Elfunat 50 mq 2 ml N10 inyeksiya

Təsiredici maddə: EMOXYPINE SUCCINATE
Təsiredici maddəEMOXYPINE SUCCINATE
Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirSinir sistemi xəstəliklərinin müalicəsi üçün digər preparatlar
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

26,65 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

ELFUNAT əzələdaxili və venadaxili istifadə üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Ethylmethylhydroxypyridine succinate

Tərkibi

Təsiredici maddə: 1ml preparatın tərkibində 50mq etilmetilhidroksipiridin suksinat vardır. Köməkçi maddə: inyeksiya üçün su.

Təsviri

Şəffaf, rəngsiz və ya sarımtıl məhluldur.

Farmakoterapevtik qrupu

Sinir sistemi xəstəliklərinin müalicəsi üçün digər preparatlar. ATC kodu: N07XX.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Elfunat antioksidant, antihipoksik, membranoprotektor, nootrop, qıcolmaəleyhinə, anksiolitik və hipolipidemik təsir göstərir. Orqanizmin stressə qarşı və şok, hipoksiya, işemiya, beyin qandöv- ranının pozulması, alkoqol və antipsixotik preparatlarla (neyroleptiklərlə) intoksikasiya kimi müxtəlif zədələyici amillərə qarşı davamlılığını artırır. Baş beynin metabolizmini və qanla təmin edilməsini yaxşılaşdırır. Qan hüceyrələrinin membran strukturlarını stabilləşdirir, hemolizin qarşısını alır. Hipolipidemik təsirə malik olub, ümumi xolesterinin və aşağı sıxlıqlı lipoproteinlərin səviyyəsini azaldır. Kəskin pankreatit zamanı fermentativ toksemiyanı və endogen intoksikasiyanı azaldır. Preparatın təsir mexanizmi onun antioksidant və membranoprotektor aktivliyi ilə əlaqədardır. Lipidlərin peroksid oksidləşmə proseslərini inhibə edir, superoksidoksidazanın aktivliyini artırır, lipid-zülal nisbətini yüksəldir, hüceyrə membranlarının struktur və funksiyasını yaxşılaşdırır. Membranbirləşdirici fermentlərin (kalsiumdan-asılı olmayan fosfodiesteraza, adenilatsiklaza, asetilxolinesteraza), reseptor komplekslərin (benzodiazepin, QAYT, asetilxolin)aktivliyini modullaşdırır, bu isə onların liqandlarla birləşmə qabiliyyətini gücləndirir, biomembranların struktur-funksional formasının bərpasına səbəb olur və bunun nəticəsində neyromediatorların daşınması və müvafiq olaraq sinaptik keçmə yaxşılaşır. Elfunat baş beyində dofaminin konsentrasiyasını artırır. Aerob qlikolizin kompensasiyalı aktiv ləşməsini gücləndirir və hipoksiya şəraitində adenozintrifosfat (ATF) və kreatinfosfatın miqdarını artırmaqla Krebs siklində oksidləşmə proseslərinin zəifləmə dərəcəsini azaldır, mitoxondrilərin enerjisintezəedici funksiyasını, hüceyrə membranlarının stabilləşməsini aktivləşdirir. Elfunat işemiyalaşmış miokardda metabolik prosesləri normallaşdırır, nekroz ocağını azaldır, miokardın elektrik aktivliyini və yığılma qabiliyyətini bərpa edir və yaxşılaşdırır, həmçinin işe- miya ocağında tac-damar qan dövranını artırır, kəskin koronar çatışmazlıq zamanı reperfuziya sindromunun fəsadlarını azaldır. Nitropreparatların antiangial aktivliyini artırır. Səbəbi xroniki işemiya və hipoksiya olan proqressiyaedici neyropatiya zamanı torlu qişanın qanqlioz hüceyrə- lərinin və göz sinirinin toxumalarının saxlanmasına səbəb olmasıdır. Torlu qişanın və göz siniri- nin funksional aktivliyini yaxşılaşdıraraq, görmə itiliyini artırır. Farmakokinetikası Qan plazmasında əzələdaxili yeridilməsindən sonra 4 saat ərzində müəyyən edilir. Qan zərda- bında 0,45-0,50 saatdan sonra maksimal konsentrasiyasına çatır. 400-500mq dozalarda yeritmə zamanı maksimal konsentrasiyası 3,5-4,0mkq/ml təşkil edir. Qan dövranından orqan və toxumalara tez keçir və orqanizmdən sürətlə xaric olur. Orqanizmdə preparatın saxlanmasının orta müddəti 0,7-1,3 saat təşkil edir. Orqanizmdən əsasən qlükuron konyuqantları şəklində və cüzi miqdarda dəyişilməmiş şəkildə sidiklə xaric olunur.

