Farmadipin 2 % 25 ml damcı

Dərman formasıDamcı
Farmakoloji təsirKalsiumun damarlara təsiri üstünlük təşkil edən selektiv antaqonisti
İstehsal ölkəsiUkrayna

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

5,28 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

FARMADİPİN peroral damcı Beynəlxalq parentləşdirilməmiş adı: Nifedipine

Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 100% quru maddə hesabı ilə 20 mq (30 damcı) nifedipin vardır. Köməkçi maddələr: polietilenqlikol 400, 96%-li etanol spirit.

Təsviri

Şəffaf, sarı və ya yaşılımtıl-sarı rəngdə, özlü, zəif spirt qoxulu mayedir.

Farmakoterapevtik qrupu

Kalsiumun damarlara təsiri üstünlük təşkil edən selektiv antaqonisti. ATC kodu: C08CA05.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Farmadipin stenokardiya və hipertenziya əleyhinə təsir göstərir. Hüceyrə membranlarının potensialdan asılı ləng kalsium kanallarından kalsium ionlarının kardiomiositlərə və koronar və periferik arteriyaların saya əzələlərinin hüceyrələrinə keçməsinin qarşısını alır. Damarların saya əzələlərinin gərginliyini azaldır, spazmları aradan qaldırır və periferik damar müqavimətini, arterial təzyiqi, postgərginliyi və miokardın oksigenə ehtiyacını azaldaraq koronar və periferik damar arteriyalarını genişləndirir; miokardın yığılmasını cüzi azaldır, trombositlərin aqreqasiyasını bir qədər azaldır. Farmakokinetikası Daxilə qəbul zamanı həzm traktından yaxşı sorulur, biomənimsənilməsi 40-60% təşkil edir. Təsiri sublinqval istifadə zamanı xüsusilə tez yaranır (5-10 dəqiqəyə). Adətən maksimum təsir 30-40 dəqiqədən sonra qeyd olunur. Qida qəbulu preparatın sorulmasına əhəmiyyətli təsir göstərmir. Hemodinamik effekt 4-6 saat ərzində saxlanılır. Nifedipinin 90%-ə qədəri plazma zülalları ilə birləşir. Qaraciyərdə metabolizmə uğrayır və orqanizmdən əsas etibarilə qeyri-aktiv metabolitlər şəklində xaric olur. Nifedipinin ümumi klirensi 0,4-dən 0,6 1/kq/saata qədərdir. Yarımxaricolma dövrü 2-4 saat təşkil edir. Yaşlı və qaraciyərin sirrozu olan xəstələrdə nifedipinin metabolizmi ləngiyir, buna görə onlarda preparatın yarımxaricolma dövrü 2 dəfəyə qədər uzana bilər ki, bu da dozanın azaldılması, qəbullar arasında intervalın çoxalmasını tələb edir. Nifedipin orqanizmdə kumulyasiya olunmur. Hematoensefalik və plasentar baryerdən cüzi miqdarda keçir, ana südü ilə xaric olur.

İstifadəsinə göstərişlər

Arterial hipertenziya (hipertonik krizlərin müalicəsi məqsədilə)

Əks göstərişlər

Nifedipinə və köməkçi maddələrə məlum hiperhəssaslığı olan hallarda, hamiləlik (20 həftəyə qədər) və laktasiya dövründə olan qadınlarda, kardiogen şok, rifampisinlə kombinasiya halında (fermentlərin induksiyası nəticəsində plazmada nifedipinin effektiv səviyyəsinə çatmaq qeyri-mümkün olduğuna görə), yüksək dərəcəli aortal stenozlarda, qeyri-stabil stenokardiyada, kəskin miokard infarktında (ilk 4 həftədə), ileostoma və ya kolostomalı xəstələrdə preparatın istifadəsi əks göstərişdir.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Aydın nəzərə çarpan arterial hipotenziya (sistolik təzyiqin 90 mm.c.süt.-dan aşağı olması), aydın nəzərə çarpan ürək çatışmazlığı olan xəstələrdə Farmadipindən ehtiyatla istifadə etmək lazımdır. Mədə-bağırsaq traktında güclü daralması olan xəstələrdə keçməməzlik simptomlarının meydana çıxması ehtimalı ilə əlaqədar olaraq Farmadipin preparatının istifadəsi zamanı ehtiyatlı olmaq tələb olunur. Çox nadir hallarda bezoarlar meydana çıxa bilər ki, bu da cərrahi əməliyyat tələb edə bilər. Tək-tək hallarda anamnezində mədə-bağırsaq traktında pozğunluq olmayan xəstələrdə də keçməməzlik simptomları təsvir edilmişdir. Qalça bağırsaq rezervuarı (proktokolektomiya və ilestomiya əməliyyatından sonra) olan xəstələrdə Farmadipindən istifadə etmək olmaz. Kontrast bariumdan istifadə olunan xəstələrdə rentgenoloji müayinə zamanı Farmadipindən istifadə olunması yalançı-pozitiv nəticələrin meydana çıxmasına (məsələn, dolma defektləri polip kimi interpretasiya olunur) səbəb ola bilər. Qaraciyərin funksiyasında pozğunluq olan xəstələrdə diqqətli monitorinq, ağır hallarda isə dozanın azaldılması tələb olunur. Nifedipin sitoxrom P450 3A4 sistemi vasitəsilə metabolizə uğrayır. Bununla əlaqədar olaraq bu ferment sistemini tormozlayan və ya induksiya edən preparatlar «ilk keçid» effektini və ya nifedipin klirensini dəyişdirə bilər. Sitoxrom P450 3A4 sisteminin zəif və orta dərəcəli inhibitoru olan və qan plazmasında nifedipinin konsentrasiyasının artmasına gətirib çıxaran preparatlara aşağıdakılar aid edilir: makrolid antibiotikləri (məsələn, eritromisin), VİÇ-əleyhinə proteazaların inhibitorları (məs, ritonavir), azol antimikotiklər (ketokonazol), nefazodon və fluoksetin antidepressantları, xinupristin/dalfopristin, valproat turşusu, simetidin. Bu preparatların Farmadipinlə birgə istifadəsi zamanı arterial təzyiqə nəzarət etmək və lazım gələn hallarda nifedipinin dozasının azaldırlması məsələsinə baxıla bilər. İn vitro şəraitdə ayrı-ayrı eksperimentlərdə kalsium antaqonistlərinin, xüsusən də nifedipinin istifadəsi ilə spermatozoidlərin mayalandırma qabiliyyətinin pisləşməsinə səbəb olan dönər biokimyəvi dəyişikliklər arasında qarşılıqlı əlaqənin olduğu aşkar edilmişdir. İn vitro şəraitdə mayalandırma cəhdi müvəffəqiyyətsiz olan hallarda digər izahlar olmadıqda kalsium ataqonistləri, xüsusən də nifedipin bu hadisənin mümkün səbəbi hesab oluna bilər. Nifedipinin əvvəlki təyinatı ilə işemik ağrı arasında əlaqə aşkarlanan hallarda preparatdan istifadə olunmamalıdır. Stenokardiyalı xəstələrdə xüsusən müalicənin başlanğıcında tutmalar tez-tez meydana çıxa, müddəti və intensivliyi isə arta bilər. Təsiredici maddəsi nifedipin olan dərman maddələri stabil stenokardıyann kəskin tutmaları olan xəstələrdə istifadə olunmamalıdır. Hemodializdə olan bədxassəli