FAYNEKS N6 SAM
| Dərman forması | Vaginal kapsul |
|---|---|
| Farmakoloji təsir | Ginekoloji xəstəliklərin müalicəsi üçün antiseptiklər və mikrob əleyhinə preparatlar |
| İstehsal ölkəsi | Argentina |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
20,17 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
FAYNEKS vaginal kapsullar
Tərkibi
Təsiredici maddələr: 1 kapsulda 400 mq metronidazol, 100 mq mikonazol nitrat, 45 mq neomisin sulfat, 15 mq qotu kola, 5 mq polimiksin sulfat vardır. Köməkçi maddələr: maye vazelin, bərk vazelin, jele, susuz qliserin, nipagin, nipazol, “günəş qürubu sarısı”, titan dioksid, qliserin.
Təsviri
Xüsusi qoxusu olmayan sarımtıl homogen suspenziya ilə doldurulmuş açıq sarı-çəhrayı rəngli uzunsov kapsullardır.
Farmakoterapevtik qrupu
Ginekoloji xəstəliklərin müalicəsi üçün antiseptiklər və mikrob əleyhinə preparatlar. ATC kodu: G01AX.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Fayneks ginekologiyada yerli istifadə olunan kombinəolunmuş preparatdır. Aktiv komponentlərin birgə istifadəsi hesabına mikrob əleyhinə, ibtidailər əleyhinə, göbələk əleyhinə və regenerasiyaedici təsir göstərir. Metronidazol – 5-nitroimidazol törəməsi olub, ibtidailər əleyhinə və antimikrob təsirə malikdir. Təsir mexanizmi metronidazolun anaerob bakteriyalar və ibtidailərin daxilində daşıyıcı proteinlərlə birləşərək, 5- nitroqrupu reduksiya etməsi ilə əlaqədardır. Metronidazolun bərpa olunmuş 5-nitroqrupu mikroorqanizmlərin DNT-i ilə qarşılıqlı təsirdə olaraq, onun sintezini inhibə edir və mikroorqanizmin ölümünə səbəb olur. Metronidazol Trichomonas vaqinalis, Gardnerella vaqinalis, Entamoeba histolytica, obliqat anaerob bakteriyalar (Bacteroides spp., o cümlədən Bacteroides fragilis, Bacteroides distasonis, Bacteroides ovatus, Bacteroides thetaiotaomicron, Bacteroides vulgatus) və bəzi qrammüsbət bakteriyalara (Eubacterium spp., Clostridium spp., Peptococcus niger, Peptostreptococcus spp.) qarşı aktivdir. Mikonazol nitrat – imidazol törəmələrinə aid olub, mikroorqanizmlərin hüceyrə membranında erqosterol sintezini inhibə edən göbələk əleyhinə preparatdır. Dermotofitlər, maya göbələkləri və s. göbələklərə, qrammüsbət mikroorqanizmlərə qarşı aktivliyə malikdir. Göbələk infeksiyasını müşayiət edən qaşınmanı tez aradan qaldırır. İntravaginal istifadə zamanı sistem adsorbsiyası minimaldır. Uşaqlıq yolunun mikroflorasını pozmur və pH-ı dəyişmir. Neomisin sulfat – aminoqlikozid qrupuna aid olan geniş təsir spektrli antibiotikdir. Qrammüsbət (Staphylococcus spp., Streptococcus pneumoniae) və qrammənfi bakteriyalara (Escherichia coli, Shigella dysenteria spp., Shigella flexneri spp., Shigella boydii spp., Shigella sonnei spp., Proteus spp.) bakterisid təsir göstərir. Streptococcus spp.-ə qarşı az aktivdir. Neomisinin bakterisid təsiri bakteriya hüceyrəsinin ribosomuna təsir göstərərək, zülal sintezini ləngitməsi ilə əlaqədardır. Neomisinə rezistentlik gec və çox az hallarda yaranır. Polimiksin sulfat – sporəmələgətirən Bacillus polymixa bakteriyaları tərəfindən sintez olunan antibiotikdir. Hüceyrə membranının tamlığını pozaraq bakterisid təsir göstərir. Membran fosfolipidləri tərəfindən absorbsiya olunur, onların keçiriciliyini artırır, bakteriyanın lizisinə səbəb olur. Pseudomonas aeruginosa, Salmonella spp., Shigella spp., Escherichia coli, Klebsiella spp., Bordetella pertussis, Haemophilus influenzae, Enterobacter kimi qrammənfi bakteriyalara qarşı aktivdir. Fuzobakteriyalar və bakteroidlərə (Bacteroides fragilis) qarşı orta dərəcədə aktivdir. Aerob koklara (Staphylococcus spp., Streptococcus spp., Streptococcus pneumoniae, Neisseria gonorrhoeae, Neisseria meningitidis), anaerob mikroorqanizmlərə, Proteus spp., Mycobacterium tuberculosis, Corynebacterium diphtheriae-nın bir çox ştamlarına və göbələklərə qarşı aktivliyə malik deyil. Polimiksin yerli istifadə zamanı sorulmur. Asiya sentellası (Gotu kola) – regenerasiyaedici, antiseptik, nəmləndirici təsirə malikdir. Qranulyasiya prosesini və kollagen sintezini stimulə edir, epitelizasiyanı sürətləndirir. Farmakokinetikası Sistem absorbsiya çox cüzi olduğundan tədqiqat aparılmamışdır.
İstifadəsinə göstərişlər
− Vulvit − Vaginit − Vulvovaginit − Servikovaginit − Uşaqlıq yolunun kandidozu − Leykoreya − Doğuş və abortdan əvvəl profilaktik məqsədlə, uşaqlıqdaxili müayinələrdən əvvəl − Hamiləlikdən qorunmaq üçün istifadə olunan spiralların qoyulmasından əvvəl və sonra
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq. Xüsusi göstəriş və ehtiyat tədbirləri Ağır qaraciyər və böyrək çatışmazlığı olan xəstələrə ehtiyatla təyin olunmalıdır. Cinsi əlaqədən əvvəl istifadə olunmamalıdır. Preparatın istifadəsi mayalanmanı çətinləşdirə bilər. Preparat aybaşı bitdikdən sonra istifadə olunmalıdır. Əgər aybaşı müalicə müddətində başlayarsa, bu zaman müalicə davam etdirilməlidir. Preparatın istifadəsi zöhrəvi xəstəliklərin inkişafının qarşısını almır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Preparat qələvi məhlullarla şırınqa ilə yuma zamanı istifadə olunmamalıdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatın hamiləliyin ilk üç ayında və laktasiya dövründə istifadəsi həkim tərəfindən müəyyən edilməlidir. Pediatriyada istifadəsi Uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə bu yaş qrupunda tədqiq olunmadığından istifadəsi məsləhət görülmür. Nəqliyyat vasitələri və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Təsir göstərmir.
İstifadə qaydası və dozası
1 vaginal kapsul yatmazdan əvvəl uşaqlıq yoluna dərinə yeridilir. Müalicə müddəti 6-12 gündür.
Əlavə təsirləri
Çox nadir hallarda yerli qıcıqlanma, göynəmə, qaşınma müşahidə oluna bilər.
Doza həddinin aşılması
Preparatın terapevtik dozalarda istifadəsi zamanı doza həddinin aşılması riski yoxdur.
Buraxılış forması
6 vaginal kapsul blisterdə. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Saxlanma qaydası 25°C-dən yuxarı olmayan temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Catalen Pharma Solutions, Argentina. Av. Bernabe Marquez 691, Buenos Aires, Argentina. Laboratorios Beta S.A., Argentina. Ave. San Juan 2266, C1232AAR Buenos Aires City, Argentina.
Qeydiyyat vəsiqəsinin sahibi
Laboratorios Beta S.A., Argentina. Ave. San Juan 2266, C1232AAR Buenos Aires City, Argentina.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.