Dropleks 15 ml göz damcısı

Təsiredici maddə: PHENAZONE + LIDOCAINE HCL
Təsiredici maddəPHENAZONE + LIDOCAINE HCL
Dərman formasıDamcı
Farmakoloji təsirQulaq xəstəliklərinin müalicəsi üçün iltihabəleyhinə və yerlianesteziyaedici təsirli kombinəolunmuş preparatlar
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

7,97 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

DROPLEKS qulaq damcısı, 4 %-li fenazon və 1 %-li lidokain hidroxlorid məhlulu Beynəlxalq patentləşdirilməmiş adı: Phenazone, Lidocaine hydrochloride

Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 45,52 mq fenazon, 11,38 mq lidokain hidroxlorid vardır. Köməkçi maddələr: natrium tiosulfat, 96 %-li etanol, təmizlənmiş su, natrium hidroksid, qliserin.

Təsviri

Şəffaf, rəngsiz və ya azca qəhvəyi-sarı rəngə çalan məhlul.

Farmakoterapevtik qrupu

Qulaq xəstəliklərinin müalicəsi üçün iltihabəleyhinə və yerlianesteziyaedici təsirli kombinəolunmuş preparatlar. ATC kodu: S02DA30.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Dropleks yerli istifadə üçün kombinəolunmuş preparatdır. Yerlianesteziyaedici və iltihabəleyhinə təsir göstərir. Preparatın təsiri onun tərkibinə daxil olan aktiv komponentlər olan fenazon və lidokain hidroxloridlə əlaqədardır. Fenazon analgetik və antipiretik olub, iltihabəleyhinə və ağrıkəsici təsirə malikdir. Lidokain hidroxlorid yerli anestetikdir. Fenazonla lidokain hidroxloridin kombinasiyası anesteziyanın daha tez yaranmasına səbəb olur, eləcə də onun intensivliyini və davamlılığını yüksəldir. Farmakokinetikası Təsiredici maddələr təbil zarı zədələnmədiyi halda sistem qan dövranına sorulmur.

İstifadəsinə göstərişlər

Preparat böyüklərdə və uşaqlarda (yenidoğulmuşlar daxil olmaqla) yerli simptomatik müalicə və ağrıkəsici kimi aşağıdakı xəstəliklərdə istifadə olunur: – kəskin orta otit; – qripdən sonra ağırlaşmış otit; – barotravmatik otit; – posttravmatik otit.

Əks göstərişlər

– Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; – təbil zarının perforasiyası.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparatı istifadə etməzdən əvvəl təbil zarının tamlığına əmin olmaq lazımdır. Təbil zarının perforiyası zamanı preparat istifadə edildikdə aktiv maddələr sistem qan dövranına nüfuz edə bilər ki, bu da ağırlaşmalara səbəb ola bilər. Dropleks digər qulaq damcıları ilə eyni vaxtda istifadə edildikdə damızdırma arasındakı interval minimum 30 dəqiqə təşkil etməlidir. Preparatın tərkibində aktiv komponent olduğu üçün o, dopinq nəzarəti zamanı müsbət test göstərə bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Preparatı analgetiklər və iltihabəleyhinə preparatlarla, yerli və sistem istifadə üçün antiseptiklərlə, antibiotiklərlə birlikdə istifadəsi etdikdə mənfi qarşılıqlı təsir müşahidə olunmamışdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Təbil zarı zədələnmədiyi halda preparatı hamiləlik və laktasiya dövründə istifadə etmək olar. Pediatriyada istifadəsi Preparat pediatrik praktikada istifadə oluna bilər.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Dropleks nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliy-yətinə təsir etmir.

İstifadə qaydası və dozası

Yalnız yerli istifadə üçün. Preparatı xarici qulaq keçəcəyinə 3-4 damcı olmaqla gündə 2-3 dəfə damızdırmaq lazımdır. Soyuq məhlulun qulaq seyvanına toxunmaması üçün istifadədən əvvəl flakon ovucun içəricində isidilir. Dropleksin istifadə müddəti 10 gündən çox olmamalıdır, bundan sonra təyin olunmuş dozaya düzəliş edilməlidir.

Əlavə təsirləri

Preparat adətən orqanizm tərəfindən yaxşı qəbul edilir. Nadir hallarda preparata qarşı yüksək həssaslıqla əlaqədar simptomlar meydana çıxa bilər.

Doza həddinin aşılması

Doza həddinin aşılması barədə məlumat yoxdur.

Buraxılış forması

15 ml məhlul damcısalanı olan tıxacla və qoruyucu fırlanan qapaqlı və qoruyucu halqası olan plastik flakonda. 1 flakon içlik vərəqə ilə birlidə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25 С-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Flakonun ağzı açıldıqdan sonra 28 gün ərzində istifadə olunmalıdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstesalçı World Medicine İlaç San. ve Tic. А.Ş., Turkey. 15 Temmuz Mah. Cami Yolu Cad. No: 50 Güneşli Bağcılar/İstanbul.

Qeydiyyat vəsiqəsinin sahibi

World Medicine İlaç San. ve Tic. А.Ş., Turkey. 15 Temmuz Mah. Cami Yolu Cad. No: 50 Güneşli Bağcılar/İstanbul.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Dropleks 15 ml göz damcısı” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar