DIFLUVID 150 MG N4 KAPS

Dərman formasıKapsul
Farmakoloji təsirSistem istifadə üçün antifunqal preparatlar.Triazol törəmələri
İstehsal ölkəsiMalayziya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

10,54 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

DİFLUVİD 150 mq kapsullar DIFLUVID Beynəlxalq patentləşdirilməmiş adı: Fluconazole

Tərkibi

Təsiredici maddə: 1 kapsulda 150 mq flukonazol vardır. Köməkçi maddələr: laktoza monohidrat, prejelatinləşdirilmiş nişasta, mikrokristallik sellüloza, kolloidal silisium dioksid, natrium laurilsulfat, natrium nişasta qlikolyat, maqnezium stearat.

Təsviri

Açıq firuzə rəngli bərk jelatin kapsuldur, kapsulun bir tərəfində “HOVID”, digər tərəfində “FL 150” yazılıb. Kapsulun içərisində ağ və ya demək olar ki, ağ rəngli toz vardır.

Farmakoterapevtik qrupu

Sistem istifadə üçün antifunqal preparatlar.Triazol törəmələri. ATC kodu: J02AC01.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Flukonazol triazol qrupundan olan göbələkəleyhinə preparatdır. Preparatın təsirinin ilkin mexanizmi göbələk 14-α-lanosterol-demetilləşməsini sitoxrom P (CYP) vasitəsilə inhibə etməsinə əsaslanır ki,450 bu da göbələk erqosterolunun biosintezinin ayrılmaz mərhələsidir. 14-α-metil-sterolların kumulyasiyası göbələk hüceyrəsinin membranı tərəfindən erqosterolun sonrakı itkisi ilə korrelyasiya edir və Flukonazolun antifunqal fəallığına görə məsuliyyət daşıya bilər. Flukonazol məməlilərin müxtəlif sitoxrom P ferment sistemlərinə nisbətən, sitoxrom P -nin göbələk fermentlərinə qarşı450 450 daha selektivdir. 50 mq dozada 28 gün ərzində Flukonazolun istifadəsi kişilərdə qan plazmasında testosteronun səviyyəsinə və reproduktiv yaşda olan qadınlarda endogen steroidlərin miqdarına təsir etmir. Sutkada 200-400 mq dozada Flukonazolun istifadəsi kişi cinsindən olan sağlam könüllülərin endogen steroidlərinin miqdarına və ya adrenokortikotrop hormonun (AKTH) stimullaşmasına cavaba klinik əhəmiyyətli təsir göstərmir. Antipirinlə qarşılıqlı təsirin tədqiqatları onu aşkar etmişdir ki, 50 mq Flukonazolun bir və ya bir neçə dəfə istifadəsi antipirinin metabolizminə təsir etmir. İn vitro həssaslığı Flukonazol in vitro göbələklərin daha tez-tez rast gəlinən Candida növlərinə (o cümlədən C. albicans, C. parapsilosis, C. tropicalis) qarşı antifunqal fəallıq nümayiş etdirir. C. glabrata Flukonazola qarşı azalmış həssaslıq əks etdirdiyi halda, C. krusei və C. auris preparata qarşı tam rezistentdirlər. Həmçinin, Flukonazol in vitro Cryptococcus neoformans, Cryptococcus gatii və Blastomices dermatitidis, Coccidioides immitis, Histoplasma capsulatum və Paracoccidioides brasiliensis kimi endemik kif göbələklərinə qarşı həssaslığa malikdir. Farmakokinetik/farmakodinamik əlaqələr Heyvanlar üzərində aparılmış tədqiqatlarda, MİK dəyərləri ilə Candida spp.-nin səbəb olduğu eksperimental mikozlara qarşı effektivlik arasında bir əlaqə mövcuddur. Klinik tədqiqatlarda, AUC ilə flukonazol dozası arasında təxminən 1:1 nisbətində xətti əlaqə mövcuddur. Həmçinin AUC və ya doza və oral kandidozların və az dərəcədə kandidemiyanın müalicəyə qarşı uğurlu klinik cavabları arasında birbaşa lakin natamam qarşılıqlı əlaqələr mövcuddur. Eynilə, yüksək flukonazol MİK-na malik ştammlar tərərfindən yaradılan infeksiyalar üçün müalicə ehtimalı daha azdır. Rezistentlik mexanizmi Candida növündən olan mikroorqanizmlər, azol göbələkəleyhinə preparatlara qarşı çoxsaylı rezistentlik mexanizmləri nümayiş etdirir. Bir və ya bir neçə rezistentlik mexanizminə malik göbələk ştamları Flukonazol qarşı yüksək minimal inhibəedici konsentrasiya nümayiş etdirir ki, bu da in vivo şəraitdə və klinik təcrübədə preparatın effektivliyinə mənfi təsir göstərir. Flukonazola qarşı tez-tez anadangəlmə azalmış həssaslığa malik (C. glabrata) və ya rezistent olan C. albicans ştammları xaricində, Candida növləri ilə superinfeksiyaların yarandığı barədə məlumatlar bildirilmişdir (məsələn, C. krusei, C. auris). Belə infeksiyalar zamanı alternativ göbələkəleyhinə müalicə tələb olunur. Farmakokinetikası Flukonazolun farmakokinetik xüsusiyyətləri preparatın orqanizmə peroral və ya venadaxili yeridilməsindən asılı olmayaraq eynidir. Absorbsiyası (sorulması) Peroral yolla qəbul edildikdə, flukonazol yaxşı sorulur və plazma səviyyələri (və sistemik biomənimsənilməsi) venadaxilinə yeridilməsindən sonra əldə edilən səviyyələrin 90%-dən çoxdur. Eyni vaxtda qida qəbulu, peroral yolla istifadə edilən preparatın sorulmasına təsir göstərmir. Qan plazmasında acqarına pik konsentrasiyası, preparatın qəbulundan 0,5-1,5 saat sonra əldə olunur. Preparatın plazmada konsentrasiyaları yeridilən doza ilə mütənasibdir. Gündə bir dəfə çoxsaylı dozanın istifadəsi zamanı doqsan faiz sabit vəziyyət səviyyəsinə 4-5-ci gündə çatır. Adi gündəlik dozadan iki dəfə çox olan bir yükləyici dozasının tətbiqi (1-ci gün), plazma səviyyələrinin 2-ci günədək sabit vəziyyət səviyyələrinə təxminən 90%-ə yaxınlaşmasına imkan verir. Paylanması Preparatın görünən paylanma həcmi təxminən orqanizmdə mayenin miqdarına bərabərdir. Qan plazmasının zülalları ilə birləşməsi aşağıdır (11-12%). Flukonazol orqanizmin tədqiq edilən maye sistemlərinə asanlıqla nüfuz edir. Preparatın ağız suyunda və bəlğəmdə konsentrasiyası qan plazmasındakı konsentrasiyası ilə eynidir. Göbələk meningitindən əziyyət çəkən pasiyentlərdə onurğa beyni mayesində Flukonazolun konsentrasiyası qan plazmasında olan konsentrasiyasının 80%-i qədərdir. Flukonazolun zərdab konsentrasiyalarından yüksək dəri konsentrasiyaları buynuz qişada, epidermis- dermada və ekrin tərdə müşahidə olunur. Flukonazol buynuz qişada toplanır. Gündə bir dəfə 50 mq dozada flukonazolun konsentrasiyası 12 gündən sonra 73 μq/q olmuşdur və müalicənin dayandırılmasından 7 gün sonra flukonazolun konsentrasiyası hələ də 5,8 μq/q olmuşdur. Həftədə bir dəfə 150 mq dozada istifadə edildikdə stratum corneum-dərinin xarici təbəqəsində flukonazolun konsentrasiyası 7-ci gün 23,4μq/q olmuşdur və ikinci dozadan 7 gün sonra doza hələ də 7,1 μq/q olaraq qalmışdır. Həftədə bir dəfə 150 mq dozada 4 ay müddətində istifadə edildikdə flukonazolun dırnaqlardakı konsentrasiyası sağlam dırnaqlarda 4,05 μq/q və xəstə dırnaqlarda 1,8 μq/q olmuşdur; müalicə bitdikdən 6 ay sonra flukonazol dırnaq nümunələrində hələ də aşkar edilmişdir. Biotransformasiyası Flukonazol metabolizmə az məruz qalır. Radioaktiv doza yeridildikdə, yalnız Flukonazolun 11%-i metabolit şəklində sidiklə xaric olur. Flukonazol CYP2C9 və CYP3A4 izofermentlərinin orta dərəcəli inhibitorudur. Flukonazol həmçinin CYP2C19 izofermentinin güclü inhibitorudur. Xaric olması Flukonazolun qan plazmasından yarımxaricolma dövrü təxminən 30 saatdır. Preparatın əsas hissəsi – yeridilən dozanın təxminən 80%-i dəyişilməmiş şəkildə orqanizmdən böyrəklər vasitəsilə xaric olur. Flukonazolun klirensi kreatininin klirensinə mütənasibdir. Dövr edən metabolitlər aşkar edilməyib. Qan plazmasından uzunmüddətli yarımxaricolma dövrü preparatdan vaginal kandidozun müalicəsində birdəfəlik istifadə üçün gündə bir dəfə və digər patologiyalarda həftədə bir dəfə istifadəyə imkan verir.

