DERMASOL 0,05 20 GR KREM

Dərman formasıKrem
İstehsal ölkəsiBanqladeş

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

2,65 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

DERMAZOL 0,05% xaricə istifadə üçün krem DERMASOL Beynəlxalq patentləşdirilməmiş adı: Clobetasol propionate

Tərkibi

Təsiredici maddə: 100 q kremin tərkibində 50 mq klobetazol propionate BP vardır. Köməkçi maddələr: propilenqlikol BP, setostearil spirti BP, ağ yumşaq parafin BP, xlorkrezol BP, dinatrium edetat BP, qliserin BP, natrium sitrat BP, susuz limon turşusu BP, makroqol 1000 BP, təmizlənmiş su BP.

Təsviri

Spesifik qoxulu, homogeny, ağ rəngli kremdir. ATC kodu: D07AD.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Klobetazol prednizolon törəməsi olub, yüksək qlükokortikoid aktivliyə və zəif mineralo- kortikoid aktivliyə malikdir. Fluosinonidə nisbətən dəridən daha sürətlə absorbsiya olunur, o, psoriazın yerli müalicəsi üçün istifadə oluna bilər, lakin, o, aydın ifadə olunmuş adre- nokortikal tormozlanma (böyrəküstü vəzilərin qabıq maddəsinin tormozlanması) törədə bilər. Digər yerli kortikosteroidlər kimi, klobetazol da iltihabəleyhinə, qaşınmaəleyhinə və damar- daraldıcı xassələrə malikdir. O, çox güclü yerli kortikosteroiddir, ona görə də onu okklü- zion sarğı altında istifadə etmək olmaz. Tövsiyə olunur ki, müalicə iki ardıcıl həftə ilə məhdudlaşdırılsın və adekvat nəticələr əldə edildikdən sonra müalicə dayandırılsın. Steroidə həssas dermatozların müalicəsi zamanı yerli steroidlərin iltihabəleyhinə aktivliyinin dəqiq mexanizmi müəyyən edilməmişdir. Lakin, fərz edilir ki, kortikosteroidlər fosfolipaza A2-ni inhibə edən, hamısı birlikdə lipokortinlər adlanan zülalları induksiya etməklə təsir göstərir. Fərz edirlər ki, bu zülallar prostaqlandinlər və leykotrienlər kimi, güclü iltihab mediatorlarının biosintezinə onların ümumi sələfi olan araxidon turşusunun azad olmasını inhibə etməklə, nəzarət edirlər. Araxidon turşusu membran fosfolipidlərindən fosfolipaza A2 vasitəsilə azad olur. Lakin, digər kortikosteroidlər kimi, klobetazol əvvəlcə qlükokortikoid reseptorları ilə birləşir və kompleks şəkində hüceyrənin nüvəsinə daxil olur və genetic transkripsiyanı (transrepressiya/transaktivləşmə) modifikasiya edir. Farmakokinetikası Yerli kortikosteroidlər zədələnməmiş sağlam dəridən absorbsiya oluna bilər. Yerli kortiko- steroidin dəri vasitəsilə absorbsiya olunma dərəcəsi epidermal baryerin keçiriciliyi və tamlığı daxil olmaqla, bir çox faktorlarla müəyyən olunur. Okklüziya, iltihab və/və ya digər xəstəliklər də dəri vasitəsilə absorbsiyanı artıra bilər. Kortikosteroidlər başlıca olaraq, qara- ciyərdə metabolizə olunur, sonra böyrəklər vasitəsilə xaric olur. Klobetazol propionate və onun metabolitləri daxil olmaqla, yerli kortikosteroidlərin bəziləri həmçinin ödlə xaric olur. Siçovullarda və siçanlarda LD50 3000 mq/kq-dan çoxdur. Yerli istifadə olunan klobetazol sistem təsir göstərə bilən miqdarda absorbsiya oluna bilər. Doza həddi aşılmasının simptomlarına dərinin nazikləşməsi və böyrəküstü vəzilərin qabıq maddəsinin tormozlan- ması (stressə reaksiya vermə qabiliyyətinin zəifləməsi) aiddir.

İstifadəsinə göstərişlər

Dermazol aşağıdakı hallarda istifadə olunur: Bütün yaş qruplarında hiperakustik ekzemanın bütün formalarına ilkin nəzarət (uşaqlarda bir neçə gündən çox olmayaraq). Əllərin və ayaqların xronik hiperkeratotik ekzeması və sadə xronik dəmrov ləkələri. Bədənin hər hansı sahəsinin xronik hiperkeratotik psoriazı. Ağır kəskin fotohəssaslıq. Hipertrofik qırmızı yastı dəmrov. Lokalizəolunmuş bullyoz pozğunluqlar. Keloid çapıqlar. Pretibial miksedema. Vitiliqo. Krioterapiyadan sonra reaksiyanın tormozlanması.

Əks göstərişlər

Aşağıdakı hallarda Klobetazol propionatın istifadəsi əks göstərişdir: Dərinin impetiqo, tinea corporis və herpes simplex kimi infeksiyaları. Qoturluq kimi invaziyalar. Yenidoğulmuşlar (bir yaşdan kiçik uşaqlar). Adi çivzə (acne vulgaris). Rosasea. Qravitasion xoralanma. Perioral dermatit. Perianal və genital qaşınmalar.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Klobetazol propionat ilə uzunmüddətli faziləsiz müalicədən qaçmaq lazımdır, xüsusilə körpələrdə və uşaqlarda, belə ki, onlarda böyrəküstü vəzilərin fəaliyyətinin tormozlanması asanlıqla baş verir. Əgər uşaqlarda Klobetazol propionatın istifadəsi tələb olunarsa, müalicənin birhəftəlik müddət ərzində aparılması tövsiyə olunur. Qeyd etmək lazımdır ki, körpələr üçün uşaq əskisi okklüzion sarğı kimi təsir göstərə bilər. Güclü yerli kortikoste- roidlərlə uzunmüddətli müalicədən sonra atrofik dəyişikliklər bədənin digər nahiyələrinə nisbətən üzdə daha çox baş verə bilər. Bunu, üzdə olan və Klobetazol propionatla müalicə və pasiyentin tez-tez müşahidə edilməsini tələb edən problemlərin müalicəsi zamanı nəzərə almaq lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Heç bir məlumat yoxdur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə Klobetazol propionatın istifadə edilməsindən qaçmaq lazımdır. Dərman preparatını böyük miqdarda istifadə edən analar onun ana südünə potensial nüfuz etməsi barədə xəbərdar edilməlidirlər. Pediatriyada istifadəsi 12 yaşdan kiçik uşaqlarda preparatın təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir.

İstifadə qaydası və dozası

Yaxşılaşma baş verənə qədər zədələnmiş sahəyə ehtiyatla gündə bir və ya iki dəfə istifa- də etmək lazımdır. Yerli istifadə üçün steroidlərin digər yüksək aktiv preparatları ilə oldu- ğu kimi, nəzarət əldə edilən kimi, müalicəni dayandırmaq lazımdır. Əgər daha uzunmüddət- li müalicə tələb olunarsa, pasiyentin vəziyyətinə nəzarət edilmədən, müalicənin 4 həftədən artıq davam etdirilməsi tövsiyə olunmur. Dermazol -la qısamüddətli təkrar kurslar kəskin- ləşməyə nəzarət üçün istifadə edilə bilər. Əgər fasiləsiz steroid müalicə tələb olunarsa, daha zəif preparatdan istifadə etmək lazımdır. Çox rezistent zədələnmələr zamanı, xüsusilə hiperkeratoz zamanı Dermazol -un iltihabəley- hinə təsiri, lazım gələrsə, müalicə edilən sahəni polietilen örtüklə örtməklə gücləndirilə bilər. Qənaətbəxş cavabı təmin etmək üçün, yalnız gecə okklüzion sarğının qoyulması kifayətdir. Bundan sonra, yaxşılaşmanı adətən okklüzion sarğısız saxlamaq olar.

Əlavə təsirləri

Böyüklərdə 50 mq-dan aşağı gündəlik dozada istifadə zamanı hipofizin/böyrəküstü vəzilərin fəaliyyətinin hər hansı tormozlanması çox güman ki, müvəqqəti olmaqla, steroidlə qısa müalicəvi kursun dayandırılmasından sonra tez bir zamanda normal qiymətlərinə qayıdacaqdır. Bu, eyni zamanda mütənasib doza alan uşaqlarda da eynidir. Okklüzion sarğının istifadəsi yerli kortikosteroidin absorbsiyasını artırır. Kortikosteroidlərin yüksək aktivliyə malik preparatları ilə uzunmüddətli və intensiv müalicəsi səthi qan damarlarının nazikləşməsi, striyası və genişlənməsi kimi atrofik dəyişikliklərə gətirib çıxara bilər, xüsu- silə okklüzion sarğıdan istifadə zamanı və ya dəri qırışlarına istifadə zamanı.

Doza həddinin aşılması

Doza həddinin kəskin aşılmasının baş verməsi ehtimalı çox aşağıdır. Lakin, doza həddinin xronik aşılması və ya düzgün istifadə edilmədiyi zaman hiperkortisizm əlamətləri meydana çıxa bilər və bu vəziyyətdə yerli steroidlərin istifadəsini dayandırmaq lazımdır.

Buraxılış forması

0,05%-li krem.Dermazol 5 q, 10 q, 20 q və ya 30 q krem, tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30°C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz.

Yararlılıq müddəti

Yararlılıq müddəti qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

SQUARE PHARMACEUTICALS LTD. Pabna Unit, Salgaria, Pabna, Bangladesh (Banqladeş). ® Qeydiyyatdan keçmiş əmtəə nişanı.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“DERMASOL 0,05 20 GR KREM” üçün ilk rəyi siz yazın.