Danifos 3 q N2 paket
| Təsiredici maddə | FOSFOMYCIN |
|---|---|
| Dərman forması | Oral məhlul hazırlamaq üçün toz |
| Farmakoloji təsir | Sistem istifadə üçün antibakterial preparatlar. Digər antibakterial preparatlar |
| İstehsal ölkəsi | İtaliya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
12,60 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
DANİFOS 3 q oral məhlul hazırlamaq üçün qranullar DANIFOS Beynəlxalq patentləşdirilməmiş adı: Fosfomycin trometamol
Tərkibi
Təsiredici maddə: 1 paketdə 3 q fosfomisin (5,631 q fosfomisin trometamol şəklində) vardır. Köməkçi maddələr: portağal aromatı, saxarin natrium, saxaroza, maqnezium sitrat.
Təsviri
Ağ rəngli, portağal qoxulu qranullardır.
Farmakoterapevtik qrupu
Sistem istifadə üçün antibakterial preparatlar. Digər antibakterial preparatlar. ATC kodu: J01XX01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Fosfomisin bakterial hüceyrə divarının fermentativ sintezinin qarşısını alaraq yayılmış patogenlərə bakterisid təsir göstərir. Fosfomisin peptidoqlikan sintezini blokada edərək, bakterial hüceyrə divarının hüceyrədaxili sintezinin 1-ci fazasını zəiflədir. Fosfomisin 2 müxtəlif transport sistemi (qliserin-3-fosfat və heksoza-6 transport sistemləri) vasitəsi ilə bakterial hüceyrəyə daxil olunur. Farmakokinetik/Farmakodinamik əlaqə Məhdud məlumatlar görə ehtimal olunur ki, fosfomisin zamandan asılı olaraq təsir göstərir. Rezistentlik mexanizmi Rezistentliyin əsas mexanizmi bakterial hüceyrənin fosfomisinin transport sistemində dəyişikliyə səbəb olan xromosom mutasiyasıdır. Plazmidlər və ya transpozonlarla keçirilən əlavə resiztentlik mexanizmləri qlütation molekulaları ilə birləşmə yolu və ya fosfomisin molekulunda karbon-fosfor əlaqəsini qıraraq fosfomisinin fermentativ inaktivliyinə səbəb olur. Çarpaz rezistentlik Fosfomisin və digər antibiotik qrupları arasında çarpaz rezistentlik məlum deyildir. Həssalıq testlərində sınma nöqtələri Avropa Mikrobəleyhinə Həssaslıq Testi Komitəsi (EUCAST) tərəfindən müəyyən edilmiş həssaslıq nəzarət nöqtələri aşağıdakı kimidir (EUCAST 10-cu nəzarət nöqtəsi cədvəli): EUCAST limit dəyərləri Ştammlar Həssas Rezistent Enterobacteriaceae < 32 mg/L > 32mg/l Qazanılmış rezistentliyin yayılması Müxtəlif növlərdə qazanılmış rezistentliyin yayılması çoğrafi şərtlər və zamanla dəyişə bilər. Buna görə də, xüsusilə ciddi infeksiyaların müalicəsində adekvat cavab üçün rezistentlik vəziyyəti haqqında yerli məlumat vacibdir. Aşağıda göstərilən cədvəl müşahidə tədqiqatlarına və proqramlarına əsaslanmışdır. Adətən həssas ştammlar Aerob qrammənfi bakteriya Escherichia coli Qazanılmış rezistentlik problemi ola biləcək ştammlar Aerob qrammüsbət bakteriya Enterococcus faecalis Aerob qrammənfi bakteriya Klebsiella pneumoniae Proteus mirabilis Təbii resistent ştamlar Aerob qrammüsbət bakteriya Staphylococcus saprophyticus Farmakokinetikası Absorbsiyası Birdəfəlik peroral qəbuldan sonra fosfomisin trometamolun mütləq biomənimsənilməsi təxminən 33- 53% təşkil edir. Qida qəbulu zamanı absorbsiya sürəti və dərəcəsi azalır, lakin zaman ərzində aktiv inqrediyentin sidiklə xaric olan ümumi miqdarı dəyişilməmiş qalır. Acqarına və ya yeməkdən sonra 3 q dozada fosfomisinin peroral qəbulundan sonra minimum 24 saat ərzində sidikdə orta konsentrasiyası 128 mq/ml MİK göstəricisi həddindən yüksək saxlanılır, lakin sidikdə maksimal konsentrasiyaya çatma zamanı 4 saat ləngiyir. Fosfomisin trometamol enterohepatik resirkulyasiyaya məruz qalır. Paylanması Fosfomisin metabolizə olunmur. Fosfomisin böyrəklər və sidik kisəsinin divarı da daxil olmaqla, toxumalarda paylanır. Fosfomisin plazma zülalları ilə birləşmir və plasentar baryeri keçmir. Eliminasiyası Fosfomisin peroral qəbuldan sonra təxminən 4 saat yarımxaricolma müddəti ilə dəyişilməmiş şəkildə, əsasən qlomerulyar filtrasiya yolu ilə böyrəklərlə (dozanın 40-50%-i sidikdə müəyyən edilir) və az miqdarda nəcislə (dozanın 18-28%) xaric olur. Hətta qida dərman vasitəsinin sorulmasını ləngitsə belə, zaman ərzində sidiklə xaric olan preparatın ümumi miqdarı dəyişilməmiş qalır. Xüsusi əhali qrupları Böyrək funksiyalarının pozğunluqları olan pasiyentlərdə yarımxaricolma müddəti böyrək çatışmazlığının dərəcəsinə müvafiq olaraq artır. Böyrək funksiyalarının pozğunluqları olan pasiyentlərdə kreatinin klirensi 10 ml/dəq-dən yüksək deyilsə, adi doza qəbulundan sonra 48 saat ərzində fosfomisin konsentrasiyaları effektiv olur. Yaşlı pasiyentlərdə fosfomisin klirensi yaşla əlaqəli böyrək funksiyalarının azalmasına müvafiq olaraq azalır.
İstifadəsinə göstərişlər
Fosfomisin sidik yollarının fosfomisinə həssas ştammlar tərəfindən törədilən kəskin və ağırlaşmamış iltihablarının müalicəsi və ya profilaktikası üçün istifadə edilir. • kəskin bakterial sistit, residivləşən sistit, kəskin bakterial interstisial sistit, bakterial qeyri- spesifik uretrit; • massiv asimptomatik bakteriuriya (hamiləlikdə); • sidik yollarının cərrahi əməliyyatdan sonrakı infeksiyaları; • cərrahiyyədə sidik kisəsi traktının infeksiyalarının profilaktikası və transuretral diaqnostik cərrahi əməliyyatlar zamanı sidik yollarının iltihabı.
Əks göstərişlər
– Fosfomisinə və ya preparatın hər hansı köməkçi maddəsinə qarşı hiperhəssaslıq; – Kəskin böyrək çatışmazlığı; – Sidik ifrazında çətinliklər; – Hemodializdən keçən xəstələr; – 12 yaşdan kiçik uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Danifos ilə müalicəyə başlamazdan əvvəl anamnezdə fosfomisinə qarşı yüksək həssaslığa dair pasiyentin xəstəlik tarixini araşdırmaq lazımdır (“Əks göstərişləri” və “Əlavə təsirləri” bölümlərinə baxın). Yüksək həssaslıq reaksiyaları Fosfomisinlə müalicə müddətində anafilaksiya və anafilaktik şok da daxil olmaqla, ciddi yüksək həssaslıq reaksiyaları meydana çıxa bilər (“Əks göstərişləri” və “Əlavə təsirləri” bölümlərinə baxın). Bu cür reaksiyaların meydana çıxması hallarında fosfomisinlə müalicəni dayandırmaq və müvafiq təcili tədbirlər həyata keçirilməlidir. Clostridium difficile ilə əlaqəli ishal Fosfomisin qəbulu zamanı Clostridium difficile ilə əlaqəli kolit və psevdomembranoz kolit (ağırlıq dərəcəsi yüngüldən həyat üçün təhlükəliyədək dəyişən) haqqında məlumatlar vardır (“Əlavə təsirləri” bölməsinə baxın). Buna görə də fosfomisin qəbulu zamanı və ondan sonra ishal müşahidə olunan pasiyentlərdə bu diaqnozu nəzərə almaq vacibdir. Fosfomisinlə müalicəni dayandırmaq və Clostridium difficile ilə xüsusi müalicəyə başlamaq ehtimalını nəzərdən keçirmək lazımdır. Peristaltikanı zəiflədən dərman vasitələrindən istifadə etmək olmaz. Pediatrik pasiyentlər 12 yaşınadək uşaqlarda Danifos-un təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir (“İstifadə qaydası və dozası” bölümünə baxın). Bu qrup pasiyentlərdə preparat istifadə edilməməlidir. Persistent infeksiyalar və kişi pasiyentlər Xroniki infeksiyalar zamanı ciddi müayinə və diaqnozun təkrar dəyərləndirilməsi məsləhət görülür, çünki, bu, əsasən sidik yollarının ağır infeksiyaları və ya rezistent patogenlərin (məsələn, Staphylococcus saprophyticus; “Farmakodinamikası” bölümünə baxın) üstünlük təşkil etməsi səbəbindən yaranır. Ümumiyyətlə, kişi pasiyentlərdə sidik yollarının infeksiyalarına, bu preparatın istifadəsinin göstəriş olmadığı sidik yollarının ağırlaşmış infeksiyaları kimi baxmaq lazımdır (“İstifadəsinə göstəriş” bölümünə baxın). Bəzi köməkçi maddələr dair vacib məlumat Danifos-un tərkibində saxaroza vardır: Nadir irsi xəstəliklərdən olan qlükoza-qalaktoza malabsorbsiyası və ya saxaroza-izomaltoza çatışmazlığı və qalaktozaya qarşı dözümsüzlükdən əziyyət çəkən pasiyentlər bu preparatı qəbul etməməlidir. Danifos-un tərkibində allergik reaksiyalara səbəb ola biləcək günəş qürubu sarısı rəngləyici maddə FCF (E110) vardır. Danifos-un tərkibində hər dozada 1 mmol (23 mq) saxarin vardır, demək olar ki, mövcud deyil.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Metoklopramid: Metoklopramidin eyni zamanda istifadəsi qan zərdabında və sidikdə fosfomisinin konsentrasiyasını azaldır və bundan çəkinmək lazımdır. Mədə-bağırsaq traktının peristaltikasını artıran digər preparatlar analoji təsirlərə səbəb ola bilərlər. Qida ilə əlaqəli təsirlər: Qida qəbulu fosfomisinin plazmada pik konsentrasiyasını və sidikdəki konsentrasiyalarını bir qədər azaltmaqla sorulmasını ləngidə bilər. Buna görə də, preparatı acqarına və ya yeməkdən 2-3 saat sonra qəbul etmək lazımdır. INR (Beynəlxalq normaldırılmış nisbət) ilə əlaqəli spesifik problemlər: Antibakterial müalicə alan pasiyentlərdə peroral antikoaqulyantların aktivliyinin çoxsaylı yüksəlməsi halları qeydə alınmışdır. Risk faktorlarına ağır infeksiyalar və ya iltihab, yaş və ümumi vəziyyətin pis olması aiddir. Bu hallarda INR dəyişikliyinin infeksion xəstəlik və ya onun müalicəsi ilə əlaqəli olmasını müəyyən etmək çətin olur. Bununla belə, müəyyən antibiotik sinifləri istifadə olunur: flüorxinolonlar, makrolidlər, siklinlər, kotrimoksazol və bəzi sefalosporinlər. Pediatrik pasiyentlər: Qarşılıqlı təsir klinik tədqiqatları yalnız böyüklər üzərində aparılmışdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Hamiləliyin 1-ci trimestrində (n=152) fosfomisinin təhlükəsizliyinə dair məhdud sayda məlumatlar vardır və bu məlumatlar indiyə qədər heç bir teratogenlik göstərməmişdir. Fosfomisin plasentadan keçir. Hamiləlik zamanı yalnız çox vacib olduqda Danifos istifadə edilə bilər. Laktasiya Fosfomisin ana südü ilə az miqdarda ifraz olunur. Laktasiya dövründə çox vacib olarsa, fosfomisinin birdəfəlik dozası qəbul edilə bilər. Reproduktivlik İnsanlara təsirinə dair məlumat yoxdur. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Xüsusi tədqiqatlar aparılmamışdır, lakin pasiyentlər başgicəllənmənin mümkün olması haqda məlumatlandırılmalıdırlar. Bu hal avtomobili və mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərə bilər.
İstifadə qaydası və dozası
Qadınlarda və yeniyetmə qızlarda (12 yaşdan yuxarı) ağırlaşmamış kəskin sistit: 3 q fosfomisin birdəfəlik qəbul edilir. Prostatın transrektal biopsiyası zamanı əməliyyatönü antibiotikoprofilaktika: Prosedurdan 3 saat öncə fosfomisin 3 q və prosedurdan 24 saat sonra fosfomisin 3 q. Böyrək çatışmazlığı Böyrək çatışmazlığı (kreatinin klirensi <10 ml/dəq, “Farmakokinetikası” bölümünə baxın) olan pasiyentlərdə Danifos istifadəsi məsləhət görülmür. Pediatrik pasiyentlər 12 yaşından kiçik uşaqlarda Danifos-un effektivliyi və təhlükəsizliyi təsdiqlənməmişdir. İstifadə qaydası Peroral qəbul edilir. Qadınlarda və yeniyetmə qızlarda ağırlaşmamış sistitlərdə Danifos acqarına qəbul edilməlidir (təxminən yeməkdən 2-3 saat əvvəl və ya yeməkdən 2-3 saat sonra). Sidik kisəsinin boşalmasından sonra və yuxudan öncə qəbul edilməsi daha yaxşıdır. Dozanı bir stəkan suda həll edib, dərhal daxilə qəbul etmək lazımdır. Qida və ya içkilərlə birgə qəbulu Qida fosfomisin trometamolun absorbsiyasını ləngidərək, qan plazmasında və sidikdə onun konsentrasiyasını azalda bilər. Bu səbəbdən Fosfamisin-i acqarına qəbul etmək məsləhətdir (yemək qəbulundan bir saat əvvəl və ya yeməkdən 2-3 saat sonra).
Əlavə təsirləri
Fosfomisin trometamolun birdəfəlik dozasının qəbulundan sonra daha tez-tez rast gəlinən əlavə təsirlər mədə-bağırsaq sistemində baş verir (əsasən ishal ). Bu hallar adətən zamanla məhdudlaşır və spontan həll olunur. Əlavə təsirlər cədvəli Aşağıdakı cədvəldə fosfomisin trometamolun klinik sınaq təcrübələrində və ya postmarketinq təcrübələrdə istifadəsinə əsaslanan əlavə təsirləri göstərilmişdir. Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥1/10); tez-tez (≥1/100 – <1/10); bəzən (≥1/1000 – <1/100); nadir hallarda (≥1/10000 – <1/1000); çox nadir hallarda (<1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). Orqan və sistem Dərman əlavə təsirləri təsnifatı Tez-tez Bəzən Nadir hallarda Məlum deyil İnfeksiya və Vulvovaginitlər Rezistent invaziyalar bakteriyalar tərəfindən superinfeksiya İmmun sistem Anafilaktik şok və yüksək pozğunluqları həssaslıq reaksiyaları daxil olmaqla anafilaktik reaksiyalar (“Xüsusi göstərişlər və əlavə təsirləri” bölümünə baxın) Sinir sisteminin Baş ağrısı, pozğunluqları başgicəllənmə Tənəffüs sistemi, Bronxospazm döş qəfəsi və divararalığı pozğunluqları Qastrointestinal İshal, Qusma Antibiotiklə əlaqəli pozğunluqlar ürəkbulanma, kolitlər (“Xüsusi dispepsiya, göstərişlər və ehtiyat qarın tədbirləri” bölümünə nahiyəsində baxın), iştahanın azalması ağrı Dəri və dərialtı Dəri səpgisi, Angionevrotik ödem toxuma övrə, qaşınma pozğunluqları Qan və limfa Aplastik anemiya Eozinofillərin və sistemi trombositlərin miqdarının pozğunluqları bir qədər artması Görmə sistemi Görmə pozğunluqları pozğunluqları Damar Flebitlər pozğunluqları
Doza həddinin aşılması
Peroral qəbul zamanı fosfomisinin doza həddinin aşılması təcrübəsi məhduddur. Fosfomisinin parenteral qəbulu ilə əlaqəli hipotoniya, yuxululuq, elektrolit balansının pozğunluqları, trombositopeniya və hipoprotrombinemiya haqqında məlumatlar vardır. Doza həddinin aşılması zamanı pasiyentə nəzarət etmək lazımdır (xüsusilə plazma/zərdab elektrolit səviyyələrinə), müalicə isə simptomatik və dəstəkləyici olmalıdır. Aktiv inqrediyentin sidiklə xaric olmasına şərait yaratmaq üçün rehidratasiya məsləhət görülür. Fosfomisin hemodializ zamanı orqanizmdən effektiv xaric (yarımxaricolma müddəti 4 saata qədərdir) olur.
Buraxılış forması
3 q qranullar, saşedə. 1 və ya 2 saşe, içlik vərəqi ilə birgə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan, orijinal qablaşdırmasında, işıqdan qorumaqla və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Qeyd edilən yararlılıq tarixi zədələnməmiş qablaşdırmada olan və düzgün şəraitdə saxlanılan preparata aiddir.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
La.Fa.Re Farmaceutici S.r.l., Via Sacordote Bendetto Cozzolino, 77, 80056 Ercolano (NA), İtaliya.
Qeydiyyat vəsiqəsinin sahibi
Pharmacare S.r.l., Via Marghera, 29 – 20149 Milano – İtaliya.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.