Diprosalik 30 q məlhəm

Təsiredici maddə: BETAMETHASONE DIPROPIONATE + SALICYLIC ACID
Təsiredici maddəBETAMETHASONE DIPROPIONATE + SALICYLIC ACID
Dərman formasıMəlhəm
Farmakoloji təsirDermatologiyada istifadə üçün kortikosteroidlər. Digər preparatlarla kombinasiyada kortikoste- roidlər
İstehsal ölkəsiBelçika

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

12,56 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

DİPROSALİK məlhəm Beynəlxalq patentləşdirilməmiş adı: Betamethasone + Salicylic acid.

Tərkibi

Təsiredici maddə: 1q məlhəmin tərkibində 0,5 mq betametazon (dipropionat şəklində), 30 mq salisil turşusu vardır. Köməkçi maddələr: duru parafin, ağ yumşaq parafin.

Təsviri

Homogen, yumşaq konsistensiyalı, praktiki olaraq ağ rəngli, əlavə qarışıqlarsız məlhəmdir.

Farmakoterapevtik qrupu

Dermatologiyada istifadə üçün kortikosteroidlər. Digər preparatlarla kombinasiyada kortikoste- roidlər. ATC kodu: D07XC01.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Betametazon dipropionat Dipropionat şəklində betametazon iltihabəleyhinə, qaşınmaəleyhinə və damardaraldıcı təsirə malik güclü təsir göstərən kortikosteroiddir (təsir sinfi III). Buna baxmayaraq, kortikosteroidlərlə yerli müalicə etiotrop deyil; müalicənin ləğv olunmasından sonra xəstəliyin residivi mümkündür. Salisil turşusu Salisil turşusu keratolitik xüsusiyyətləri nəticəsində betametazon dipropionat üçün dərinin dərin qatlarını əlçatan edir və onun sorulmasını artırır. Farmakokinetikası Diprosalik preparatının farmakokinetikası barədə məlumat yoxdur. Dəri vasitəsilə absorbsiyasının göstəriciləri kortikosteroidlərin yerli istifadəsi zamanı bədən nahiyəsindən, dəri örtüklərinin vəziyyətindən, dərman formasından, xəstənin yaşından və istifadə üsulundan asılıdır. Normal şəraitdə yerli istifadə zamanı sistem qan dövranına betametazonun yalnız bir hissəsi daxil olur. Qeyd etmək lazımdır ki, dərman vasitəsinin tərkibində olan salisil turşusu kortikosteroidin sorulmasını və dəri vasitəsilə absorbsiyasını gücləndirir. Salisil turşusunun dəri vasitəsilə absorbsiyası dərinin vəziyyətindən asılıdır. Bundan əlavə, dəri vasitəsilə absorbsiya dərinin iltihabı və eroziv dəyişiklikləri ilə bağlı dermatozlar və ya psoriatik eritrodermiya zamanı artır. Salisil turşusunun metabolizmi qaraciyərdə baş verir. Dozaların normal diapazonunda yarımxaricol- ma dövrü 2-3 saat təşkil edir.

İstifadəsinə göstərişlər

Kortikosteroidlərlə müalicəyə həssas olan aşağıda göstərilən quru və hiperkeratik dermatozların iltihabı simptomlarını azaltmaq üçün: psoriaz, xroniki atopik dermatit, neyrodermit (xroniki sadə dəmrov), yastı dəmrov, ekzema (pullu ekzema, əllərin ekzeması, ekzematoz dermatit), dishidroz (“vodyanka”), başın tüklü hissəsinin seboreyalı dermatiti, adi ixtioz və digər ixtioz halları.

Əks göstərişlər

• Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq. • Bakterial, virus (herpes, suçiçəyi, kəmərləyici dəmrov, kontagioz mollusk) və ya göbələk mənşəli dəri infeksiyaları; vərəm, sifilis, postvaksin dəri reaksiyaları. • Vulqar civzələr, akne, rozasea, perioral dermatit. Preparat yaralar, xoralar və selikli qişalarla kontaktda olmamalıdır. Diprosalik preparatı oftalmologiyada, göz ətrafında və okklüziv sarğı altında istifadə olunmamalıdır.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Əgər preparatdan istifadə fonunda dərinin qıcıqlanması və ya yüksək həssaslıq əmələ gələrsə, müalicə ləğv olunmalıdır. İnfeksiya əmələ gəldiyi halda müvafiq müalicə təyin edilməlidir. Sistem kortikosteroidlər üçün xas olan əlavə effektlər, o cümlədən böyrəküstü vəzilərin qabıq maddəsinin funksiyasının zəifləməsi, yerli kortikosteroidlərin həddindən çox və uzunmüddətli istifadəsi zamanı da, xüsusilə pediatrik praktikada qeyd oluna bilər. Yerli kortikosteroidlərin və salisil turşusunun sistem absorbsiyası dərinin geniş sahələrinin müalicəsi zamanı, həmçinin okklüziv sarğılar istifadə etdikdə artır. Salisil turşusunun açıq yaralara və zədələnmiş dəri üzərinə yaxılmasından çəkinmək lazımdır. Bu ehtiyat tədbirlərinə uzunmüddətli istifadə zamanı da riayət etmək lazımdır, xüsusilə uşaqların müalicəsində. Dərinin qıcıqlanması, o cümlədən dərinin həddindən artıq quruluğu əmələ gəldiyi halda preparatın istifadəsi ləğv olunmalıdır. Fasiləsiz istifadənin müddəti mümkün olduqca 2-3 həftədən çox olmamalıdır. Çox güclü, güclü və orta dərəcəli təsiri olan kortikosteroidlər üz və genital nahiyədə 1 həftədən çox olmadan xüsusi ehtiyatla istifadə edilməlidir. Gözətrafı nahiyədə yalnız zəif təsirli kortikosteroidlər istifadə oluna bilər (qlaukomanın əmələ gəlməsi riskinə görə). Kortikosteroidlər preparatın komponentlərinə qarşı allergik dəri reaksiyasının simptomalarını gizlədə bilər. Xəstəyə xəbərdarlıq etmək lazımdır ki, preparatı yalnız mövcud olan xəstəliyin müalicəsi üçün istifadə etmək lazımdır və digər şəxslərə preparatı vermək olmaz. Sistem və yerli təsirli kortikosteroidlərdən istifadə etdikdə (intranazal, inhalyasion və gözdaxili isti- fadələr daxil olmaqla) görmənin pozulmaları əmələ gələ bilər. Əgər görmənin aydın olmaması kimi və ya görmə funksiyası ilə bağlı digər simptomlar əmələ gələrsə, görmənin pozulmasının (məsələn, katarakta, qlaukoma və ya mərkəzi seroz xorioretinopatiya kimi nadir xəstəliklər) ehtimal olunan səbəblərini qiymətləndirmək üçün xəstə oftalmoloqda müayinə olunmalıdır. Bu pozulmalar barədə sistem və yerli təsirli kortikosteroidlərdən istifadə etdikdən sonra məlumat verilmişdir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Salisil turşusu lokal istifadə edilən digər dərman vasitələrinin absorbsiyasını gücləndirə bilər. Buna görə emal olmuş dəri sahələrinin üzərinə digər dərman vasitələrini və ya kosmetik vasitələri eyni zamanda yaxmaq olmaz.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamilə qadınlarda yerli kortikosteroidlərin istifadəsinin təhlükəsizliyi təsdiq olunmayıb, buna görə bu qrup xəstələrə hamiləlik dövründə preparatı yalnız qadınlar üçün potensial dəyəri döl üçün poten- sial riskdən üstün olduğu zaman istifadə etmək mümkündür. Hamiləlik zamanı bu qrup preparatları yüksək dozalarda və uzun müddət ərzində istifadə etmək olmaz. Kortikosteroidlərin yerli istifadəsi zamanı sistem absorbsiya vasitəsilə onların ana südü ilə xaric olunması məlum deyil. Anada preparatın istifadəsinə ehtiyacı nəzərə alaraq ana südü ilə qidalan- dırmanın dayandırılması və ya preparatın ləğv olunması barədə qərar qəbul edilməlidir. Pediatriyada istifadəsi Uşaqlarda böyüklərə nisbətən hipotalamo-hipofizar-adrenal sistemin zəifləmə əlamətlərinin əmələ gəlməsi və yerli kortikosteroidlərin təsiri nəticəsində xarici kortikosteroid effektlərin meydana çıxması daha çox mümkündür. Bu, uşaqlarda bədən səthi sahəsinin bədən kütləsinə nisbətinin daha böyük olması nəticəsində yüksək absorbsiya ilə əlaqədardır. Topik kortikosteroidlərlə müalicə alan uşaqlarda hipotalamo-hipofizar-adrenal sistemin funksiyasının zəifləməsi, Kuşinq sindromu, boy- atmanın xətti ləngiməsi, bədən kütləsinin artmasında geriqalma, kəllədaxili təzyiqin yüksəlməsi müşahidə oluna bilər. Uşaqlarda adrenal supressiyanın təzahürləri: qan plazmasında kortizolun aşağı səviyyəsi və AKTH stimulyasiyaya qarşı cavabın olmaması. Kəllədaxili təzyiqin yüksəlməsi əmgəyin şişməsi, baş ağrısı, göz sinirinin disklərinin bilateral ödemi ilə təzahür edir.

İstifadə qaydası və dozası

Böyüklərə və uşaqlara məlhəm dərinin zədələnmiş nahiyələrini tam örtməklə, gündə 2 dəfə (səhər və axşam) nazik layla yaxılır. Bəzi xəstələrdə kafi effekt preparatın istifadə tezliyi daha az olduqda da baş verir. Müalicənin davametmə müddəti xəstəliyin ağırlığına və gedişinə görə müəyyən edilir. Maksimal sutkalıq doza simptomlara nəzarət etməyə imkan verən ən kiçik dozaya qədər tədricən azaldılmalıdır.

Əlavə təsirləri

Aşağıdaki yerli əlavə reaksiyalar lokal istifadə edilən kortikosteroidlər üçün xarakterikdir, buna görə Diprosalik preparatın istifadəsi zamanı da onların meydana çıxması mümkündür. Arzuolunmaz effektlərin başvermə tezliyini qeyd etmək mümkün olmur, çünki belə hallar yalnız preparatın bazara çıxmasından sonra qeydə alınmışdır. Müalicənin əvvəlində • İmmun sistemə: hiperhəssaslıq reaksiyaları. • Dəri: dəridə qıcıqlanma, yandırma, dəridə qaşınma, quruluq. Daha uzunmüddətli istifadə zamanı • Dəri: dərinin atrofiyası, teleangioektaziyalar, dəri hemorragiyaları, striyalar, akne, rozaseayabənzər (perioral) dermatit. Geniş sahələrin üzərində və/və ya okklüziv sarğı altında uzunmüddətli istifadə zamanı • İnfeksiyalar: infeksiyalar • Endokrin sistemə: endogen kortikosteroidlərin sintezinin zəifləməsi, ödemlərlə İtsenko- Kuşinq sindromu. • Maddələr mübadiləsi: şəkərli diabet (əvvəllər gizli formanın təzahür edilməsi). • Dəri: striyalar. • Əzələ-skelet sisteminə: osteoporoz, boyatmanın ləngiməsi (uşaqlarda). • Ümumi pozulmalar və yeridilən nahiyədə baş verən pozulmalar: ödemlər. Yerli kortikosteroidlərdən istifadə etdikdə sistem əlavə təsirlər barədə məlumat verilmişdir, məsələn, görmənin aydın olmaması. Sadalanan əlavə reaksiyalar əmələ gələrsə, həmçinin bu içlik-vərəqədə qeyd olunmayan əlavə effektlər meydana çıxarsa, həkimə müraciət etmək lazımdır.

Doza həddinin aşılması

Simptomları Yerli kortikosteroidlərin həddindən artıq və ya uzunmüddətli istifadəsi hipofiz-böyrəküstü sisteminin funksiyasının zəifləməsinə gətirə bilər, bu isə ikinci böyrəküstü çatışmazlığı və Kuşinq xəstəliyi daxil olmaqla hiperkortisizm simltomlarının yaranmasına səbəb ola bilər. Tərkibində salisil turşusu olan topik preparatların həddindən artıq və ya uzunmüddətli istifadəsi salisilizm simptomlarının əmələ gəlməsinə gətirə bilər. Müalicəsi Müvafiq simptomatik müalicə göstərilir. Hiperkortisizmin kəskin simptomları adətən dönəndir. Ehtiyac olduqda elektrolit disbalansına düzəliş tələb edilir. Xroniki toksik təsiri zamanı kortikosteroidlərin tədricən ləğv olunması tövsiyə edilir. Salisilizmin müalicəsi simptomatikdir. Orqanizmdən salisilatların tez xaric olunması üçün tədbirlər görülür. Diurezin qücləndirilməsi və sidiyin qələviləşdirilməsi üçün peroral natrium hidrokarbonat istifadə edilir.

Buraxılış forması

30 q məlhəm, tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25º C-dən yüksək olmayan temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Schering-Plough Labo N.V., Belgium. Ünvan Industriepark 30, Heist-op-den-Berg, 2220, Belgium.

Qeydiyyat vəsiqəsinin sahibi

Organon Central East GmbH, Weystrasse 20, 6006 Luzern, Switzerland.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Diprosalik 30 q məlhəm” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar