Furosemid 40 mq N50 tablet Borisov

Təsiredici maddə: FUROSEMIDE
Təsiredici maddəFUROSEMIDE
Dərman formasıTablet
Farmakoloji təsirYüksək aktivliyə malik diuretiklər. Sulfonamidlər
İstehsal ölkəsiBelarusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

1,00 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

FUROSEMİD 40 mq tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Furosemide

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 40 mq furosemid vardır. Köməkçi maddələr: laktoza monohidrat, kartof nişastası, nişasta 1500 (qismən prejelatinləşdirilmiş qarğıdalı nişastası), maqnezium stearat.

Farmakoterapevtik qrupu

Yüksək aktivliyə malik diuretiklər. Sulfonamidlər. ATC kodu: С03СА01.

İstifadəsinə göstərişlər

Ürək və ya böyrək mənşəli ödemlər. Qaraciyər mənşəli ödemlər, adətən, kaliumqoruyucu diuretiklərlə birlikdə. Tiazid diuretiklərinin təyin olunması əks göstəriş olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə (xüsusilə, kreatinin klirensi 30 ml/dəqiqədən aşağı olduqda) arterial hipertenziya.

Əks göstərişlər

– Furosemidə və/və ya preparatın tərkibində olan hər hansı köməkçi komponentə qarşı hiperhəssaslıq; – kəskin böyrək çatışmazlığı; – qaraciyər ensefalopatiyası; – sidik yollarının obstruksiyası; – hipovolemiya və ya dehidratasiya; – dekompensasiya olunmuş hipokaliemiya; – dekompensasiya olunmuş hiponatriemiya; – hamiləlik və laktasiya dövrü; – litium ilə kombinasiyalar; – qalaktozemiya, qlükoza-qalaktoza malabsorbsiyası sindromu, laktaza çatışmazlığı; – ekskresiyası əsasən öd vasitəsi ilə həyata keçirilən furosemidin orqanizmdə toplanma riskini nəzərə alaraq, ağır dərəcəli böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə (kreatinin klirensi < 30 ml/dəqiqə) hepatit və hepatosellülyar çatışmazlıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Dərman preparatının təsadüfi qəbulu, hipovolemiyaya və dehidratasiyaya gətirib çıxara bilər. Hepatosellülyar çatışmazlıq zamanı qaraciyər ensefalopatiyası riskini nəzərə alaraq, müalicəni ehtiyatla, elektrolitlərə ciddi nəzarət etməklə aparmaq lazımdır. Zərurət yarandıqda, müalicəni dərhal dayandırmaq lazımdır. Sidik yollarının qismən obstruksiyası olduğu halda furosemidin istifadəsi, sidik ifrazının ləngiməsinə gətirib çıxara bilər. Furosemidlə müalicə aparıldıqda, xüsusilə müalicənin əvvəlində diurezin hərtərəfli monitorinqini təmin etmək lazımdır. Sulfonamidlərə və sulfonilkarbamid törəmələrinə yüksək həssaslığa malik pasiyentlərdə furosemidə qarşı çarpaz sensibilizasiya müşahidə oluna bilər. Tiazid diuretiklərdən istifadə etdikdə, fotohəssaslıq reaksiyaları halları qeydə alınmışdır. Fotohəssaslıq reaksiyaları meydana çıxdığı halda, furosemidin istifadəsinin dayandırılması tövsiyə olunur. Zərurət yarandıqda, günəş şüalarının və ya süni ultrabənövşəyi şüa mənbələrinin təsirinə məruz qalan dəri nahiyələrini mühafizə etmək tövsiyə olunur. Dərman preparatının tərkibində laktoza olduğunu nəzərə alaraq, qalaktozaya qarşı dözümsüzlük, laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası sindromundan əziyət çəkən pasiyentlərdə preparatı istifadə etmək tövsiyə olunmur. İdmançılar Antidopinq nəzarəti aparıldıqda, furosemid müsbət testlər göstərir. Kurs müalicəsi fonunda arterial təzyiqə, qan plazmasında elektrolitlərin (o cümlədən, natriuma, kalsiuma, kaliuma, maqneziuma), qalıq azotun , kreatininin, sidik turşusunun miqdarına, turşu- qələvi vəziyyətinə, qaraciyər funksiyalarına vaxtaşırı nəzarət etmək və müalicənin müvafiq korreksiyasını həyata keçirmək lazımdır. Sulfanilamidlərə və sulfonilkarbamid törəmələrinə yüksək həssaslığa malik pasiyentlərdə furosemidə qarşı çarpaz sensibilizasiya müşahidə oluna bilər. Furosemidi yüksək dozalarda təyin etdikdə, xörək duzunun istifadəsini məhdudlaşdırmaq məqsədəuyğun deyil. Hipokaliemiyanın profilaktikası üçün eyni zamanda kalium preparatlarının və kaliumqoruyucu diuretiklərin (spironolaktonun) təyin olunması və həmçinin, tərkibi kalium ilə zəngin pəhrizin saxlanılması tövsiyə olunur. Qaraciyər sirrozu, qaraciyər çatışmazlığı fonunda assitdən əziyyət çəkən pasiyentlərə dozalanma rejiminin seçilməsini, stasionar şəraitdə aparmaq lazımdır. Böyrək funksiyaları pozğunluqları meydana çıxdıqda və ya gücləndikdə, müalicəni dayandırmaq tövsiyə olunur. Şəkərli diabetdən və ya qlükozaya qarşı aşağı tolerantlıqdan əziyyət çəkən pasiyentlərdə, qanda və sidikdə qlükozanın səviyəsinə vaxtaşırı nəzarət etmək lazımdır. Şüursuz vəziyyətdə olan, prostat vəzinin xoşxassəli hiperplaziyasından, sidik axacaqlarının daralmasından və ya hidronefrozdan əziyyət çəkən pasiyentlərdə, sidik ifrazına nəzarət etmək vacibdir. Preparatın uzunmüddətli istifadəsi susuzlaşmaya gətirib çıxara bilər. Preparatın tərkibində laktoza olduğunu nəzərə alaraq, anadangəlmə qalaktozemiya, qlükoza və qalaktoza malabsorbsiyası sindromu, laktaza çatışmazlığı halları olduqda, preparatın istifadəsi əks göstərişdir. Pediatriya təcrübəsində istifadəsi Yenidoğulmuşlarda və vaxtından əvvəl doğulmuş uşaqlarda furosemidin yüksək dozalarının uzunmüddətli istifadəsi nefrokalsinozun və/və ya nefrolitiazın inkişaf etmə riskini yüksəldir. Böyrəklərin ultrasəs monitorinqi tövsiyə olunur. Qaraciyər və böyrəklərin funksional pozğunluqlarından əziyyət çəkən pasiyentlərdə istifadəsi Kəskin böyrək və qaraciyər çatışmazlığından əziyyət çəkən pasiyentlərə preparatın istifadəsi əks göstərişdir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Furosemidin və xloralhidratın, aminoqlikozid antibiotiklərin birlikdə istifadəsi tövsiyə olunmur. Aşağıdakı preparatlarla müalicə aparıldıqda, xüsusi ehtiyata istifadə etmək lazımdır: sisplatinlə (böyrəklərin zədələnməsi), AÇF inhibitorları və angiotenzin reseptorlarının blokatorları ilə (böyrək çatışmazlığı), risperidonla (yaşlı pasiyentlərdə). Asetilsalisil turşusunun istifadəsi daxil olmaqla, qeyri-steroid iltihabəleyhinə preparatların (QSİƏP) eyni zamanda istifadəsi furosemidin effektini aşağı sala bilər, kəskin böyrək çatışmazlığına səbəb ola bilər. Fenitoin, probenesid, metotreksatla eyni zamanda istifadə edildikdə, furosemidin effektivliyi aşağı düşə bilər və bu dərman preparatlarının toksikliyinin artması müşahidə oluna bilər. Qlükokortikosteroidlərlə, karbenoksolonla, çox miqdar biyanla eyni zamanda və uzun müddət ərzində işlədici preparatlarla istifadə etdikdə, hipokaliemiya güclənə bilər. Furosemidlə eyni zamanda istifadə edildikdə, arterial təzyiqi aşağı salan dərman preparatlarının (antihipertenziv, diuretik və digər preparatlar) təsiri güclənə bilər. Hipoqlikemik preparatların və damardaraldıcı aminlərin (epinefrin/adrenalin, norepinefrin/noradrenalin) effektivliyi zəifləyə bilər, teofillinin və kurareyəbənzər preparatların effektivliyi isə güclənə bilər. Furosemidlə və yüksək dozalarda bəzi sefalosporinlərlə eyni zamanda müalicə qəbul edən pasiyentlərdə böyrək funksiyalarının pisləşməsi baş verə bilər. Siklosporin A-nı və furosemidi eyni zamanda istifadə etdikdə, ikincili podaqrik artritin inkişaf etmə riski yüksələ bilər. Furosemidi rentgenkontrast preparatlarla birlikdə istifadə etdikdə, pasiyentlər böyrək funksiyaları pozğunluqlarına daha çox məruz qala bilərlər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləliyin birinci trimestri ərzində, II-III-cü trimestrlərdə furoseminddən həyati göstərişlərə görə istifadə etmək olar. Laktasiya dövründə ana südü ilə xaric olunur və bu səbəbdən, preparatla müalicə müddətində ana südü ilə qidalanmanı dayandırmaq lazımdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olmaqdan çəkinmək lazımdır.

İstifadə qaydası və dozası

Göstərişlərdən, klinik vəziyyətdən, pasiyentin yaşından asılı olaraq, dozalanma rejimi fərdi təyin olunur. Diuretik cavabın göstəricisindən və pasiyentin vəziyyətinin dinamikasından asılı olaraq, müalicə prosesində dozalanma rejimini korreksiya etmək olar. Preparatı daxilə qəbul etmək lazımdır. Böyüklər Ürək, böyrək və qaraciyər mənşəli ödemlərdə – pasiyentin vəziyyəti orta dərəcəli olduqda: gündə ½-1 tablet; – ağır vəziyyətlərdə: gündə 1 və ya 2 dəfə qəbul üçün 2-3 tablet və ya gündə 2 dəfə qəbul üçün 3- 4 tablet. Arterial təzyiq yüksək olduqda və ya xroniki böyrək çatışmazlığında Gündə 1 və ya 2 dəfə qəbula ½-3 tablet, digər antihipertenziv preparatlarla (renin-angiotenzin sistemin antaqonistləri) birlikdə. Uşaqlar Ödemlərin müalicəsi üçün sutkalıq doza 1-2 dəfə qəbul etmək üçün 1-2 mq/kq bədən kütləsi. Yaşlı pasiyentlərdə istifadəsi Yaşlı pasiyentlərdə doza seçimini və onun tənzimlənməsini, adətən, terapevtik dozalar diapazonunun aşağı səviyyəsindən başlayaraq, ehtiyatla aparmaq lazımdır.

Əlavə təsirləri

Ürək-damar sistemində baş verən pozğunluqlar: arterial hipotenziya, ortostatik hipotenziya, kollaps, taxikardiya, aritmiyalar. Sinir sistemində baş verən pozğunluqlar: başgicəllənmə, baş ağrısı, əzələ zəifliyi, baldır əzələlərinin qıcolmaları (tetaniya), paresteziyalar, apatiya, adinamiya, zəiflik, süstlük, yuxuya meyllilik, şüurun dumanlanması. Hissiyat orqanlarında baş verən pozğunluqlar: görmə və eşitmə qabiliyyətinin pozulması. Həzm sistemində baş verən pozğunluqlar: anoreksiya, ağızda quruluq, susuzluq hissi, ürəkbulanma, qusma, diareya, qəbizlik, xolestatik sarılıq, pankreatitin kəskinləşməsi. Sidik-cinsiyyət sistemində baş verən pozğunluqlar: oliquriya, sidik ifrazının kəskin ləngiməsi (prostat vəzinin adenoması zamanı), interstisial nefrit, hematuriya, impotensiya. Allergik reaksiyalar: purpura, övrə, eksfoliativ dermatit, multiform eritema, vaskulit, nekrozlaşan angiit, dəri səpgiləri, üşütmə, qızdırma, fotosensibilizasiya, anafilaktik şok. Qanyaradıcı orqanlarda baş verən pozğunluqlar: leykopeniya, trombositopeniya, aqranulositoz, aplastik anemiya. Su-elektrolit mübadiləsində baş verən pozğunluqlar: hipovolemiya, dehidratasiya, hipokaliemiya, hiponatriemiya, hipoxloremiya, hipokalsiemiya, hipomaqneziemiya, metabolik alkaloz. Metabolik pozğunluqlar: hiperqlikemiya, hiperxolesterinemiya, hiperurikemiya, qlükozuriya.

Doza həddinin aşılması

Simptomları: arterial təzyiqin aşağı düşməsi, kollaps, şok, hipovolemiya, dehidratasiya, hemokonsentrasiya, aritmiyalar, anuriya ilə müşayiət olunan kəskin böyrək çatışmazlığı, tromboz, tromboemboliya, yuxuya meyllilik, şüurun dumanlanması, iflic, apatiya. Müalicəsi: su-duz balansının və turşu-qələvi vəziyyətinin korreksiyası, dövr edən qanın həcminin bərpa olunması, simptomatik müalicə. Spesifik antidotu yoxdur. Doza həddinin aşılması simptomları meydana çıxdıqda, dərhal həkimə müraciət etmək lazımdır.

Buraxılış forması

10 tablet, konturlu-yuvalı qablaşdırmada, 5 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25° C-dən aşağı temperaturda, qaranlıqda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

“Borisov Dərman Preparatları Müəssisəsi” ASC, Belarus Respublikası Minsk vilayəti, Borisov ş., Çapayev k., 64. Tel.:/Faks: +375 (177) 735612, 731156.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Furosemid 40 mq N50 tablet Borisov” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar