündür, bu səbəbə görə Furazolidonun qəbulu zamanı nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etməkdən çəkinmək lazımdır.
İstifadə qaydası və dozası
Yeməkdən sonra, xeyli miqdar su ilə (100-200 ml) daxilə qəbul edilir. Dizenteriya, paratif, qida toksikoinfeksiyaları zamanı böyüklərə 5-10 gün ərzində sutkada 4 dəfə 2-3 tablet (100-150 mq) təyin edilir. 8 yaşdan yuxarı uşaqlara preparat, bədən kütləsinə görə sutkada 6-7 mq/kq dozada təyin edilir. Müalicə kursunun müddəti xəstəliyin ağırlıq dərəcəsindən və effektivliyindən və terapiyaya həssaslığından asılıdır. Lyamblioz zamanı böyüklərə gündə 4 dəfə 2 tablet (100 mq); 8 yaşdan yuxarı uşaqlara sutkada bədən kütləsinə görə sutkada 3-4 dəfə 6-7 mq/kq dozada təyin edilir. Müalicə kursu 5-10 gün təşkil edir. Furazolidonla diareyanı müalicə zamanı müalicəvi effekt 2-5 gün ərzində yaranır. Bəzən xəstələrə daha da uzunmüddətli müalicə tələb edilə bilər. 7 gün ərzində müsbət klinik cavab əldə edilmədiyi halda, bu o deməkdir ki, törədici furazolidonun təsirənə qarşı refrakterdir və preparatın qəbulunu dayandırmaq lazımdır. Digər antibakteril vasitələrlə və ya bismut duzları ilə əlavə müalicənin təyini mümkündür. Böyüklər üçün ən yüksək dozalar: birdəfəlik 200 mq, sutkalıq 800mq təşkil edir. Furazolidonun 10 gündən artıq istifadə etmək məsləhət görülmür.
Əlavə təsirləri
Mədə-bağırsaq sistemndə baş verən pozğunluqlar: qarın nahiyəsində ağrı, ürəkbulanma, qusma, diareya, anoreksiya, xolestaz. Mərkəzi sinir sistemində baş verən poğunluqlar: başağrısı, başgicəllənmə, periferik neyro- patiya. Qan sistemində baş verən pozğunluqlar: nadir hallarda – leykopeniya, aqranulositoz, qlükoza- 6-fosfatdehidrogenaza defisiti olan şəxslərdə hemoliz. Allergik reaksiyalar: dəri qaşınması, övrə, səpgi, o cümlədən, ləkəli-papulyoz. Digər: hipoqlikemiya, ortostatik hipotenziya, sidiyin tünd sarı rəngə boyanması, istilik hissi, zəiflik.
Doza həddinin aşılması
Simptomları Kəskin toksik hepatit, hematotoksiklik, neyrotoksiklik (polinevrit). Müalicəsi Preparatın istifadəsinin dayandırılması, coxlu miqdarda maye qəbulu, simptomatik terapiya, antihistamin dərman vasitələri, B qrupu vitaminləri təyin edilir.
Buraxılış forması
10 tablet, kağız əsasında kombinəolunmuş materialdan hazırlanmış konturlu-yuvasız qablaşdırmada. Konturlu-yuvasız qablaşdırma qutusuz qrup qablaşdırmada. Qrup qablaşdırmasında konturlu-yuvasız qablaşdırmanın sayına uyğun içlik vərəqə vardır.
Saxlanma şəraiti
25 ºC-dən yüksək olmayan temperaturda, işıqdan və rütubətdən qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Borisov Dərman Preparatları Müəssisəsi” ASC, Belarus Respublikası, Minsk vilayəti, Borisov ş., Çapayev k., 64. Tel.:/Faks: + 375 (177)735612, 731156.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.