Egeron 50 mq N30 tablet
| Təsiredici maddə | PROGESTERONE |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Hestagen |
| İstehsal ölkəsi | Polşa |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
20,76 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
EGERON 50 mq sublinqval (dilaltı) tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Progesterone
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 50 mq təbii mikronizəolunmuş progesteron vardır. Köməkçi maddələr: laktoza monohidrat, kartof nişastası, polivinilpirrolidon, maqnezium stearat, etilselülloza, talk, vanil.
Təsviri
Dairəvi, bir tərəfdən içəri batıq örtüksüz ağ tabletlərdir.
Farmakoterapevtik qrupu
Hestagen. ATC kodu: G03DA04.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası EGERON preparatının aktiv maddəsi yumurtalığın sarı cisminin təbii hormonuna oxşar olan progesterondur. Progesteron Qraaf qovuqcuqlarının divarının proteolizini artıraraq ovulyasiyanı asanlaşdırır, endometriumda sekretor dəyişkənlik yaradaraq mayalanmış yumurta hüceyrəsinin implantasiyasını təmin edir və onun orada inkişafı üçün şərait yaradır. Dölün antigeninə təsir göstərən uşaqlığın immunobioloji reaksiyasını tormozlayır. Uşaqlığın və uşaqlıq borularının əzələlərinin oyanıqlığını və yığılmasını azaldır, həmçinin süd vəzisində asinusların sekretor hissələrinin inkişafını stimullaşdırır və laktasiyanı aktivləşdirir. Hipofizin qonadotrop hormonlarının hasilatını artırır, azotemiyanı azaldır, azotun sidiklə xaric olmasını artırır. Estrogenin təsiri ilə yaranan endometriumun hipertrofiyasını tormozlayır, uşaqlıq borusu, uşaqlıq boynu və uşaqlıq yolunda siklik dəyişikliklər yaradır. Farmakokinetikası Sorulması Mikronizə olunmuş progesteron dilaltı qəbuldan sonra yaxşı sorulur. Sublinqual 100 mq progesteron qəbulundan 1-4 saat sonra plazmada preparat maksimal konsentrasiyaya, 200 mq dozada isə 2-4 saatdan sonra çatır. Metabolizmi Progesteron əsasən qaraciyərdə metabolizmə uğrayır. Preqnadiol və preqnanol metabolitlər şəklində qaraciyərdə qlukuronidlərə və sulfatlara çevrilir. Progesteronun təxminən 96-99% -i plazma proteinləri ilə, 50-54% – albumin və 43-48% – transkortinlə birləşmiş formada olur. Xaric olması Dilaltı istifadə olunan progesteronun yarımxaricolma dövrü 6-7 saatdır. Metabolitlər orqanizmdən əsasən ödlə və sidik yolları vasitəsilə xaric olunur. İstifadəsinə göstərişləri • Endogen progesteron çatışmazlığının nəticəsində yaranan menstrual dövrün pozulması, dismenoreya, anovulyasiya, predmenustrual sindrom və disfunksional uşaqlıq qanaxmaları • Ikincili amenoreya • Endometrioz xəstəliyinin müalicəsində • Süni mayalanma proqramlarında • Lutein çatışmazlığı nəticəsində yaranan sonsuzluğun müalicəsində • Adəti düşüklər və düşük təhlükəsinin müalicəsində • Premenopauza dövründə • Estrogen ilə birlikdə hormonal əvəzedici terapiyada (estrogen müalicəsi alan qadınlarda endometriumun hiperplaziyasının qarşısının alınması məqsədi ilə) • Fibroz kistoz mastopatiya. Əks göstərişləri • Progesterona və ya preparatın tərkibindəki hər hansı digər komponentə qarşı hiperhəssaslıq; • Diaqnoz qoyulmamış vaginal qanaxma; • Ağır qaraciyər çatışmazlığı; • Rotor sindromu və Dubin-Conson sindromu ( genetik qaraciyər xəstəliyi); • Süd vəzisinin və cinsi orqanların xərçəngi; • Trombozlara meyillilik, tromboflebit və ya tromboembolizmin kəskin formaları; • Arteriyaların mövcud və ya yaxın zamanda keçirilmiş tromboembolik zədələnmələri (stenokardiya, miokard infarktı) • Natamam düşük (uşaqlıq boşluğunda qalıqların olması)
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ürək-damar sistemi, arterial hipertenziya, xroniki böyrək çatışmazlığı, şəkərli diabet, bronxial astma, epilepsiya, miqren, depressiya, hiperlipoproteinemiya xəstəlikləri zamanı preparat ehtiyyatla qəbul olunmalıdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Preparat diuretiklərin, hipotenziv dərman maddələrinin, immundepressantların, antikoaqulyantların təsirini gücləndirir, oksitosinin laktogen effektini zəifiədir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Progesteron hamiləliyin birinci trimestrində etibarlı şəkildə istifadə edilə bilər. Bu hormon ana südündə ifraz olunduğu üçün südvermə dövründə EGERON-un qəbulu əks göstərişdir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Progesteronun nəqliyyat vasitələrinin idarə edilməsinə və psixomotor fəaliyyətə təsiri məlum deyildir
İstifadə qaydası və dozası
EGERON-un qəbul qaydası və dozası göstərişlərdən asılı olaraq həkim tərəfindən hər bir pasiyent üçün fərdi olaraq təyin edilir • Menstrual pozğunluqlar və predmenstrual sindrom zamanı 50 mq (1 tablet) gündə 3-4 dəfə dilaltı təyin edilir, müalicə ardıcıl 3-6 sikl ərzində davam edir. • Endometriumun hiperplaziyasının qarşısının alınması üçün (hormonal əvəz edici terapiyada) estrogenlərlə birlikdə 50 mq (1 tablet) gündə 3-4 dəfə dilaltı təyin edilir. Davamlı növbəli rejimdə 28 günlük dövriyyənin son 12-14 günündə təyin edilir. Davamlı kombinə rejimdə fasiləsiz olaraq gündəlik qəbul üçün təyin edilir. Endometriumu estrogenlərin proliferativ təsirindən qorumaq üçün EGERON-un dozası estrogen dozasından asılı olaraq təyin edilir. • İkincili amenoreyada 50 mq (1 tablet) gündə 3-4 dəfə dilaltı təyin edilir. Müalicə dayandırıldıqdan sonra 7-10 gün ərzində qanaxma (menstruasiya) meydana gəlməlidir. • Disfunksional uşaqlıq qanaxmasının müalicəsində 50 mq (1 tablet) gündə 3-4 dəfə dilaltı təyin edilir. Müalicə siklin 15-25 günləri arasında 2-3 ay ardıcıl olaraq davam etdirməlidir. • Adəti düşüklər və düşük təhlükəsində, anovulyator və induksiyalı sikllərdə 100 mq (2 tablet) gündə 3-4 dəfə dilaltı təyin edilir. Təkrarlanan düşük hallarında EGERON-un qəbulu hamiləlik planlaşdırılan sikldə və ya daha öncə başlamalıdır. Müalicə fasiləsiz olaraq hamiləliyin təqribən 18-20-ci həftəsinə kimi davam etdirilməlidir. • Süni mayalanma proqramlarında 100-150 mq (2-3 tablet) gündə 3-4 dəfə dilaltı təyin edilir. Müalicə doza azaldılaraq başa çatdırılmalıdır.
Əlavə təsirləri
Endogen hormona oxşar olan EGERON-un istifadəsi zamanı əlavə təsirlər çox nadir hallarda müşahidə oluna bilər. Yuxululuq, diqqətin konsentrasiyasının pozulması, qorxu hissi, depressiya, ürək bulanması, baş ağrısı və başgicəllənmə ola bilər. Çox nadir hallarda: vaginal qanaxma, ifrazat, menstruasiyanın olmaması, dəridə qızartı, sızanaq, allergik reaksiyalar, ağızda quruluq.
Doza həddinin aşılması
Dərman vasitəsinin dozadan artıq qəbulunun əsas əlamətləri yuxululuq, başgicəllənmə, ürəkbulanma, depressiyadır. Preparatın dozası azaldıldıqda bu simptomlar tamamilə özləri yox olur.
Buraxılış forması
15 tablet, PA/Alüminium/PVX/Alüminium blisterdə. 2 blister (10 tablet), içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda, işıq düşməyən və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Adamed Pharma.S.A. 5 Marszalka J., Pilsudskiego Str., 95-200, Pabianice, Poland. Marketinq icazəsinin sahibi Adamed Pharma S.A. 6a, Pienkow, Mariana Adamkiewicsa St. 05-152 Czosnow, Poland.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.