Femileks 100 mq N10 vaginal şam
| Dərman forması | Vaginal şam |
|---|---|
| Farmakoloji təsir | Antiseptik vasitə |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
13,68 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
FEMİLEKS vaginal suppozitoriyalar Beynəlxalq patentləşdirilməmiş adı: Lactic acid
Tərkibi
Təsiredici maddə: 1 suppozitoriyanın tərkibində 100 mq süd turşusu vardır. Köməkçi maddələr: makroqolların qarışığı (makroqol 1500-(92-98)%, makroqol 400-(8-2)%).
Təsviri
Torpedoyabənzər, ağ və ya sarımtıl çalarlı ağ rəngli suppozitoriyalardır. Mərmərlilik və kəsikdə hava boşluğunun və qıfşəkilli dərinləşmənin olması yolveriləndir.
Farmakoterapevtik qrupu
Antiseptik vasitə. ATC kodu: G01AD01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Süd turşusu uşaqlıq yolu süd-turşusu bakteriyalarının həyat fəaliyyəti məhsuludur, uşaqlıq yolu ifrazatının 3,5-4,5 diapazonda pH-nı təmin edir. Süd turşulu suppozitoriyalar uşaqlıq yolunun pH-ın normal göstəricilərinin və florasının bərpasına və saxlanmasına, turşu-həssas patogen və şərti patogen floranın inkişafının zəifləməsinə səbəb olur. Süd turşusu vaginal infeksiya zamanı pH-ın qələvi tərəfə müşahidə edilən hərəkətinin turşu rezervini yaradır. Uşaqlıq yolunun genital infeksiyalardan təbii qorunmasının artmasına səbəb olur. Farmakokinetikası Farmakokinetikası barədə məlumat yoxdur.
İstifadəsinə göstərişlər
Uşaqlıq yolunun mikroflorasının və pH-nın pozulmasının normallaşdırılması, o cümlədən, bakterial vaginoz zamanı (kompleks terapiyanın tərkibində).
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, kandidoz vulvovaginit, 18 yaşa qədər uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Yanma və qaşınma təzahür etdikdə, uşaqlıq yolunda göbələk infeksiyasının istisna olması üçün müayinə aparmaq məsləhət görülür.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Məlumat yoxdur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Femileks preparatının hamiləlik və laktasiya dövründə istifadəsinə dair xüsusi tədqiqatlar aparılmayıb. Heyvanlar üzərində aparılan tədqiqatlarda süd turşusunun dölə hər hansı toksik təsirinin əlamətləri aşkar edilməyib. Klinik tədqiqatlarda süd turşusunun intravaginal yeridilmə üçün müxtəlif dərman formaları şəklində təhlükəsizliklə əlaqədar heç bir problem aşkar edilməyib. Süd turşusunun məməlilərin metabolizminin aralıq məhsulu və insan orqanizmində normal miqdarda olduğu faktı nəzərə alınsa, o cümlədən, dölətrafı suda, ana südündə, Femileks preparatının hamiləlik və laktasiya dövründə istifadəsi ana üçün potensial fayda və dölə və körpəyə olan riski qiymətləndirildikdən sonra mümkündür. İstifadədən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Təsir etmir.
İstifadə qaydası və dozası
İntravaginal istifadə edilir. Suppozitoriyaları istifadə etməzdən əvvəl konturlu qablaşdırmadan azad etmək lazımdır. 1 vaginal suppozitoriya sutkada 1 dəfə uşaqlıq yoluna yeridilir (ayaqları azacıq qatlamaqla kürəyi üstə uzanmış). Müalicə kursu 10 gündür. Müalicədən sonra yaxşılaşma müşahidə edilmədikdə və ya yeni simptomlar təzahür etdikdə, həkimlə məsləhətləşmək vacibdir. Preparatı, yalnız içlik vərəqədə qeyd edilən göstərişi üzrə, istifadə qaydası və eyni dozada istifadə etmək lazımdır.
Əlavə təsirləri
Allergik reaksiyalar, qaşınma mümkündür, tək-tək hallarda-uşaqlıq yolunda preparatın istifadəsi dayandırıldıqdan sonra keçib gedən yanma. İçlik vərəqədə qeyd edilməyən istənilən əlavə təsir dərinləşdikdə və ya göstərilməyən əlavə təsirlər yarandıqda, dərhal həkimə müraciət etmək lazımdır.
Doza həddinin aşılması
Preparatın doza həddinin aşılması halları barədə məlumat verilməyib.
Buraxılış forması
100 mq-lıq vaginal suppozitoriyalar. 5 suppozitoriya, polivinilxlorid örtüklü, polietilen laminatlı konturlu-yuvalı qablaşdırmada. 1 və ya 2 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/İradları qəbul edən təşkilat “Nijfarm” SC, Rusiya. 603950, Nijniy Novqorod ş., Salqanskaya k. 7. Tel.: (831) 278-80-88. Faks: (831) 430-72-28. E-mail: [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.