Furagin 50 mq N30 tablet

Təsiredici maddə: FURAZIDIN
Təsiredici maddəFURAZIDIN
Dərman formasıTablet
Farmakoloji təsirSistem istifadə üçün nəzərdə tutulmuş mikrob əleyhinə preparatlar. Nitrofuran törəmələri. Furazidin
İstehsal ölkəsiUkrayna

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

2,65 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

FURAGİN tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Furazidine

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 100 % maddə hesabı ilə 50 mq furazidin vardır. Köməkçi maddələr: sellaktoza-80 (laktoza monohidratın və mikrokristallik sellülozanın 3:1-ə nisbətində qarışığı), kartof nişastası, maqnezium stearat, polisorbat-80.

Təsviri

Girdə, hər iki səthi qabarıq, sarıdan narıncı çalarlı sarıya qədər rəngli tabletlərdir, səthi bir qədər qeyri-bərabər rənglənmişdir; daha intensiv rəngli xalların mövcudluğu yolveriləndir.

Farmakoterapevtik qrupu

Sistem istifadə üçün nəzərdə tutulmuş mikrob əleyhinə preparatlar. Nitrofuran törəmələri. Furazidin. ATC kodu: J01XE03.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Furagin – bakteriostatik təsirə malik nitrofuran sırasından olan antibakterial preparatdır. Qrammüsbət (Staphylococcus epidermidis, Staphylococcus aureus, Staphylococcus faecalis) və qrammənfi (Enterobacteriaceae, Klebsiella spp, Escherichia coli) bakteriyalara qarşı effektivdir. Furazidinin yüksək bakteriostatik aktivliyi tərkibində aromatik nitroqrupun mövcudluğu ilə əlaqəlidir. Furazidinə qarşı rezistentlik tədricən inkişaf edir. Furazidin mikroorqanizmlərin ferment sistemlərini və eləcə də, bakterial hüceyrədə digər biokimyəvi prosesləri tormozlayır ki, bu da öz növbəsində, bakteriyaların sitoplazmatik membranında və hüceyrə örtüyündə pozğunluqların meydana çıxmasına səbəb olur. Farmakokinetikası Absorbsiyası Furazidin həzm traktından yaxşı sorulur. Preparatın absorbsiyası, əsasən, nazik bağırsağın distal şöbəsindən passiv diffuziya vasitəsi ilə həyata keçir (proksimal şöbədə baş verən absorbsiyadan bir neçə dəfə üstündür). Preparatın 200 mq birdəfəlik dozasını istifadə etdikdə, qan plazmasında furazidinin maksimal konsentrasiyası 30 dəqiqədən sonra əldə olunur, 1 saat müddətində həmin səviyyədə saxlanılır və tədricən aşağı düşür. Qan plazmasında furazidinin bakteriostatik konsentrasiyası 8-12 saat müddətində saxlanılır. Furazidin qan plazmasının zülalları ilə birləşir. Metabolizmi/eliminasiyası İstifadə edilən dozanın 10 %-i qaraciyərdə və böyrəklərdə transformasiya olunur. Böyrək funksiyaları pozulduğu halda, istifadə edilən dozanın əksər hissəsinin biotransformasiyası müşahidə olunur. Furazidin qısamüddətli (təxminən 1 saat) yarımxaricolma dövrünə malikdir. Furazidin böyrəklər vasitəsi ilə əsasən, borucuq sekresiyası yolu ilə xaric olunur (85%). Furazidinin 8-13%-i sidiyə dəyişilməmiş halda daxil olur və burada onun konsentrasiyası orta hesabla, həssas bakteriyaların əksəriyyəti üçün minimal konsentrasiyalardan dəfələrlə yüksəkdir. Furazidinin sidikdə maksimal konsentrasiyası 5,7 mkq/ml təşkil edir. Furazidin plasentar baryerdən yaxşı nüfuz edir.

İstifadəsinə göstərişlər

Sidik-ifrazat yollarının kəskin və xroniki infeksiyaları – pielonefrit, sistit, uretrit, prostatit, sidik- cinsiyyət sisteminin əməliyyatdan sonrakı infeksiyaları.

Əks göstərişlər

– Furagin preparatına, nitrofuran qrupu törəmələrinə və ya preparatın tərkibinə daxil olan köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq; – ağır böyrək çatışmazlığı (kreatinin klirensi 30 ml/dəqiqədən aşağı); – ağır qaraciyər çatışmazlığı; – polinevropatiya (o cümlədən, diabetik); – qlükoza-6-fosfatdehidrogenaza fermentinin çatışmazlığı (hemolizin inkişaf etmə riski); – porfiriya (hemoqlobinin parçalanma məhsullarının mübadiləsinin pozulması ilə əlaqəli xəstəliklər); – qalaktozaya qarşı anadangəlmə dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası kimi nadir xəstəliklər; – saxaraza/izomaltaza/laktaza çatışmazlığı, laktozaya qarşı dözümsüzlük; – hemodializ və ya peritoneal hemodializ proseduraları qəbul edən pasiyentlər. Uşaqlarda (18 yaşa qədər) preparatın istifadəsi əks göstərişdir. Hamiləlik və laktasiya dövründə istifadə edilə bilməz. Urosepsis və böyrək parenximasının infeksiyaları zamanı Furagin preparatının istifadəsi tövsiyə olunmur.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Aşağıda göstərilən vəziyyətlərdə preparatı ehtiyatla istifadə etmək lazımdır: – anemiya; – B qrupu vitaminlərinin və fol turşusunun çatışmazlığı zamanı; – ağciyər xəstəlikləri zamanı; – Furagin preparatını uzun müddət ərzində istifadə etdikdə, periferik nevropatiya (ağrı və müvafiq sinir nahiyəsində həssaslığın pozulması) inkişaf edə bilər. Nevropatiya simptomları inkişaf etdiyi halda, preparatın istifadəsi dayandırılmalıdır; – şəkərli diabet zamanı preparat polinevropatiyanın meydana çıxmasına səbəb ola bilər. Urosepsis və böyrək parenximasının infeksiyaları zamanı Furagin preparatının istifadəsi tövsiyə olunmur. Eksperimental tədqiqatlarda və klinik müşahidələr zamanı göstərilmişdir ki, nitrofuranlar xayalıqların funksiyalarına mənfi təsir göstərir ki, bu da özünü sperma miqdarının və eyakulyat həcminin azalması, spermatozoidlərin hərəkətliliyinin ləngiməsi və onların morfologiyasının patoloji dəyişiklikləri ilə büruzə verir. Furazidinin istifadəsi zamanı, preparat tərəfindən yoğun bağırsağın normal mikroflorasının tormozlanması nəticəsində meydana çıxan diareya müşahidə oluna bilər. Nadir hallarda psevdomembranoz kolitin inkişaf etməsi ehtimal edilir ki, bunun da səbəbi düz bağırsağın təbii mikroflorasının tormozlanması və Clostridium difficile mikroorqanizmlərinin çoxalmasıdır. Psevdomembranoz kolitin yüngül formasında preparatın istifadəsinin dayandırılması kifayət edir. Müvafiq müalicə aparıldıqda, bağırsağın peristaltikasının ləngiməsinə səbəb olan preparatlardan istifadə edilməməlidir. Preparatın qida qəbulu zamanı istifadəsi, furazidinin sorulmasına əhəmiyyətli təsir göstərməyərək, kolitin inkişaf etmə riskinin aşağı düşməsinə səbəb olur. Furagin preparatından istifadə edən pasiyentlərin laborator tədqiqatı zamanı misin bərpa edilməsi metodundan istifadə edildiyi təqdirdə, sidikdə qlükozanın mövcudluğunun yanlış-müsbət reaksiyası qeyd oluna bilər. Sidikdə qlükozanın ferment metodla müəyyən edilməsi nəticələrinə furazidin heç bir təsir göstərmir. Uzunmüddətli müalicə aparıldıqda, xüsusilə 65 yaşdan yuxarı pasiyentlərdə qan analizinə (leykositlərin miqdarına), qaraciyərin və böyrəklərin funksional göstəricilərinə və eləcə də, ağciyər funksiyalarına nəzarət etmək lazımdır. Nevritlərin meydana çıxmasının profilaktikası məqsədi ilə eyni zamanda antihistamin preparatların və B qrupu vitaminlərinin (nikotinamid, tiamin) istifadəsi arzuolunan haldır. Pasiyentdə bəzi şəkər növlərinə qarşı dözümsüzlük müəyyən edildiyi təqdirdə, göstərilən dərman preparatının istifadəsinə başlamazdan əvvəl həkimlə məsləhətləşmək lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Sidiyin qələviləşməsinə səbəb olan preparatlar Furagin preparatının terapevtik effektini zəiflədir (furazidinin sidiklə birlikdə xaricolmasını sürətləndirir). Sidiyin turşulaşmasına səbəb olan preparatlar (turşular, o cümlədən, askorbin turşusu və eləcə də, kalsium xlorid) sidikdə furazidinin konsentrasiyasını yüksəldir (preparatın sidiklə xaricolmasını ləngidir) və beləliklə, preparatın müalicəvi effektinin güclənməsinə səbəb olur; lakin, bu zaman preparatın toksiklik riski də yüksəlir. Levomisetinlə, ristomisinlə və sulfanilamidlərlə eyni zamanda istifadə edildikdə, qanyaranmanın tormozlanmasının güclənməsi müşahidə olunur. Furagin preparatının xinolonlarla (nalidiks turşusu, oksolin turşusu və norfloksasin ilə) antaqonizmini nəzərə alaraq, göstərilən preparatların eyni zamanda istifadəsindən çəkinmək lazımdır. Probenesidin və sulfinpirazonun istifadəsi nəticəsində, furazidinin xaricolması zəifləyir ki, bu da arzuolunmayan əlavə təsirlərin və toksikliyin inkişaf etmə riskinin yüksəlməsinə səbəb olur. Furagin preparatının və antasidlərin (maqnezium trisilikat tərkibli) eyni zamanda istifadəsi, furazidinin absorbsiyasının azalmasına gətirib çıxarır. Böyrək çatışmazlığı qeyd olunan pasiyentlərdə Furagin preparatının və aminoqlikozidlərin eyni zamanda istifadəsi tövsiyə olunmur. Antibiotiklərlə (penisillinlərlə və sefalosporinlərlə) eyni zamanda istifadə edildikdə, Furagin preparatının antibakterial təsiri əhəmiyyətli dərəcədə güclənir; tetrasiklinlə və eritromisinlə yaxşı kombinə olunur. Preparatın istifadəsi ilə müalicə müddətində alkoqoldan istifadə edilməməlidir, çünki alkoqol əlavə effektlərin (ürək çırpınmasının güclənməsi, ürək nahiyəsində ağrı, baş ağrıları, ürəkbulanma, qusma, qıcolmalar, arterial təzyiqin aşağı düşməsi, qızdırma, həyəcanlılıq) şiddətinin güclənməsinə səbəb ola bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və ya laktasiya dövründə preparatın istifadəsi əks göstərişdir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparat nəqliyyat vasitəsini və ya digər potensial təhlükəli mexanizmləri idarə etdikdə, adətən, reaksiya sürətinə heç bir təsir göstərmir; bununla belə, müalicə müddətində başgicəllənmə, yuxuya meyllilik və ya mərkəzi sinir sistemində digər əlavə effektlər müşahidə edilən pasiyentlər ehtiyat tədbirlərinə riayət etməlidirlər.

