DERMAZIN 50 GR KREM

Dərman formasıKrem
Farmakoloji təsirYerli istifadə üçün kimyaterapevtik preparat, sulfonamidlər
İstehsal ölkəsiAlmaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

5,92 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

DERMAZİN 1% krem Beynəlxalq patentləşdirilməmiş adı: Silver sulfadiazine

Tərkibi

Təsiredici maddə: 1 q kremin tərkibində 10 mq gümüş sulfadiazin vardır. Köməkçi maddələr: hidrogenləşdirilmiş yerfındığı yağı, setil spirti, metilparahidroksibenzoat, propilenqlikol, propilparahidroksibenzoat, polisorbat 60, təmizlənmiş su.

Təsviri

Ağ rəngli, bircinsli kremdir.

Farmakoterapevtik qrupu

Yerli istifadə üçün kimyaterapevtik preparat, sulfonamidlər. ATC kodu: D06BA01.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Dermazin infeksiyaların profilaktikası və müalicəsi məqsədi ilə yerli istifadə üçün kimyaterapevtik preparatdır. Təsiredici maddəsi gümüş sulfadiazindir. Dəriyə yaxıldıqdan sonra gümüş sulfadiazin tədricən və fasiləsiz olaraq parçalanır. Bu zaman azad olan gümüş ionları bakteriyaların inkişafını və çoxalmasını inhibə edir və bu zaman dəri hüceyrələrini və dərialtı toxumaları zədələmir. Preparat çox geniş antibakterial aktivlik spektrinə malikdir və o, yanıq yaralarının və dərinin yara səthinin infeksiyalarını törədən bütün mikroorqanizmlərə təsir göstərir. Dermazin nekrotik toxumalara və ekssudata nüfuz edir. Bu xassə çox əhəmiyyətlidir, belə ki, nekrotik sahədə qan təchizatının olmaması səbəbindən sistem antibiotiklər yanıq nekrotik kütlələrdə toplanmış bakteriyalara münasibətdə qeyri-effektivdir. Farmakokinetikası Gümüş sulfadiazin absorbsiya oluna bilər, xüsusilə onu uzun müddət ərzində dəri səthinin geniş səthinə çox miqdarda yaxdıqda. Zərdabda sulfanilamidlərin səviyyəsi yanıq səthinin sahəsi və yaxılmış kremin miqdarı ilə düz mütənasibdir. Pasiyentlərin yanıq yaralarının səthinə 500-1000 q 1%-li gümüş sulfadiazin (5-10 q gümüş sulfadiazin) yaxıldıqdan sonra sulfadiazinin qan zərdabında səviyyəsi 2-5 mq/l, sidikdə – 50- 1000 mq/l olmuşdur. Gümüşün yüksək sistem absorbsiyası nəticəsində yaranan argiriya minimal dərəcədə təzahür etmişdir.

İstifadəsinə göstərişlər

Preparat başlıca olaraq, aşağıdakı hallarda istifadə üçün nəzərdə tutulmuşdur: • yanıq infeksiyalarının müalicəsi və profilaktikası; • infeksiyalaşmış yataq yaralarının, venaların varikoz genişlənməsi zamanı xoraların, sıyrıntıların, kiçik kəsiklərin və yaraların, kəsilmiş və digər təmiz yaraların müalicəsi və profilaktikası, həmçinin dəri köçürülməsi zamanı.

Əks göstərişlər

Təsiredici maddəyə və ya preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq Hamiləliyin son dövrü Erkən doğulmuş və 2 aylıqdan kiçik körpələr

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Sulfadiazindən istifadə zamanı dərinin Stivens-Conson sindromu (SCS) və toksik epidermal nekroliz (TEN) sindromu kimi həyat üçün təhlükəli dəri reaksiyalarının inkişafı barədə məlumat verilmişdir. Pasiyentlər bu dəri reaksiyalarının əlamətləri və simptomları və onların ciddi izlənilməsi barədə məlumatlandırılmalıdırlar. SCS və ya TEN simptomları və ya əlamətləri meydana çıxan zaman (məs., tez-tez qabarların əmələ gəlməsi və ya selikli qişaların zədələnməsi ilə müşayiət olunan,güclənən dəri səpgisi) sulfadiazinlə müalicəni dərhal dayandırırlar. SCS və TEN-in ən yaxşı müalicəsi diaqnozun erkən qoyulması və bu vəziyyəti yaratması güman edilən istənilən preparatın istifadəsinin dərhal dayandırılması hesabına əldə edilir. Preparatın erkən ləğvi proqnozun yaxşılaşmasına səbəb olur. Əgər Dermazinin istifadəsi zamanı SCS və ya TEN inkişaf edərsə, preparatı heç bir vaxt təkrar təyin etmək olmaz. Sulfonamidlər nüvə sarılığı törədə bildiyindən, əgər gözlənilən fayda potensial riski üstələməzsə, gümüş sulfadiazin hamiləliyin gec mərhələlərində, vaxtındanəvvəl doğulmuş uşaqlarda və ya 2 aylıqdan kiçik uşaqlarda istifadə edilməməlidir. Sulfonamidlərə qarşı yüksək həssaslığı olan, böyrək çatışmazlığı və qaraciyər parenximasının zədələnməsi olan pasiyentlərin müalicəsi zamanı ehtiyatlı olmaq lazımdır. Əgər leykopeniya və ya sulfonamidlərə qarşı yüksək həssaslıq əlamətləri meydana çıxarsa, leykositlərin miqdarının yoxlanması tövsiyə olunur. Tənəffüs çatışmazlığı, şiddətli böyrək və qaraciyər çatışmazlığında ehtiyatla istifadə olunmalıdır Dəri boz rəng ala bilər, xüsusilə günəş işığının təsiri nəticəsində. Anadangəlmə qlükozo-6-fosfatdehidrogenaza çatışmazlığı olan və ya ona şübhə olan pasiyentlər üzərində ciddi müşahidə tələb olunur. Bədənin geniş sahəsini əhatə etmiş yanıqların müalicəsi zamanı ehtiyatlı olmaq lazımdır Xüsusi göstərişlər Kremin tərkibində metilparahidroksibenzoat və propilparahidroksibenzoat vardır və onlar allergik reaksiyalar (ola bilər ki, gecikmiş) törədə bilər. Dermazinin tərkibində yerfındığı yağı (araxis yağı) vardır. Əgər Sizdə araxisə və ya soyaya qarşı allergiya varsa, bu preparatı qəbul etməyin. Kremin tərkibində həmçinin propilenqlikol vardır və o, dəridə qıcıqlanma törədə bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Gümüş yaraların işlənməsi üçün istifadə edilən topikal fermentativ preparatları inaktivləşdirə bildiyindən, eyni zamanda bu preparatın istifadə edilməsi tövsiyə olunmur. Sulfadiazinin zərdab konsentrasiyasının müalicəvi kosentrasiyaya yaxınlaşdığı geniş yanıqlarda nəzərə almaq lazımdır ki, sistem istifadə üçün preparatların təsiri dəyişə bilər. Dermazin sidik yolları infeksiyalarında istifadə olunan metenamin preparatı ilə birgə istifadə edilməməlidir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Gümüş sulfadiazinin insanda hamiləlik zamanı istifadəsinin potensial riskini qiymətləndirmək üçün kifayət qədər məlumat yoxdur. Gümüş az miqdarda absorbsiya olunur. Gümüş sulfadiazinin dölə mümkün təsiri öyrənilməmişdir. Bilavasitə doğuşdan əvvəl sulfonamidlərin sistem istifadəsi zamanı yenidoğulmuşlarda hiperbilirubinemiya riski mövcuddur, belə ki, sulfonamidlər qanda bilirubini albuminlə birləşmə yerindən sıxışdırıb çıxarır. Hamilə və hamiləliyi planlaşdıran qadınlarda Dermazin çox ehtiyatla istifadə olunmalıdır. Hamiləliyin son dövrlərində isə əks göstərişdir. Gümüş sulfadiazinin ana südü ilə xaric olması məlum deyil. Lakin məlumdur ki, sulfonamidlər az miqdarda ana südü ilə xaric olur. Vaxtındanəvvəl doğulmuş uşaqlarda və qlükozo-6- fosfatdehidrogenaza çatışmazlığı olan uşaqlarda hiperbilirubinemiyanın və nüvə sarılığı riskinin yüksək olması nəzərə alınmalıdır. Laktasiya dövründə bu preparatla müalicə həkim tövsiyəsindən sonra mümkündür.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Öyrənilməmişdir.

İstifadə qaydası və dozası

Dermazini həmişə müalicə həkiminin tövsiyələrinə dəqiq əməl etməklə istifadə edin. Preparat xaricə istifadə üçün nəzərdə tutulmuşdur. Müvafiq müalicə rejimi yanıq zədələnmələrinin ağırlığını qiymətləndirdikdən dərhal sonra təyin edilir. Preparatı yaxmazdan əvvəl yanıq səthi təmizlənir və nekrotik toxumalar kənarlaşdırılır. Dermazin kremi dərinin yanmış nahiyəsinə 2-4 mm qalınlıqda təbəqə şəklində yaxılır. Yaxşı olar ki, krem steril tənzifə yaxılaraq yara səthinə qoyulsun. Kremi həmçinin dərinin yanmış nahiyəsinə steril əlcək geyərək əllə və ya steril şpatellə yaxmaq olar. Krem adətən yara səthinə gündə 1 dəfə yaxılır; daha ağır yanıqlarda kremin yaxılmasını təkrar etmək olar. Bununla belə, kremi 24 saatda 1 dəfədən artıq təkrar yaxmaq tövsiyə olunmur. Hər bir təkrar yaxmadan əvvəl yanıq səthini sudan və antiseptik maddələrdən istifadə etməklə yumaq, ekssudatın və əvvəl yaxılmış kremin bütün qalıqlarını kənarlaşdırmaq lazımdır, hansı ki, Dermazinin yaxılmasından sonra çoxlu miqdarda olur və rənginə görə irini xatırladır və bu zaman aseptik olur. Sonra yaranı sarğı ilə örtmək olar, lakin, bu zəruri deyildir. Dermazin yalnız yaraya yaxılmalıdır, normal dəri ilə uzun müddətli təmasından qaçınılmalıdır. Göz və göz ətrafı nahiyəyə istifadə olunmamalıdır. Yara səthinə yaxılan zaman krem ağrı törətmir. O, paltarda və yataq ağlarında ləkə qoymur. Böyrək/qaraciyər funksiyalarının pozulması Qaraciyər və böyrək funksiyalarının pozğunluğu olan pasiyentlərdə Dermazinin istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır, belə ki, geniş yanıqların uzunmüddətli müalicəsi zamanı sulfadiazin əhəmiyyətli dərəcədə absorbsiya oluna bilər. Belə hallarda qanda sulfadiazinin miqdarını izləmək lazımdır. Uşaqlar 2 aylıqdan böyük uşaqlar üçün kremin tövsiyə olunan dozası, böyüklər üçün tövsiyə olunan dozadan fərqlənmir. Kremin yaxılma qaydası böyüklərdə olduğu kimidir. 2 aylıqdan kiçik uşaqların müalicəsi barədə “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın.

Əlavə təsirləri

Meydana çıxan əlavə təsirlərin qiymətləndirilməsi onların başvermə tezliyinə əsasən aparılır: çox tez-tez (≥ 1/10), tez-tez (≥1/100 və <1/10), bəzən (≥1/1,000 və <1/100), nadir (≥1/10 000 və <1/1 000), çox nadir (<1/10,000), tezliyi məlum deyil (əldə olan məlumatlara əsasən tezliyi müəyyən etmək mümkün deyil). Qanda və limfatik sistemdə baş verən pozğunluqlar: Bəzən: leykopeniya. Tezliyi məlum deyil: zərdabın yüksək osmolyallığı, anemiya, gümüş zəhərlənməsi İmmun sistemdə baş verən pozğunluqlar: Bəzən: yüksək həssaslıq. Sinir sistemində baş verən pozğunluqlar: Tezliyi məlum deyil: qızdırma tutmaları Qastrointestinal sistemdə baş verən pozğunluqlar: Tezliyi məlum deyil: ağızın selikli qişasında gümüş yığılması, psevdomembranoz kolit, toksik meqakolon Hepatobiliar sistemdə baş verən pozğunluqlar: Tezliyi məlum deyil: hepatik nekroz, hepatit Böyrək və sidik çıxarıcı yollarda baş verən pozğunluqlar: Nadir: İnterstisial nefrit Çox nadir: böyrək çatışmazlığı Tezliyi məlum deyil: kristalluriya Dəridə və dərialtı toxumada baş verən pozğunluqlar: Tez-tez: eqzema, kontakt dermatit Bəzən: yanma hissi, dəridə rəng dəyişikliyi, dəri nekrozu Çox nadir: dəridə ağır arzuolunmaz reaksiyalar – Stivens-Conson sindromu və toksik epidermal nekroliz barədə məlumat verilmişdir (bax: “Xüsusi göstərişlər və ehtiyat tədbirləri”). Tezliyi məlum deyil: dəridə səpgi, qaşınma, kontakt dermatiti kimi allergik reaksiyalar. Günəş işığının təsiri altında dəridə boz rəngin əmələ gəlməsi mümkündür. Ümumi pozğunluqlar və istifadə yerində pozğunluqlar: Tezliyi məlum deyil: yanğı hissi və ya ağrı. Gümüş sulfadiazinin sistem absorbsiyası çox nadir hallarda sulfonamidlərin sistem istifadəsi zamanı baş verən əlavə effektlər törədə bilər.

Doza həddinin aşılması

Gümüş sulfadiazinin uzun müddət yüksək dozalarda istifadəsi nəticəsində qan zərdabında gümüşün səviyyəsi yüksələ bilər, hansı ki, preparatın istifadəsi dayandırıldıqdan sonra normal göstəriciyə qayıdır. Doza həddinin aşılması zamanı meydana çıxan simptomlar gümüş sulfadiazinin əlavə təsirlərinə oxşardır. Müalicə gümüş tərkibli istənilən preparatın ləğvindən və standart tədbirlərin görülməsindən ibarətdir.

Buraxılış forması

50 q krem, alüminium tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Salutas Pharma GmbH, Germany. Lange Göhren 3, 39171 Osterweddingen, Germany. Qeydiyyat şəhadətnaməsinin sahibi Lek Pharmaceuticals d.d., Slovenia. Verovškova 57, 1526 Ljubljana, Slovenia. Bu dərman vasitəsinin qəbulu ilə əlaqədar hər-hansı şikayətiniz yaranan zaman aşağıdakı yazılan nömrələrə müraciət etməyiniz xahiş olunur. Baki şəhəri, Nəsimi rayonu, Rəsul Rza 75. Winter Park Plaza business center, mərt. 5. Tel.: +994 12 599-83-89. +994 12 599-83-90.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“DERMAZIN 50 GR KREM” üçün ilk rəyi siz yazın.