İstifadəsinə göstərişlər

DİFLUVİD preparatı aşağıda qeyd edilən göbələk infeksiyalarının müalicəsində istifadə üçün göstərişdir. DİFLUVİD preparatı böyüklərdə aşağıda göstərilən halların müalicəsində istifadə üçün göstərişdir: • Kriptokok mənşəli meningit. • Koksidioidomikoz. • İnvaziv kandidozlar. • Orofaringeal (ağız-udlaq), ezofageal (qida borusu) kandidozlar, kandiduriya və dəri və selikli qişaların xroniki kandidozu da daxil olmaqla selikli qişaların kandidozları. • Xronik oral atrofik kandidoz (o cümlədən, diş protezlərinin istifadəsində əmələ gələn kandidoz), dental gigiyenik vasitələr və yerli müalicə effektiv olmadıqda • Kəskin və ya təkrarlanan vaginal kandidozlar; yerli müalicə effektiv olmadıqda. • Kandidoz balanit, yerli müalicə effekt vermədikdə. • Pəncə mikozu (tinea pedis), hamar dəri mikozu (tinea corporis), qasıq dermatomikozu (tinea cruris), rəngbərəng dəmrov (tinea versicolor) daxil olmaqla dermatomikozlar və dermal kandida infeksiyaları, sistem istifadə göstəriş olduqda. • Dermatofit onixomikoz (tinea unguinium), digər dərman vasitələri effektiv olmadıqda. DİFLUVİD böyüklərdə aşağıdakı xəstəliklərin profilaktikasında istifadə üçün göstərişdir: İnkişafetmə riski yüksək olan pasiyentlərdə kriptokok meningitin residivi; Residivin yüksək riski olan İİV ilə yoluxan pasiyentlərdə orofaringeal kandidozun və qida borusunun kandidozunun residivləri; Vaginal kandidoz residivlərinin tezliyinin azalması (ildə 4 dəfə və ya daha artıq) Uzunmüddətli neytropeniyadan əziyyət çəkən pasiyentlərdə (məsələn, qanın bədxassəli xəstəliklərindən əziyyət çəkən və kimyaterapiya qəbul edən pasiyentlərdə və ya Hemopoetik Kök Hüceyrələrin Transplantasiyası olan xəstələrdə) kandidoz infeksiyaların profilaktikası. DİFLUVİD preparatı yeni doğulmuşlarda, körpələrdə, yeriməyə başlayan körpələrdə, uşaqlarda və 0 ilə 17 yaş arası yeniyetmələrdə istifadə üçün göstərişdir: DİFLUVİD preparatı, selikli qişaların kandidozlarının (orofaringeal, ezofaringeal), invaziv kandidozların, kriptokok meningitin müalicəsində və immun çatışmazlığı olan pasiyentlərdə kandida infeksiyalarının profilaktikasında istifadə olunur. DİFLUVİD preparatı kriptokok mənşəli meningitin inkişafetmə riski yüksək olan uşaqlarda residivlərin qarşısının alınması üçün dəstəkləyici terapiya kimi istifadə edilir Müalicəni kultural nəticələri və digər laborator analizlərin cavablarını əldə etməzdən əvvəl də başlamaq olar; nəticələri əldə etdikdən sonra isə antibakterial terapiyanı uyğun olaraq tənzimləmək lazımdır.

Əks göstərişlər

Preparatın təsiredici maddəsinə, digər azol birləşmələrinə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq halları; Çox dozalı dərman qarşılıqlı təsir tədqiqlarının nəticələrinə əsasən gündə 400 mq və ya daha yüksək dozada flukonazol qəbul edən pasiyentlərdə Terfenadinin eyni vaxtda istifadəsi əks göstərişdir. Flukonazol qəbul edən pasiyentlərdə QT intervalını uzatdığı məlum olan və sizaprid, astemizol, pimozid, xinidin və eritromisin kimi sitoxrom P (CYP) 3A4 ilə metabolizmə uğrayan dərman450 preparatlarının yanaşı istifadəsi əks göstərişdir

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Dermatofitiya – Tinea capitis Flukonazol uşaqlarda tinea kapitin-dermatofitiyanın müalicəsi üçün tədqiq edilmişdir. Tədqiqat zamanı Flukonazolun effektivliyinin qrizeofulvinin effektivliyindən artıq olmadığı, effektivliyin ümumi göstəricisinin isə 20%-dən az olduğu göstərilmişdir. Bu səbəbdən, DİFLUVİD preparatı tinea kapitin-dermatofitiyanın müalicəsində istifadə edilməməlidir. Kriptokokoz. Digər lokalizasiyalı kriptokokozun müalicəsində (məs., dəri və ağciyərlərin kriptokokozu) flukonazolun effektivliyi təsdiq olunmadığından, bu xəstəliklərin müalicəsi üçün doza rejimləri təyin edilməyib. Dərin endemik mikozlar Digər formalı endemik mikozların məsələn parakoksidioidiomikoz, dəri-limfatik sporotrixoz, histoplazmozun müalicəsində flukonazolun effektivliyi təsdiq olunmadığından, bu xəstəliklərin müalicəsi üçün doza rejimləri təyin edilməyib. Böyrək və sidikçıxarıcı yollar Böyrək funksiyalarının patologiyası olan xəstələrə DİFLUVİD preparatı ehtiyatla təyin edilməlidir. Böyrəküstü vəzi çatışmazlığı Ketokonazolun böyrəküstü vəzi çatışmazlığına səbəb olduğu məlumdur və bu da nadir hallarda flukonazol üçün tətbiq oluna bilər. Hepatobiliar sistem Qaraciyər funksiyalarının patologiyası olan pasiyentlərə DİFLUVİD preparatı ehtiyatla təyin edilməlidir. Ağır xəstəlikləri olan pasiyentlərdə Flukonazolun istifadəsi zamanı hətta ölümlə nəticələnə bilən, ağır dərəcəli hepatotoksiklik əlamətləri meydana çıxa bilər. Flukonazolla əlaqəli hepatotoksiklik hallarında preparatın ümumi gündəlik dozası, müalicə müddəti, pasiyentin cinsi və ya yaşı ilə əhəmiyyət kəsb edəcək əlaqə olmamışdır. Flukonazolun istifadəsindən sonra meydana çıxan hepatotoksiklik müalicə dayandırıldıqdan sonra geri dönəndir. Flukonazol terapiyası zamanı anormal qaraciyər funksiyası testləri inkişaf edən pasiyentlər daha ciddi qaraciyər zədələnmələrinin qarşısının alınması məqsədilə daimi nəzarətdə saxlanmalıdırlar. Pasiyentləri qaraciyərdə baş verə biləcək ciddi dəyişikliklərin əlamətləri barədə (ciddi asteniya, anoreksiya, daimi ürəkbulanma, qusma və sarılıq) məlumatlandırmaq lazımdır. Bu hal baş verdikdə flukonazolun qəbulunu dayandırıb həkimə müraciət etmək lazımdır. Ürək-damar sistemi Flukonazol da daxil olmaqla bəzi azollar elektrokardioqramda QT intervalının uzanmasına səbəb olmuşdur. Flukonazol Rektifikasiyaedici Kalium kanalları cərəyanı (I ) vasitəsilə QT intervalınınkr uzanmasına səbəb olur. Digər dərman preparatlarının (məsələn, amiodaron) səbəb olduğu QT intervalının uzanması sitokrom P (CYP) 3A4 inhibisiyası ilə gücləndirilə bilər. Post-marketinq450 təcrübələrdə flukonazol ilə müalicə olunan pasiyentlərdə nadir hallarda QT intervalının uzanması və polimorf ventrikulyar taxikardiya – torsades de pointes müşahidə edilmişdir. Flukonazolun qəbulu zamanı QT intervalının uzanması, həmçinin mədəciklərin titrəməsi və səyriməsi nadir hallarda ürəyin üzvi dəyişiklikləri, elektrolit balansının pozulması, eləcə də bu halların müalicəsində istifadə olunan yanaşı terapiya kimi çoxsaylı risk faktorları olan ağır pasiyentlərdə qeyd olunur. Hipokaliemiya və ürək çatışmazlığı olan pasiyentlərdə həyati təhlükəli mədəcik aritmiyası və torsades de pointes – polimorf ventrikulyar taxikardiyanın baş verməsi riski artır. Potensial proaritmik vəziyyətləri olan pasiyentlərə DİFLUVİD preparatı ehtiyatla təyin olunmalıdır.QT intervalını uzadan və sitoxrom P450 (CYP) 3A4 fermenti tərəfindən metabolizmə uğrayan dərman preparatları ilə flukonazolun birgə təyini əks göstərişdir. Halofantrin Halofantrinin tövsiyə edilən terapevtik dozalarda QT intervalını uzatdığı göstərilmişdir və CYP3A4 fermentinin substratıdır. Bu səbəbdən flukonazol və halofantrinin birgə təyini tövsiyə olunmur. Dermatoloji reaksiyalar Flukonazolla müalicə zamanı pasiyentlərdə nadir hallarda Stivens-Conson sindromu və toksik epidermal nekroliz kimi eksfoliativ dəri reaksiyaları inkişaf etmişdir. QİÇS-dən əziyyət çəkən xəstələrdə dərman preparatlarının əksəriyyətinə qarşı ağır dəri reaksiyaları daha tez inkişaf edir. Səthi göbələk infeksiyası ilə müalicə olunan pasiyentdə flukonazolla əlaqəli hesab edilən səpgilər əmələ gəlirsə, bu dərman vasitəsi ilə terapiya dayandırılmalıdır. İnvaziyalı və ya sistemli göbələk infeksiyaları olan pasiyentlərdə səpgilər əmələ gəldikdə, həmin pasiyentlərə ciddi nəzarət edilməli və bullyoz dəyişikliklərin, yaxud çoxformalı eritemanın əmələ gəlməsi zamanı flukonazolun istifadəsi ləğv edilməlidir. Eozinofiliya və sistemik simptomlarla dərman reaksiyaları (DRESS) müşahidə edilmişdir. Kandidozlar Tədqiqatlarda, C.albicans ilə müqayisədə Candida növləri ilə artan infeksiya prevalansı göstərilmişdir. Bunlar ümumiyyətlə təbii olaraq rezistentdirlər (məsələn, C. krusei və C. auris) və ya flukonazola qarşı aşağı həssaslıq göstərirlər (C. glabrata). Belə infeksiyalar zamanı uğursuz müalicə səbəbindən alternativ antifunqal terapiya tələb edilə bilər. Bu səbəbdən, həkimlərə müxtəlif Candida növlərində flukonazola qarşı rezistentliyə nəzarət etmələri tövsiyə edilməlidir. Hiperhəssaslıq Nadir hallarda anafilaktik reaksiyalar müşahidə edilmişdir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Eyni vaxtda istifadəsi əks göstərişdir Sizaprid: flukonazol və sizapridin eyni vaxtda qəbulu “piruet” tipli mədəcik taxikardiyası da daxil olmaqla, ürəkdə arzuolunmaz reaksiya hallarının olmağı mümkündür. Nəzarətli bir araşdırma göstərmişdir ki, gündə bir dəfə 200 mq flukonazol və gündə 4 dəfə 20 mq sizaprid eyni vaxtda istifadəsi qan plazmasında sizaprid konsentrasiyasının artmasına və QT intervalının uzanmasına səbəb olur. Flukonazol və sizaprid ilə eyni vaxtda müalicə əks göstərişdir. Terfenadin: Eyni zamanda göbələkəleyhinə azol maddələri və terfenadin qəbul edən xəstələrdə QT intervalının artması nəticəsində ciddi aritmiyaların meydana gəlməsi ilə bağlı qarşılıqlı təsir tədqiqatları aparılmışdır. Gündə 200 mq dozada flukonazol qəbul edilən tədqiqatlardan birində QT intervalının uzanmasına rast gəlinməmişdir. Gündə 400 mq ve 800 mq dozalarda flukonazol qəbulu haqqında olan digər tədqiqatda qeyd edilmişdir ki, gündə 400 mq və yuxarı dozalarda eyni vaxtda tətbiq edilməsi qan plazmasında terfenadin konsentrasiyasında əhəmiyyətli bir artıma səbəb olmuşdur. Flukonazolun gündə 400 mq və ya daha çox dozada terfenadin ilə eyni vaxtda qəbulu əks göstərişdir. Terfenadin ile birlikdə gündə 400 mq-dan az dozalarda flukonazol ile müalicə yaxından izlənilməlidir. Astemizol: flukonazolun astemizol ilə eyni vaxtda qəbulu astemizolun klirensini azalda bilər. Nəticədə, astemizolun yüksək plazma konsentrasiyaları QT intervalının uzanmasına və nadir hallarda «piruet» tipli mədəcik taxikardiyasının inkişafına səbəb ola bilər. Flukonazol və astemizolun eyni vaxtda qəbulu əks göstərişdir. Pimozid: in vitro və ya in vivo tədqiqatların aparılmamasına baxmayaraq, flukonazol və pimozidin eyni vaxtda istifadəsi pimozid metabolizminin inhibisiyasına səbəb ola bilər. Pimozidin qanın plazma konsentrasiyalarındakı artım QT intervalının uzanmasına və nadir hallarda «piruet» tipli mədəcik taxikardiyasının inkişafına səbəb ola bilər. Flukonazol və pimozidin eyni vaxtda qəbulu əks göstərişdir. Xinidin: in vitro və ya in vivo tədqiqatların aparılmamasına baxmayaraq, flukonazol və xinidinin eyni vaxtda istifadəsi xinidin metabolizminin inhibisiyasına səbəb ola bilər. Xinidinin istifadəsi QT intervalının uzanması və nadir hallarda «piruet» tipli mədəcik taxikardiyasının inkişafı ilə əlaqələndirilir. Flukonazol və xinidinin eyni vaxtda istifadəsi əks göstərişdir. Eritromisin: flukonazol və eritromisin eyni vaxtda istifadəsi potensial olaraq kardiotoksiklik riskinin artmasına (QT intervalının uzanması, “piruet” tipli mədəcik taxikardiyası) və nəticədə qəfil ürək ölümünə səbəb olur. Flukonazol və eritromisinin eyni vaxtda istifadəsi əks göstərişdir. Eyni vaxtda istifadəsi tövsiyə edilmir Amiodaron: flukonazol ilə eyni vaxtda istifadə QT intervalının uzanmasına səbəb olur. Bu dərmanları birlikdə istifadə edərkən, diqqət yetirilməlidir, xüsusilə yüksək dozada flukonazol (800 mq). Halofantrin: flukonazol CYP3A4 inhibə edərək plazmada halofantrin konsentrasiyasını artıra bilər. Flukonazol və halofantrin eyni vaxtda istifadəsi potensial olaraq kardiotoksiklik riskinin artmasına (QT intervalının uzanması, “piruet” tipli mədəcik taxikardiyası) və nəticədə qəfil ürək ölümünə səbəb olur. Bu birləşmələrin birlikdə tətbiqi tövsiyə edilmir. Eyni vaxtda istifadə zamanı, ehtiyatlı olmalı və dozaları tənzimləməli Digər dərman maddələrinin flukonazola təsiri Hidroxlortiazid: farmakokinetik qarşılıqlı təsir tədqiqatında flukonazol qəbul edən sağlam könüllülər tərəfindən hidroxlortiazidin çoxsaylı dozalarının eyni vaxtda istifadəsi qan plazmasında flukonazolun konsentrasiyasını 40% artırmışdır. Belə qarşılıqlı təsirin ifadə olunması zamanı eyni vaxtda diuretiklər qəbul edən pasiyentlərdə flukonazolun dozalanma rejiminin dəyişilməsi tələb olunmur. Rifampisin: flukonazol və rifampisinin eyni vaxtda istifadəsi AUC-un 25% azalmasına və flukonazolun yarımxaricolma dövrünün 20% azalmasına səbəb olur. Həm rifampisin, həm də flukonazol qəbul edən xəstələrdə, flukonazol dozasının artırılmasının məqsədəuyğunluğu nəzərə alınmalıdır. Qarşılıqlı təsir tədqiqatları göstərmişdir ki, flukonazolun qida ilə, simetidinlə, antasidlərlə peroral istifadəsi zamanı və ya sümük iliyi transplantasiyası zamanı bədənin ümumi şüalanmasından sonra flukonazolun absorbsiyasının klinik dəyərli pozulmaları müşahidə olunmur. Flukonazolun digər dərman maddələrinə təsiri Flukonazol sitoxrom P (CYP) 2C9 və 3A4 izofermentlərin mülayim inhibitoru hesab olunur.450 Flukonazol həmçinin CYP2C19 izofermentin güclü inhibitoru hesab olunur. Aşağıda qeyd olunan, müşahidə olunmuş/sənədləşdirilmiş qarşılıqlı təsirlərə əlavə olaraq, qan plazmasında flukonazol ilə eyni vaxtda qəbul edilən, CYP2C9, CYP2C19 və CYP3A4 vasitəsilə metabolizə olunan digər maddələrin konsentrasiyalarının yüksəlməsi riski mövcuddur. Bu səbəbdən, belə kombinasiyaların istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır və pasiyentlərin vəziyyətinə diqqətlə nəzarət etmək lazımdır. Flukonazolun yarımxaricolma dövrü uzun olduğu üçün onun ferment-inhibəedici effekti terapiyanın dayandırılmasından sonra 4-5 gün ərzində saxlanılır. Alfentanil: flukonazolun (400 mq) eyni vaxtda venadaxili yeridilən alfentanil (20 mkq/kq) ilə istifadəsi zamanı sağlam könüllülərdə alfentanilin AUC10 2-qat yüksəlməsi müşahidə olunmuşdur, bunun CYP3A4 inhibə olunması ilə əlaqəsi ehtimal olunur. Alfentanilin dozasının korreksiya edilməsi tələb olun bilər. Amitriptilin, nortriptilin: flukonazol amitriptilin və nortriptilinin təsirini artırır. 5-nortriptilin və/və ya S-amitriptilinin konsentrasiyası kombinə edilmiş terapiyanın əvvəlində və bir həftədən sonra ölçülə bilər. Lazım gələrsə, amitriptilin/nortriptilinin dozasına düzəliş edilməlidir. Amfoterisin B: normal və zəifləmiş immunitetli infeksiyalaşmış siçanlara flukonazol və amfoterisin B-nin eyni vaxtda yeridilməsi С. albicans sistem infeksiyası zamanı bir qədər additiv göbələkəleyhinə effektini, kəllədaxili Cryptococcus neoformans infeksiyası zamanı qarşılıqlı təsirin olmamasını və Aspergillus fumigatus sistem infeksiyası zamanı iki preparatın antaqonizmini aşkar etmişdir. Bu tədqiqatların gedişi zamanı alınan nəticələrin klinik dəyəri məlum deyildir. Antikoaqulyantlar: Marketinq sonrası bir araşdırmada digər azol göbələkəleyhinə maddələrin istifadəsində olduğu kimi, eyni zamanda flukonazol və varfarin istifadə edən xəstələrdə protrombin müddətinin uzanması ilə əlaqədar qanaxma hallarının inkişafı (hematomaların meydana gəlməsi, burun qanaxması, mədə-bağırsaq traktında qanaxma, hematuriya və melena) qeyd olmuşdur. Ehtimal ki, varfarin metabolizminin CYP2C9 tərəfindən inhibə edilməsinə görə flukonazol və varfarinin eyni vaxtda istifadəsi ilə protrombin müddətində 2 qat artımı müşahidə edilmişdir. Kumarin və ya indandion antikoaqulyantlarını flukonazolla birlikdə qəbul edən xəstələrdə protrombin vaxtına nəzarət edilməlidir. Antikoaqulyantın dozasının korreksiyasına zərurət yarana bilər. Benzodiazepinlər (qısamüddətli), yəni midazolam, triazolam: midazolamın peroral istifadəsindən sonra flukonazolun təyin edilməsi midazolamın konsentrasiyasının əhəmiyyətli dərəcədə yüksəlməsinə və psixomotor effektlərin güclənməsinə gətirib çıxarmışdır. Flukonazol 200 mq və midazolam 7,5 mq peroral birgə istifadəsi midazolamın AUC və yarımxaricolma dövrünün müvafiq olaraq, 3,7 dəfə və 2,2 dəfə artmasına səbəb olmuşdur. Flukonazol gündə 200 mq peroral 0,25 mq triazolam ilə eyni vaxtda istifadə olunması triazolamın AUC və yarımxaricolma dövrünü müvafiq olaraq, 4,4 dəfə və 2,3 dəfə artırmışdır. Triazolamın flukonazol ilə eyni vaxtda istifadəsi zamanı triazolamın təsirinin güclənməsi və uzunmüddətli olması müşahidə olunmuşdur. Əgər benzodiazepinlərin istifadəsi flukonazolla terapiyaya məruz qalan pasiyentlərdə tələb olunursa, benzodiazepinlərin dozasının azaldılması ehtimalı nəzərdən keçirtmək və pasiyentlərin vəziyyətinin lazımi monitorinqini aparmaq lazımdır. Karbamazepin: flukonazol karbamazepinin metabolizmini inhibə edir və onun qan plazmasındakı tərkibini 30% artırır. Karbamazepin tərəfindən toksiklik təzahürlərinin inkişaf riski mövcuddur. Karbamazepinin konsentrasiyası/təsiri səviyyəsindən asılı olaraq doza tənzimlənməsi tələb oluna bilər. Kalsium kanallarının blokatorları: bəzi kalsium kanallarının antaqonistləri (nifedipin, isradipin, amlodipin, verapamil və felodipin) CYP3A4 fermenti ilə metabolizə olunurlar. Flukonazol kalsium kanallarının antaqonistlərinin sistem təsirini yüksəldə bilər. Əlavə təsirlərin diqqətli monitorinqi tövsiyə olunur. Selekoksib: flukonazolun (gündə 200 mq) və selekoksibin (200 mq) eyni vaxtda yeridilməsi ilə, Selekoksibin C və AUC, müvafiq olaraq 68% və 134% artır. Flukonazol ilə eyni vaxtdamax istifadəsində, selekoksibin dozasının 2 dəfə azaldılmasına ehtiyac ola bilər. Siklofosfamid: Siklofosfamid və flukonazolun kombinə edilmiş terapiyası zamanı qan plazmasında bilirubin və kreatinin səviyyəsinin artmasına yol açır. Bu kombinasiya qan plazmasında bilirubinin və kreatinin konsentrasiyasının artması riskini nəzərə almaqla tətbiq edilə bilər. Fentanil: fentanil və flukonazol arasında mümkün olan qarşılıqlı təsir nəticəsində letal nəticələnən bir fentanil intoksikasiyası hadisəsi barədə məlumat verilmişdir. Müəyyən olunmuşdur ki, flukonazol sağlam könüllülərdə fentanilin eliminasiyasını zəiflətmişdir. Fentanil konsentrasiyasının yüksəlməsi tənəffüsün ləngiməsinə gətirib çıxara bilər, bu səbəbdən, pasiyentin vəziyyətini diqqətlə nəzarət etmək lazımdır. Fentanilin dozasının korreksiyası tələb oluna bilər. Amiodaron: flukonazolun amiodaronla eyni vaxtda istifadəsi amiodaron metabolizminin inhibisiyasına gətirib çıxara bilər. Amiodaronun istifadəsi QT intervalının uzanması ilə müşayiət olunmuşdur. Flukonazolun amiodaronla eyni vaxtda istifadəsi əks göstərişdir. HMG-KoA reduktazanın inhibitorları: atorvastatin və simvastatin kimi CYP3A4 və ya fluvastatin kimi CYP2C9 tərəfindən metabolizə olunan flukonazolun HMG-KoA reduktazanın inhibitorları ilə eyni vaxtda istifadəsi ilə, miyopatiya və rabdomiyolizin inkişaf riski artır. Bu preparatların eyni vaxtda istifadəsinə ehtiyac olduqda miopatiya və rabdomioliz simptomlarının yaranmasına görə pasiyentə qarşı diqqətli müşahidə aparmaq və kreatinkinaza səviyyəsinin monitorinqini aparmaq lazımdır. Kreatinkinaza səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsi zamanı, həmçinin miopatiya/rabdomiolizin diaqnostikası və ya buna şübhə olduqda QMG-KoA- reduktaza inhibitorların istifadəsini dayandırmaq lazımdır. İbrutinib: flukonazol kimi CYP3А4 yüngül inhibitorları plazmada ibrutinibin konsentrasiyasını yüksəldir və toksiklik riskini artıra bilir. Əgər belə kombinasiyanın istifadəsindən çəkinmək mümkün deyilsə, inhibitorun istifadəsi dövründə ibrutinibin dozasını gündə 1 dəfə 280 mq-a qədər (iki kapsul) azaltmaq lazımdır və diqqətli klinik müşahidə təmin olunmalıdır. Olaparib: flukonazol kimi orta CYP3A4 inhibitorları olaparibin plazmada olaparib konsentrasiyasını artırır; eyni vaxtda istifadə edilməsi tövsiyə edilmir. Eyni vaxtda istifadə etmək zəruri olarsa, olaparib dozası gündə 200 mq olmaqla iki dəfəyə endirilməlidir. İmmunosupressantlar (məsələn, siklosporin, everolimus, sirolimus və takrolimus) Siklosporin: flukonazol siklosporinin konsentrasiyasını və AUC dəyərini əhəmiyyətli dərəcədə artırır. Flukonazol (gündə 200 mq dozada) və siklosporinin (gündə 2,7 mq/kq dozada) eyni vaxtda istifadəsi ilə siklosporinin AUC dəyərində 1,8 dəfə artım müşahidə edilmişdir. Dərmanların bu kombinasiyasını, konsentrasiyasından asılı olaraq siklosporinin dozasını azaltmaqla istifadə etmək olar. Everolimus: flukonazol, CYP3A4 fermentinin inhibisiyası səbəbindən everolimusun plazma konsentrasiyalarını artıra bilər. Sirolimus: flukonazol, ehtimal ki, CYP3A4 və P-qlikoprotein ilə sirolimusun metabolizmini inhibə edərək plazma konsentrasiyasını artırır. Bu preparatları eyni vaxtda istifadə etmək olar, o şərtlə ki, sirolimusun dozası onun konsentrasiyasından və preparatların effektlərindən asılı olaraq korreksiya edilsin. Takrolimus: bağırsaqda CYP3A4 təsiri altında takrolimus metabolizminin inhibə olunması nəticəsində flukonazol peroral istifadə olunan takrolimusun qan zərdabında konsentrasiyasını 5 dəfəyə qədər artıra bilər. Takrolimusun venadaxili istifadəsi zamanı farmakokinetikanın əhəmiyyətli dəyişiklikləri müşahidə olunmamışdır. Takrolimusun yüksəlmiş səviyyələri nefrotoksikliklə müşayiət olunmuşdur. Takrolimusun peroral dozasını onun konsentrasiyasından asılı olaraq azaltmaq lazımdır. Lozartan: flukonazol lozartanın metabolizmini onun aktiv metabolitinə qədər (E-3174) ləngidir hansı ki, lozartanın istifadəsi zamanı angiotenzin II reseptorlarına qarşı antaqonizmin böyük hissəsinə görə cavabdehdir. Metadon: flukonazol qan plazmasında metadon konsentrasiyasını artıra bilər. Metadon dozasının düzəlişi tələb oluna bilər. Qeyri-steroid iltihabəleyhinə preparatlar: flubiprofenlə monoterapiya ilə müqayisədə onun flukonazol ilə istifadəsi zamanı flubiprofenin C və AUC göstəriciləri müvafiq olaraq 23% və 81%max yüksəlmişdir. Flukonazolun rasemik ibuprofenlə (400 mq) eyni vaxtda istifadəsi zamanı rasemik ibuprofenlə monoterapiya ilə müqayisədə farmakoloji aktiv izomerin [S(+)-ibuprofenin] C vəmax AUC göstəriciləri analoji şəkildə müvafiq olaraq 15% və 82% yüksəlmişdir. Baxmayaraq ki, xüsusi tədqiqatlar aparılmayıb, flukonazol potensial olaraq CYP2C9 ilə metabolizə olunan digər QSİƏP-lərin (məsələn, naproksen, lornoksikam, meloksikam, diklofenak) sistem təsirini artıra bilər. QSİƏP ilə əlaqəli əlavə təsirlərin və toksikliyin tez-tez monitorinqini həyata keçirtmək tövsiyə olunur. QSİƏP dozasının korreksiyası tələb oluna bilər. Fenitoin: flukonazol qaraciyərdə fenitoinin metabolizmini ləngidir. Eyni vaxtda 200 mq flukonazolun və 250 mq fenitoinin venadaxili təkrar istifadəsi fenitoinin AUC24 75% və С 128%min artmasına səbəb olmuşdur. Preparatların birgə istifadəsi zamanı fenitoinin toksikliyinin qarşısını almaq üçün qan zərdabında fenitoinin konsentrasiyasına nəzarət etmək lazımdır. Prednizon: məlumat verilmişdir ki, prednizonun istifadəsi fonunda qaraciyər transplantasiyasından sonra xəstədə Addison xəstəliyi inkişaf etmişdir, hansı ki, flukonazol ilə üçaylıq terapiyanın dayandırılmasından sonra baş vermişdir. Ehtimal olunur ki, flukonazolun kəsilməsi CYP3A4 aktivliyinin güclənməsinə səbəb olmuşdur ki, bu isə prednizonun metabolizminin sürətlənməsinə gətirmişdir. Flukonazolun istifadəsinin dayandırılması zamanı böyrəküstü vəzin qabıq maddəsinin çatışmazlığını aşkar etmək məqsədilə, flukonazol və prednizon ilə uzunmüddətli müalicə alan pasiyentlər diqqətli tibbi müşahidə altında olmalıdırlar. Rifabutin: flukonazol zərdabda rifabutinin konsentrasiyalarını yüksəldir, bu isə rifabutinin AUC göstəricisinin 80%-ə qədər artmasına gətirib çıxarır. Eyni vaxtda flukonazol və rifabutin istifadə edən pasiyentlərdə uveit hadisələri barədə məlumat verilmişdir. Kombinəolunmuş müalicə zamanı rifabutinin toksiki təsirinin simptomlarına diqqət yetirmək lazımdır. Sakvinavir: flukonazol qaraciyərdə CYP3A4 fermenti ilə metabolizminin ləngiməsi səbəbindən və P- qlikoproteinin inhibə olunması yolu ilə sakvinavirin AUC və C göstəricilərini müvafiq şəkildə,max təxminən 50% və 55% yüksəldir. Sakvinavir/ritonavir ilə qarşılıqlı təsiri tədqiq olunmyıb, bu səbəbdən, o daha ifadəolunmuş xarakter daşıya bilər. Sakvinavirin dozasının korreksiya edilməsi tələb oluna bilər. Sulfonil sidik cövhəri törəmələri (xlorpropamid, qlibenklamid, qlipizid və tolbutamid): eyni vaxtda flukonazol istifadəsi ilə, sağlam könüllülərdə plazmada sulfonil sidik cövhəri törəmələrin peroral preparatların yarımxaricolma müddətini uzadır. Qanda qlükoza səviyyəsinin tez-tez nəzarətinin aparılması və eyni vaxtda istifadəsi zamanı sulfonil sidik cövhəri törəmələrinin dozasının azaldılması tövsiyə olunur. Teofillin: plasebo-nəzarətli qarşılıqlı təsir tədqiqatında flukonazolun 200 mq dozada 14 gün ərzində istifadəsi qan plazmasından teofillinin klirensinin orta sürətinin 18% azalmasına gətirib çıxarmışdır. Teofillinin yüksək dozalarını qəbul edən və ya digər halda teofillinin toksiki təsir riskinə yüksək dərəcədə məruz qalan pasiyentlər flukonazolun istifadəsi zamanı teofillinin toksiklik əlamətlərinin aşkar olunması üçün müşahidə altında olmalıdırlar. Toksiklik əlamətlərin baş verməsi zamanı müalicəni dəyişmək lazımdır. Tofasitinib: CYP3A4 yüngül inhibə olunmasını və CYP2C19 güclü inhibə olunmasını təmin edən dərman preparatları ilə (məsələn, flukonazol ilə) birgə istifadəsi zamanı tofasitinibin təsiri yüksəlir. Bu səbəbdən, belə preparatlar ilə eyni vaxtda istifadəsi zamanı tofasinibin dozasının gündə 1 dəfə 5 mq-a qədər azaltmaq tövsiyə olunur. Qıfotu alkaloidləri: baxmayaraq ki, heç bir tədqiqat aparılmayıb, ehtimal olunur ki, flukonazol CYP3A4 inhibə olunması səbəbindən qan plazmasında qıfotu alkaloidlərin (məsələn, vinkristin və vinblastinin) konsentrasiyasının yüksəlməsinə gətirib çıxara bilər ki, bu isə neyrotoksik effektlərin inkişaf etməsinə gətirir. Vitamin А: məlumat verilmişdir ki, tam şəkildə transretinoy turşusu ilə (vitamin A-nın turşu forması) eyni vaxtda flukonazol istifadə edən pasiyentdə baş beyin psevdoşişi formasında mərkəzi sinir sistemi tərəfindən (MSS) əlavə təsirlər müşahidə olunmuşdur ki, bu isə flukonzolun kəsilməsindən sonra itib getmişdir. Bu dərman maddələrini eyni vaxtda istifadə etmək olar, MSS tərəfindən əlavə təsirlərin monitorinqi məsləhət görülür. Vorikonazol (CYP2C9, CYP2C19 və CYP3A4 inhibitoru): səkkiz sağlam kişi cinsindən olan könüllülər tərəfindən vorikonazolun (400 mq hər 12 saatdan bir 1-ci gün, daha sonra 200 mq hər 12 saatdan bir 2,5 gün ərzində) və flukonazolun (400 mq 1-ci gün, daha sonra 200 mq hər 24 saatdan bir 4 gün ərzində) eyni vaxtda peroral istifadəsi vorikonazolun C və AUC göstəricilərinin ortamax hesabla müvafiq olaraq, 57% (90% Eİ: 20%, 107%) və 79% (90% Eİ: 40%,128%) yüksəlməsinə gətirmişdir. Belə effekti aradan qaldıra biləcək vorikonazol və flukonazolun dozası və/və ya qəbul tezliyinin azaldılması müəyyən olunmayıb. Flukonazoldan sonra vorikonazolun istifadəsi zamanı vorikonazolun əlavə təsirlərinin monitorinqini aparmaq lazımdır. Zidovudin: flukonazol zidovudinin C və AUC göstəricilərini müvafiq olaraq, 84% və 74%max yüksəldir, bu isə peroral qəbulu zamanı zidovudinin klirensinin təxminən 45% azalması ilə əlaqədardır. Flukonazol ilə kombinəolunmuş müalicədən sonra zodovudinin yarımxaricolma dövrü təxminən 128% artmışdır. Bu kombinasiyanı qəbul edən pasiyentlər zidovudinlə bağlı arzuolunmaz reaksiyaların monitorinqi üçün müşahidə altında olmalıdırlar. Zidovudinin dozasının azaldılması barədə məsələ müzakirə olunmalıdır. Azitromisin: 18 sağlam könüllünün iştirakı ilə aparılan açıq randomizəolunmuş üçtərəfli çarpaz tədqiqat 1200 mq azitromisinin birdəfəlik peroral dozasının 800 mq flukonazolun birdəfəlik peroral dozasının farmakokinetikasına təsirini, həmçinin flukonazolun azitromisinin farmakokinetikasına təsirlərini qiymətləndirmişdir. Flukonazol və azitromisin arasında əhəmiyyətli dərəcədə farmakokinetik qarşılıqlı təsir aşkar olunmamışdır. Peroral kontraseptivlər: flukonazolun çoxsaylı qəbulu fonunda kombinəolunmuş peroral kontraseptivin istifadəsilə iki farmakokinetik tədqiqat aparılmışdır. 50 mq dozada flukonazolun istifadəsi zamanı hormonların səviyyəsinə dəyərli təsiri təyin olunmamışdır, lakin gündə 200 mq istifadəsi zamanı etinilestradiolun və levonorgestrelin AUC göstəricilərinin müvafiq olaraq 40% və 24% yüksəlməsi müşahidə olunmuşdur. Beləliklə, flukonazolun qeyd olunan dozalarının çoxsaylı qəbulunun kombinəolunmuş peroral kontraseptivlərin effektivliyinə təsir göstərəcəyi az ehtimal olunur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Hamiləliyin I trimesterində Flukonazolun ≤ 150 mq kumulyativ dozası ilə müalicə olunan bir neçə min hamilə qadınlardan toplanan məlumatlarda preparatın dölə heç bir arzuolunmaz effektləri nümayiş olunmamışdır. Genişmiqyaslı müşahidə tədqiqatında, yerli tətbiq edilən azollarla müalicə olunan və flukonazolun 450 mq-dan yüksək kumulyativ dozaları ilə müalicə olunan və 4-də əlavə hallar qeyd edilən min hamilə qadınlarla müqayisədə, peroral istifadə edilən flukonazola qarşı birinci trimester ekspozisiyası Flukonazolun ≤ 450 mq kumulyativ dozası ilə müalicə olunan min hamilə qadınlardan təxminən 1-də dayaq-hərəkət sistemində malformasiyaların yaranma riskinin artması ilə əlaqəli olmuşdur. Dəyişdirilən nisbi risk 150 mq oral flukonazol üçün 1,29 (95% CI 1,05-1,58) və 450 mq flukonazoldan yuxarı dozalarda 1,98 (95% CI 1,23-3,17) idi. Koksidioidozun müalicəsi üçün minimum 3 ay və ya daha çox müddət ərzində yüksək dozalarda (400-800 mq/sutka) flukonazol qəbul edən anaların yenidoğulmuş körpələrində çoxsaylı anadangəlmə patologiyaların (bradifreniya, xarici qulağın displaziyası, ön əmgəyin həddsiz böyüməsi, budun əyilməsi, çiyin-dirsək oynağının sinostozu daxill olmaqla) aşkar olması barədə məlumatlar var. Flukonazolun qəbulu ilə bu halların baş verməsinin asılılığı məlum deyil. Heyvanlar üzərində aparılan tədqiqatlar reproduktiv toksiklik göstərmişdir . Hamiləlik dövründə, həddən artıq zərurət yaranmadığı hallarda, Flukonazolun adi standart dozalarını və qısamüddətli müalicə kurslarını təyin etmək olmaz. Həyat üçün təhlükəli infeksiyaların müalicəsi istisna olmaqla, hamiləlik dövründə, Flukonazolu yüksək dozalarda və/və ya uzunmüddətli müalicə kursları ilə istifadə etmək olmaz. Laktasiya dövrü Flukonazol, plazmadakı konsentrasiyaya yaxın konsentrasiyada ana südünün tərkibinə nüfuz edir. Birdəfəlik 150 mq dozada flukonazol qəbul etdikdən sonra südvermə davam etdirilə bilər. Təkrar və ya yüksək dozada flukonazolun istifadəsindən sonra südvermənin davam etdirilməsi tövsiyə edilmir. Südvermənin uşağın inkişafı və sağlamlığına faydaları ilə yanaşı, ananın DİFLUVİD preparatına olan klinik ehtiyacı və DİFLUVİD preparatının təsirindən südlə qidalanan uşaqda yarana biləcək və ya preparatın istifadəsindən sonra anadan qaynaqlanan potensial əlavə təsirlər də nəzərə alınmalıdır. Fertillik Flukonazol erkək və dişi siçovullar üzərində aparılan tədqiqatlarda fertilliyə təsir göstərməmişdir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Flukonazolun nəqliyyat vasitələrini və digər təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsirinin öyrənilməsi istiqamətində tədqiqatlar aparılmayıb. Pasiyentləri, DİFLUVİD preparatının istifadəsi nəticəsində baş verə biləcək başgicəllənmə və qıcolmalar barədə məlumatlandırmaq lazımdır və həmin pasiyentlərə preparatla müalicə zamanı nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etməmələri tövsiyə edilməlidir.

İstifadə qaydası və dozası

Dozalanması Doza göbələk infeksiyasının təbiətinə və şiddətinə əsaslanaraq təyin edilməlidir. Çoxsaylı doza tələb edən infeksiyaların müalicəsi klinik parametrlər və ya laborator müayinələr aktiv göbələk infeksiyasının azaldığını göstərənə qədər davam etdirilməlidir. Yetərli olmayan müalicə müddəti aktiv infeksiyanın təkrarlanmasına səbəb ola bilər. Böyüklər İstifadəsinə göstərişlər Dozalanma Müalicə müddəti Kriptokokoz – Kriptokok meningitin Yükləyici dozası: Adətən ən azı 6-8 müalicəsi 400 mq birinci həftədir gün. Həyat üçün təhlükəli Dəstəkləyici doza: infeksiyalarda sutkalıq 200-400 mq dozanı 800 mq qədər gündə bir dəfə. artırmaq olar. – Geri qayıtma riski 200 mq gündə bir Gündəlik 200 mq yüksək olan dəfə dozada müddətsiz pasiyentlərdə kriptokok meningitin residivlərinin profilaktikası üçün dəstəkləyici terapiya: Koksidioidomikoz 200 mq – 400 mq Müalicə müddəti gündə bir dəfə xəstənin vəziyyətindən asılı olaraq 11-24 ay və ondan artıq ola bilər. İnfeksiyaların bəzi formalarının müalicəsi üçün və xüsusən meningitin müalicəsi üçün, sutkada 800 mq prepapat qəbul etmək məqsədəuyğun hesab edilir. İnvaziv kandidozlar Yükləyici dozası: Ümumiyyətlə, 800 mq birinci kandidemiyanın tövsiyə gün olunan müalicə müddəti Dəstəkləyici doza: qan əkməsinin mənfi 400 mq gündə bir nəticələri əldə dəfə olunandan, xəstəliyin əlamətləri və kandidemiyanın simptomları aradan qalxandan sonra 2 həftədir. Selikli qişaların – Orofaringeal Yükləyici dozası: 7-21 gün (orofaringeal kandidozunun müalicəsi kandidoz 200-400 mq kandidozun remissiyası (ağız-boğaz birinci gün əldə edilənə qədər). kandidozu) Dəstəkləyici doza: İmmun funksiyaları 100-200 mq kəskin pozulmuş gündə bir dəfə pasiyentlərdə daha uzun müalicə müddəti istifadə edilə bilər. – Ezofageal kandidoz Yükləyici dozası: 14-30 gün (qida borusu 200-400 mq (oezofaringeal kandidozu) birinci gün kandidozun remissiyası Dəstəkləyici doza: əldə edilənə qədər). 100-200 mq İmmun funksiyaları gündə bir dəfə kəskin pozulmuş pasiyentlərdə aha uzun müalicə müddəti istifadə edilə bilər. – Kandiduriya 200-400 mq 7-21 gün. İmmun gündə bir dəfə funksiyaları kəskin pozulmuş pasiyentlərdə daha uzun müalicə müddəti istifadə edilə bilər. – Xronik atrofik 50 mq gündə bir 14 gün kandidoz dəfə – Dəri və selikli 50-100 mq gündə 28 günə qədər. qişaların xronik bir dəfə Xəstəliyin ağırlığından kandidozu və infeksiyanın növündən asılı olaraq və ya immunitetin aşağı düşməsi qeyd olunduqda müalicə daha uzun müddətə davam etdirilə bilər. Selikli qişaların – Orofaringeal 100-200 mq Xronik immun kandidozunun inkişaf kandidoz gündə bir dəfə və supressiyalı pasiyentlər etməsi riski yüksək olan (ağız-boğaz ya 200 mq həftədə üçün müddətsiz HİV-infeksiyalı kandidozu) 3 dəfə xəstələrdə residivlərin – Ezofageal kandidoz 100-200 mq Xronik immun qarşısının alınması. (qida borusu gündə bir dəfə və supressiyalı pasiyentlər kandidozu) ya 200 mq həftədə üçün müddətsiz 3 dəfə Genital kandidozlar Kəskin vaginal 150 mq Birdəfəlik doza kandidoz Kandidoz balanit Vaginal kandidozların 150 mq hər üç Saxlanma dozası: 6 ay residivlərinin müalicə gündən bir, və profilaktikası (ildə 4 ümumi 3 dozada və daha çox residiv) (1, 4 və 7-ci günlər), sonradan həftədə bir dəfə 150 mq saxlanma dozası Dermatomikozlar tinea pedis (pəncələrin 150 mq həftədə 2-4 həftə, pəncələrin mikozu), bir dəfə və ya 50 tinea pedis mikozunun tinea corporis (hamar mq gündə bir dəfə müalicəsi 6 həftəyə dəri mikozu), qədər davam edə bilər. tinea cruris (qasıq nahiyəsinin dermatomikozu), – kandidoz infeksiyaları – tinea versicolor 300-400 mq 1-3 həftə (rəngbərəng dəmrov) həftədə bir dəfə 50 mq gündə bir 2-4 həftə dəfə – tinea unguium 150 mq həftədə İnfeksiyalaşmış dırnağın (dermatofit bir dəfə yerində sağlam dırnaq onixomikoz) çıxmayana qədər müalicə davam etdirilməlidir. Əllərdə və ayaqların baş barmağlarında sağlam dırnağın çıxması üçün müvafiq olaraq 3-6 ay və 6-12 ay vaxt lazımdır. Lakin bu müddət hər pasiyent üçün fərdi və müxtəlifdir və xəstənin yaşından asılıdır. Dırnaqların xroniki infeksiyalarının uzunmüddətli uğurlu müalicəsindən sonra belə dırnağın forması dəyişmiş qala bilər. Uzunmüddətli 200-400 mq Müalicə gözlənilən neytropeniyalı gündə bir dəfə neytropeniyanın pasiyentlərdə kandidoz başlamasından bir neçə infeksiyalarının gün əvvəl başlamalı və profilaktikası neytrofillərin sayı mm başına 1000 hüceyrədən yuxarı qalxdıqdan sonra neytropeniyadan sağaldıqdan sonra 7 gün davam etdirilməlidir Xüsusi qrup populyasiyalarda istifadəsi Yaşlılar Böyrək funksiyalarından asılı olaraq doza dəyişilməlidir (“böyrək çatışmazlığı” bölməsinə baxın). Böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlər DİFLUVİD preparatı əsasən dəyişilməmiş aktiv maddə şəklində sidiklə xaric olunur. Sadə birdəfəlik dozanın istifadəsi ilə müalicə zamanı Flukonazolun dozasının tənzimlənməsi tələb olunmur. Böyrək funksiyalarının patologiyası olan xəstələrdə (o cümlədən uşaqlarda) preparatın dəfələrlə təkrar yeridilməsi tələb olunduqda terapevtik göstərişlərdən asılı olaraq müalicənin birinci günü başlanğıc doza 50-400 mq təyin olunur. Bu başlanğıc yükləmə dozasından sonra sutkalıq doza (terapevtik göstərişlərdən asılı olaraq) aşağıdakı cədvələ əsasən hesablanır: Kreatinin klirensi (ml/min) Tövsiyə olunan dozanın faizi >50 100% ≤50 (hemodializ yoxdur) 50% Hemodializ 100% hər hemodializdən sonra Mütəmadi dializ müalicəsində olan pasiyentlər, hər dializ seansından sonra tövsiyə olunan dozanın 100%-ni qəbul etməlidilər. Dializ aparılmayan gün, kreatinin klirensinin səviyyəsindən asılı olaraq, korreksiya olunmuş doza təyin olunur. Qaraciyər çatışmazlığından əziyyət çəkən pasiyentlər Qaraciyər çatışmazlığından əziyyət çəkən pasiyentlərdə flukonazolun istifadəsinə dair məlumatların məhdud olması səbəbindən, flukonazol qaraciyər funksiyaları pozulmuş pasiyentlərə ehtiyatla təyin edilməlidir. Pediatrik populyasiyada istifadəsi Pediatrik populyasiyada gündəlik maksimum 400 mq doza həddi aşılmamalıdır. Yetkinlərdə oxşar infeksiyalarda olduğu kimi, müalicə müddəti klinik və mikoloji reaksiyalara əsasən təyin edilir. DİFLUVİD birdəfəlik gündəlik dozada tətbiq olunur. İstifadəsinə göstərişlər Dozalanması Tövsiyə olunan dozalar – Selikli qişaların kandidozu Başlanğıc doza: 6 mq/kq Stabil vəziyyət səviyyələrinə daha Sonrakı doza: 3 mq/kq gündə sürətli nail olmaq üçün başlanğıc doza bir dəfə ilk gündə istifadə edilə bilər. İnvaziv kandidoz Doza: 6-12 mq/kq gündə bir Xəstəliyin ağırlığından asılı olaraq. Kriptokok meningiti dəfə – Kriptokok meningitinin Doza: 6 mq/kq gündə bir dəfə Xəstəliyin ağırlığından asılı olaraq. inkişaf etməsi riski yüksək olan uşaqlarda residivlərin qarşısının alınması üçün saxlanma terapiyası. – İmmun funksiyaları kəskin Doza: 3-12 mq/kq gündə bir İnduksiya olunmuş neytropeniyanın pozulmuş pasiyentlərdə dəfə dərəcəsindən və müddətindən asılı Kandidozların profilaktikası. olaraq (böyüklərdə dozalanma bölməsinə baxın) Yeniyetmələr (12-17 yaş arası): Bədən çəkisindən və pubertal inkişafdan asılı olaraq həkim hansı dozanın (böyüklər və uşaqlar üçün olan dozanın) daha uyğun olduğunu təyin etməlidir. Klinik məlumatlar uşaqlarda flukonazol klirensinin böyüklər üçün müşahidə ediləndən daha yüksək olduğunu göstərir. Böyüklərdə 100, 200 və 400 mq doza, uşaqlarda müqayisə edilə bilən sistematik bir təsir əldə etmək üçün 3, 6 və 12 mq/kq dozaya uyğun gəlir. Pediatrik populyasiyada genital kandidoz zamanı preparatın istifadəsinin təhlükəsizliyi və effektivliyi öyrənilməyib. Digər pediatrik göstərişlər üçün mövcud təhlükəsizlik məlumatları Yeniyetmələrdə (12 ilə 17 yaş arası) cinsiyyət orqanlarının kandidozunun müalicəsi vacibdirsə, dozalanma böyüklərdə tutulmuş dpzalanma ilə eyni olmalıdır. Yeni doğulmuş körpələr (0-27 günlük): Neonatlar, flukonazolu yavaş-yavaş xaric edir. Yenidoğulmuş körpələrdə bu posologiyanı dəstəkləyən az sayda farmakokinetik məlumatlar mövcuddur. Yaş qrupu Dozalanma Tövsiyə edilən dozalanma Yenidoğulmuş körpələr Yenidoğulmuşlar, körpələr və Hər 72 saatdan bir maksimum (0-14 günlük) uşaqlar üçün eyni mq/kq doza hər 12 mq/kq doza həddi 72 saatdan bir verilməlidir. aşılmamalıdır. Yenidoğulmuş körpələr Yenidoğulmuşlar, körpələr və Hər 48 saatdan bir maksimum (15-ci gündən 27-ci günə uşaqlar üçün eyni mq /kq doza 12 mq/kq doza həddi qədər) hər 48 saatdan bir verilməlidir. aşılmamalıdır. Tətbiqi üsulu DİFLUVİD preparatı peroral olaraq istifadə üçündür. Kapsul formulası körpələrdə və kiçik uşaqlarda istifadə üçün uyğunlaşdırılmamışdır. Kapsullar bütöv şəkildə və qida qəbulundan asılı olmayaraq udulmalıdır.

Əlavə təsirləri

Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥1/10); tez-tez (≥1/100 – <1/10); bəzən (≥1/1000 – <1/100); nadir hallarda (≥1/10000 – <1/1000); çox nadir hallarda (<1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil). Ən çox müşahidə edilən (>1/10) əlavə reaksiyalara baş ağrısı, qarın nahiyəsində ağrılar, diareya, ürəkbulanma, qusma, alaninaminotransferazanın miqdarının artması, aspartataminotransferazanın miqdarının artması, qanda qələvi fosfatazanın miqdarının artması və səpgilər daxildir. Flukonazol müalicəsi ilə əlaqəli eozinofiliya ilə dərman reaksiyası və sistemik simptomlar (DRESS) müşahidə edilmişdir. Sistem Orqanlar Sinfi Tez-tez Bəzən Nadir Məlum deyil Qan və limfatik Anemiya Aqranulositoz, sistemdə baş verən leykopeniya, pozğunluqlar trombositopeniya, neytropeniya İmmun sistemdə baş Anafilaksiya verən pozğunluqlar Metabolik və alimentar İştahanın Hiperxolesterinemiya, pozğunluqlar azalması hipertriqliseridemiya, hipokaliemiya Psixi pozğunluqlar Yuxusuzluq, yuxuya meyillilik Sinir sistemində baş Baş ağrısı Qıcolmalar, Tremor verən pozğunluqlar başgicəllənmə, paresteziyalar, dadbilmə qabiliyyətinin pozulması Eşitmə orqanında və Vertiqo vestibulyar aparatda baş verən pozğunluqlar Ürəkdə baş verən “Piruet” tipli pozğunluqlar paroksizmal mədəcik taxikardiyası, QT intervalının uzanması Mədə-bağırsaq Abdominal Qəbizlik, sistemində baş verən ağrılar, qusma, dispepsiya, pozğunluqlar diareya, köpmə, ağızda ürəkbulanma quruluq Hepatobiliar Alaninamino- Xolestaz, Qaraciyər pozğunluqlar transferaza sarılıq, çatışmazlığı, (ALT) bilirubinin hepatosellülyar fermentinin miqdarının nekroz, hepatitlər, miqdarının artması hepatosellülyar artması, zədələnmələr aspartatamino- transferaza (AST) fermentinin miqdarının artması, qələvi fosfataza fermentlərinin miqdarının artması (4.4 bölməsinə baxın) Dəri və dərialtı Dəridə səpgilər Dərmana qarşı Toksik epidermal Eozinofiliya və toxumalarda baş verən dəri nekroliz, Stivens- sistemik pozğunluqlar reaksiyaları*, Conson sindromu, simptomlarla övrə, qaşınma, kəskin yayılmış dərman reaksiyası tər ifrazının ekzantematoz (DRESS) artması pustuloz, eksfoliativ dermatit, angionevrotik ödem, üzün ödemi, alopesiya. Dayaq-hərəkət Mialgiya sistemində və birləşdirici toxumada baş verən pozğunluqlar Ümumi pozğunluqlar Yorğunluq, və tətbiqi sahəsində halsızlıq, vəziyyətlər asteniya, titrətmə * Sabit dərmana qarşı dəri reaksiyaları da daxil olmaqla Pediatrik populyasiyada istifadəsi Cinsiyyət orqanlarının kandidoz (genital kandidoz) göstəricisi istisna olmaqla, pediatrik klinik tədqiqatlar zamanı qeydə alınan mənfi reaksiyaların və laborator anomaliyalarının əlamətləri və baş vermə tezlikləri böyüklərdə təzahür edənlər ilə müqayisə edilə bilər. Şübhəli əlavə reaksiyalar barədə məlumatların bildirilməsi Dərman vasitəsi dövlət qeydiyyatına alındıqdan sonra şübhəli əlavə reaksiyalar barədə məlumatların bildirilməsi vacibdir. Bu dərman preparatının fayda/risk balansına davamlı nəzarət etməyə imkan verir. Səhiyyə işçilərindən hər hansı əlavə reaksiyalar barədə məlumat vermələri xahiş olunur.

Doza həddinin aşılması

Flukonazolun doza həddinin aşılması halları qeyd edilmişdir. Yanaşı olaraq hallüsinasiyalar və paranoidal hərəkətlər müşahidə edilmişdir. Doza həddinin aşılması zamanı simptomatik müalicə adekvat effekt verə bilər (lazım gələrsə, dəstəkləyici tədbirlər və mədənin yuyulması). Flukonazol, əsasən böyrəklər vasitəsilə xaric olur; bu səbəbə görə ehtimal edilir ki, sürətləndirilmiş diurez, preparatın xaric olması sürətini artıra bilər. Üç saat davam edən hemodializ seansı qan plazmasında flukonazolun səviyyəsini təqribən 50% azaldır.

Buraxılış forması

4 kapsul blisterdə. 1 blister içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30°C-dən aşağı temperaturda, günəş şüaları düşməyən, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Hovid Bhd., Malayziya. Lot 56442,7 ½ Miles, Jalan Ipoh/Chemor, 31200 Chemor, Perak, Malayziya.

Qeydiyyat vəsiqəsinin sahibi

Hovid Bhd., Malayziya. 121, Jalan Tunku Abdul Rahman (Jalan Kuala Kangsar), 30010 Ipoh, Perak, Malayziya.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“DIFLUVID 150 MG N4 KAPS” üçün ilk rəyi siz yazın.