İstifadə qaydası və dozası

Preparatı daxilə, qida qəbulundan dərhal sonra, çox miqdar su ilə birlikdə istifadə etmək lazımdır. Böyüklərə: sutkada 2-3 dəfə 100-200 mq (2-4 tablet) təyin olunur. Müalicə kursu xəstəliyin ağırlıq dərəcəsindən, müalicənin effektivliyindən və eləcə də, böyrəklərin funksional vəziyyətindən asılı olaraq, 7-10 gün təşkil edir. Zərurət yarandığı halda, 10-15 gündən sonra, müalicə kursunu təkrar etmək olar. Preparatın maksimal sutkalıq dozası 600 mq təşkil edir. Preparatın istifadəsi ötürüldüyü halda, pasiyent növbəti dozanı mümkün qədər tez qəbul etməlidir. Ötürülən dozanın kompensasiyası məqsədi ilə preparatın ikiqat dozasından istifadə etmək olmaz. Uşaqlar Preparat uşaqlarda istifadə edilməməlidir.

Əlavə təsirləri

Əlavə reaksiyaların baş vermə tezliyinin təsnifatı: çox tez-tez (≥1/10); tez-tez (≥1/100-dən, <1/10-ə qədər); bəzən (≥1/1000-dən, <1/100-ə qədər); nadir hallarda (≥1/10000-dən, <1/1000-ə qədər); çox nadir hallarda (<1/10000), ayrı-ayrı hallar da daxil olmaqla; məlum deyil (əldə olunan məlumatlar əsasında müəyyən etmək mümkün deyil). Qan sistemində baş verən pozğunluqlar: çox nadir hallarda – qanyaranma prosesinin pozulması (aqranulositoz, trombositopeniya, aplastik anemiya). İmmun sistemdə baş verən pozğunluqlar: hiperhəssaslıq reaksiyaları, o cümlədən qaşınma, səpgilər, övrə, angionevrotik ödem də daxil olmaqla. Sinir sistemində baş verən pozğunluqlar: bəzən – başgicəllənmə, yuxuya meyillilik; nadir hallarda – periferik nevropatiya. Görmə orqanlarında baş verən pozğunluqlar: bəzən – görmə qabiliyyətinin pozulması. Tənəffüs sistemində baş verən pozğunluqlar: nadir hallarda – ağciyərlərin kəskin və xroniki reaksiyaları. Ağciyərlərin kəskin reaksiyası sürətlə inkişaf edir və ağır təngnəfəslik, qızdırma, döş qəfəsində ağrı, bəlğəmli/bəlğəmsiz öskürək, eozinofiliya (qanda eozinofil qranulositlərin miqdarının artması) ilə meydana çıxır. Ağciyərlərin kəskin reaksiyası ilə eyni zamanda dəri üzərində səpgilərin, qaşınmanın, övrənin, mialgiyanın (əzələ ağrılarının), angionevrotik ödemin (üz və boyun nahiyəsinin, ağız boşluğu və qırtlaq toxumalarının ödemi) meydana çıxması da ehtimal edilir. Ağciyərlərin kəskin reaksiyasının əsasını, bir neçə saat, nadir hallarda isə bir neçə dəqiqə müddətində inkişaf edə bilən yüksək həssaslıq reaksiyası təşkil edir. Ağciyərlərin kəskin reaksiyası geri dönən xarakter daşıyır və preparatın istifadəsi dayandırıldıqdan sonra aradan qalxır. Ağciyərlərin xroniki reaksiyası, nitrofuranların (o cümlədən, furazidinin) istifadəsi ilə müalicə dayandırıldıqdan uzunmüddətli fasilədən sonra inkişaf edə bilər. Bunun üçün təngnəfəsliyin tədricən inkişaf etməsi, tənəffüsün sürətlənməsi, qeyri-stabil qızdırma, eozinofiliya, proqressivləşən öskürək və interstisial pnevmonit və/və ya ağciyərlərin fibrozu xarakterikdir. Həzm traktında baş verən pozğunluqlar: bəzən – iştahanın aşağı düşməsi, meteorizm (qarında köp), ürəkbulanma; nadir hallarda – qusma, diareya; çox nadir hallarda – pankreatit. Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar: nadir hallarda – papullyoz səpgilər, qaşınma; çox nadir hallarda – angionevrotik ödem, övrə, dermatit, multiform eritema. Sümük-əzələ sistemində və birləşdirici toxumada baş verən pozğunluqlar: çox nadir hallarda – artralgiya (oynaq ağrıları). Ümumi pozğunluqlar: nadir hallarda – zəiflik, bədən temperaturunun yüksəlməsi, saçların müvəqqəti tökülməsi. Hepatobiliar sistemdə baş verən pozğunluqlar: çox nadir hallarda – xolestatik sarılıq, hepatit. Furagin preparatı sidiyin tünd-sarı və ya qonur rəngə boyanmasına səbəb olur. Əlavə təsirlərin meydana çıxma ehtimalını aşağı salmaq məqsədi ilə B qrupu vitaminlərindən və antihistamin preparatlardan istifadə etmək və çox miqdar maye qəbul etmək tövsiyə olunur. Ağır dərəcəli əlavə reaksiyalar meydana çıxdığı halda, preparatın dozasını aşağı salmaq və ya istifadəsini dayandırmaq lazımdır. Preparatın istifadəsi müddətində həmin içlik vərəqədə qeyd edilməyən əlavə reaksiyalar meydana çıxarsa, bu barədə həkimi məlumatlandırmaq lazımdır.

Doza həddinin aşılması

Toksik təzahürlərin meydana çıxması, adətən, böyrək funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlərdə ehtimal edilir. Simptomları: baş ağrısı, başgicəllənmə, depressiya, periferik polinevrit, allergik reaksiyalar (övrə, angionevrotik ödem, bronxospazmlar), ürəkbulanma, qusma, hemolitik anemiya (qlükoza- 6-fosfatdehidrogenaza fermentinin çatışmazlığı qeyd olunan pasiyentlərdə), meqaloblast anemiya, nadir hallarda – qaraciyər funksiyalarının pozğunluqları. Müalicəsi: dərman preparatının istifadəsinin dayandırılması, çox miqdar mayenin istifadəsi, enterosorbentlərin, antihistamin preparatların, B qrupu vitaminlərinin (tiamin bromidin) təyin edilməsi. Simptomatik müalicənin aparılması. Ağır vəziyyətlərdə – hemodializ. Preparatın spesifik antidotu yoxdur.

Buraxılış forması

10 tablet blisterdə, 3 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yuxarı olmayan temperaturda, orijinal qablaşmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

“Kiyevmedpreparat” İSC. Ünvan Ukrayna, 01032, Kiyev şəh., Saksaqanskiy küç., 139.

Qeydiyyat vəsiqəsinin sahibi

“Kiyevmedpreparat” İSC. Ünvan Ukrayna, 01032, Kiyev şəh., Saksaqanskiy küç., 139.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Furagin 50 mq N30 tablet” üçün ilk rəyi siz yazın.