Espumizan 30 ml damcı
| Dərman forması | Damcı |
|---|---|
| İstehsal ölkəsi | Almaniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
5,00 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Göstərilən dərman preparatının istifadəsinə başlmazdan əvvəl içlik vərəqəni sona qədər oxumaq lazımdır, çünki burada pasiyent üçün mühüm məlumat yerləşdirilib. Bu preparatı bu içlik vərəqədə qeyd olunan göstərişlərə və ya həkimin və ya əczaçının təyinatlarına ciddi riayət edərək qəbul etmək lazımdır. Bu içlik vərəqəni saxlamaq lazımdır. Ehtimal var ki, onun təkrar oxunması tələb oluna bilər. Əlavə məlumat və ya məsləhət tələb olunduqda, əczaçı ilə məsləhətləşmək lazımdır. Hər hansı əlavə təsir meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Bu, istənilən əlavə təsirlərə, o cümlədən bu içlik vərəqədə təsvir olunmayan əlavə təsirlərə də aiddir. “Əlavə təsirlər” bölməsinə bax. Pasiyentin vəziyyəti yaxşılaşmadıqda və ya daha da pisləşdikdə, həkimə müraciət etmək lazımdır. ESPUMİZAN L 40 mq/ml daxilə qəbul edilən emulsiya ESPUMISAN L Beynəlxalq patentləşdirilməmiş adı: Simeticone
Tərkibi
Təsiredici maddə: 25 damcı (1 ml) emulsiyanın tərkibində 40 mq simetikon vardır. Köməkçi maddələr:makroqol stearat, qliserin monostearat, karbomerlər, banan aromatizatoru, kalium asesulfam, sorbit məhlulu, natrium xlorid, natrium sitrat, natrium hidroksid, sorbin turşusu, təmiz su.
Təsviri
Aşağı özlülüyə malik ağ-süd rəngli emulsiyadır. ATC kodu: A03AX13.
Farmakoloji xüsusiyyətləri
Espumizan L preparatının tərkibinə daxil olan təsiredici maddə – simetikon – mədə-bağırsaq traktında baş verən pozğunluqlar zamanı müalicə vasitəsi kimi istifadə olunan preparatdır; köpüksöndürücü təsirə malikdir və diaqnostik tədqiqatlar zamanı köməkçi vasitə şəklində istifadə olunur. Preparatı bütün yaş qruplarında istifadə etmək olar. Preparatın təsiredici maddəsi – simetikon – mədə-bağırsaq traktının qida kütlələrində və selikdə qaz qovuqcuqlarını parçalayır. Azad olan qazlar bağırsaq divarları tərəfindən udula bilər və ya bağırsağın hərəki aktivliyi hesabına orqanizmdən xaric oluna bilər.
İstifadəsinə göstərişlər
Espumizan L preparatı aşağıdakı hallarda istifadə olunur: – qazların əmələ gəlməsinin yüksəlməsi nəticəsində, məsələn, qarın köpü (meteorizm), qarın nahiyəsində həddindən artıq dolğunluq hissi və həmçinin, yenidoğulmuşlarda müşahidə olunan sancılar (üçaylıq sancılar) kimi, mədə-bağırsaq traktında baş verən funksional pozğunluqlar zamanı simptomatik müalicə üçün; – qarın boşluğu orqanlarının müayinələrinin aparılmasına hazırlıq məqsədi ilə, məsələn, rentgenoqrafiya, USM (ultrasəs müayinəsi) və qastroskopiya zamanı; – yuyucu vasitələrlə (səthi-aktiv maddələrlə) zəhərlənmələr zamanı köpüksöndürücü vasitə şəklində. Pasiyentin vəziyyəti yaxşılaşmadıqda və ya daha da pisləşdikdə, həkimə müraciət etmək lazımdır.
Əks göstərişlər
Espumizan L preparatını aşağıdakı hallarda istifadə etmək olmaz: – simetikona və ya göstərilən dərman preparatının tərkibində olan hər hansı digər komponentlərə (“Tərkibi” bölməsində qeyd olunan) qarşı allergiya müşahidə olunduqda.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Espumizan L preparatının istifadəsinə başlamazdan əvvəl, məsləhət almaq üçün həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Mədə-bağırsaq traktında baş verən pozğunluqlara dair şikayətlər az müddət əvvəl başladıqda və/və ya xroniki olduğu halda, şikayətlərin səbəbini və həmçinin müalicə tələb edən mümkün xəstəlikləri aşkar etmək məqsədi ilə, həkimə müraciət etmək lazımdır. Espumizan L preparatının tərkibində sorbit vardır. Pasiyentdə bəzi şəkər növlərinə qarşı dözümsüzlüyün mövcudluğu müəyyən edildiyi halda, bu dərman preparatının istifadəsinə başalamazdan əvvəl, həkimlə məsləhətləşmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Preparatın digər dərman vasitələri ilə qarşılıqlı təsiri barədə heç bir məlumat yoxdur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə Espumizan L preparatının istifadəsi üçün heç bir məhdudiyyət yoxdur. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Xüsusi ehtiyat tədbirlərinin aparılması tələb olunmur.
İstifadə qaydası və dozası
Bu preparatı bu içlik vərəqədə qeyd olunan göstərişlərə və ya həkimin və ya əczaçının təyinatlarına ciddi riayət edərək qəbul etmək lazımdır. Hər hansı şübhə yaranarsa, həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Dozalanması Tövsiyə olunan doza Qazların əmələ gəlməsinin yüksəlməsi nəticəsində mədə-bağırsaq traktında baş verən funksional pozğunluqlar zamanı simptomatik müalicənin aparılması məqsədi ilə istifadə olunur. Qarın köpü (meteorizm), qarın nahiyəsində həddindən artıq dolğunluq hissi və həmçinin, yenidoğulmuşlarda müşahidə olunan sancılar (üçaylıq sancılar) Yaş Dozalanması damcılarla (ml) İstifadə tezliyi Südəmər körpələr 25 damcı (1 ml) preparatı uşaq qidası olan şüşə qaba əlavə etmək və ya hər qida qəbulundan sonra südəmər körpəyə içirtmək lazımdır 1-6 yaşlı uşaqlar 25 damcı (1 ml-ə müvafiqdir) Gündə 3 dəfədən 5 dəfəyə qədər 6-14 yaşlı uşaqlar 25-50 damcı (1-2 ml-ə müvafiqdir) Gündə 3 dəfədən 5 dəfəyə qədər 14 yaşdan yuxarı 50 damcı (2 ml-ə müvafiqdir) Gündə 3 dəfədən 5 dəfəyə yeniyetmələr və qədər böyüklər Qeyd: Espumizan L preparatını həmçinin, əməliyyatlardan sonra istifadə etmək mümkündür. Espumizan L preparatını qida qəbulu zamanı və ya qida qəbulundan sonra, zərurət yarandıqda, həmçinin, yuxuya getməzdən əvvəl istifadə etmək olar. Preparatın istifadə müddəti şikayətlərin dinamikasından asılıdır. Zərurət yarandıqda, Espumizan L preparatını həmçinin, uzun müddət ərzində istifadə etmək olar. Qarın boşluğu orqanlarının müayinələrinin aparılması üçün hazırlanması Rentgenoloji müayinə, USM: Müayinədən bir gün əvvəl Müayinə aparılacaq gün, səhər Gündə 3 dəfə 2 ml (≙ 3 dəfə 50 damcı) 2 ml (≙ 50 damcı) Kontrast mühitlə suspenziyalarda köməkçi vasitə şəklində: ikiqat kontrastlı görüntü əldə etmək üçün kontrast maddənin 1 litr asılqanına 4-8 ml (≙ 100-200 damcı). Mədə-bağırsaq traktının yuxarı şöbələrinin endoskopik müayinəsinin (qastroskopiyanın) aparılması üçün hazırlıq: endoskopiyadan əvvəl 4-8 ml (≙ 100-200 damcı). Endoskopiya aparıldıqda, zərurət yarandığı halda – tədqiqat zamanı maniə törədən qaz qovuqcuqlarının aradan qaldırılması üçün, bir neçə millilitr emulsiyanı endoskop kanalı vasitəsi ilə yeritmək olar. Yuyucu vasitələrlə (səthi-aktiv maddələrlə) zəhərlənmələr zamanı köpüksöndürücü vasitə şəklində istifadə edilməsi Zəhərlənmənin dərəcəsindən asılı olaraq Yaşı Dozalanması Uşaqlar 2,5-10 ml (≙ 65 damcıdan flakonun möhtəviyyatının 1/3-nə qədər) Böyüklər 10-20 ml (≙ flakonun möhtəviyyatının 1/3-dən 2/3-nə qədər) Qeyd: yuyucu maddələr mədə-bağırsaq traktına düşdükdən sonra, ilk yardım vasitəsi şəklində Espumizan L preparatını qəbul etdikdə, pasiyent dərhal həkimə müraciət etməlidir! İstifadə qaydası İstifadə etməzdən əvvəl flakonu çalxalamaq lazımdır. Damcıların əldə olunması üçün flakonu başı aşağı çevirmək lazımdır. 25 damcı (1 ml daxilə qəbul etmək üçün emulsiya) preparatın tərkibində 40 mq simetikon vardır. Espumizan L preparatının qəbulunun ötürülməsi Preparatın ötürülən dozasını istənilən vaxt qəbul etmək olar. Espumizan L preparatının istifadəsinin dayandırılması Belə halda mədə-bağırsaq traktında baş verən pozğunluqlar təkrar meydana çıxa bilər. Gələcəkdə göstərilən preparatın istifadəsi ilə bağlı əlavə suallar meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.
Əlavə təsirləri
Bu günə qədər Espumizan L preparatının istifadəsi ilə əlaqəli əlavə təsirlər müşahidə olunmamışdır. Əlavə təsirlər barədə məlumatların verilməsi Hər hansı əlavə təsir meydana çıxarsa, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Bu, istənilən əlavə təsirlərə, o cümlədən bu içlik vərəqədə təsvir olunmayan əlavə təsirlərə aiddir. Preparatın əlavə təsirləri barədə məlumat verməklə, göstərilən dərman preparatının təhlükəsizliyi barədə daha çox məlumat toplamaq mümkündür.
Doza həddinin aşılması
Espumizan L preparatının istifadəsi nəticəsində zəhərlənmə halları məlum deyil. Espumizan L preparatının təsiredici maddəsi – simetikon – mədə-bağırsaq sistemində köpüyü müstəsna olaraq fiziki yolla parçalayır. Bioloji və kimyəvi baxımdan, simetikon tamamilə qeyri- aktiv maddədir. Bu səbəbdən, preparatın istifadəsi nəticəsində zəhərlənmə ehtimalı demək olar ki, istisna olunur. Espumizan L preparatından hətta çox miqdarda istifadə etdikdə belə, preparat problemsiz qəbul olunur.
Buraxılış forması
30 ml emulsiya, şüşə flakonda. 1 və ya 3 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 50 ml emulsiya, flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Bazarda bütün ölçülərdə qablaşdırmalar olmaya bilər.
Saxlanma şəraiti
25°C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Heç bir dərman preparatını çirkab sularına və ya məişət tullantılarının içərisinə atmaq olmaz. Lazım olmayan dərman preparatının qalıqlarının utilizasiyası barədə əczaçı ilə məsləhətləşmək lazımdır. Bu tədbirlərin aparılması, ətraf mühitin qorunmasına kömək edir.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Qablaşdırma açıldıqdan sonra, preparatın stabilliyinə dair qeyd: qablaşdırma ilk dəfə açıldıqdan sonra, Espumizan L preparatı 6 ay müddətində stabildir.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
Berlin-Hemi AG. (Menarini Qrup). Qliniker Veq 125. 12489 Berlin. Almaniya.
Qeydiyyat vəsiqəsinin sahibi
Berlin-Hemi AG. (Menarini Qrup). Qliniker Veq 125. 12489 Berlin. Almaniya.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.