Erbinol 1 % 30 q krem

Dərman formasıKrem
Farmakoloji təsirDəri xəstəliklərinin müalicəsi üçün göbələk əleyhinə vasitələr. Yerli istifadə üçün digər göbələk əleyhinə vasitələr
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

10,73 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

ERBİNOL xaricə istifadə üçün krem Beynəlxalq patentləşdirilməmiş adı: Terbinafine

Tərkibi

Təsiredici maddə: 1 q kremin tərkibində 10 mq terbinafin hidroxlorid vardır. Köməkçi maddələr:setostearil spirti, yumşaq ağ parafin, yüngül maye parafin, polisorbat 80, trolamin, benzil spirti, təmizlənmiş su.

Təsviri

Bircins, ağ və ya demək olar ki, ağ rəngli, qoxusuz kremdir.

Farmakoterapevtik qrupu

Dəri xəstəliklərinin müalicəsi üçün göbələk əleyhinə vasitələr. Yerli istifadə üçün digər göbələk əleyhinə vasitələr. ATC kodu: D01AE15.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Terbinafin geniş spektrli göbələk əleyhinə aktivliyə malik allilamin olub, Erbinol preparatının təsiredici maddəsidir. Terbinafin kiçik konsentrasiyada dermatofitlərə, kif və bəzi dimorf göbələklərə qarşı fungisid təsir göstərir. Maya göbələklərə qarşı münasibətdə onların növündən asılı olaraq, aktivliyi fungisid və ya fungistatik ola bilər. Terbinafin göbələklərdə erkən mərhələdə sterolların biosintezini zəiflədir. Bu, erqosterolun defisitinə və skvalenin hüceyrədaxili toplanmasına səbəb olur ki, bu da göbələk hüceyrəsinin məhvinə gətirib çıxarır. Terbinafin göbələyin hüceyrə membranında skvalenepoksidazanı inhibə edir. Skvalenepoksidaza insanın P450 sitoxrom sisteminə aid deyil. Bu səbəb görə terbinafin P450 sitoxrom sisteminə, müvafiq olaraq hormonların və ya digər dərman vasitələrinin metabolizminə də təsir etmir. Farmakokinetikası İnsanda yerli istifadədən sonra terbinafinin dozasının 5%-dən az hissəsi absorbsiya olunur, bu səbəbə görə preparat əhəmiyyətsiz dərəcədə sistem təsir göstərir.

İstifadəsinə göstərişlər

– Trychophyton kimi dermatofitlətlə (məsələn, T. Rubrum, T. Mentagrophytes, T. Verrucosum, T. Violaceum), Microsporum canis və Epidermophyton floccosum ilə törədilən dərinin göbələk infeksiyaları; – əsasən Candida növündən (məsələn, C.albicans) olan maya göbələkləri ilə törədilən dərinin göbələk infeksiyaları; – Pityrosporum orbiculare ilə tğrədilən əlvan dəmrov (eləcə də Malassezia furfur kimi tanınan).

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Erbinol, yalnız xaricə istifadə üçün nəzərdə tutulmuşdur. Preparatın gözlərə düşməsindən çəkinmək lazımdır, belə ki, gözlərdə qıcıqlanmaya səbəb ola bilər. Preparatın təsadüfən gözlərə düşməsi zamanı onları axar su ilə yaxşıca yumaq lazımdır. Köməkçi maddələr Preparatın tərkibində setostearil spirti vardır ki, bu da yerli dəri reaksiyalarına (məsələn, kontakt dermatit) səbəb ola bilər. Preparatın 1 q-nın tərkibində 0,02 q benzil spirti vardır. Benzil spirti yüngül yerli qıcıqlandırıcı və allergik reaksiyalara səbəb ola bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Erbinol krem üçün hər hansı qarşılıqlı təsir məlum deyil.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Hamiləlik dövründə Erbinol peparatının istifadəsinin klinik təcrübəsi olmadığı üçün preparat, yalnız ana üçün gözlənilən fayda dölə olan mümkün riskdən üstün olduğu halda istifadə edilə bilər. Heyvanlar üzərində aparılan fetal toksiklik tıdqiqatlarda arzuolunmayan effektlər aşkar edilməmişdir. Laktasiya Terbinafin ana südünə nüfuz edir. Laktasiya dövründə preparatdan istifadə etmək olmaz. Körpənin süd vəziləri daxil olmaqla, preparatla işlənmiş sahəsilə kontaktına yol verilməməlidir. Fertillik Heyvanlar üzərində aparılan tədqiqatlarda terbinafin fertilliyə mənfi təsir etməmişdir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmlər idarəetmə qabiliyyətinə təsiri Preparat avtonəqliyyatın idarə edilməsi və mexanizmlərlə işləmək qabiliyyətinə təsir etmir.

İstifadə qaydası və dozası

Dozalanma rejimi Xəstəliyin təzahürünün ifadə edilməsindən asılı olaraq, Erbinol sutkada 1 və ya 2 dəfə istifadə edilə bilər. Müalicənin müddəti Müalicənin orta davametmə müddəti Xəstəliyin adı Müalicənin müddəti Bədənin dermatomikozu, qasıq 1-2 həftə dermatomikozu Pəncə dermatomikozu 1 həftə Dəri kandidozu 2 həftə Əlvan dəmrov 2 həftə Klinik simptomların təzahürünün azalması, adətən, müalicənin ilk günlərində qeyd edilir. Qeyri- müntəzəm müalicə və ya müalicənin vaxtından əvvəl dayandırlması zamanı infeksiyanın bərpa olunması riski mövcuddur. Müalicədən 2 həftə sonra yaxşılaşma əlamətləri qeyd edilmədikdə, diaqnozun verifikasiyasını aparmaq lazımdır. Xüsusi pasiyent qrupları Uşaq populyasiyası Bu yaş qrupunda terbinafinin istifadəsinin təcrübəsi məhdud olduğu üçün preparatı uşaqlarda istifadə etmək məsləhət görülmür. İstifadə qaydası Xaricə istifadə edilir. Preparatın istifadəsindən əvvəl zədələnmiş nahiyəni təmizləmək və qurutmaq vacibdir. Krem nazik təbəqə ilə zədələnmiş dəriyə və yaxın sahəyə çəkilir və azacıq hopdulur. Bişməcə ilə müşayiət edilən infeksiyalar (süd vəzilərinin altı, barmaqların arası, sağrı əzələsinin arası, qasıq nahiyəsi) zamanı kremin çəkildiyi nahiyə xüsusilə gecə vaxtı, tənziflə örtülə bilər.

Əlavə təsirləri

Kremin istifadə edildiyi sahədə qaşınma, dərinin laylanması, ağrı, qıcıqlanma, piqmentasiyanın pozulması, yanma hissi, qızartı və qartmağın yaranması kimi yerli simptomlar yarana bilər. Qeyd edilən zəif simptomları tək-tək hallarda müşahidə edilən və preparatın ləğvini tələb edən yayılmış qaşınma, bullyoz səpgi və övrə kimi hiperhəssaslıq reaksiyasından fərqləndirmək lazımdır. Preparatın təsadüfən gözlərə düşməsi zamanı terbinafin hidroxlorid onların qıcıqlanmasına səbəb ola bilər. Nadir hallarda göbələk infeksiyasının kəskinləşməsi mümkündür. Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil). Hər qrupda tezlik ciddilik səviyyəsinin azalması sırası ilə təqdim edilib. İmmun sistemdə baş verən pozuntular:məlum deyil – hiperhəssaslıq. Görmə orqanında baş verən pozuntular:nadir hallarda – gözlərin qıcıqlanması. Dəridə və dərialtı toxumada baş verən pozuntular:tez-tez – dərinin laylanması, qaşınma; bəzən – dərinin zədələnməsi, qartmağın yaranması, dəri xəstəlikləri, piqmentasiyanın pozulması, qızartı, dəridə yanma hissi; nadir hallarda – dəridə quruluq, kontakt dermatit, ekzema; məlum deyil – səpgi. Ümumi pozulmalar və istifadə nahiyəsində pozuntular:bəzən – ağrı, istifadə nahiyəsində ağrı, qıcıqlanma; nadir hallarda – xəstəliyin simptomlarının kəskinləşməsi. Şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi Dərman vasitəsinin qeydiyyatından sonra şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi vacibdir. Pasiyentdə dərman vasitəsinə qarşı ciddi əlavə təsirin yaranması və ya bu bölmədə qeyd edilməyən yeni əlavə təsirin baş verməsi zamanı müvafiq Milli farmakonəzarət sisteminə məlumat vermək lazımdır.

Doza həddinin aşılması

Cüzi sistem absorbsiyasına görə terbinafin ilə xaricə istifadə üçün krem formasında doza həddinin aşılması həddindən artıq az ehtimal edilir. Tərkibində 300 mq terbinafin hidroxlorid olan 1 tubun (30 q) möhtəviyyatının təsadüfən udulması, 250 mq dozada (böyüklər üçün birdəfəlik peroral doza) olan 1 terbinafin tabletinin qəbulu ilə eynidir. Preparatın bilməyərəkdən təsadüfən artıq miqdarının udulması zamanı terbinafin tabletlərinin doza həddinin aşılması zamanı yaranan əlavə təsirlər müşahidə edilir. Simptomları Başağrı, ürəkbulanma, epiqastral nahiyədə ağrı və başgicəllənmə. Müalicəsi Aktivləşdirilmiş kömürün qəbulu, ehtiyac olduqda, simptomatik dəstəkləyici terapiya.

Buraxılış forması

30 q krem alüminium tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25 C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi “WORLD MEDICINE İLAÇ SAN. VE TİC. А.Ş.”, TURKEY. 15 Temmuz Mah. Cami Yolu Cad. No: 50 Güneşli Bağcılar/İstanbul.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Erbinol 1 % 30 q krem” üçün ilk rəyi siz yazın.