Dorzasopt 5 ml göz damcısı
| Təsiredici maddə | DORZOLAMIDE + TIMOLOL |
|---|---|
| Dərman forması | Damcı |
| Farmakoloji təsir | Qlaukomaəleyhinə preparatlar və miotiklər. Beta-adrenoblokatorlar. Timolol digər preparatlarla kombinasiyada |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
12,65 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
DORZASOPT göz damcısı Beynəlxalq patentləşdirilməmiş adı: Dorzolamide + Timolol
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 20 mq dorzolamid (dorzolamid hidroxlorid şəklində), 5 mq timolol (timolol maleat şəklində) vardır. Köməkçi maddələr:hidroksietilsellüloza, limon turşusu monohidrat, natrium hidroksid, mannitol, benzalkonium xlorid, natrium hidroksid, qatılaşdırılımış xlorid turşusu, inyeksiya üçün su.
Təsviri
Şəffaf, rəngsiz və ya demək olar ki, rəngsiz, azacıq özlü mayedir.
Farmakoterapevtik qrupu
Qlaukomaəleyhinə preparatlar və miotiklər. Beta-adrenoblokatorlar. Timolol digər preparatlarla kombinasiyada. ATC kodu: S01ED51.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Dorzasopt qlaukomaəleyhinə kombinəolunmuş preparatdır. Dərman preparatının təsiri, görmə sinirinin zədələnməsi və görmə funksiyalarının qlaukomatoz pisləşməsi (görmə sahələrinin itməsi) patogenezində aparıcı risk faktoru olan, yüksəlmiş gözdaxili təzyiqin aşağı salınmasına yönəldilmişdir. Dorzolamid II-ci tip karboanhidrazanın selektiv inhibitorudur. Siliar cisimdə karboanhidrazanın inhibə olunması bikarbonat ionlarının əmələ gəlməsinin aşağı düşməsinə və daha sonra natriu-mun və mayenin daşınmasının ləngiməsinə səbəb olur ki, bu da gözdaxili mayenin sekresiyasının aşağı düşməsinə gətirib çıxarır. Akkomodasiyanın spazmına, mioza və hemeralopiyaya səbəb olmur. Timolol əhəmiyyət kəsb edən daxili simpatomimetik aktivliyi olmayan, miokarda birbaşa depressiv təsir göstərməyən və membranstabilləşdirici xüsusiyyətlərə malik olmayan, β – və β -1 2 adrenoreseptorların blokatorudur (qeyri-selektiv). Gözdaxili təzyiqin aşağı salınmasında timolo-lun dəqiq təsir mexanizminin müəyyən edilməməsinə baxmayaraq, bir sıra tədqiqatlar gözdaxili mayenin əmələ gəlməsinin aşağı düşməsini və həmçinin mayenin xaricə axınının bir qədər artmasını göstərmişdir. Farmakokinetikası Dorzolamid hidroxlorid Yerli istifadə edildikdə dorzolamid sistem qan dövranına daxil olur. Uzun müddət ərzində istifadə edildikdə, dorzolamid II-ci tip karboanhidraza ilə selektiv birləşmə nəticəsində eritrositlərdə toplanaraq, sərbəst preparatın qan plazmasında çox aşağı konsentrasiyalarını dəstəkləyir. Dorzolamidin metabolizmi nəticəsində yeganə N-desetil metabolit əmələ gəlir ki, bu da ilkin maddə ilə müqayisədə II-ci tip karboanhidrazanı daha aşağı dərəcədə blokadaya alır, lakin eyni zamanda I-ci tip karboanhidrazanı (daha aşağı aktivliyə malik izoferment) inhibə edir. Metabolit həmçinin eritrositlərdə toplanır və burada əsasən I-ci tip karboanhidraza fermenti ilə birləşir. Dorzolamidin təqribən 33 %-i qan plazmasının zülalları ilə birləşir. Dorzolamid orqanizmdən dəyişilməmiş halda və metabolit şəklində sidiklə xaric olunur. Preparatın istifadəsi dayandırıldıqdan sonra dorzolamid eritrositlərdən qeyri-xətti yuyulur ki, bu da əvvəl onun konsentrasiyasının sürətlə aşağı düşməsinə gətirib çıxarır, sonra isə eliminasiya zəifləyir. T təqribən 4 ay təşkil edir.1/2 Dorzolamidi, yerli istifadəsi zamanı sistem təsirini maksimal modelləşdirmək məqsədi ilə daxilə qəbul etdikdə, stabil vəziyyəti 13 həftədən sonra əldə etmək mümkün olmuşdur. Bu zaman qan plazmasında sərbəst preparat və ya onun metabolitləri faktiki aşkar edilməmişdir. Eritrositlərin karboanhidraza fermentinin inhibə olunması, böyrək və tənəffüs funksiyalarına farmakoloji effektin əldə edilməsi üçün kifayət etməmişdir. Dorzolamid hidroxloridi uzun müddət ərzində yerli istifadə etdikdə, oxşar farmakokinetik nəticələr müşahidə olunmuşdur. Bununla belə, böyrək çatışmazlığından əziyyət çəkən (kreatinin klirensi (KK) dəqiqədə 30-60 ml) bəzi yaşlı pasiyentlərin eritrositlərində metabolitin daha yüksək konsentrasiyaları aşkar edilmişdir, lakin bunun klinik əhəmiyyəti yoxdur. Timolol maleat Yerli istifadə edildikdə timolol maleat sistem qan dövranına daxil olur. Timololun qan plazmasında konsentrasiyası timolol maleatı 0,5 %-li göz damcısı şəklində sutkada 2 dəfə yerli istifadə etməklə, 6 pasiyentdə öyrənilmişdir. Səhər istifadə edildikdən sonra, maksimal konsentrasiyanın orta göstəricisi 0,46 nq/ml, günorta istifadə edildikdən sonra isə 0,35 nq/ml təşkil etmişdir. Göstərilən preparatların birlikdə təsiri terapevtik effektin daha çox şiddətlənməsinə gətirib çıxarır. Gözdaxili təzyiqin aşağı düşməsi instillyasiyadan 20 dəqiqə sonra baş verir, 2 saatdan sonra maksimal həddə çatır və ən azı 24 saat davam edir.
İstifadəsinə göstərişlər
– Yüksəlmiş gözdaxili təzyiq; – açıqbucaqlı qlaukoma; – psevdoeksfoliat qlaukoma.
Əks göstərişlər
– Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; – ağır böyrək çatışmazlığı (KK 30 ml/dəqiqədən az); – hiperxloremik asidoz; – sinus bradikardiyası; – II və III dərəcəli dərəcəli atrioventrikulyar blokada; – təzahürlü ürək çatışmazlığı; – kardiogen şok; – buynuz qişada distrofik proseslər; – bronxial astma (o cümlədən, anamnezdə); – ağciyərlərin ağır xroniki obstruktiv xəstəliyi; – burunun selikli qişasının ağır allergik iltihabı; – hamiləlik dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ürək-damar/respirator reaksiyalar Yerli istifadə olunan digər oftalmoloji preparatlar kimi, Dorzasopt preparatı sistem qan dövranına absorbsiya oluna bilər. Preparatın tərkibinə daxil olan timolol beta-adrenoblokator olduğu üçün, preparatın yerli istifadəsində beta-blokatorların sistem istifadəsi zamanı meydana çıxan ürək-damar, tənəffüs və digər əlavə reaksiyalara oxşar pozğunluqlar baş verə bilər. Yerli istifadə edildikdən sonra əlavə reaksiyaların tezliyi, sistem istifadədən sonra olan tezlikdən daha aşağıdır. Ürəkdə baş verən pozğunluqlar Ürək-damar xəstəliklərindən (məsələn, ürəyin işemik xəstəliyi, Prinsmetal stenokardiyası, ürək çatışmazlığı) və hipotoniyadan əziyyət çəkən pasiyentlərdə beta-adrenoblokatorlarla müalicəni kritik qiymətləndirmək və müalicənin, digər aktiv maddələrlə aparılmasının mümkünlüyünü nəzərdən keçirmək lazımdır. Ürək-damar xəstəliklərindən əziyyət çəkən pasiyentlər, bu xəstəliklərin əlamətlərinin pisləşməsinin baş verməməsi və əlavə reaksiyaların meydana çıxmaması üçün, diqqətli nəzarət altında olmalıdırlar. İmpulsun keçirilmə müddətinə mənfi təsiri nəzərə alaraq, ürəyin I-ci dərəcəli blokadası olan pasiyentlərə beta-adrenoblokatorları ehtiyatla təyin etmək lazımdır. Damarlarda baş verən pozğunluqlar Periferik qan dövranının ağır dərəcəli pozulması (Reyno xəstəliyinin ağır formaları və ya Reyno sindromu) olan pasiyentlərə preparatı ehtiyatla təyin etmək lazımdır. Tənəffüs sistemində baş verən pozğunluqlar Bəzi oftalmoloji beta-adrenoblokatorların istifadəsi fonunda bronxial astmadan əziyyət çəkən pasiyentlərdə ölümlə nəticələnən bronxospazm daxil olmaqla, respirator reaksiyalar barədə məlumatlar qeydə alınmışdır. Yüngül və orta dərəcəli AXOX-dan əziyyət çəkən pasiyentlərə Dorzasopt preparatını ehtiyatla və yalnız müalicənin ehtimal edilən faydası potensial riskdən yüksək olduğu halda təyin etmək olar. Qaraciyər funksiyalarının pozulması Qaraciyər çatışmazlığından əziyyət çəkən pasiyentlərdə Dorzasopt preparatının istifadəsinin öyrənilməsi istiqamətində tədqiqatlar aparılmayıb, bu səbəbdən belə pasiyentlərdə preparatı ehtiyatla istifadə etmək lazımdır. İmmunologuya və hipehəssaslıq Yerli istifadə olunan digər oftalmoloji preparatlar kimi, Dorzasopt preparatı sistem qan dövranına nüfuz edə bilər. Prepartın tərkibinə daxil olan dorzolamid sulfanilamiddir. Beləliklə, sulfanilamidlərin sistem istifadəsi zamanı aşkar edilən əlavə reaksiyalar (Stivens-Conson sindromu və toksik epidermal nekroliz), preparatın yerli istifadəsi zamanı müşahidə oluna bilər. Əlavə reaksiyaların əlamətləri meydana çıxdıqda, preparatın istifadəsini dayandırmaq lazımdır. Beta-adrenoblokatorlarla müalicə zamanı, anamnezdə müxtəlif allergenlərə qarşı ağır dərəcəli anafilaktik reaksiyalar və ya atopiya olan pasiyentlərdə, həmin allergenlərlə təkrar kontakt zamanı orqanizmin cavab reaksiyasının güclənməsi mümkündür. Bu qrup pasiyentlərdə, allergik reaksiyaların aradan qaldırılması üçün epinefrinin standart terapevtik dozalarda qəbulu, effektiv olmaya bilər. Birlikdə aparılan müalicə Sistem beta-adrenoblokatorlar qəbul edən pasiyentlər Dorzasopt preparatından istifadə etdikdə, preparatların həm beta-adrenoblokatorların məlum sistem effektləri ilə əlaqəli, həm də gözdaxili təzyiqin aşağı düşməsi ilə əlaqəli farmakoloji təsirinin qarşılıqlı güclənməsinin mümkünlüyünü nəzərə almaq vacibdir. Dorzasopt preparatını digər beta-adrenoblokatorlarla birlikdə istifadəsi tövsiyə olunmur. Dorzolamidi və karboanhidraza fermentinin peroral inhibitorlarını eyni zamanda istifadə etmək tövsiyə edilmir. Müalicənin dayandırılması Ürəyin işemik xəstəliyindən əziyyət çəkən pasiyentlərdə timololun yerli istifadəsinin dayandırılması tələb olunduqda, sistem beta-adrenoblokatorlarda olduğu kimi, preparatın istifadəsini tədricən dayandırmaq lazımdır. Beta-adrenoblokatorların əlavə effektləri Hipoqlikemiya/diabet Spontan hipoqlikemiyaya meylli pasiyentlərə və şəkərli diabetdən əziyyət çəkən (xüsusilə, şəkərli diabetin qeyri-sabit gedişində) pasiyentlərə beta-adrenoblokatorları ehtiyatla təyin etmək lazımdır, çünki beta-adrenoblokatorlar kəskin hipoqlikemiyanın əlamətlərini və simptomlarını maskalaya bilərlər. Beta-adrenoblokatorlar, həmçinin hipertireozun əlamətlərini maskalaya bilərlər. Beta- adrenoblokatorların istifadəsinin kəskin dayandırılması vəziyyətin pisləşməsini sürətləndirə bilər. Buynuz qişada baş verən pozğunluqar Oftalmologiyada istifadə olunan beta-adrenoblokatorlar gözlərdə quruluğun əmələ gəlməsinə səbəb ola bilər. Buynuz qişada pozğunluq olan pasiyentlərə preparatı ehtiyatla təyin etmək lazımdır. Cərrahiyədə anesteziya Beta-adrenoblokadayaalıcı oftalmoloji preparatlar beta-aqonistlərin, məsələn adrenalinin, sistem effektlərini tormozlaya bilərlər. Pasiyentin timolol qəbul etməsi barədə anestezioloqu məlumatlandırmaq lazımdır. Beta-adrenoblokatorların istifadəsi miasteniya simptomlarının güclənməsinə səbəb ola bilər. Sidik daşı xəstəliyi Karboanhidraza fermentinin sistem inhibitorlarının istifadəsi, xüsusilə anamnezində sidik daşı xəstəliyi olan pasiyentlərdə, turşu-qələvi tarazlığının pozulmasına gətirib çıxara bilər və urolitiaz ilə müşayiət oluna bilər. Dorzasopt preparatından istifadə etdikdə oxşar pozğunluqlar müşahidə olunmamışdır, urolitiaz barədə isə nadir hallarda xəbər verilmişdir. Dorzasopt preparatının tərkibinə yerli istifadə zamanı absorbsiya oluna bilən və sistem qan dövranına nüfuz edə bilən karboanhidraza fermenti daxil olduğu üçün, anamnezində sidik daşı xəstəliyi olan pasiyentlərin Dorzasopt preparatı ilə müalicəsi zamanı urolitiazın inkişaf etmə riski yüksələ bilər. Müxtəlif Kəskin bağlıbucaqlı qlaukomadan əziyyət çəkən pasiyentlərə, gözdaxili təzyiqi aşağı salan preparatlardan əlavə, digər terapevtik tədbirlərin aparılması tələb olunur. Kəskin bağlıbucaqlı qlaukomadan əziyyət çəkən pasiyentlərdə Dorzosopt preparatının təsirinin öyrənilməsi istiqamətində tədqiqatlar aparılmayıb. Buynuz qişada xroniki qüsurlar olan və/və ya gözdaxili cərrahi müdaxilələrə məruz qalan pasiyentlərdə dorzolamiddən istifədə etdikdə, buynuz qişanın ödemi və geri dönməyən dekompensasiyası müşahidə oluna bilər. Endotelial hüceyrələrin miqdarı aşağı olan pasiyentlərdə buynuz qişanın ödeminin inkişaf etmə riski yüksəkdir. Bu qrup pasiyentlərdə Dorzasopt preparatını ehtiyatla istifadə etmək lazımdır. Kontakt linzaların istifadə olunması Dorzasopt preparatının tərkibində benzalkonium xlorid konservantı vardır. Bu maddə gözlərin qıcıqlanmasının meydana çıxmasına səbəb ola bilər. Preparatdan istifadə etməzdən əvvəl linzaları çıxarmaq və onları preparatdan istifadə etdikdən ən azı 15 dəqiqə sonra, yenidənn istifadə etmək olar. Benzalkonium xlorid yumşaq kontakt linzaları rəngsizləşdirə bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Dorzasoptun digər dərman vasitələrilə qarşılıqlı təsiri barədə spesifik tədqiqatlar aparılmamışdır. Buna baxmayaraq, oftalmoloji məhlul olan timolol maleatın kalsium kanallarının sistem blokatorları, katexolamintükədən vasitələrin, beta-blokatorların, antiaritmik vasitələrin (amiodaron daxil olmaqla), üskükotu qlikozidləri, parasimpatomimetiklərlə, opioid analgetiklərlə və monoaminoksidaza (MAO) inhibitorları ilə eyni vaxtda istifadə etdikdə, hipotenziv effektin və/ya təzahürlü bradikardiyanın güclənməsi mümkündür. CYP2D6 inhibitorları (məsələn, xinidin və ya serotoninin geriyə tutulması selektiv inhibitorları) ilə timololun eyni vaxtda istifadəsi zamanı β-adrenoreseptorların (məsələn, ürək döyüntüsünün tezliyinin azalması, depresiya) sistem blokadası effekti barədə qeydlər edilmişdir. Dorzasopt preparatı ilə monoterapiya zamanı göz bəbəyi effekti minimal olmasına və ya heç olmamasına baxmayaraq, timolol maleatın adrenalinlə eyni vaxtda istifadəsi zamanı tək-tək hallarda midriazın inkişafı barədə qeydlər vardır. Sistem beta-adrenoblokatorlar diabetəleyhinə preparatların klonidinin istifadəsinin dayandırılması effekti səbəbindən, hipoqlikemik effektini və hipertenziyanıgücləndirə bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə preparatın istifadəsi əks göstərişdir. Laktasiya dövründə preparatdan istifadə etdikdə, ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır. Pediatriyada istifadəsi Uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə preparatın istifadəsinin effektivliyi və təhlükəsizliyi müəyyən edilməmişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın istifadəsi zamanı əlavə təsirlərin yaranması mümkündür. Bu səbəbdən nəqliyyat vasitələrini və diqqət konsentrasiyası və cəld psixomotr reaksiyalar tələb edən digər potensial təhlükəli mexanizmləri idarə etməkdən çəkinmək lazımdır.
İstifadə qaydası və dozası
Yalnız yerli istifadə üçün nəzərdə tutulub. Dorzasopt zədələnmiş gözün konyunktivial kisəsinə sutkada 2 dəfə 1 damcı təyin edilir. Müalicə müddətini pasiyentin klinik vəziyyətindən asılı olaraq, həkim müəyyən edir. Digər oftalmoloji vasitələrin eyni vaxtda istifadəsi zamanı hər instillyasiya arasında fasilə 10 dəqiqədən az olmamalıdır. Preparatı damızdırdıqdan sonra göz qapaqlarının 2 dəqiqəlik okklyuziyası zamanı onun sistem absorbsiyasının azalması baş verir ki, bu da, yerli təsirin güclənməsinə səbəb olur. Damcısalanın hər hansı səthə toxunmasından çəkinmək lazımdır, belə ki, bu, flakonun içərisindəki məhlulun mikrobla çirklənməsinin qarşısını alır. Digər oftalmoloji preparatla müalicədən Dorzasopta keçildiyi zaman həmin preparat adi gundəlik dozadan sonra təxirə salınır və ertəsi gün Dorzasoptla müalicəyə başlanılır.
Əlavə təsirləri
Klinik tədqiqatlarda, məhz bu kombinasiyaya məxsus əlavə təsirlər qeyd edilməmişdir. Baş verən əlavə təsirlər dorzolamidin və ya timolol maleatın artıq məlum əlavə təsirlərilə məhdudlaşmışdır. Ümumilikdə preparatın sistem əlavə təsirləri zəif təzahür etmiş və preparatdan istifadənin dayandırılmasına səbəb olmamışdır. Qeydiyyatdan sonrakı dövrdə aşağıdakı əlavə təsirlər qeyd edilmişdir: təngnəfəslik, tənəffüs çatışmazlığı, kontakt dermatit, bradikardiya, atrioventrikulyar blokada, gözün xorioidal təbəqəsinin laylanması, ürəkbulanma, Stivens-Conson sindromu və toksik epidermal nekroliz. Buynuz qişanın xroniki qüsuru və/ya gözdaxili cərrahi əməliyyat keçirən pasi- Yentlərdə ödem və buynuz qişanın geridönməyən dağılması qeyd edilmişdir. Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); məlum deyil (əldə olan məlumatlar əsasında tezliyi qiymətləndirmək mümkün deyil). Dorzasopt preparatının aşağıdakı əlavə təsirləri mümkündür: İmmun sistemdə baş verən pozğunluqlar: nadir hallarda – sistem allergik reaksiyala- rın simptomları, o cümləfən, angionevrotik ödem, övrə, qaşınma, səpgi, anafilaksiya. Görmə orqanında baş verən pozğunluqlar: çox tez-tez – gözlərdə yanma və sancma; tez-tez – konyunktivanın inyeksiyası, qeyri-aydın görmə, buynuz qişanın eroziyası, gözdə qaşınma, gözsulanma. Tənəffüs sistemi, döş qəfəsi və divararalığı orqanlarında baş verən pozğunluqlar: tez-tez – sinusit; nadir hallarda – təngnəfəslik, tənəffüs çatışmazlığı, bronxospazm. Mədə-bağırsaq sistemində baş verən pozğunluqlar: çox tez-tez – disgevziya. Dəri və dərialtı toxumada baş verən pozğunluqlar: nadir hallarda – kontakt dermatit, Stivens- Conson sindromu, toksik epidermal nekroliz. Böyrəklər və sidikçıxarıcı yollarda baş verən pozğunluqlar: bəzən – böyrəkdaşı xəstəliyi. Preparatın komponentlərinin aşağıdakı əlavə təsirləri mümkündür: dorzolamid hidroxlorid: Sinir sistemndə baş verən pozğunluqlar: tez-tez – başağrı, nadir hallarda – başgicəllənmə, paresteziya. Görmə orqannda baş verən pozğunluqlar: tez-tez – göz qapaqlarının qıcıqlanması, göz qapaqlarının iltihabı; bəzən – iridosiklit; nadir hallarda – qıcıqlanma, o cümlədən, qızartı, göz qapaqlarında ağrı və qabıqlanma, tranzitor miopiya (preparat istifadəsi dayandırıldıqdan sonra keçir), buynuz qişanın ödemi, gözlərdə hipotoniya, gözün xorioidal təbəqəsinin laylanması (antiqlaukomatoz əməliyyatlardan sonra). Tənəffüs sistemi, döş qəfəsi və divararalığı orqanlarında baş verən pozğunluqlar: nadir hallarda – burun qanaxmaları. Mədə-bağırsaq sistemində baş verən pozğunluqlar: tez-tez – ürəkbulanma; nadir hallarda – boğazın qıcıqlanması, ağızda quruluq. Dəri və dərialtı toxumada baş verən pozğunluqlar: nadir hallarda – səpgi. Yeridilmə nahiyəsində ümumi pozğunluqlar: tez-tez – asteniya/yorğunluq. Timolol maleat İmmun sistemdə baş verən pozğunluqlar: nadir hallarda – sistem allergik reaksiyaların simptomları, angionevrotik ödem, övrə, lokalizasiyalı və yayılmış səpgi, anafilaksiya daxil olmaqla; məlum deyil – qaşınma. Maddələr mübadiləsndəi və qidalanmada baş verən pozğunluqlar: məlum deyil – hipoqlikemiya. Psixikada baş verən pozğunluqlar: bəzən – depressiya; nadir hallarda – yuxusuzluq, qorxulu yuxular, yaddaşın itməsi. Sinir sistemində baş verən pozğunluqlar: tez-tez – başağrı; bəzən – başgicəllənmə, sinkope; nadir hallarda – paresteziya, miasteniya simoptomlarının inkişafı, libidonun azalması, beyin qan dövranının pozulması, serebral işemiya. Görmə orqanında baş verən pozğunluqlar: tez-tez – gözün selikli qişasının kliniki təzahürləri və qıcıqlanması, blefarit, keratit, buynuz qişanın həssaslığının azalması və gözlərdə quruluq daxil olmaqla; bəzən – görmənin pozulması, gözün sınma qabiliyyətinin dəyişməsi daxil olmaqla (miotiklərin istifadəsinin dayandırılıması səbəbinə görə); nadir hallarda – ptoz, diplopiya, antiqlaukomatoz əməliyyatdan sonra gözün xorioidal təbəqəsinin laylanması; məlum deyil – qaşınma, gözün sulanması, qızartı, qeyri-aydın görmə, buynuz qişanın eroziyası. Eşitmə orqanında və labirintdə baş verən pozğunluqlar: nadir hallarda – qulaqlarda küy. Ürəkdə baş verən pozğunluqlar: bəzən – bradikardiya; nadir hallarda – sinədə ağrı, ürəkdöyünmə hissiyyatı, ödem, aritmiya, durğun ürək çatışmazlığı, ürəyin dayanması, ürəyin blokadası; məlum deyil – atrioventrikulyar blokada, ürək çatışmazlığı. Damarlada baş verən pozğunluqlar: nadir hallarda – hipotenziya, mikrosirkulyator pozğunluqlar, Reyno sindromu, əllərin və ayaqların temperaturunun enməsi. Tənəffüs sistemi, döş qəfəsi və divararalığı orqanlarında baş verən pozğunluqlar: bəzən – dispnoe; nadir hallarda – bronxospazm (əsasən, bronxo-obstruktiv patologiya keçirmiş pasiyentlərdə), tənəffüsün pozulması, öskürək. Mədə-bağırsaq sistemində baş verən pozğunluqlar: bəzən – ürəkbulanma, dispepsiya; nadir hallarda – diareya, aöızda quruluq; məlum deyil – disgevziya, qarın nahiyəsində ağrı, qusma. Dəri və dərialtı toxumada baş verən pozğunluqlar: nadir hallarda – alopesiya, psoriazabənzər səpgi və ya psoriazın kəskinləşməsi; məlum deyil – dəri səpgisi. Skelet-əzələ sistemində və birləşdirici toxumada baş verən pozğunluqlar: nadir hallarda – sistem qırmızı qurdeşənəyi; məlum deyil – mialgiya. Cinsiyyət orqanlarında və süd vəziləri ndə baş verən pozğunluqlar: nadir hallarda – Peyroni xəstəliyi, libidonun azalması; məlum deyil – cinsi disfunksiya. Yeridilmə nahiyəsində ümumi pozğunluqlar: bəzən – asteniya/yorğunluq.
Doza həddinin aşılması
Dorzaprostun təsadüfən və ya bilərəkdən doza həddinin aşılması halları barədə məlumat yoxdur. Simptomları Timolol maleatın göz damcısı formasında bilməyərəkdən doza həddinin aşılması zamanı sistem istifadə üçün β-adrenoblokatorların doza həddinin aşılması ilə əlaqədar olan sistem effektlərin yaranması qeyd edilmişdir: başgicəllənmə, başağrı, təngnəfəslik, bradikardiya, bronxospazm, ürəyin dayanması. Preparatın doza həddinin açılması zamanı daha çox gözlənilən simptomlar elektrolit balansının pozulması, asidozun inkişafı, mərkəzi sinir sistemində baş verə bilən mümkün əlavə təsirlərdir. Dorzalamid hidroxloridlə təsadüfən və ya bilərəkdən doza həddinin aşılması barədə məhdud məlumat vardır. Daxilə qəbulu zamanı yuxululuq verməsi barədə məlumat vardır. Yerli istifadədən sonra aşağıdakı hallar qeyd edilmişdir: ürəkbulanma, başgicəllənmə, başağrı, yuxunun pozulması, disfagiya. Müalicəsi Simptomatik və dəstəkləyici müalicə aparmaq lazımdır. Elektrolitlərin səviyyəsini və qan plazmasının pH-nı nəzarət etmək lazımdır. Tədqiqatlarda, eləcə də, göstərilmişdir ki, dializ zamanı timolol xaric olmur.
Buraxılış forması
5 ml göz damcısı, ağ polietilen tıxaclı-damcısalanı, ağ fırlanan qoruyucu qapaqlı, qoruyucu halqa ilə təchiz edilmiş ağ polietilen flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 С-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Flakon açıldıqdan sonra 28 gün ərzində istifadə edilməlidir.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
World Medicine İlaç San. ve Tic. А.Ş., Turkey. 15 Temmuz Mah. Cami Yolu Cad. No: 50 Güneşli Bağcılar / İstanbul.
Qeydiyyat vəsiqəsinin sahibi
World Medicine İlaç San. ve Tic. А.Ş., Turkey. 15 Temmuz Mah. Cami Yolu Cad. No: 50 Güneşli Bağcılar / İstanbul.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.