DIFOSFOSIN 1000 MG 4 ML N 3 AMPUL
| Dərman forması | İnyeksiya üçün məhlul |
|---|---|
| Farmakoloji təsir | Psixostimulyator və nootrop |
| İstehsal ölkəsi | İtaliya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
12,90 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
DİFOSFOSİN venadaxili və əzələdaxili yeridilən inyeksiya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Citicoline
Tərkibi
Təsiredici maddə: 1 ampulda (4 ml) 1000 mq sitikolin vardır. Köməkçi maddələr: natrium hidroksid, inyeksiya üçün su.
Təsviri
Şəffaf, rəngsiz məhluldur.
Farmakoterapevtik qrupu
Psixostimulyator və nootrop ATC kodu: N06BX06
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Serebral metobolizmi yaxşılaşdıran bir vasitədir. Difosfosinin əsas komponenti mənbəyi xolin olan sitikolindir. Sitikolin neyron membranının struktur fosfolipidlərinin sintezini stimulə etməklə, membranın funksiyasını yaxşılaşdırır, həmçinin ion-elektrolit mübadiləsini tənzimləyir. Membranstabilləşdirici xüsusiyyətinin hesabına sitikolin ödem əleyhinə təsir göstərir və beyin ödemini azaldır. Kəllə – beyin travması və kəskin beyin qan dövranı pozğunluqları zamanı yaranmış serebral disfunksiya simptomlarını sitikolin nəzərəçarpacaq dərəcədə zəiflədir. İnsultun kəskin dövründə zədələnmiş toxumanın həcmini azaldır, xolinergik ötürücülüyü tənzimləyir, beyin qan axımını yaxşılaşdırır, şüuru bərpa edir. Sitikolin amneziya həddini azaldır, koqnitiv, sensitiv, hərəki pozğunluqları aradan qaldırır. Həmçinin, beyin işemiyası, hipoksiya zamanı yaranmış yaddaş pozgunluğu, özünə qulluq, emosional labillik simptomlarını zəiflədir. Parkinson xəstəliyi zamanı sitikolinlə müalicə simptomatikanı azaltmışdır. Farmakokinetikası Sitikolin orqanizmə daxil olan təbii tərkib olduğundan, ekzogen və endogen sitikolinin miqdarının təyinindəki çətinliyə görə farmakokinetik tədqiqatlar aparmaq mümkün olmamışdır. C 14 sitikolin qəbul edən könüllülər üzərində aparılan farmakokinetik tədqiqat zamanı sitikolinin tamamilə mənimsənilməsi müşahidə edildi. 5 gün qəbul edildikdən sonra cəmi 1 %-i nəcis vasitəsi ilə xaric edildi. İfrazatın əsas hissəsi çox yavaş olmaqla sidik və tənəffüs vasitəsilədir.
İstifadəsinə göstərişlər
– İşemik insultun kəskin dövrü – İşemik və hemorragik insultun bərpa dövrü – Kəllə-beyin travmasının kəskin və bərpa dövrü – Parkinson xəstəliyi – Baş beynin degenerativ və damar xəstəlikləri zamanı yaranmış koqnitiv pozğunluqlar
Əks göstərişlər
Təsiredici maddəyə və digər komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
1. Baş beynin sürətli ödemi zamanı beyin daxili təzyiqi azaltmaq üçün mannitol və kortikosteroidlərin yeridilməsi mütləqdir. 2. Beyindaxili qanaxma zamanı qan axımını artırdığına görə preparatı yüksək dozada yeritmək olmaz ( bir dəfəlik 500 mq-dan yüksək). Belə vəziyyətdə fraksiyalı doza ( 100- 200 mq 2-3 dəfəyə) verilə bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Parkinson xəstəliyi zamanı sitikolin L- dofa preparatlarının təsirini gücləndirir. Kəllədaxili təzyiq zamanı, perfuzion mayeni azaldan preparatlar və antihemorragik preparatlarla bir yerdə istifadə etmək olar.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə ciddi göstəriş əsasında və həkim nəzarəti altında iistifadə edilməlidir. Pediatriyada istifadəsi Uşaqlarda istifadəsi barədə tədqiqat aparılmadığına görə məsləhət görülmür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Difosfosin nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.
İstifadə qaydası və dozası
Gündə bir və ya bir neçə dəfə 1000 mq əzələdaxili və ya asta sürətlə venadaxili, həmçinin damcı üsulu ilə istifadə olunur. Parkinson sindromu zamanı doza 500 – 1000 mq təşkil edir. Müalicə müddəti 3-4 həftədir.
Əlavə təsirləri
Çox nadir – allergik reaksiya – yuxululuq, başağrısı, başgicəllənmə, temperaturun yüksəlməsi, yuxusuzluq, dispnoe. – iştahasızlıq, tremor, ürəkbulanma, qusma, diareya. – arterial təzyiqin qısamüddətli enməsi, bradikardiya, taxikardiya
Doza həddinin aşılması
Preparatın toksik təsiri az olduğuna görə hətta doza həddinin aşılması olsa belə, əlavə təsirlər izlənilmir.
Buraxılış forması
1000 mq/ 4 ml inyeksiya üçün məhlul, ampullarda. 3 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. Marketinq səlahiyyətinin sahibi MAGIS FARMACEUTICI S.r.l. Via Cefalonia, 70 – 25124 Brescia, İtaliya.
İstehsalçı
MITIM S.r.l. Via Cacciamali, 34-36-38. 25125 Brescia, İtaliya.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.