Ferro-Denk 50 mq N50 tablet

Dərman formasıTablet
Farmakoloji təsirAntianemik preparatlar. Dəmir(II) oral preparatları
İstehsal ölkəsiAlmaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

13,09 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

FERRO-DENK 50 örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Iron(II) fumarate

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 50 mq dəmir (II) ionlarına ekvivalent 152,240-163,700 mq dəmir(II) fumarat vardır Köməkçi maddələr:laktoza monohidrat, qarğıdalı nişastası, povidon K25, natrium dodesil sulfat, makroqol 6000, talk, silikon yağının emulsiyası E2 (simetikon 350, polisorbat 80, sorbid turşusu, təmizlənmiş su), hipromelloza, makroqol 4000, butil metakrilat-(2-dimetilaminoetil) metakrilat-metil metakrilat-sopolimeri (1:2:1), titan dioksid (E 171), qəhvəyi dəmir oksidi və dəmir hidroksidi (E 172).

Təsviri

Dairəvi, hər iki tərəfi qabarıq, qəhvəyi rəngli tabletlərdir.

Farmakoterapevtik qrupu

Antianemik preparatlar. Dəmir(II) oral preparatları. ATC kodu: B03AA02.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Dəmir, qırmızı qan piqmentinin (hemoqlobin) və bir neçə fermentin (məsələn, sitoxrom C oksidaza, peroksidaza, katalaza) tərkib hissəsidir və metabolik proseslərdə mərkəzi rol oynayır. Dəmir çatışmazlığı, demək olar ki, bütün hüceyrə funksiyalarına, məsələn böyümə prosesləri kimi yüksək oksigen tələb edən proseslərə mane olur. Qidadan dəmir nisbətən az miqdarda mənimsənilir, bu səbəbdən böyük dəmir itkisində, onu qida ilə almaq mümkün olmur və oral dəmir preparatları ilə müalicə tələb olunur. Farmakokinetikası Dəmirin fizioloji absorbsiyasının səviyyəsi, qəbul edilən dəmirin 10%-ni təşkil edir. Dəmir çatışmazlığı zamanı absorbsiya artır, ancaq nadir hallarda dozanın 50%-ini keçir. pH 7 olan mühitdə ikivalentli dəmirin həllolma qabiliyyəti, dəmirin absorbsiyasının əsas yerləri olan onikibarmaq bağırsaqda və yuxarı nazik bağırsaqda üçvalentli dəmirin sorulmasından təxminən 1015 dəfə yüksəkdir. İkivalentli dəmir birləşmələri absorbsiyaya daha uyğundur. Dəmir (II) fumarat orta sabitliyi olan dəmir kompleksidir və bu səbəbdən əlavə kimi qəbul üçün əlverişlidir. Qida preparatın absorbsiyasına mane ola bilər, bu səbəbdən Ferro-Denk yeməkdən əvvəl və ya yemək arası qəbul edilməlidir. Fitatlar (dənli bitkilər), fosfatlar (süd), oksalatlar (ispanaq, rəvənd), tannin (çay) ilə həll olunmayan dəmir birləşmələrinin yaranması, mənimsənilmə imkanlarının azalmasına səbəb olur. Biomənimsənilmə, parçalanma vaxtı və absorbsiyanın ilk yerində dəmir ionlarının olması ilə təmin edilir.

İstifadəsinə göstərişlər

Dəmir çatışmazlığının müalicəsi.

Əks göstərişlər

Ferro-Denk 50 aşağıdakı hallarda istifadə edilməməlidir: – preparatın tərkibindəki komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq, – infeksiya və ya şiş nəticəsində yaranan anemiya, eyni vaxtda dəmir çatışmazlığı olma-dıqda, – dəmirin toplanması (yüksək dəmir səviyyələri) (hemoxromatoz, xroniki hemoliz), – dəmir istifadəsi pozğunluqları (sideroaxrestik anemiya, qurğuşun anemiyası, talassemiya).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ferro-Denk 50 ” Digər dərman vasitələri ilə qarşılıqlı təsiri ” bölməsində təsvir edilmiş preparatlarla yalnız xüsusi hallarda və ehtiyatla istifadə edilməlidir. Bu barədə həkiminizlə məsləhətləşin. Dəmirin doza həddinin aşılaması riskinin qarşısını almaq üçün, preparat digər dəmir duzlarının əlavələri ilə eyni vaxtda ehtiyatla istifadə olunmalıdır. Keçmişdə mədə-bağırsaq selikli qişasının iltihabı və ya xorası olan pasiyentlərdə, müalicənin faydası və mədə-bağırsaq xəstəliklərinin kəskinləşməsinin risk nisbəti diqqətlə ölçülməlidir. Bu barədə həkiminizlə məsləhətləşin. Köməkçi maddələr haqqında xüsusi məlumat Preparatının tərkibində laktoza vardır, bu səbəbdən hər hansı şəkərə qarşı dözümsüzlüyü olan pasiyentlərə, preparatı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyyə olunur. Xüsusi yaş qrupları Uşaqlarda və yaşlılarda preparatın istifadəsinin məhdudlaşdırılmasının lazım olduğu müəyyən edilməyib.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

– Dəmir duzları tetrasiklinlərin, penisillaminin, levodopa və metildopanın absorbsiyasını azaldır. – Dəmir duzları xinolon antibiotiklərinin (məsələn, siprofloksasin, levofloksasin, norfloksasin, ofloksasin) absorbsiyasına təsir edir. – Dəmir duzları, tiroksin əvəzedici müalicəsi alan pasiyentlərdə, tiroksinin absorbsiyasını azaldır. – Dəmirin mənimsənilməsi xolestiraminin, antasidlərin (Ca 2+, Mg 2+, Al 3+ duzları), kalsium və maqnezium əlavələrinin iştirakı ilə azalır. – Dəmir duzlarının və qeyri-steroid revmatizm əleyhinə preparatlarının eyni vaxtda istifadəsi, dəmirin istifadəsi ilə əlaqəli mədə və bağırsaq selikli qişasının qıcıqlanmasını artıra bilər. – Dəmir birləşdirici maddələr, məsələn, fosfatlar, fitatlar və ya oksalatlar, həmçinin süd, qəhvə və çay dəmirin absorbsiyasını azaldır. Ferro-Denk yuxarıda sadalanan preparatların qəbulundan 2-3 saat sonra istifadə edilməməlidir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatın hamiləlik və laktasiya dövründə istifadəsinin məhdudlaşdırılması müəyyən edilməyib.

İstifadə qaydası və dozası

Preparatı həmişə həkiminizin tövsiyə etdiyi kimi istifadə edin. Əmin olmadığınız halda həkiminizə və ya əczaçınıza müraciət edin. Ferro-Denk preparatını həkiminiz tərəfindən təyin olunan müddətə qəbul etmək çox vacibdir. Ferro- Denk təsirinin çox güclü və ya çox zəif olduğunu hiss edirsinizsə, həkiminizə bu barədə məlumat verin. Həkim tərəfindən başqa göstəriş olmadıqda tövsiyə olunan dozalar: 12 yaşdan yuxarı yeniyetmələr üçün 1 tablet gündə 1-2 dəfə, böyüklər üçün 1 tablet gündə 2–4 dəfə. Lazım olduqda və hemoqlobinin dəyərindən asılı olaraq, böyüklər müalicənin əvvəlində 2 tablet gündə 3-4 dəfə qəbul edə bilərlər. Preparat səhər acqarına bir az maye ilə və ya yeməkdən bir saat əvvəl qəbul edilməlidir. Müalicənin müddəti dəmir çatışmazlığının səviyyəsindən asılıdır. Bu dərman preparatının istifadəsi ilə bağlı suallarınız yarandıqda, həkiminizlə və ya əczacı ilə məsləhətləşin. Ferro-Denk preparatının istifadəsi unudularsa Bir doza qəbul etməyi unutduqda, növbəti doza öz vaxtında qəbul edilməlidir. Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza istifadə edilməməlidir. Ferro-Denk ilə müalicə dayandırılarsa Preparatın qəbulunun dayandırılmasının vəziyyətinizə necə təsir etdiyini qiymətləndirmək üçün həkiminizlə məsləhətləşin.

Əlavə təsirləri

Nadir hallarda mədə-bağırsaq pozğunluqları və qəbizlik kimi əlavə təsirlər yarana bilər. Qara nəcis, qara dəmir sulfidin yaranması nəticəsində müşahidə olunur. Bu, peroral dəmir preparatlarının istifadəsi ilə əlaqəli tamamilə zərərsiz bir fenomendir. Qəbizlik düzgün qidalanma ilə aradan götürülə bilər. Bu içlik vərəqədə qeyd edilməyən hər hansı əlavə təsirlə qarşılaşsanız, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.

Doza həddinin aşılması

Doza həddinin aşılması zamanı, dərhal bu barədə həkimi məlumatlandırmaq tövsiyyə olunur

Buraxılış forması

10 tablet, blisterdə. 5 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС-dən yüksək olmayan temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırmanın üzərində qeyd edilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Lomapharm Rudolf Lohmann GmbH KG Langes Feld 5, 31860 Emmerthal Germany.

Qeydiyyat vəsiqəsinin sahibi

DENK PHARMA GmbH & Co. KG Prinzregentenstr. 79, 81675 Munchen Germany.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Ferro-Denk 50 mq N50 tablet” üçün ilk rəyi siz yazın.