İstifadəsinə göstərişlər

– Beyin qan-dövranının kəskin pozğunluqları; – Kəllə-beyin travmaları və onların fəsadları; – Dissirkulyator ensefalopatiya; – Vegeto-damar distoniyası (neyrosirkulyator distoniya); – Baş beynin ateroskleroz nəticəsində baş vermiş funksional pozğunluqları (yüngül koqnitiv pozğunluqlar); – Nevrotik və nevrozabənzər hallarda həyəcan pozğunluqları; – Kəskin miokard infarktı (ilk günlərdən), kompleks müalicənin tərkibində; – Kliniki şəkildə nevrotik və vegeto-damar pozğunluqlarının üstünlüyü ilə alkoqolizm zamanı abstinensiya sindromu; – Neyroleptiklərlə törədilmiş kəskin intoksikasiya; – Qarın boşluğunda kəskin irinli-iltihabi proseslər (kəskin nekrotik pankreatit, peritonit), kompleks müalicənin tərkibində; – Müxtəlif dərəcəli birincili açıqbucaqlı qlaukoma, kompleks müalicənin tərkibində.

Əks göstərişlər

– Hiperhəssaslıq. – Kəskin qaraciyər və/ya böyrək çatışmazlığı. – Uşaqlar və 18 yaşa qədər yeniyetmələr. – Hamiləlik. – Laktasiya dövrü.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Tək-tək hallarda, xüsusilə sulfitlərə qarşı yüksək həssaslıq olduqda bronxial astmaya meylli xəstələrdə ağır hiperhəssaslıq reaksiyaları əmələ gələ bilər. Yüksək arterial təzyiqi (˃ 180/100 mm c.s.), arterial hipertenziyanın kriz gedişi və nəzərəçarpan qeyri-sabit affektivliyi olan xəstələrdə müalicə zamanı AT-ə ciddi nəzarət tələb edilir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Benzodiazepin anksiolitiklərinin, epilepsiya əleyhinə (karbamazepin), parkinson əleyhinə (levodopa) dərman vasitələrinin, nitratların təsirini gücləndirir. Etil spirtinin toksik effektini azaldır

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Müalicə zamanı nəqliyyat vasitəsini idarə etdikdə və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olduqda ehtiyalı olmaq lazımdır.

İstifadə qaydası və dozası

Elfunat əzələdaxili və venadaxili(şırnaq və ya damcı üsulu ilə) istifadə edilir. İnfuziya üsulu ilə yeritmə zamanı preparat 0,9%-i natrium-xlorid məhlulunda həll olunmalıdır. Şırnaq üsulu ilə preparat 5-7 dəqiqə ərzində yavaş-yavaş yeridilir, damcı üsulu ilə – dəqiqədə 40-60 damcı sürətlə. Maksimal gündəlik doza 1200 mq-dan çox olmamalıdır. Beyin qan-dövranının kəskin pozulmalarında – ilk 10-14 gün ərzində gündə 2 dəfə 200-500mq venadaxili damcı üsulu ilə, sonra – 2 həftə ərzində gündə 2-3 dəfə 200-250mq əzələdaxili. Kəllə-beyin travmaları, və onların fəsadlarında – 10-15 gün ərzində gündə 2-4 dəfə 200-500mq venadaxili damcı üsulu ilə. Dekompensasiya fazasında dissirkulyator ensefalopatiya zamanı – 14 gün ərzində gündə1- 2 dəfə 200-500mq venadaxili damcı və ya şırnaq üsulu ilə, sonra – 2 həftə ərzində gündə 100-250mq əzələdaxili. Dissirkulyator ensefalopatiyanın kurs profilaktikası üçün – 10-14 gün ərzində gündə 2 dəfə 200- 500mq əzələdaxili. Vegeto-damar distoniyası və nevrotik və nevrozabənzər hallarda həyəcan pozğunluqları zamanı – 14 gün ərzində gündə 50-400mq əzələdaxili. Yüngül koqnitiv pozğunluqlar zamanı – 14-30 gün ərzində gündə 100-300mq əzələdaxili. Kəskin miokard infarktı zamanı kompleks müalicənin tərkibində Elfunat miokard infarktının ənənəvi müalicəsi fonunda (nitratlar, beta-adrenoblokatorlar, angiotenzinçevirici fermentin (AÇF)inhibitorları, trombolitiklər, antikoaqulyantlar və antiaqreqant vasitələr, həmçinin göstərişlər üzrə simptomatik vasitələr daxil olmaqla) 14 gün ərzində venadaxili və ya əzələdaxili yeridilir. Maksimal effekti əldə etmək üçün preparat ilk 5 gün ərzində venadaxili, sonra isə 9 sutka ərzində əzələdaxili yeridilə bilər. Preparat venadaxili damcı üsulu ilə 100-150 ml 0,9%-li natrium-xlorid və ya 5%-li dekstroza (qlükoza) məhlulunda tədricən – 30-90 dəqiqə ərzində infuziyaşəklində yeridilir.Lazım gələrsə, preparatın tədrici şırnaq üsulu ilə yeridilməsi mümkündür, lakin yeridilmə müddəti 5 dəqiqədən az olmamalıdır. Preparat gündə 3 dəfə hər 8 saatdan bir yeridilir(venadaxili və ya əzələdaxili). Gündəlik müalicəvi doza gündə 6-9mq/kq bədən çəkisinə təşkil edir, birdəfəlik doza – 2-3 mq/kq bədən çəkisinə. Maksimal gündəlik doza 800mq, birdəfəlik doza isə – 250mq-dan çox olmamalıdır. Alkoqolizm zamanı abstinensiya sindromu – 5-7 gün ərzində gündə 2 dəfə 200-500 mq venadaxili damcı üsulu ilə və ya əzələdaxili. Antipsixotik vasitələrlə törədilmiş kəskin intoksikasiya zamanı–7-14 gün ərzində gündə200- 500mq venadaxili. Qarın boşluğunda kəskin irinli-iltihabı proseslər (kəskin nekrotik pankreatit, peritonit) zamanı preparat həm əməliyyatdan öncə , həmdə əməliyyatdan sonraki dövrdə ilk sutka ərzində təyin edilir. Yeridilən dozalar xəstəliyin formasından və ağırlığından, prosesin yayılmasından, kliniki gedişatın növlərindən asılıdır. Preparat tədricən, yalnız davamlı müsbət kliniki-laborator effektin əldə edilməsindən sonra ləğv olunmalıdır. Kəskin ödemli (interstisial) pankreatit zamanı – gündə 3 dəfə 200-500 mq venadaxili damcı üsulu ilə (0,9%-li natrium-xlorid məhlulunda) və ya əzələdaxili. Yüngül dərəcəli ağır nekrotik pankreatit zamanı – gündə 3 dəfə 100-200 mqvenadaxili damcı üsulu ilə (0,9%-li natrium-xlorid məhlulunda) və ya əzələdaxili. Orta ağır nekrotik pankreatit zamanı – gündə 3 dəfə 200 mq venadaxili damcı üsulu ilə (0,9%-li natrium-xlorid məhlulunda). Ağır dərəcəli nekrotik pankreatit zamanı–iki dəfə yeritmə rejimi zamanı ilk sutka ərzində 800 mq dozada venadaxili damcı üsulu ilə; sonra – gündəlik dozanı tədricən azaltmaqla gündə 2 dəfə 200-500 mq. Çox ağır dərəcəli nekrotik pankreatit zamanı başlanğıc doza pankreatogen şok əlamətlərinin davamlı dayandırılmasına qədər ilk sutka ərzində 800 mq təşkil edir, vəziyyət stabil olduqda – gündəlik dozanı tədricən azaltmaqla gündə 2 dəfə300-500 mq venadaxili damcı üsulu ilə (0,9%- li natrium-xlorid məhlulunda). Müxtəlif dərəcəli birincili açıqbucaqlı qlaukoma zamanı kompleks müalicənin tərkibində – 14 gün ərzində gündə1- 3 dəfə100-300 mq əzələdaxili.

Əlavə təsirləri

Həzm sisteminə: ürəkbulanma, ağızda quruluq. Digər: allergik reaksiyalar, yuxuyameyllik, yuxuyagetmə prosesinin pozulması, başağrısı, arterial təzyiqin yüksəlməsi və ya enməsi.

Doza həddinin aşılması

Simptomları: yuxunun pozulması (yuxusuzluq, bəzi hallarda – yuxuyameyllik); arterial təzyiqin cüzi və qısamüddətli (1,5-2 saat) yüksəlməsi. Müalicəsi: adətən tələb edilmir – 1 sutka ərzində simptomlar öz-özünə aradan qalxır. Ağır hallarda, yuxusuzluq zamanı – 10mq nitrazepam, 10mq oksazepam və ya 5mq diazepam təyin edilir. Arterial təzyiqin kəskin yüksəlməsində – arterial təzyiqə nəzarət altında hipotenziv vasitələr təyin edilir və ya müalicəyə nitropreparatlar əlavə edilir.

Buraxılış forması

Əzələdaxili və venadaxili yeridilmə üçün məhlul. 2ml məhlul, rəngsiz şüşə ampullarda. 5 ampul, konturlu-yuvalı qablaşdırmada. 2 konturlu-yuvalı qablaşdırma (10 ampul) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 5 ml məhlul, rəngsiz şüşə ampullarda. 5 ampul, konturlu-yuvalı qablaşdırmada 1 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25º C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

“Mefar İlaç Sanayii A.Ş.” , Turkey. (Ramazanoğlu Mah. Ensar Cad. No: 20, 34906 Kurtköy-Pendik/İstanbul). Ticarət nişanı və qeydiyyat sertifikatının sahibi “DR SERTUS İLAC SANAYE VƏ TİCARƏT LİMİTED ŞİRKƏTİ”, TÜRKİYƏ. (“DR SERTUS İLAÇ SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ, TURKEY).

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Elfunat 50 mq 2 ml N10 inyeksiya” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar