Dimeks 125 ml sirop
| Təsiredici maddə | DIPHENHYDRAMINE + AMMONIUM CHLORIDE |
|---|---|
| Dərman forması | Sirop |
| Farmakoloji təsir | Sistem istifadə üçün digər antihistamin preparatlar |
| İstehsal ölkəsi | Bolqarıstan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
7,48 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
DİMEKS 9,96 mq/5 ml + 99,6 mq/5 ml şərbət Beynəlxalq patentləşdirilməmiş adı: Diphenhydramine hydrochloride + Ammonium chloride.
Tərkibi
Təsiredici maddələr: 5 ml şərbətin tərkibinə 9,96 mq difenhidramin hidroxlorid, 99,6 mq ammonium xlorid vardır. Köməkçi maddələr: etanol (96%), saxaroza, benzoy turşusu, sorbin turşusu, levomentol, natrium sitrat, limon turşusu monohidrat (susuz limon turşusu), qliserol, “moruq” ətirləndiricisi, təmizlənmiş su.
Təsviri
Dimeks açıq sarıdan qəhvəyi sarı rəngə qədər, spesifik moruq iyinə, şirin dada malik məhluldur.
Farmakoterapevtik qrupu
Sistem istifadə üçün digər antihistamin preparatlar. ATC kodu: R06AA52.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Təsir mexanizmi Difenhidramin hidroxlorid güclü təsirli antixolinergik və sedativ aktivliyə malik antihistamindir. Effektor orqanlarının hüceyrə membranlarındakı H -histamin reseptorlarını blokada edir. Ammonium1 xlorid sekretor fəaliyyət göstərir. Farmakodinamik təsirlər Difenhidramin hidroxloridin antixolinergik təsiri bronxial sekresiyanın azalmasına və bronxolitik təsirə səbəb olur. Ammonium xlorid tənəffüs epitelinin kirpiklərinin hərəkətini stimullaşdırır, bronxları genişləndirir, bununla da bronxial sekresiyaların xaric olmasını asanlaşdırır. Klinik effektivlik və təhlükəsizlik Dimeks – kombinəolunmuş dərman vasitəsidir, güclü öskürəkəleyhinə təsitə malik olan, xüsusilə qıcıqlandırıcı və spastik öskürək üçün effektivdir. Farmakokinetikası Sorulması Daxilə qəbul etdikdən sonra difenhidramin hidroxlorid orta hesabla 65%-i mədə-bağırsaq traktından sorulur. Difenhidraminin təsiri oral tətbiqdən təxminən 1 saat sonra və 4-6 saat arasında davam edir. Ammonium xlorid bağırsaqda 3-6 saat ərzində tamamilə sorulur. Paylanması Maksimum plazma konsentrasiyalarına (81 ilə 159 ng/ml) 100 mq difenhidramin hidroxloridin birdəfəlik dozasının qəbulundan 2-4 saatdan sonra əldə olunur. O, qan plazmasının zülalları ilə % 76- 85 arasında birləşir. Bədənin bütün toxumalarında yayılır. Metabolizmi Difenhidramin təxminən 50%-i qaraciyərdə metabolizə olunur. Qaraciyərdən “ilk keçid” zamanı əhəmiyyətli dərəcədə metabolizmə uğrayır. Uzun müddət istifadə zamanı öz şəxsi metabolizminə səbəb ola bilər. Eliminasiyası Difenhidramin dəyişilməmiş şəkildə metabolitlər şəklində sidiklə xaric olur. Metabolitlər metabolizə olunmayan hissədən daha yavaş sərbəst buraxılır. Təxminən 50-65% difenilmetan törəmələri kimi sidikdə müəyyən olunur. Difenhidraminin yarımxaricolma dövrü təqribən 2,4-9,3 saat təşkil edir.
İstifadəsinə göstərişlər
Dimeks şərbət kombinəolunmuş dərman vasitəsidir və güclü öskürəkəleyhinə təsirə malikdir. Preparatdan tənəffüs yollarının iltihabı xəstəlikləri zamanı qıcıqlandırıcı və spastik öskürəyin simptomatik müalicəsi üçün istifadə olunur.
Əks göstərişlər
− Preparatın təsiredici və ya köməkçi maddələrinə qarşı hiperhəssaslıq; − Kəskin astmatik tutmalar; − Yüksək gözdaxili təzyiq; − Prostat vəzinin böyüməsi; − Sidikçıxarıcı yolların daralması; − Stenozlaşmış peptik xora; − Ağır böyrək və qaraciyər pozğunluqları; − Metabolik alkoloz (xloridlərin azalması zamanı baş verir) − Hamiləlik və laktasiya dövrü − 6 yaşdan aşağı uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
− Əgər Sizdə bronxial astma varsa. − Əgər yaşınız 65-dən yuxarıdırsa. Yaşlı xəstələrdə bu dərman vasitəsi başgicəllənmə, yuxuya meyillilik və hipotenziya (arterial təzyigin düşməsinə) törədə bilər. − Azyaşlı uşaqların müalicəsi üçün təyin edilən dozalara ciddi riayət etmək lazımdır. − Bu içlik vərəqədə göstərilən dozanın artırılması zamanı və hiperhəssas insanlarda və uşaqlarda antihistamin (allergiyaəleyhinə dərman vasitələri) preparatlar hallüsinasiyalar, qıcolmalar, oyanıqlıq yarada bilər. − Dimeks şərbətinin tərkibində 7,68 %-i etanol vardır, belə ki, 5 ml şərbətin tərkibində 0,384 ml (312 mq) alkoqol vardır ki, o da 62,4 mq/ml ekvivalentdir. Bu dərman vasitəsinin 5 ml olan dozası 7,8 ml pivə və ya 3,2 ml çaxırın miqdarına ekvivalentdir. Bu dərmanın tərkibindəki alkoqolun miqdarının böyüklərə və yeniyetmələrə təsiri azdır, uşaqlara təsiri nəzərə çarpmayandır, balaca uşaqlarda isə yuxululuq yarana bilər Bu dərmanın tərkibindəki spirt digər dərmanların təsirini poza bilər. Əgər Siz başqa dərmanlar qəbul edirsinizsə, həkiminizlə və ya əczaçınızla məsləhətləşin. Əgər Sizdə alkoqol asılılığı müşahidə olunursa, bu dərmanı qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçınızla məsləhətləşin. − Dimeksin tərkibində saxaroza vardır. Əgər həkiminiz Sizi bəzi şəkər növlərinə qarşı dözümsüzlüyünüzün olması barədə xəbərdar edibsə, bu preparatı qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşməniz tövsiyə olunur
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əgər Siz hal-hazırda və ya yaxın vaxtlarda digər dərman maddələri (o cümlədən reseptsiz buraxılan) istifadə etmisinizsə həkiminizə və ya əczaçıya məlumat verməyiniz xahiş olunur. − Depressiyanın müalicəsində istifadə olunan dərman vasitələri − yuxugətirici dərmanlar − gərginliyi azaldan, sakitləşdirici müalicə preparatları − ürək-damar xəstəliklərinin müalicəsində istifadə olunan dərman vasitələri (metoprolol) − atropin.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Əgər Siz hamiləsinizsə və ya hamilə olduğunuzu düşünürsünüzsə və ya südəmər uşağınız varsa və ya hamiləliyi planlaşdırırsınızsa, bu dərman vasitəsini istifadə etməzdən əvvəl həkiminizə və ya əczaçınıza müraciət edin. Dimeks preparatı hamiləlik və laktasiya dövrü zamanı istifadə olunmur. Pediatriyada istifadəsi 6 yaşdan aşağı olan uşaqların müalicəsində istifadə olunmur!
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Dimeksdən istifadə yuxuyameyillilik və koordinasiya pozğunluqları əmələ gətirə bilər. Əgər Siz belə bir simptomlar hiss etmisinizsə, bu simptomlar itənə qədər nəqliyyat vasitələrdən istifadə etməyin və yüksək diqqət tələb edən potensial təhlükəli fəaliyyət göstərməyin.
İstifadə qaydası və dozası
Şərbət daxilə qəbul edilir. Bu dərman vasitəsini həmişə həkiminizin, əczaçınızın və ya tibb bacınızın təyinatlarına və ya bu içlik vərəqədəki qeydlərə dəqiq riayət edərək qəbul edin. Əgər Siz nəyəsə əmin deyilsinizsə, həkiminizdən və ya əczaçınızdan soruşun. Böyüklər və 14 yaşdan yuxarı yeniyetmələr: gündə 3-4 dəfə və hər dəfə 5-10 ml; 9-14 yaşlı uşaqlar: gündə 3-4dəfə və hər dəfə 5 ml; 6-8 yaşlı uşaqlar: gündə 3-4 dəfə hər dəfə 2,5-5 ml; 6 yaşa qədər uşaqlarda istifadə olunmur! Dimeks preparatının qəbulunu unutduqda Əgər Siz tək bir dozanı qəbul etməyi unutmusunuzsa, onu mümkün qədər tez qəbul etməyə çalışın. Əgər növbəti dozanın vaxtı demək olar ki, gəlib çatıbsa unudulmuş dozanı buraxıb, onu adi doza kimi qəbul edin. Unudulmuş dozanı kompensasiya etmək üçün ikiqat doza qəbul etməyin. Əgər Sizdə bu dərman preparatının qəbulu barədə hər hansı əlavə sual yaranarsa, həkiminzə və ya əczaçınıza müraciət etməyiniz xahiş olunur.
Əlavə təsirləri
Dimeks şərbət də bütün dərman preparatları kimi əlavə təsirlərə səbəb ola bilər. Lakin onlar bütün pasiyentlərdə müşahidə edilmir. Dəridə səpgilər, qaşınma, qaşınan suluqlar, üzün, dodaqların, boğazın və dilin ödemi kimi allergik reaksiyalar baş verdiyi hallarda preparatın qəbulunu dayandırıb, dərhal həkiminizə və ya müalicə müəssəsinə müraciət edin. Əgər Siz ürək ritminin pozulması, çətinləşmiş sidik ifrazı, sidik ləngiməsi, kiçik yaşlı uşaqlarda və yaşlı pasiyentlərdə isə narahatçılıq və qıcıqlanma hisslərinin artdığını müşahidə edirsinizsə, preparatın qəbulunu dayandırıb həkiminizə müraciət edin. Dimeks şərbəti nadir hallarda digər əlavə təsirlərin səbəbi ola bilər – ümumi halsızlıq, yorğunluq, diqqətin azalması, başgicəllənmə, yuxululuq, baş ağrıları, koordinasiyanın pozulması və hərəkətin çətinləşməsi, tremor, əzələlərin dartılması, dəridə sancma hissi, qıcolmalar, narahatlıq, yuxusuzluq, qan təzyiqinin düşməsi, burunda, ağızda və boğazda quruluq, burunun tutulması, tənəffüsün çətinləşməsi, ürəkbulanma, qusma, qəbzlik, diareya, görmə qabiliyyətinin keçən pozulmaları, qulaqlarda küy, işığa qarşı artmış həssaslıq. Əgər hər hansı bir əlavə təsir ağırlaşarsa və ya içlik vərəqədə qeyd olunmayan əlavə təsirlər əmələ gələrsə, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.
Doza həddinin aşılması
Sizdə başgicəllənmə, yuxululuq, koordinasiyanın pozulması, narahatçılıq, qıcıqlanma, hallüsinasiyalar, qıcolmalar, dərinin qızarması, mədə-bağırsaq pozulmaları kimi simptomlar əmələ gələ bilər. Preparatı yüksək dozada qəbul etdikdə ürək-damar kollapsı və ya koma vəziyyəti yarana bilər. Təyin olunmuş doza həddini aşdığınız zaman həkiminizə və ya yaxın olan müalicə müəssisəsinə müraciət etməyiniz xahiş olunur.
Buraxılış forması
125 ml şərbət, “Pilferpruf” tipli alüminium və ya plastmas qapaqla avtomatik üsulla bağlanmış tünd rəngli şüşə flakonda. 125 ml şərbət, “Pilferpruf” tipli plastmas qapaqla bağlanmış tünd rəngli polietilen tereftalatdan (PET) hazırlanmış plastmas flakonda. 1 flakon, içlik vərəqə və ölcü qaşığı ilə birgə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddəti göstərilən ayın sonuncu gününə müvafiq gəlir.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Sofiya 1220, İlienski şossesi küç., 16, Bolqarıstan.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.