arterial hipertenziya və hipovolemiyalı xəstələrdə nifedipinin qəbulu fonunda AT-nin əhəmiyyətli dərəcədə enməsi müşahidə oluna bilər. Şəkərli diabetli xəstələrdə nifedipinin istifadəsi müalicənin korreksiya olunmasını tələb edə bilər. Bu preparatın tərkibində az miqdarda – 100 mq/dozadan da az etanol (alkohol) vardır. Digər dərman vasitələri ilə qarşdıqlı təsiri Nifedipinin effektivliyinə təsir edən preparatlar Nifedipin bağırsaqların selikli qişasında və qaraciyərdə yerləşən P450 3A4 sitoxrom sistemi ilə metabolizə uğrayır. Buna görə də bu ferment sistemini induksiya edən və ya tormozlayan preparatlar «ilk keçid» effektini (peroral qəbuldan sonra) və ya nifedipinin klirensini dəyişə bilər. Nifedipini aşağıdakı preparatlarla eyni vaxtda istifadə etdikdə qarşılıqlı təsirin dərəcəsini və müddətini nəzərə almaq lazımdır. Rifampisin Rifampisin P450 3A4 sitoxrom sistemini əhəmiyyətli dərəcədə tormozlayır. Rifampisinlə eyni vaxtda istifadə olunduqda nifedipinin bioloji mənimsənilməsi əhəmiyyətli dərəcədə azalır və beləliklə, onun effektivliyi azalır. Bunu nəzərə alaraq, nifedipinlə rifampisinin kombinasiyası əks göstərişdir. Sitoxrom P450 3A4 sisteminin zəif və orta dərəcəli inhibitoru olan preparatlarla birgə istifadə olunarkən arterial təzyiqə nəzarət etmək lazımdır və lazım gələn hallarda nifedipinin dozasının azaldılması məsələsi nəzərdən keçirilə bilər. Makrolid antibiotikləri (məsələn, eritromisin) Nifedipin və makrolid antibiotiklərinin qarşılıqlı təsiri barədə tədqiqatlar aparılmamışdır. Müəyyən makrolid antibiotikləri digər preparatların metabolizmini sitoxrom P450 3A4 sistemi ilə əlaqəli tormozlayır. Buna görə də hər iki preparatın eyni vaxtda istifadəsi zamanı plazmada nifedipinin konsentrasiyasının artma ehtimalı inkar olunmur. Strukturuna görə makrolid antibiotiklərinə yaxın olan azitromisin CYP3А4 tormozlamır. Anti-VİÇ-protezazların inhibitorları (məsələn, ritonavir) Müəyyən anti-VİÇ-protezazların inhibitorları və nifedipinin qarşılıqlı təsiri ehtimalını öyrənən tədqiqatlar aparılmamışdır. Məlumdur ki, bu sinif preparatlar sitoxrom P450 3A4 sistemini tormozlayır. Bundan əlavə, bu sinif preparatlar in vitro şəraitdə sitoxrom P450 3A4 sistemi vasitəsilə nifedipinin metabolizmini tormozlayır. Nifedipinlə eyni vaxtda istifadə zamanı plazmada nifedipinin konsentrasiyasının artma ehtimalını istisna etmək olmaz. Azol antimikotikləri (məsələn, ketokonazol). Müəyyən azol antimikotikləri və nifedipinin qarşılıqlı təsiri ehtimalını öyrənən klinik tədqiqatlar aparılmamışdır. Məlumdur ki, bu sinif preparatlar sitoxrom P450 3A4 sistemini tormozlayır. Nifedipinlə eyni vaxtda peroral istifadə zamanı plazmada nifedipinin konsentrasiyasının artma ehtimalını istisna etmək olmaz. Fluoksetin Fluoksetin və nifedipinin qarşılıqlı təsiri ehtimalını öyrənən klinik tədqiqatlar aparılmamışdır. Məlumdur ki, fluoksetin in vitro olaraq sitoxrom P450 3A4 sistemi vasitəsilə nifedipinin metabolizmini tormozlayır. Nifedipinlə eyni vaxtda peroral istifadə zamanı plazmada nifedipinin konsentrasiyasının artma ehtimalını istisna etmək olmaz. Nefazodon Nefazodon və nifedipinin qarşılıqlı təsiri ehtimalını öyrənən klinik tədqiqatlar aparılmamışdır. Məlumdur ki, nefazodon in vitro olaraq sitoxrom P450 3A4 sistemi vasitəsilə nifedipinin metabolizmini tormozlayır. Nifedipinlə eyni vaxtda peroral istifadə zamanı plazmada nifedipinin konsentrasiyasının artma ehtimalını istisna etmək olmaz. Xinupristin/dalfopristin Xinupristin/dalfopristin Nifedipinlə eyni vaxtda istifadə olunması plazmada nifedipinin konsentrasiyasının artmasına gətirib çıxara bilər. Valproat turşusu Valproat turşusu və nifedipinin qarşılıqlı təsiri ehtimalını öyrənən klinik tədqiqatlar aparılmamışdır. Məlum olduğu kimi, valproat turşusu fermentlərin təsirini zəiflətmək hesabına strukturuna görə kalsium kanalı blokatorlarına oxşar olan nimodipinin plazmadakı konsentrasiyasını artırır. Buna görə də plazmada nifedipinin konsentrasiyasınm artması və effektivliyinin yüksəlməsiini istisna etmək olmaz. Simetidin Simetidin sitoxrom P450 3A4 sistemini tormozladığına görə, plazmada nifedipinin konsentrasiyasını artıra və antihipertenziv təsiri artıra bilər. Sisaprid Sisaprid və nifedipinin birgə istifadə olunması plazmada nifedipinin konsentrasiyasını artıra bilər. Fenitoin, karbamazepin və fenobarbital kimi sitoxrom P450 3A4 sistemini induksiya edən epilepsiyaəleyhinə vasitələr. Fenitoin sitoxrom P450 3A4 sistemini induksiya edir. Fenitoinlə eyni vaxtda istifadə olunduqda nifedipinin biomənimsənilməsi azalır, effektivliyi isə zəifləyir. Hər iki preparatı eyni vaxtda istifadə etdikdə nifedipinlə müalicəyə klinik cavaba nəzarət etmək lazımdır, lazım gələn hallarda nifedipinin dozasının artırılması məsələsi nəzərdən keçirilə bilər. Hər iki preparatın eyni vaxtda istifadəsi zamanı nifedipinin dozası artırılmış olduqda fenitoinin qəbulunun dayandırılması tələb olunan hallarda nifedipinin dozasının azaldılması məsələsi nəzərdən keçirilə bilər. Nifedipinin karbamazepin və ya fenobarbitalla qarşılıqlı təsirinə dair klinik tədqiqatlar aparılmamışdır. Məlumdur ki, hər iki preparat fermentlərin induksiyası hesabına strukturu oxşar olan kalsium kanalı blokatoru nimodipinin plazmadakı konsentrasiyasını azaldır. Bunu nəzərə alaraq, nifedipinin plazmadakı konsentrasiyası və effekktivliyinin azalmasının mümkünlüyünü istisna etmək olmaz. Antihipertenziv preparatlar Nifedipin eyni vaxtda istifadə olunan antihipertenziv preparatların—diuretiklərin, beta- blokatorların, AÇF-inhibitorlarının, AT-1 reseptor antaqonistlərinin, digər kalsium antaqonistlərinin, alfa- adrenergik blokatorların, FDE5 inhibitorlarının, alfa-metildopanın, maqnezium-sulfatın antihipertenziv təsirini artıra bilər. Beta-adrenoblokatorlarla kombinəolunmuş halda istifadə olunarkən hipotenziv təsirin artması ilə yanaşı ürək çatmamazlığının inkişaf riski mümkündür. Diqoksin Nifedipinlə diqoksinin eyni vaxtda istifadəsi zamanı diqoksinin klirensi azala və plazmada konsentrasiyası yüksələ bilər. Bunu nəzərə alaraq, xəstələr diqoksinin doza həddinin aşılma əlamətlərinə görə nəzarət olunmalıdır və lazım olan hallarda diqoksinin plazmada konsentrasiyası nəzərə alınmaqla qlükozidin dozası azaldılmalıdır. Xinidin Xinidin nifedipinlə birgə istifadəsi zamanı tək-tək hallarda xinidinin səviyyəsinin azalması müşahidə olunmuşdur, nifedipinin qəbulu dayandırıldıqda isə xinidinin plazmadakı konsentrasiyası kəskin artmışdır. Bunu nəzərə alaraq, nifedipinlə eyni vaxtda istifadə olunduqda və ya nifedipinin qəbulu dayandırıldıqda plazmada xinidinin konsentrasiyasına nəzarət etmək, lazım olduqda isə xinidinin dozasını tənzimləmək lazımdır. Bəzi müəlliflər hər iki preparatın eyni vaxtda istifadəsi zamanı plazmada nifedipinin konsentrasiyasının artdığını, digərləri isə nifedipinin farmakodinamikasında dəyişikliyin olmadığını qeyd edirlər. Bunu nəzərə alaraq, nifedipinlə müalicə sxeminə xinidin də daxil edilən hallarda arterial təəzyiqə ciddi nəzarət etmək məsləhət görülür. Tokralimus Məlumdur ki, tokralimus sitoxrom P450 3A4 sistemi vasitəsilə metabolizə uğrayır. Dərc olunmuş məlumatlarda ayrı-ayrı hallarda nifedipinlə eyni vaxtda istifadə zamanı takrolimusun dozasının azaldılmasını məsləhət görürlər. Hər iki preparatın eyni vaxtda istifadəsi zamanı takrolimusun plazmadakı konsentrasiyasına nəzarət etmək məsləhətdir, lazım olan hallarda isə takrolimusun dozasının azaldılması məsələsi nəzərdən keçirilə bilər. Qarşılıqlı təsirin digər növləri Qreypfrut şirəsi sitoxrom P450 3A4 sistemini tormozlayır. Nifedipin qəbul edərkən qreypfrut şirəsindən istifadə olunması plazmada nifedipinin konsentrasiyasının artmasına və təsir müddətinin uzanmasma səbəb ola bilər. Bununla əlaqədar olaraq preparatın antihipertenziv təsiri arta bilər. Qreypfrut şirəsinin müntəzəm istifadəsindən sonra bu təsir sonuncu istifadədən sonra ən azı 3 gün davam edə bilər. Buna görə də nifedipinlə müalicə zamanı qreypfrut/qreypfrut şirəsinin qəbulundan çəkinmək lazımdır. Nifedipindən istifadə zamanı sidikdə vanilil-badam turşusunun konsentrasiyasının spektrofotometrik təyininin nəticələrində yalançı yüksəlmə mümkündür.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləliyin 20-ci həftəsinə qədər nifedipinin istifadəsi əks-göstərişdir. Hamilə qadınların iştirakı ilə yaxşı nəzarət olunan tədqiqatlar əsasında nifedipinin effektivliyi və təhlükəsizliyinə dair məlumatlar yoxdur. Heyvanlar üzərində aparılan tədqiqatlar orqanogenez vaxtı və sonrakı dövrdə yeridilmə zamanı bir sıra embriotoksik, plasentotoksik və fetotoksik təsirlər olduğunu göstərmişdir. Mövcud klinik sübutlar əsasında prenatal risk müəyyən edilməmişdir. Buna baxmayaraq, bir sıra hallarda perinatal asfiksiya, keysəriyyə kəsiyi ilə doğuşlar, eləcə də vaxtından əvvəl doğuşlar və bətndaxili inkişafın ləngiməsi haqqında məlumatlara rast gəlinir. Bu məlumatların hipertenziyanın nəticəsi, onun müalicəsi və ya preparatın spesifik təsiri olması hələlik tam məlum deyildir. Əldə olan məlumatlar preparatın dölə və ya yenidoğulmuşa ciddi yanaşı təsirini istisna etmək üçün kifayət deyildir. Bunu nəzərə alaraq, hamiləliyin 20-ci həftəsindən sonra preparatın istənilən formada istifadəsi zamanı onun fayda/risk nisbəti diqqətlə qiymətləndidilməli və preparatla müalicə məsələsi o halda davam etdirilməlidir ki, bütün mümkün digər müalicə taktikaları effektsiz olsun. Nifedipinin istifadəsi zamanı venadaxili maqnezium sulfatdan da istifadə olunan hallarda arterial təzyiqin səviyyəsinə ciddi nəzarət olunmalıdır, belə ki, arteral təzyiqin əhəmiyyətli dərəcədə enməsi anaya və dölə mənfi təsir göstərə bilər. Nifedipin hamiləlik zamanı əks göstərişdir. Nifedipin ana südünə keçir, buna görə də preparatın istifadəsi zamanı döşlə qidalandırma dayandırılmalıdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Konkret xəstədən asılı olaraq, preparata qarşı reaksiya fərqlənə bilər və nəqliyyət vasitələrini digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətini poza bilər. Bu, xüsusilə müalicənin başlanğıcına aiddir.

İstifadə qaydası və dozası

Farmadipin təcili yardım preparatı kimi hipertonik krizlərin müalicəsi məqsədilə istifadə olunur. Preparatı bu dərman formasında kurs müalicə kimi qəbul etmək məsləhət görülmür. Antihipertenziv terapiya kursunun aparılması lazım olan hallarda preparatı və dərman formasını həkim seçməlidir. Arterial təzyiqin qəflətən yüksəldiyi halda böyüklər üçün ilkin doza 3-5 damcı təşkil edir (2 mq – 3,35 mq), yaşlı və qoca xəstələr üçün 3 damcıdan artıq olmayaraq (2 mq) dil altına qoymaq və ya suxarı, yaxud qənd üstünə damızdırmaqla ağızda mümkün qədər çox saxlamaq lazımdır. Effektivliyi lazımi qədər olmadıqda dozanı klinik cəhətdən əhəmiyyətli effektə qədər artırmaq olar. Gələcəkdə arterial təzyiqin yüksəldiyi hallarda məhz bu dozaya istinad etmək lazımdır. Ehtiyac olduqda (AT 190/100 mm.c.s.-dan – 220/110 mm.c.s.-na qədər) bəzi hallarda birdəfəlik dozanı xəstənin AT-nin fərdi dəyişikliklrini nəzərə alaraq 10-15 damcıya qədər (6,7 mq-10 damcı) tədricən artırmaq olar. Bəzi xəstələrin Farmadipin-ə qarşı fərdi həssaslığı nəzərə alınmalıdır. Belə hallarda doza fərdi təyin edilir, 3 damcıdan başlayaraq klinik effektə çatmaq üçün tədricən 2-3 damcı (1.34 mq-2 damcı) artırılır. Preparatın ilkin doza həddinin aşılması arterial təzyiqin kəskin azalmasma səbəb ola bilər! Uşaqlarda Preparat uşaqların (18 yaşa qədər) müalicəsi üçün istifadə olunmur.

Əlavə təsirləri

Oan və limfa sisteminə: leykopeniya, aqranulositoz İmmun sistemə: allergik reaksiyalar, allergik ödem/ angioödem (qırtlağın ödemi də daxil olmaqla); qaşınma, övrə, səpgilər; anafılaktik/anafılaktoid reaksiyalar. Psixi pozğunluqlar: narahatlıq, yuxu pozğunluğu. Sinir sisteminə: baş ağrıları; vertiqo, miqren, başgicəllənmə, tremor, hiposteziya, paresteziya, dizesteziya, yuxululuq. Maddələr mübadiləsinə və metabolizmə: hiperqlikemiya. Görmə orqanlarına: görmə pozğunluğu, gözlərdə ağrı. Ürəyə: taxikardiya, ürək döyüntüsünün artması, döş nahiyəsində ağrı (stenokardiya). Damar pozğunluqları: ödem, vazodilatasiya, hipotenziya, huşun itməsi. Tənəffüs sisteminə: burun qanaxması, burun tutulması, dispnoe. Mədə-bağırsaq sisteminə: qəbizlik; abdominal ağrılar, dispeptik hallar, ürəkbulanma, meteorizm, qusma, ağızda quruluq, damağın hiperplaziyası, bezoar, disfagiya, bağırsaq keçməzliyi, bağırsaq xorası, qusma, qastroezofageal sfinkterin çatışmazlığı. Qaraciyərə və öd yollarına: qaraciyər fermentlərinin tranzitor yüksəlməsi, sarılıq. Dəriyə və dərialtı toxumaya: eritema, toksik epidermal nekroliz, fotohəssaslıq, purpura. Skelet-əzələ sisteminə, birləşdirici toxumaya və sümüklərə: əzələ qıcolmaları, oynaqların ödemi, artralgiya, mialgiya. Sidik ifrazat sisteminə: poliuriya, dizuriya. Reproduktiv sistemə və süd vəzlərinə: erektil disfunksiya Ümumi pozğunluqlar: özünü pis hiss etmə, qeyri-spesifık ağrılar, qızdırma. Hemodializdə olan bədxassəli hipertenziyalı və hipovolemiyalı xəstələrdə vazodilatasiya nəticəsində arterial təzyiqin əhəmiyyətli azalması müşahidə oluna bilər.

Doza həddinin aşılması

Nifedipinlə kəskin intoksikasiyanın simptomları: komaya qədər huşun pozulması, arterial təzyiqin enməsi, taxikardiya/bradikardiya, hiperqlikemiya, metabolik asidoz, hipoksiya, ağciyərin ödemi ilə müşayiət olunan kardiogen şok. Müalicəsi: Təcili yardım tədbirləri ilk növbədə preparatın orqanizmdən xaric edilməsinə və stabil hemodinamikanın bərpa olunmasına istiqamətlənməlidir. Peroral istifadədən sonra mədəni tam təmizlənənədək yumaq, lazım olan hallarda isə nazik bağırsaqlar da yuyula bilər. Nifedipin üçün plazma zülalları ilə yüksək dərəcədə birləşmə xarakterikdir, hemodializ qeyri- effektivdir, lakin plazmaferezin aparılması məsləhət görülür. Bradikardiyanı bata-adrenoblokatorlarla aradan qaldırmaq olar. Ürək ritminin həyati təhlükə təşkil edən zəifləməsi zamanı süni ritm sürücülərindən istifadə olunması məsləhətdir. Kardiogen şok və vazodilatasiya nəticəsində yaranan hipotenziyanı kalsium preparatları (10-20 ml 10%-li kalsium-xlorid və ya qlükonat vena daxilinə yavaş-yavaş yeridilir, sonra lazım olarsa yenidən təkrarlanır). Bunun nəticəsində kalsiumun plazmadakı səviyyəsi normanın yuxarı həddinə çata və ya bir qədər yüksələ bilər. Əgər kalsiumun yeridilməsi kifayət qədər effektiv deyilsə. Onda dopamin və ya noradrenalin kimi simpatomimetiklərdən istifadə etmək məqsədəuyğundur. Bu preparatların dozası əldə olunan müalicəvi effektə əsasən seçilir. Əlavə mayelərin köçürülməsinə çox ehtiyatla yanaşılmalıdır, belə ki, ürəyin yüklənmə təhlükəsini artırır. Buraxıhş forması 5 ml və ya 25 ml məhlul, flakonda. 1 flakon, içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Yararldıq müddəti 3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

«Farmak» İSC. 04080, Ukrayna. Kiyev şəhəri, Frunze küç. 74.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Farmadipin 2 % 25 ml damcı” üçün ilk rəyi siz yazın.