Ekzoderil 1 % 20 ml damcı
| Dərman forması | Damcı |
|---|---|
| Farmakoloji təsir | Yerli istifadə üçün göbələk əleyhinə vasitələr – naftifin |
| İstehsal ölkəsi | Avstriya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
9,42 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
EKZODERİL xaricə istifadə üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Naftifine
Tərkibi
Təsiredici maddə: 1ml məhlulun tərkibində 10 mq naftifin hidroxlorid vardır. Köməkçi maddələr: propilenqlikol, etanol, təmizlənmiş su.
Təsviri
Şəffaf, rəngsiz və ya zəif sarı rəngli, etanol qoxulu məhluldur.
Farmakoterapevtik qrupu
Yerli istifadə üçün göbələk əleyhinə vasitələr – naftifin ATC kodu: D01AE22.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Ekzoderil mikozlar zamanı xaricə istifadə üçün nəzərdə tutulmuşdur və tərkibində təsiredici maddə naftifin vardır. Naftifinin funqisid təsiri skvalenepoksidaza fermentinin sintezinin ləngidilməsi vasitəsilə erqosterolun (membran komponentinin) sintezinin blokadasına əsaslanır. İn vitro şəraitdə naftifin aşağıdakı mikroorqanizmlərə qarşı funqisid təsir nümayiş etdirir: Trichophyton spp., Microsporon spp., Epidermophyton floccosum. Naftifin maya (Candida species), kif (Aspergillus species) və digər (məsələn, Sporothrix schenkii) göbələklərə qarşı orta dərəcədə aktivdir. O, həmçinin tez-tez göbələk infeksiyaları ilə müşayiət olunan qrammüsbət və qrammənfi mikroorqanizmlərə qarşı antibakterial təsir göstərir. Klinik istifadəsi zamanı naftifinin iltihab əleyhinə təsiri qeyd olunmuşdur ki, bunun hesabına iltihab əlamətləri, xüsusən qaşınma, tezliklə aradan götürülmüşdür. Farmakokinetikası Dəriyə sürtülməsi zamanı dozanın yalnız 4%-i absorbsiya olunur. Bu səbəbdən sistem ekspozisiyası çox aşağıdır. Plazmada və sidikdə naftifin iz şəklində (cüzi miqdarda) aşkar olunur. Naftifin demək olar ki, tamamilə metabolizə olunur, nəticədə əmələ gələn metabolitlər göbələklərə qarşı effektiv deyildir. Onların bir hissəsi sidiklə, bir hissəsi isə nəcislə 2-4 gün yarımparçalanma dövrü ilə xaric olur.
İstifadəsinə göstərişlər
• Dəri və dəri büküşlərinin göbələk infeksiyaları (tinea corporis, tinea inquinalis, tinea manum, tinea pedum). • Dırnaqların göbələk infeksiyaları (onixomikozlar, tinea unguium). • Dəri kandidozları.
Əks göstərişlər
Naftifinə, propilenqlikola və ya preparatın hər hansı digər köməkçi maddəsinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Gözlərə və açıq yaraların üzərinə Ekzoderil® məhlulunun düşməsinə yol verilməməlidir. Məhlulu yaranın üzərinə istifadə etmək olmaz. Preparatın tərkibində propilenqlikol var ki, bu isə dərinin qıcıqlanmasına səbəb ola bilər. Preparat durulaşdırılmamış şəkildə çəkilməlidir və onu digər xaricə istifadə olunan preparatlar ilə qarışdırmaq olmaz. Belə ki, konsentrasiyasının azalması səbəbindən təsiredici maddənin effektivliyi kifayət qədər olmaya bilər. Fototoksik deyildir və fotosensibilizasiya yaratmır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman preparatları ilə qarşılıqlı təsiri qeyd olunmayıb.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə Ekzoderil preparatının istifadəsi barəsində olduqca məhdud məlumatlar var. Odur ki, ehtiyat məqsədilə hamiləlik və laktasiya dövründə Ekzoderil preparatının istifadəsindən qaçmaq lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Təsir göstərmir.
İstifadə qaydası və dozası
Yerli istifadə olunur. Ekzoderil® zədələnmiş dəri üzərinə və ona yaxın olan sahələrə dərinin təmizlənməsindən və qurudulduqdan sonra gündə 1 dəfə sürtülür. Uşaqlar və yeniyetmələr Uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə naftifinin təhlükəsizliyi və effektivliyi barədə kifayət qədər təcrübə yoxdur. Böyrək və ya qaraciyər çatışmazlığı olan xəstələrdə dozanın tənzimlənməsinə gərək yoxdur. Yaşlı xəstələr Dozanın tənzimlənməsinə gərək yoxdur. Müalicənin müddəti İnfeksiyanın residivinin qarşısını almaq üçün müalicə klinik sağalma baş verdikdən sonra da 2 həftədən az olmayaraq davam etdirilməlidir. Əgər, Ekzoderil 1% məhlul 4 həftə ərzində istifadədən sonra yaxşılaşmaya səbəb olmursa, müalicə həkiminə müraciət etmək lazımdır və müalicə yenidən dəyərləndirilməlidir.
Əlavə təsirləri
Əlavə təsirlər başvermə tezliyinə görə aşağıdakı kimi təsnif edilir: Çox tez-tez 1/10; tez-tez: 1/100 – <1/10; bəzən 1/1 000 – <1/100; nadir: 1/10,000 – <1/1 000; çox nadir: <1/10,000; tezliyi məlum olmayan (mövcud məlumatlara əsasən tezliyi müəyyənləşdirmək mümkün deyil). Nadir hallarda ümumi və yerli reaksiyalar müşahidə oluna bilər: quruluq hissi, hiperemiya və yanğı hissi. Dəri və dərialtı piy toxuması tərəfindən Məlum deyil: kontakt dermatit, eritema.
Doza həddinin aşılması
Naftifinin xaricə istifadəsi zamanı kəskin doza həddinin aşılmasında həyati təhlükəli vəziyyətlər gözlənilmir. Təsiredici maddənin dəridən əhəmiyyətli olmayan dərəcədə sorulması üçün sistem intoksikasiya az ehtimal olunur. Təsadüfən daxilə qəbulu zamanı müvafiq simptomatik müalicə tövsiyə olunur. Spesifik antidot mövcud deyil.
Buraxılış forması
1%-li 10 ml və ya 20 ml məhlul, tünd şüşə flakonda. 1 flakon içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30ºC-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Flakon açıldıqdan sonra 25°C-dən аşаğı tеmpеrаturdа 6 aydan artıq saxlanılmamalıdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
Globopharm Pharmazeutische Produktions-und Handelsgesellschaft m.b.H., Austria. Breitenfurterstrasse 251, 1231 Wien, Austria Lek Pharmaceuticals d.d., Slovenia. Verovşkova 57, 1526 Ljubljana, Slovenia.
Qeydiyyat vəsiqəsinin sahibi
Sandoz GmbH, Austria. Biochemiestrasse 10, 6250 Kundl, Austria. Bu dərman vasitəsinin qəbulu ilə əlaqədar hər hansı şikayətiniz yaranan zaman aşağıdakı yazılan e-mail ünvanına göndərməyiniz xahiş olunur: E-mail: [email protected] Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza 75 Winter Park Plaza business centre, mərt.5 Tel.: +994 12 599-83-89 +994 12 599-83-90
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.